Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3413/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Bakı şəhər 15 saylı notariat kontoruna, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, miras qalmış əmlak üzərində vərəsələrin paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya ş ikayətinin yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 aprel 2023-cü il tarixli, 2(103)1265/2023 nömrəli qətnaməsindən Cavabdeh7 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yaxılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı və X3 04 yanvar 1983-cü il tarixdə nikaha daxil olmuşlar.
2. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Çimnaz Hacıyevanın əvvəlki nikahdan olan övladı X4 ailə üzvləridirlər.
3. Cavabdeh6 və Cavabdeh5 İddiaçı və X2 nikahlarından olan övladlarıdırlar.
4. X2 mülkiyyətində Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, 61 saylı mənzil, İddiaçı mülkiyyətində Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, mənzil 117 qeydə alınmışdır.
5. X3 11 iyul 2002-ci ildə, X6 2004-cü ildə vəfat etmişlər. 6. 30 iyul 2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X2 vərəsələri kimi övladları: Cavabdeh6 və Cavabdeh5 tanınmış və onlara Bakı şəhəri, Naxçıvanski küçəsi, ev 28, 61 saylı, 3 otaqlı mənzildən pay verilmişdir. 7. 04 iyun 2014-cü il tarixli müqavilə ilə Cavabdeh5 ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin ona məxsus payını Cavabdeh7 bağışlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Bakı şəh ər 15 saylı notariat kontoruna, habelə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh6 və Cavabdeh5 Bakı şəhəri 15 saylı dövlət notariat kontoru tərəfindən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, mənzil 61-ə dair, eləcə də Çimnaz Hacıyevanın adına SSRİ Əmanət Bankının Bakı filialında 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 manat 36 qəpik və Naxçıvan filialında 023 saylı kassada 0980 hesabda olan 2000 manat pula dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, İddiaçı qeyd olunan mənzildə və bank hesablarında olan pulda 5/8 pay hüququnun tanınması, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, mənzil 117-nin birgə nikah dövründə satın alınmış hesab edilməsi və Çimnaz Hacıyevaya aid edilən mənzilin 1/2 hissəsi üzrə vərəsələrin paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, e-2(007)2076/2022 nömrəli qətnaməsi ilə (hakim H.M.Əhmədova) iddia qismən təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, C.Naxçivanski küçəsində yerləşən 30 saylı evin 117 saylı mənzilinin İddiaçı ilə X2 birgə nikah dövründə satın alınmış əmlakı hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apellyasiya şikayəti v erərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, e-2(007)-2076/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 aprel 2023-cü il tarixli, 2(103)-1265/2023 nömrəli qətnaməsi ilə (hakim G.T.Axundovanın sədrliyi və məruzəsi ilə, hakimlər R.Ə.Eyvazovdan və F.F.Babayevdən ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2076/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, mənzil 61-ə dair, eləcə də Çimnaz Hacıyevanın adına SSRİ Əmanət Bankının Bakı filialınd a 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 manat 36 qəpik və Naxçıvan filialında 023 saylı kassada 0980 hesabda olan 2000 manat pula dair verilmiş 30 iyul 2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, 61 saylı mənzilin Cavabdeh5 və Cavabdeh6 adına qeydiyyata alınmasına dair Bakı şəhər İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən verilmiş 30/2073 saylı, 28 avqust 2003-cü il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsi, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 30, 117 saylı mənzilin 1/2 hissəsi üzrə 1/4 hissədə və Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, 61 saylı mənzilin Cavabdeh6 əldə etdiyi pay hissəsində 1/4 hissədə, Çimnaz Hacıyevanın adına SSRİ Əmanət Bankının Bakı filialında 0483 nömrəli kassada 14607 nömrəli hesabda olan 2 manat 36 qəpik və Naxçıvan filialında 023 saylı kassada 0980 hesabda olan 2000 manat pul məbləğində 5/8 hissədə miras payının müəyyən edilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
12. Cavabdeh7 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 aprel 2023-cü il tarixli, 2(103)-1265/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 127-ci, Mülki Məcəllənin 181.4, 666.1, 1246, 1321.3-cü, Mülki Prosessual Məcəllənin 71, 217-ci maddələrinin tələbləri pozulm uş, kassatorun mübahisəli mənzil üzərində hüquqları nəzərə alınmamışdır.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 avqust 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir.
15. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və komm ersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 403.1-ci maddəsinə əsasən bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qa ytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
18. Məhkəmə kollegiyası hesab edir ki, hazırki kassasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan, onun icraata qəbul qərardadı ləğv edilməli və iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
19. Belə ki, Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsində tərəflərə və üçüncü şəxslərə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququ həmin məhkəmə aktında ifadə olunmuş nəticədən asılı olmayaraq təsbit olunduğu halda, Məcəllənin 403.1-ci maddəsinin mənasına görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız tələbləri təmin olunmayan şəxsə kassasiya şikayəti vermək hüququ verilmişdir. Yəni kassasiya şi kayətinin verilməsi üçün yalnız şəxsin işdə iddiaçı, cavabdeh və ya üçüncü şəxs qismində iştirak etməsi faktı kifayət etmir, məhkəmə aktı ilə onun hüquq və vəzifələrinin pozulması iddia olunmalı, ya da ki, həmin qətnamə maraq və mənafelərinə toxunmalıdır.
20. Hazırki işdən müəyyən olunur ki, iddia ilə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 28, mənzil 61-ə dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və İddiaçı qeyd olunan mənzildə payının müəyyən edilməsi tələb edilsə də, həmin mənzilə Cavabdeh7 paylı mülkiyyət hüququnun yaranmasına əsas olmuş 04 iyun 2014-cü il tarixli bağışlama müqaviləsi və müvafiq olaraq onun mülkiyyət hüququ mübahisələndirilməmişdir.
21. İddianı qismən təmin edən apellyasiya məhkəməsi Cavabdeh5 mübahisəsi gedən mənzilin ona məxsus payını bacısı Sevincin həyat yoldaşı Cavabdeh7 bağışlamasını, iddiaçının bağışlama müqaviləsinin ləğvini məhkəmədən xahiş etmədiyini göstərərək hesab etmişdir ki, iddiaçının miras payı yalnız mənzilin Cavabdeh6 əldə etdiyi pay hissəsində müəyyən edilməlidir.
22. Yəni müəyyən olur ki, hazırki halda kassator kimi çıxış edən Cavabdeh7 özünün işdə hər hansı iddiası (şikayəti) olmamış, o, iddiada cavabdeh qismində qeyd olunsa da, ona qarşı tələb də olmamış və apellyasiya məhkəməsinin qətnaməsi ilə kassatorun mübahisəli mənzil üzərində mülkiyyət və başqa hüquqlarının məhdudlaşdırılmasına səbəb ola biləcək qərar qəbul edilməmişdir. İddia qismən təmin edilərkən iddiaçının miras əmlaka payı kassasiya şikayəti verməyən Cavabdeh6 əldə etdiyi vərəsəlik payı hesabına müəyyən edilmi şdir.
23. Beləliklə, apellyasiya məhkəməsinin qətnaməsi ilə kassasiya şikayəti vermiş şəxsə qarşı hər hansı tələb təmin edilmədiyindən, qətnamə ilə sonuncunun hüquq və vəzifələrinə, maraqlarına toxunması müəyyən edilmədiyindən, MPM-in 403.1-ci maddəsinin tələbləri baxımından Cavabdeh7 hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 aprel 2023-cü il tarixli, 2(103)-1265/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti vermək hüququnun olması müəyyən olunmur.
24. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının 02 avqust 2023-cü il tarixli qərardadı ləğv edilməli və Cavabdeh7 kassasiya şikayəti məhkəmə baxışından çıxarılmaqla, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh7 kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 02 avqust 2023-cü il tarixli, 2(102)3413/2023 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh7 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 aprel 2023-cü il tarixli, 2(103)-1265/2023 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayəti kassasiya baxışından çıxarılaraq, qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.