Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3413/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının vəkili X6 və Cavabdeh2 Sadiq oğlunun vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən “xxxx” Azərbaycan ASC və X3 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(006)-126 /2019, hakim C.Ə.Tağıyev) İddiaçı ASC-nin X5 və Cavabdeh2 Sadiq oğluna qarşı iddiası qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən 1.249.018 manat məbləğində əsas borc, 278.739 manat məbləğində faiz, 1000 manat cərimə olmaqla, cəmi 1.528.758 manat məbləğində borcun, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 1.664.738 ABŞ dolları məbləğində əsas borc, 355.911 ABŞ dolları məbləğində faiz, 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 2.021.649 ABŞ dolları məbləğində borcun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla X1 iddiaçının xeyrinə tutulması, tələb üzrə tutmanın X5 ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli dövriyyədəki malların girov müqaviləsinə əsasən X3 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu M.Cəlal küçəsi 9-cu mikrorayon 1D, Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi yolu 62 və ünvan 1 ünvanında yerləşən anbarda girov qoyanın birbaşa (vasitəsiz) sahibliyində saxlanılan, bu müqavilənin 1 saylı Əlavəsində göstərilən dövriyyədə olan mallara yönəldilməsi, həmin malların açıq hərracdan satılması, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-14774/2019, hakimlər R.Ə.Eyvazov, Z.Ə.Əliyev və F.Ş.Talışinski) “xxxx” Azərbaycan ASC və X3 apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən “xxxx” Azərbaycan ASC verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın tam təmin edilməsinəyeni qərar qəbul edilməsini, Əliyusif Hacızadəverdiyi kassasiya şikayətində qətnamənin qismən ləğv edilib işin yenidən baxılmasıüçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC iləX5 arasında xx xxxxxxxx 2014-cü il tarixli baş kredit razılaşması əsasında bağlanmış həmin tarixli kredit müqaviləsi üzrə sonuncuya illik 13 faizlə, 60 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. Baş kredit razılaşması bankla Cavabdeh2 Sadiq oğlu arasında bağlanmış zaminlik müqaviləsi və bankla X5 arasında bağlanmış dövriyyədəki malların girov müqaviləsi ilə təmin edilmişdir. xx xxxxxx 2017-ci il tarixdə İddiaçı ASC X5 və Cavabdeh2 Sadiq oğluna qarşı kredit müqaviləsi üzrə borc, borcun girov predmetinə yönəldilməsi və.s tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi işin hallarına və işdə olan sübutlara düzgün qiymət verməyərək səhv nəticəyə gəlmişdir. Hazırkı iş üzrə bağlanmış ipoteka və zaminlik müqavilələrinə görə təmin edilən öhdəlik apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi tərəflər arasında bağlanmış “Baş kredit razılaşması”dır. Həmin razılaşmaya əsasən Bank tərəfindən borc alana 120 ay müddətinə 5.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, məhz həmin razılaşma ipoteka və zaminlik müqavilələri üzrə təmin edilmişdir. Zaminlik müqaviləsinin bütün şərtlərinin zaminə məlum olması, buna etiraz etməməsi, əksinə iradə ifadəsini bildirərək müqaviləni imzalaması zaminin razılığını əks etdirir. Kredit müqaviləsində faiz dərəcəsi barədə məlumatın və ya razılığın olmaması ilə əlaqədar zamin Banka müraciət etməmiş və buna öz etirazını bildirməyərək öz razılığını ifadə etmişdir. Eyni zamanda dəbbə pulu müəyyənləşdirilərkən kreditorun mənafeyi nəzərə alınmamışdır. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən borc məbləği düzgün müəyyən edilməmiş, eyni zamanda girov qoyulmuş malların qiymətəndirilməsi keçirilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vək ili iddiaçının kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə borcun borclu və zamindən müştərək qaydada tutulması, tutmanın girov predmet lərinə yönəldilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsi üzrə borc vermiş, borclu isə müqaviləyə əsasən üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyindən, iddiaçı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən alınmış məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri, xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli kredit müqavilələrinin qeyd olunan şərtləri nəzərə alınmaqla xx xxxxxxx 2017-ci il tarixə X3 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə Əsas borc üzrə – 1.249.018,81 manat; Faiz üzrə – 278.739,36 manat. xx.xx.2014-cü il tarixli kredit müqaviləsi ü zrə xx.xx.2017-ci il tarixə Əsas borc üzrə – 1.692.946,05 ABŞ dolları; Faiz üzrə – 355.911,65 ABŞ dolları. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh ekspertiza rəyi ilə razılaşmadığını göstərsə də, konkretəsaslar göstərməmiş, məhkəmə baxışı zamanı da rəyin mötəbərliyinə şübhə yaranmamışdır. İddiaçı kredit müqaviləsi üzrə əsas borc və faiz borcunun ödənilməsini tələb etməklə bərabər dəbbə pulunun tutulması tələbini də irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apellyasiya məhkəməsi həmin normanın tələbləri baxımından iddiaçı tərəfindən ödənilməsi tələb edilən 24.640 manat və 1.057 ABŞ dolları məbləğində dəbbə pulunu tənasübsüz yüksək hesab edərək borcludan müvafiq olaraq 1.000 manat və 1.000 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Dəbbə pulunun əsassız olaraq azaldılması barədə kassasotrun şikayətinin dəlilinə gəldikdə, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cə rimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Tərəflər arasındakı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə zaminlik və ipoteka müqavilələri bağlanmışdır. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, bağlanmış zaminlik müqaviləsində ümumiyyətlə verilmiş kreditlərin məbləği, faiz dərəcə və s. bu kimi müqavilənin imperativ şərtləri göstərilməmiş, yalnız xx xxxxxxxx 2014-cü il tarixli Baş kredit razılaşmasına (kredit xətti) istinad olunmaqla kifayətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Res publikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) müm kün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və «İpoteka haqqında» Qanunun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Mülki Məcəllənin 269.11 və 307.4-cü maddələrinin «İpoteka haqqında» Qanunun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmə lə gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Həmin qərarda həmçinin təsbit edilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilm əlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. «Banklar haqqında» Qanunun 1.0.9-cu, «İpoteka haqqında» Qanunun 10.5, 14 və 48-ci maddələrinin və Mülki Məcəllənin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələbləri nə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3413/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3413/2020
05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver