Məhkəmə qərarları › İş №2(102)-3412/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3412/2025

16.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3412/2025 16.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tələb hüququnun keçməsi, zaminin məsuliyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti) qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-89/2025 nömrəli, 17 iyul 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 16 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-495/2014 nömrəli xx.xx.2014cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh3, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 427816 ABŞ dolları əsas, 6273,82 ABŞ dolları faiz və 30,50 ABŞ dolları cərimə, cəmi 434120,32 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 64 manat məbləğində dövlət rüsumu v ə xidmət haqqının tutularaq iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə (bundan sonra – Bank) ödənilməsi, tutmanın X5 tam mülkiyyət hüququ ilə məxsus olan və dəyəri 203700 ABŞ dolları məbləğində qiymətləndirilən Gəncə şəhəri, Nizami rayonu, Əbdülkərim Mehmandarov küçəsində 0,05084 ha torpaq sahəsində yerləşən 75D nömrəli binanın 4-cü girişinin 1-ci və 2-ci mərtəbəsində 409,8 kv.m ümumi, 399,3 kv.m əsas, 10,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi və İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan dəyəri 764000 ABŞ dolları məbləğində qiymətləndirilən Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 265 ünvanda yerləşən 408,1 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərraca çıxarılması, satışından əldə olunmuş pul vəsaitinin borcun və dövlət rü sumunun ödənilməsinə yönəldilməsi, borc və dövlət rüsumu kimi ödənilmiş pul ödənildikdən sonra artıq qalan məbləğin Cavabdeh3 qaytarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.

2. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, "xxxx" MMC-nin xx.xx.2018ci il tarixli hərracın yekunları barədə protokoluna əsasən İddiaçı məxsus Gəncə şəhəri, Nizami Rayonu, Atatürk prospekti, 265 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 828131.11 manat məbləğində Bankın nümayəndəsi tərəfindən əldə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəməyə müraciət edərək, maddi ziyan olaraq ******* manat, mənəvi ziyan olaraq 100000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qa ydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər iddiaçıya müraciət edərək, onlara biznes üçün, o cümlədən Şəmkir rayonu, Qaralar kəndində yerləşən 4,7 ha torpaq sahəsində parnik quraşdırmaq üçün pul lazım olduğunu, bankdan kredit götürmək üçün razılaşdıqlarını, lakin, bunun üçün zamin və girov qoymaq lazım olduğunu bildirmiş, ərindən və iddiaçıdan kömək istəmişlər. Həmin vaxt iddiaçının həyat yoldaşı X1 olmuşdur. Onlarla ailəvi dostluq edən cavabdehlər iddiaçının əri Sadıq Talıbovu razı salmışlar ki, mülkiyyətdə olan Gəncə şəhəri, Nizami rayonu, Mehmandarov küçəsi, 75D-də yerləşən qeyri-yaşayış sahəsini və Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 265-də yerləşən 408,1 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsini banka girov qoyaraq pul götürsünlər. Beləliklə, cavabdehlər xx.xx.2012-ci il tarixli 107536-1-3807/1 müqavilə əsasında Bankdan 635000 ABŞ dolları məbləğində kredit götürmüşlər. Bank tərəfindən verilmiş kreditin təminatı kimi xüsusi mülkiyyət hüququ ilə X5 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Mehmandarov küçəsi, 75D-də yerləşən, həmçinin iddiaçıya məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 265-də yerləşən qeyri-yaşayış sahəsi ipotekaya qoyulmuşdur. Həmin əmlaklar xx.xx.2012-ci il və xx.xx.2012-ci ildə bağlanmış ipoteka müqavilələri əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bu zaman X2 adına olan Gəncə şəhəri, Nizami rayonu, Mehmandarov küçəsi, 75D-də yerləşən qeyri-yaşayış s ahəsi 203700 ABŞ dolları məbləğində, iddiaçının adına olan Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 265-də yerləşən 408,1 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi isə 764000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Cavabdeh3 tərəfindən kreditin ödənilməsi dayandırıldıqdan sonra, Bank məhkəməyə müraciət etmiş, yaranmış borcun cavabdehlərdən tutulması və həmin məbləğin yüklü edilmiş əmlaklara yönəldilməsini xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində keçirilmiş məhkəmə prosesinin gedişindən iddiaçının və onun əri X6 xəbərsiz olmuşlar. Belə ki, onların hər ikisi yaşlı və bir çox xəstəlikləri olan insanlardır. Sadıq Talıbov, ümumiyyətlə, sərbəst hərəkət qabiliyyətini itirib. Hər ikisi uzun müddət həkim nəzarətində müalicə olunmuşlar. Daha sonra, Sadıq Talıbov və fat etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddianı tam təmin etmişdir. Cavabdehlər, əmlakın satılıb borcun bağlanması yolunu seçiblər. Yuxarı instansiya məhkəməsinə şikayət verməyiblər ki, hərrac tez baş tutsun. Bir il sonra iddiaçı tərəfindən verilmiş şikayətlərin isə, heç bir əhəmiyyəti olmayıb. Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə, birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. Bundan sonra Gəncə şəhər Kəpəz rayon İcra şöbəsinin sifarişi əsasında iddiaçıya məxsus olmuş Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 265 ünvanda yerləşən qeyri-yaşayış sahəsi ilkin və təkrar hərraca çıxarılmış, həmin hərraclarda satış baş tutmadığından ilkin qiyməti 1299029,20 manatdan təqribən 36% ucuzuna, yəni 828131,11 manata tələ bkar Banka satılmışdır. Əmlak hərrac satışı yolu ilə əlindən çıxdıqdan sonra, iddiaçının ağır maddi vəziyyətə düşdüyünü görən cavabdehlər Şəmkir rayonu, Qaralar kəndində yerləşən 4,7 ha torpaq sahəsində kredit hesabına qurulmuş parniki iddiaçının mülkiyyətinə vermişlər. Bir müddət sonra isə, iddiaçını aldadaraq həmin torpaq sahəsini digər Cavabdeh2 adına keçiriblər ki, iddiaçıya dəymiş ziyanı guya o, ödəyəcək. Həmin vaxtdan bir il keçsə də, iddiaçıya heç bir maliyyə vəsaiti ödənilməmişdir. Cavabdehlər Bankdan götürülmüş krediti birgə əldə edərək öz maraqları üçün sərf etmiş, bir hissəsinə də istixana quraşdırmışlar. Sonra krediti ödəməyərək iddiaçının əmlakdan məhrum olmasına səbəb olmuşlar. Nəticədə iddiaçıya ******* manat maddi, 100000 manat mənəvi ziyan dəymişdir.

5. Birinci instansiya məhkəməsində Cavabdeh2 nümayəndəsi və vəkili iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçı özü də təminatçı (ipoteka qoyan) olmuşdur. Belə olan halda bir təminatçının digər təminatçıdan pul tələb etməyi hüquqi cəhətdən doğru deyil.

6. Birinci instansiya məhkəməsində Cavabdeh1 nümayəndəsi və vəkili də iddia tələbinə etiraz edərək göstərmişdir ki, krediti Cavabdeh3 götürmüşdür, Cavabdeh3 biznesi inkişaf etdirəcəyi və yaxud batıracağı əvvəlcədən bilinə bilməzdi. Borc iddiaçının pulu hesabına deyil, əmlakı hesabına ödənilib. Əmlak qiymətləndiriləndən sonra açıq hərracdan satışa çıxarılıb və borc hesabına ödənilib.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-204/2021 nömrəli iş üzrə 8 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmə mişdir (hakim Kəmalə Əmirxanova).

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı maddi ziyanın ödənilməsi ilə bağlı Mülki Məcəllənin 475.1-ci maddəsinə istinad etmiş, hansı ki, həmin normada öhdəliyi icra etmiş zaminin ona dəymiş ziyanın tələb etmək hüququ nəzərdə tutulmuşdur.

9. Qeyd edilənləri nəzərə alaraq və mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verməklə birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının cavabdehlərə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

10. Birinci instansiya məhkəməsi mənəvi zərərə aid iddia tələbi ilə bağlı “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi h aqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinad edərək qeyd etmişdir ki, cavabdehlərin hər hansı hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin yetirilməsi sübut olunmamışdır. Buna görə də iddia tələbi mənəvi zərərin tutulması hissəsində də təmin olunmamalıdır.

11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475-ci maddəsinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.

14. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə ölmüşdür və onun vərəsəsi X7 həmin cavabdehi hüquqi varisi kimi əvəz etmişdir.

15. Cavabdeh1 prosessual hüquq varisi üçün X3 apellyasiya şikayətinə etiraz edərək göstərmişdir ki, təmsil etdiyi şəxs zamin olaraq faydalanan şəxs olmamışdır.

16. Apellyasiya instansiyası məhkəməsində iştirak edən üçüncü şəxsin nümayəndəsi V.Qaracayev Cavabdeh3 Banka borcunun qalmadığını və məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin sorğusuna Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli 8887/16 nömrəli cavab məktubuna əsasən icra sənədi xx.xx.2016-cı il tarixin də Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, həmin tarixdə icraatın başlanması haqqında qərar qəbul edilərək icraata başlanılmışdır. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə protokoluna əsasən borclu İddiaçı məxsus Gəncə şəhəri, Nizami Rayonu, Atatürk prospekti, 265 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 828131.11 manat məbləğində Bankın nümayəndəsi tərəfindən əldə edilmişdir. Gəncə şəhəri, Nizami rayonu, Abdulkərim Mehmandarov küçəsi, 75D-də yerləşən qeyri-yaşayış sahəsinin satılması barədə protokol daxil olmamışdır. "xxxx" Hərrac Mərkəzi tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinin depozit hesabına ödənilmiş, qalıq 5000 manat pul vəsaiti borclu Cavabdeh3 qaytarılmışdır.

18. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman, iddiaçının nümayə ndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehdən iddiaçının xeyrinə 828131.11 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, qalan hissədə, yəni 471868.89 manat pul vəsaiti (1300000- 828.131.11=471.868.89) və 100000 manat mənəvi zərər hissəsində iddiadan imtina etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin 2(103)138/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbindən qismən imtinası qəbul edilmiş, 471868.89 manat pul vəsaiti və 100000 manat mənəvi zərər hissəsində iş üzrə icraata xitam verilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-138/2023 nömrəli mülki iş üzrə 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qism ən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, Cavabdeh3 828131.11 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov).

21. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia ərizəsində mövqeyini özünə məxsus əmlakın Bank qarşısında yüklü edildiyindən və Banka olan borcun həmin əmlakın satılaraq ödənildiyindən cavabdehdən həmin məbləğin tutularaq iddiaçıya ödənilməlidir olması ilə əsaslandırmışdır. İş materiallarından da görünmüşdür ki, iddiaçı tərəfind ən Bank qarşısında yüklü edilmiş əmlakın ipotekaya yönəldilməsi yolu ilə Bank qarşısında olan öhdəlik icra edilmişdir. Lakin iddiaçının istinad etdiyi sübutun araşdırılmasından ötrü birinci instansiya məhkəməsi tərəfindən öhdəliyin icra edilib- edilməməsi, həmçinin borcun ipoteka predmetinə yönəldilib-yönəldilməməsi məsələlərinin müəyyən edilməsi üçün müvafiq sorğular verilməmiş, araşdırmalar aparılmamışdır.

22. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı Gəncə Şəhər Məhkəməsindən 2(043)-495/2014 nömrəli mülki iş materialı sorğu edilmiş, eləcə də Gəncə şəhəri üzrə İcra İdarəsinə sorğu verilərək, 434120.32 ABŞ dolları məbləğində borcun hansı əmlaka tutmanın yönəldilməsi nəticəsində icra edilməsi məsələsi araşdırılmışdır.

23. Ape llyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh3 Banka olan borcunun icrası üçün ipoteka ilə yüklü edilmiş yalnız iddiaçıya məxsus əmlak satılaraq borc ödənilmiş, X5 məxsus əmlak isə satılmamışdır. Borc məbləği iddiaçıya məxsus olan və ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, Nizami Rayonu, Atatürk prospekti, 265 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi hesabına ödənildiyindən, Mülki Məcəllənin 509.1-ci maddəsinin tələblərinə əsasən iddia tələbi iddiaçıya məxsus əmlakın dəyərinin cavabdehdən tutulması hissəsində əsaslı olmuşdur. İddiaçıya məxsus əmlak 828131,11 manata satılmışdır. Belə olan halda, həmin məbləğ borclu (cavabdeh) Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir.

24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, digər cavabdehlər b orclu deyil, zamin olduqlarından iddia tələbi borcun Cavabdeh1 hüquqi varisi və Cavabdeh2 tutulması hissəsində təmin edilə bilməz.

25. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 390, 442, 445, 448, 465, 509, 739-cu maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

26. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin qismən – iddianın təmin edilməyən hissəsində ləğv, iddianın həmin hissədə də təmin edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi 2 hissədən ibarət olmuşdur, 1-ci hissə borcun Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, 2-ci hissə isə tələbin ipoteka predmetinə yönəldilməsi. İcra məmuru tələbin könüllü icra edilməsi üçün 10 günlük müddət vermiş, bu müddət ərzində borclular qətnamə ilə üzərlərinə düşən vəzifələri qəsdən yerinə yetirmədikləri üçün qətnamənin 2-ci hissəsinin icrasına başlanmış və əmlak satılmışdır. Yəni borclular qətnamənin 1-ci hissəsi üzrə vəzifələrini icra etsəydilər, məcburi icra tədbirlərinə başlanmayacaqdı. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi çıxana kimi Cavabdeh1 və Cavabdeh2 zamin idilər, qətnamə çıxandan sonra onların statusu dəyişmiş və onlar borclu olmuşlar. Artıq onların üzərinə qətnaməni icra etmək vəzifəsi düşmüşdür. Onlar isə bu vəzifəni yerinə yetirməmişlər. Apellyasiya instansiyası məhkəməsi işin bu məqamını diqqətlə araşdırmamış və həmin şəxslərə yalnız zamin kimi yanaşmışdır. Qeyd edilən q ətnamə həm Cavabdeh3, həm Cavabdeh1, həm də Cavabdeh2 öhdəlik yaratmışdır. İddiaçının əmlakının dəfələrlə ucuz qiymətə hərracda satılmasının səbəbi həmin şəxslərin qətnaməni icra etməmələri olmuşdur.

28. Cavabdeh3 kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin şikayət verilən qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə 828131.11, yəni sonuncunun əmlakı hesabına ödənilmiş vəsaitin hamısının tutulması qət edilmişdir. Başqa sözlə, apellyasiya məhkəməsi, “birgə öhdəlikdə” iddiaçının üzərinə düşən payın mövcud olmadığını qəbul etdiyini qətnamə ilə təsdiq etsə də (bütün məbləği cavabdehdən tutmaqla), ona bu məbləğin ödənilməli olmasının hüquqi əsası kimi Mülki Məcəllənin 509.2-ci maddəsini tətbiq etmişdir. Həmin maddə isə reqress tələbi irəli sürülməsini bütün öhdəlik məbləğinə deyil, “birgə borclunun” “öz payı çıxılmaqla” şərtləndirmişdir. Bu halda ən azından Mülki Məcəllənin 509.2-ci maddəsi tətbiq edilməklə, həmin məbləğin yarısına münasibətdə reqress tələb irəli sürülə bilərdi. Hazırkı iş üzrə iddiaçının özünün hərəkətləri nəticəsində onun iddia etdiyi məbləğ iki dəfə artmışdır. Qətnamə qəbul edilən vaxt Mərkəzi Bankın məzənnəsi ilə 1 ABŞ dolları 0.78 manat olmaqla tutmalı məbləğ 340524 manat təşkil etmişdir. Heç bir təmin edilməsi perspektivi olmayan həmin iş üzrə iddiaçının verdiyi şikayətlər nəticəsində yekun qərar çıxarılması daha bir neçə il uzadılmış və nəticədə şikayət təmin olunmamış, lakin tutulmalı məbləğ məzənn ə nəzərə alınmaqla 2.4 dəfə artmışdır. Göründüyü kimi, iddiaçı özünün heç bir perspektivi olmayan davranışı ilə hazırkı iş üzrə tələbin 2,4 dəfə, yəni, 487607 manat artmasına şərait yaratmışdır. Hətta fərziyyə olaraq, iddia tələbinin əsaslı olması qəbul edilsə belə, bu halda Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Hazırkı iş üzrə iddiaçının tələbi, Mülki Məcəllənin əsassız varlanma fəslinin müddəaları ilə əsaslandırıla bilərdi. Belə ki, hazırkı iş üzrə cavabdehin Banka olan borcu ipoteka predmeti hesabına ödənildiyindən n əticə etibarı ilə mübahisəyə cavabdehin Bankdan götürdüyü kredit hesabına varlanması halı əsaslarından baxıla bilərdi. Lakin bu halda da iddia təmin oluna bilməzdi. Belə ki, mülki işin materiallarından da görünmüşdür ki, “İpoteka saxlayana İpoteka predmetinin əldə edilməsi üçün Hərracın Yekunları barədə 10/06 Protokol” xx.xx.2018-ci il tarixdə tərtib edilmişdir. İddiaçının iddia ərizəsi isə Nərimanov Rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən gec iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

30. Cavabdeh daha sonra kassasiya şikayətinə əlavə təqdim edərək qey d etmişdir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətlərində göstərilənlərdən əlavə daha bir halı nəzərə almamışdır ki, iddiaçı özü də iddia ərizəsində etiraf etmişdir ki, əmlak hərrac satışı yolu ilə əldən çıxdıqdan sonra iddiaçının ağır maddi vəziyyətə düşdüyünü görən cavabdehlər Şəmkir rayonu, Qaralar kəndində yerləşən parniki iddiaçının mülkiyyətinə veriblər. Göründüyü kimi, iddiaçı alınmış kredit hesabına qurulmuş parnikin (istixananın) onun mülkiyyətində olmasını təsdiqləyir, lakin torpaq sahəsinin onun mülkiyyətinə verilmədiyini elə təqdim etməyə çalışır ki, guya parnik onun əlindən alınıb. Halbuki, parnik hələ xx.xx.2016-cı ildən iddiaçının mülkiyyətinə verilmiş, həmin istixanada kənd təsərrüfatı məhsulları yetişdirməklə gəlir əldə etmiş, lakin sonradan istixananın ye rləşdiyi torpaq sahəsi üçün icarə haqqını ödəmədiyi səbəbindən torpağın mülkiyyətçisi Cavabdeh2 iddiası əsasında icarə müqaviləsinə xitam verilmişdir. İddiaçı notarial qaydada verdiyi iltizamla istixananın onun mülkiyyətində olmasını təsdiq etmişdir. Bankdan alınmış kredit hesabına quraşdırılmış istixananın iddiaçının mülkiyyətində olması, həmçinin həmin istixanadan istifadə edərək gəlir götürməsini təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur. İstinad edilən məhkəmə qətnamələrindən və sənədlərdən də göründüyü kimi, Cavabdeh3 Bankdan aldığı kredit hesabına quraşdırılmış istixana xx.xx.2016-cı ildən iddiaçının mülkiyyətinə verilmişdir, iddiaçı 6 ilə yaxın müddət ərzində həmin istixanadan istifadə edərək gəlir əldə etmişdir. İstixananın yerləşdiyi torpaq sahəsinin icarə müqavi ləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə həmin müqaviləyə xitam verilmişdir ki, bununla bağlı Cavabdeh3 hər hansı məsuliyyət daşımır. İddiaçının ona təklif olunmuş icranı (kredit hesabına quraşdırılmış istixananın ona verilməsini) qəbul etməklə, eyni əsaslardan çıxış edərək hazırkı iş üzrə iddia qaldırmağa subyektiv hüququ olmamışdır.

31. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-2674/2023 nömrəli mülki iş üzrə 5 iyul 2023-cü il tarixli qərarı ilə iddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın digər cavabdehlərə qarşı təmin edilməyən hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, Cavabdeh3 kassasiya şikayəti təmin edilməmiş, qətnamə ona aid hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Aqil Abbasov (məruzəçi), Zaur Əliyev və Vidadi Məmmədov).

32. İlk olaraq iddiaçının kassasiya şikayəti üzrə məhkəmə kollegiyası iddianın digər cavabdehlər Cavabdeh1 hüquqi varisi və Cavabdeh2 qarşı təmin edilməyən hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymamışdır.

33. Qətnamədən görünmüşdür ki, apellyasiya instansiyası həmin hissədə iddianı rədd edərkən, cavabdehlər Cavabdeh1 hüquqi varisi və Cavabdeh2 borclu deyil, zamin olmalarına istinad etmişdir.

34. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə Cavabdeh1 və Cavabdeh2 borcalan Cavabdeh3 Bank qarşısında kredit öhdəliyinə zamin durmuşlar. Məhkəmə qətnaməsi ilə əsas borclu Cavabdeh3la yanaşı, borc məbləği zaminlərdən də tutulmuşdur. Cavabdeh3 Banka olan borcunun icra sı üçün ipoteka ilə yüklü edilmiş iddiaçıya məxsus əmlak 828131.11 manata satılaraq borc ödənilmişdir.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianı əsas borclu Cavabdeh3 qarşı təmin etməkdə haqlı olsa da, digər iki cavabdehə qarşı yuxarıda göstərilən əsasla iddianı rədd etməkdə haqlı olmamış, həmçinin gəldiyi həmin nəticəni də kifayət qədər əsaslandırmamışdır.

36. Məhkəmə kollegiyası qeyd edilən məsələ ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, Mülki Məcəllənin 311.2-ci maddəsinə görə əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir.

37. İstinad edilən maddədə düzünə göstəriş olmasa da, normanın məzmunundan belə nəticə çıxır ki, kreditor olan bank təmin edilərsə, onun tələb hüququ mülkiyyətçiyə keçir. Nəzərə alınsa ki, kredit və zaminlik müqavilələri üzrə bankın tələb hüququ həm əsas borcluya, həm də zaminlərə münasibətdə mövcuddur, belə olan halda, tələbin mülkiyyətçiyə keçməsi dedikdə, bankın həm əsas borcluya, həm də zaminlərə tələb hüququnun da mülkiyyətçiyə keçməsi ehtiva olunmalıdır. Qeyd edilməlidir ki, zaminlik əsas öhdəliyin icrasının təmin edilməsini ehtiva edən institutdur və zamin əsas öhdəliyin icra edilməsinə məsuliyyət daşıyır. (MM, 460.1, 470.1, 472)

38. Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunveric ilik normaları tətbiq edilir (qanunun analogiyası).

39. Buna görə də “tələb hüququnun mülkiyyətçiyə keçməsi”nə aydınlıq gətirilməsi üçün Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbi baxımından analoji norma kimi həmin Məcəllənin 196-cı maddəsi nəzərdən keçirilə bilər. Həmin normaya görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir.

40. Qanunun analogiyası kontekstində yanaşıldıqda, kreditoru təmin edən mülkiy yətçi kreditorun yerinə keçir. Bu isə o deməkdir ki, kreditorun bütün hüquqları, o cümlədən ona verilmiş zaminlik hüquqları da mülkiyyətçiyə keçir. Başqa sözlə, öhdəlik tam icra edilmədiyi halda, kreditorun istər əsas borcluya, istər zaminə qarşı, istərsə də girov və ipotekaya nə hüquqları var idisə, bu hüquqlar tam şəkildə öhdəliyi icra etmiş şəxsə keçir. Çünki öhdəliyi icra etmiş şəxs kreditora çevrilir, kreditorun yerini tutur. Belə olan halda kreditorun bir qisim hüquqlarının öhdəliyi icra etmiş şəxsə keçməsi, bir qisim hüququnun keçməməsi hüquqi qeyri-müəyyənliyə gətirib çıxarır. Buna görə də Mülki Məcəllənin 311.2ci maddəsinə əsasən iddiaçının hazırkı tələbi zaminlərə qarşı irəli sürmək hüququnun olması istisna edilmir.

41. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya insta nsiyası məhkəməsinin iddianın zaminlərə qarşı rədd edilməsi barədə gəldiyi nəticəni əsaslı saymamışdır.

42. Cavabdehin kassasiya şikayətinə gəldikdə, iddiaçının kassasiya şikayəti ilə bağlı yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin kassasiya şikayəti təmin edilməməlidir.

43. Məhkəmə kollegiyası cavabdehin Mülki Məcəllənin 509.2-ci maddəsinə əsasən ən azı birgə borclunun öz payının çıxılmalı olması barədə kassasiya şikayətinin dəlillərini əsaslı saymamışdır. Çünki iddiaçının cavabdehin kredit müqaviləsi üzrə götürdüyü borcdan hər hansı məbləğdə pul alması və faydalanması müəyyən edilməmişdir.

44. Cavabdehin Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun i şçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasının nəzərə alınmalı olması barədə kassasiya şikayətinin dəlili də əsassız olmuşdur. Cavabdeh bu dəlilini iddiaçının əvvəlki kredit borcu ilə bağlı məhkəmə aktlarından şikayət verməsi, nəticədə keçən müddət ərzində manatın ABŞ dollarına nisbətdə ucuzlaşması ilə izah etsə də, bu dəlil qəbul edilə bilməz. Məhkəmə aktlarından şikayət vermək iddiaçının hüququ olub. Hüquqdan vicdanla istifadə edilməsi Mülki Məcəllənin 21.3-cü maddəsində nəzərdə tutulan zərərin yaranması və ya artmasına əsas verən hal kimi qəbul edilə bilməz.

45. Cavabdehin kassasiya şikayətinə əlavədə göstərdiyi dəlillər isə işin faktiki halları ilə bağlı olan yeni dəlillərdir, bu dəl illər işə mahiyyəti üzrə baxan məhkəmələrin baxış predmeti olmamışdır. Kassasiya instansiyası məhkəməsinə isə yeni dəlillər verilə bilməz. Bu baxımdan, həmin dəlillərə qiymət verilməsinə məhkəmə kollegiyası lüzum görməmişdir.

46. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 509-cu maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

47. Apellyasiya baxışı zamanı məhkəmə sorğusu əsasında əldə edilmiş 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilmiş 2V-244 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş Cavabdeh1 vərəsələri: arvadı – X7 – miras əmlakdan 2/10 hissədə pay, qızı - X10 – miras əmlakdan 1/10 hissədə pay, oğlu – X12 - miras əmlakdan 1/10 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – Cavabdeh1 məxsus olmuş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 58.8 kv.m, yaşayış sahəsi 45.9 kv.m, yardımçı sahəsi 12.9 kv.m olan 3 otaqlı mənzil. Yerdə qalan 1/10 hissə pay açıq saxlanılmışdır.

48. Cavabdeh1 hüquqi varisləri X12 və X10 işə cəlb edilmişlər. X12 və X10 yetkinlik yaşına çatmadıqlarına görə onları qanuni nümayəndələri X7 təmsil etmişdir.

49. İddiaçı xx.xx.2014-cü il tarixdə vəfat etmişdir, X11 və X8 iddiaçının prosessual hüquqi varisi kimi işə cəlb edilmişdirlər.

50. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-89/2025 nömrəli mülki iş üzrə 17 iyul 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qə tnaməsi apellyasiya baxışının predmetində qalan – iddianın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 hüquqi varisi X7 və Cavabdeh2 müştərək qaydada 617.348,33 manat iddiaçının hüquqi varisləri X11 və X4 xeyrinə tutulması qət edilmişdir (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Fərrux Qasımov və Cəmilə Musayeva).

51. Kassasiya instansiyası məhkəməsinin mövgeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının digər zaminlərə qarşı yönəlmiş tələbi əsaslıdır.

52. Kollegiya qeyd etmişdir ki, işdə olan Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli 8887/16 nömrəli sorğuya cavab məktubundan görünmüşdür ki, icra sənədi xx.xx.2016-cı il tarixində Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, həmin tarixdə icraatın başlanması haqqında qərar qəbul edilərək icraata başlanılmışdır. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə protokoluna əsasən borclu İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 265 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 828131.11 manat məbləğində Bankın nümayəndəsi tərəfindən əldə edilmişdir. Gəncə şəhəri, Nizami rayonu, Abdulkərim Mehmandarov küçəsi, 75D-də yerləşən qeyri-yaşayış sahəsinin satılması barədə protokol daxil olmamışdır. "xxxx" Hərrac Mərkəzi tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinin depozit hesabına ödənilmiş, qalıq 5000 manat pul vəsaiti borclu Cavabdeh3 qaytarılmışdır.

53. İşdən göründüyü kimi iddiaçı da Cavabdeh1 və Ca vabdeh2 ilə birlikdə Cavabdeh3 ilə Bank arasında bağlanmış kredit müqaviləsinin təminatı üzrə zamin olmuşdur.

54. Belə olan halda kollegiya hesab etmişdir ki, 828131,11 manatdan borclu Cavabdeh3 qaytarılmış 5000 manat çıxılmaqla yerdə qalan 823131,11 manatdan iddiaçının özünün də zamin kimi əsas borclu və digər zaminlərlə birgə öhdəlik daşımasını və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-495/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən borcun cavabdehlər Cavabdeh3, İddiaçı, X9 və Cavabdeh2 müştərək qaydada tutulmasını nəzərə alaraq, iddiaçının üzərinə düşən öhdəlik çıxılaraq, yerdə qalan 617348,33 manat digər cavabdehlərdən müştərək tutulmalıdır (823131,11/4=205782,78) (823131,11-205782,78=617348,33).

55. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11, 1 96, 311, 460, 472-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

56. Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissədə tam rədd edilməsi və ya işin təkrar apellyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

57. Kassasiya şikayətinin dəlilləri:  Mülki Məcəllənin 14.1, 14.2 və 386.1-ci maddələrinin tələbləri pozulmuşdur. Hazırkı işdə öhdəliyin əmələ gəlmə əsasının müəyyən edilməməsinə, istinad edilən cavabdeh zaminlərlə iddiaçı arasında hər hansı bir müqaviləsinin olmamasına, tərəflər arasında bağlanmış həm ipoteka həm zaminlik müqaviləsində bu öhdəliyin, yəni ipoteka hesabına təmin ediləcəyi halda kreditor hüquqlarının ipoteka saxlayana keçməsinə dair hər hansı bir bənd nəzərdə tutulmamışdır. Belə bir vəziyyətdə hazırkı iş üzrə cavabdeh zaminlərlə iş üzrə iddiaçı arasında hər hansı bir müqavilə münasibəti, o cümlədən öhdəlik münasibəti yaranmamış və bu hal qətnamədə əsaslandırılmamışdır.  Mülki Məcəllənin 194.2-ci maddəsinin tələbləri pozulmuşdur. Hazırkı iş üzrə məhkəmə, Ali Məhkəmənin qanuna zidd olan göstərişlərini olduğu kimi qərarına istinad edərək hesab etmişdir ki, Mülki Məcəllənin 311.2-ci maddəsinə əsaslanaraq, həmin norma əsasında Mülki Məcəllənin 11.1-ci maddəsinə və qanunun analogiyasına uyğun olaraq Mülki Məcəllənin 196-cı maddəsinə istinad etmiş, hazırkı mübahisəyə tələbin güzəşti kimi yanaşmışdır. Apellyasiya Məhkəməsinin qətnaməsindən görünmüşdür ki, istinad edilən 311.2-ci maddədə birmənalı şəkildə — yəni nə birbaşa, nə də dolayı yolla — ipoteka saxlayana müvafiq olaraq həmin borcla bağlı tələb hüququnun keçməsi barədə göstəriş yoxdur. Məhkəmənin həmin tələbin “tələb hüququ” olması ilə bağlı mövqeyi isə tamamilə əsassız olmuşdur. Əgər bu, məhkəmənin qərarında qeyd edildiyi kimi dolayı göstəriş kimi qəbul edilirsə, onda bu maddə üzrə qanunun analogiyasına istinad edilməsinə zərurət olmazdı. Əgər məhkəmə hazırkı iş üzrə iddianın əsası kimi qanunun analogiyasından istifadə etmək məcburiyyətində qalmışdırsa, deməli, 311.2-ci maddə məhkəmənin istinad etdiyi kimi “kreditor olan bank təmin edilərsə, onun tələb hüququ mülkiyyətçiyə keçir” müddəası tələb hüququnun ipoteka qoyana keçməsini ehtiva etmir. Əgər ehtiv a etsəydi, onda məhkəmənin qanun analogiyasına istinad etməsinə ehtiyac qalmazdı. Digər tərəfdən, məhkəmənin istinad etdiyi qanun analogiyası hazırkı işə münasibətdə düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə qətnaməsində 48-ci bəndə istinad etmişdir ki, “tələb hüququnun mülkiyyətçiyə keçməsi”nə aydınlıq gətirilməsi üçün Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbi baxımından analoji norma kimi həmin Məcəllənin 196-cı maddəsi nəzərdən keçirilə bilər. İstinad edilən 11.1-ci maddədən görünmüşdür ki, qanunun analogiyasının tətbiqi üçün aşağıdakı hallar mövcud olmalıdır: birincisi, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənməsin; ikincisi, həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyilsə, oxşar münasibətləri tənzimləyən mü lki qanunvericilik normaları tətbiq edilir. İstinad edilən maddənin məzmunundan da göründüyü kimi, ipoteka saxlayanın öz əmlakının satılmasını zamindən tələb etmək hüququnun olmasına dair mülki qanunvericiliklə tənzimlənən hüquq norması mövcud deyildir. Digər tərəfdən, bu tərəflər arasında olan münasibətin tətbiq edilən maddi hüquq normasının mahiyyətinə zidd olmaması da müəyyən edilməlidir. Bu mənada, məhkəmənin istinad etdiyi Mülki Məcəllənin 196-cı maddəsinə istinad edilməsi üçün Mülki Məcəllənin 194.1-ci maddəsinin tətbiqi əsasdır. Həmin maddədən göründüyü kimi, tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilkin sahibin yerini üçüncü şəxs tutur. Hazırkı işdə isə ipoteka saxlayanla ipoteka qoyan arasında tələbin güzəştin ə dair hər hansı bir müqavilə mövcud deyildir. Yəni, məhkəmənin istinad etdiyi Mülki Məcəllənin 196-cı maddəsi — kreditorun başqa şəxsə güzəşt edilən tələblərinin həcminin müəyyən edilməsi üçün — Mülki Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulan formada tərəflər arasında müqavilə olması barədə şərtin yerinə yetirilməsi halında mümkündür. Lakin hazırkı işdə belə bir hal yoxdur və qanunun analogiyasının tətbiqi Mülki Məcəllənin 194.1-ci maddəsinə ziddir. Bu baxımdan, məhkəmənin hazırkı işə qanunun analogiyasının tətbiqi tamamilə əsassız olmaqla, daha çox məhkəmənin mülki münasibətlərdə “hüquq yaratma, qanun şərh etmə” mövqeyini ortaya qoymuşdur.  Mülki Məcəllənin 477.0.1-ci maddəsinin tələbləri pozulmuşdur. Banka ödənilməli olan məbləğ 434120,32 ABŞ dolları olmuşdur. Qərarın icra edildiy i dövrə münasibətdə Mərkəzi Bankdan əldə edilmiş məlumatlara əsasən həmin tarixdə (xx.xx.2018) məzənnə 1.6883 manat təşkil etmişdir. Qətnamənin icra olunduğu məqamda 434120,32 ABŞ dollarının manat ekvivalenti 732812,89 manat təşkil etmişdir. Məhkəmənin qeyd etdiyi kimi qanunun analogiyası tətbiq edilməli olduğu halda, tələbin güzəşti formasında iddiaçıya keçmiş olan məbləğ 732812,89 manat təşkil etmişdir. Lakin Mülki Məcəllənin 477.1-ci maddəsi baxımından öhdəlik dəyişmiş və bu dəyişiklik zaminin məsuliyyətinin artmasına, eləcə də onun üçün digər əlverişsiz nəticələrə səbəb olmuşdur. Belə ki, ilkin öhdəlik 732812,89 manat təşkil etdiyi halda, iddiaçıya keçən öhdəlik məbləği 828131,11 manat olmuşdur. Bu hal isə zaminin məsuliyyətinin artmasına və onun üçün əlverişsiz nəticələrə səbəb olduğu ndan, zaminə münasibətdə həmin öhdəliyə xitam verilməlidir. Məhkəmə bu məqamı nəzərə almadan, yalnız icra məmurunun məktubuna istinad etməklə əsassız və yanlış nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

58. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

59. Maddə

196. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Y eni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər.

60. Maddə 311.2. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir.

61. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

62. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

63. Maddə 407.2. Kassasiya şikayətində işin halların ın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən ona aid iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə qətnaməni yoxlayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırda kassasiya şikayət inin dəlilləri olan məsələlərə hüquqi qiymət verilmiş, mübahisə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğun, kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarındakı hüquqi mövqe nəzərə alınmaqla həll edilmiş, qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan hər hansı pozuntuya yol verilməmişdir.

69. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

70. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-89/2025 nömrəli, 17 iyul 2025-ci il ta rixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar