Məhkəmə qərarları › İş №2(102)-3415/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3415/2023

02.08.2023 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3415/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3415/2023 Açar sözlər: məhkəmələr arasında aidiyyət məsələsi ilə bağlı fikir ayrılığı Bakı şəhəri 02 avqust 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iş üzrə məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisəyə b axaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ASC iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 5000 manat əsas borc, 65,74 manat faiz borcu, 300 manat cərimə və 100 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı krediti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı vermiş, əsas borclu vəfat etmiş, iddia həm borclunun hüquqi varisinə, həm də zaminə qarşı qaldırılmışdır. İlkin müqavilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır.

3. Gəncə Kommersiya Məhkəməsinin e-2-2 (115)-835/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim Gülnaz Quliyeva) işin aidiyyəti üzrə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

4. Qərardad onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Gəncə filialı ilə fərdi sahibkar statusuna malik olan X2 arasında kredit müqaviləsi bağlanılmış, kredit tərəfə dövriyyə vəsaitinin artırılması və cari xərclər məqsədilə verilmişdir. X2 məhkəmədə iddia qaldırılmazdan əvvəl vəfat etmiş, iddiaçı borclunun hüquqi varis olaraq Cavabdeh2 və zamin Cavabdeh1 qarşı məhkəmədə iddia qaldırmışdır. Qeyd edilən cavabdehlər isə fərdi sahibkar statusuna malik deyillər, onlar vergi ödəyicisi kimi qeydiyyata alınmamışlar. Mübahisəyə kommersiya məhkəməsində baxılması üçün müəyyən edilmiş üç meyardan biri, işdə iştirak edə n şəxslərin subyektiv tərkibinə dair şərtlər olmadığından hazırkı mübahisəyə kommersiya məhkəməsində deyil, ümumi məhkəmədə baxılmalıdır.

5. Lakin Bakı şəhəri Goranboy Rayon Məhkəməsi mübahisənin məhkəmə aidiyyəti ilə razılaşmayaraq e-2(045)-1571/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arasındakı fikir ayrılığının həll olunması məqsədi ilə mülki işi Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərmişdir.

6. Məhkəmə hesab etmişdir ki, mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, kredit iddiaçı tərəfindən mərhum X1 onun fərdi sahibkar statusundan irəli gələn sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı verilmişdir. Yəni, hazırkı işdə hüquqi varisin və zaminin qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusuna m alik olmaması işdə iştirak edən şəxslərin subyektiv tərkibinə dair şərtlərin pozulması kimi qəbul edilə bilməz. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

7. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

8. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

9. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

10. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

11. Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.

12. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkə mələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarı

13. Bənd

11. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.

14. Bənd

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yax ud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndində qeyd edilir ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır, birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəx slərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Kassasiya məhkəməsinin hüquqi mövqeyi

15. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq aşağıdakıları qeyd edir:

16. İşdən görünür ki, İddiaçı ASC-nin Gəncə filialı ilə fərdi sahibkar statusuna malik olan X2 arasında kredit müqaviləsi bağlanılmış, kredit tərəfə dövriyyə vəsaitinin artırılması və cari xərclər məqsədilə verilmişdir. X2 məhkəmədə iddia qaldırılmazdan əvvəl vəfat etmişdir. İddiaçı borclunun vərəsəsi olan Cavabdeh2 və zamin Cavabdeh1 qarşı məhkəmədə iddia qaldırmışdır. Hər iki cavabdeh fərdi sahibkar statusuna mali k olmayıb vergi ödəyicisi kimi qeydiyyata alınmamışlar.

17. Mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Hüquq münasibətlərinin xarakteri baxımından isə kommersiya mübahisəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmalıdır. Subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mün ahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır.

18. Buna görə də, Gəncə Kommersiya Məhkəməsi mülki prossesual normaların tələblərinə və müvafiq Plenum qərarının müddəalarına düzgün riayət edərək işin kommersiya mübahisəsi olmaması qənaətinə gəlmişdir.

19. Qeyd edilənləri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, hazırkı mülki iş üzrə məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arasındakı fikir ayrılığı həll edilərək, ərizə mahiyyəti üzrə baxılması üçün Bakı Goranboy Rayon Məhkəməsinə göndərilməlidir.

20. Məhkəmə tərkibi Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bakı şəhər Göranboy Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar