Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3414/2019 15.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 may 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim F.F.Babayev, iş 2(004)-525/2018) İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia tələbi qism ən təmin edilmiş, İddiaçı Bakı şəhəri, ÜNVAN, ev 2, giriş 1, mərtəbə 12-də yerləşən 34 saylı mənzilə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), Z.Ə.Əliyev və R.Ə.Eyvazov, 2(103)10305/2018 saylı mülki iş) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-525/2018 saylı işi üzrə 13.06.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İşin halları İddiaçı Cavabdeh qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək,iddiaçının Bakı şəhəri, ÜNVAN, ev 2, giriş 1, mərtəbə 12-də yerləşən 34 saylı mənzilə köçürülməsi və otağın birinin boşaldılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilə n məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbin ə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdə olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, EG xx.xx.1988-ci il il tarixdə Yexlax şəhərində anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Yevlax şəhər İcra Hakimiyyətinin Evlər Komitəsi tərəfindən verilmiş arayışdan məlum olur ki, İddiaçı ünvan 3 ünvanında yaşayır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4036/2016 saylı, 17 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, ÜNVAN, ev 2, giriş 1, mərtəbə 12-də yerləşən, sahəsi 56,7 kv.m olan 34 saylı mənzilə dair Turan MTK ilə X2 arasında bağlanmış 18.02.2016-cı il tarixli, 34(a) saylı kooperativ mənzil tikintisi haqqında müqavilənin etibarsız sayılması, Cavabdeh ilə İddiaçı birgə nikah dövründə əldə etdikləri Turan MTK-nın inşa etdiyi və Bakı şəhəri, ÜNVAN, ev 2, giriş 1, mərtəbə 12-də yerləşən, sahəsi 56,7 kv.m olan İddiaçı adına sənədlərdirilmiş 34 saylı mənzilə olan pay haqqının ikidə bir hissəsində Cavabdeh, ikidə bir hissəsinə İddiaçı arasında bölünməsi qət edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 21.02.2017-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin Mülki Kollegiya sının 2 (102)-4445/2017 saylı, 22.06.2017-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Kooperativ Mənzil Tikintisi Haqqında 34 saylı 10.01.2015-ci il tarixli müqaviləyə əsasən ünvan 5 ünvanda yerləşən 34 saylı mənzil İddiaçı satılmışdır Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13, 28-ci maddəsinin İİİ hissəsi, 29, 43; İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 13; İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 4 №-li protokolun 2-ci maddəsinin birinci bəndi;İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 1 saylı protokolun 1-ci maddəsi; Azərbaycan Respublikasının MM-nin 6.1.1, 11.1, 11.2,139, 139-1, 152-158,178.8; MPM-in 14.2, 76.1, 7 7.1, 78.1, 80-82, 106.2, 119, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, artıq qanuni qüvvəsini almış başqa məhkəmə qərarı ilə iddiaçının mənzilə olan hüquqları tanınmış və bu münasibətlər (mübahisə) çərçivəsində cavabdehə münasibətdə köçürülmənin qarşısını alan hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3414/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3414/2019
15.05.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver