Məhkəmə qərarları › İş №e-2(102)-3669/2023

Ali Məhkəmə Qərar — İş №e-2(102)-3669/2023

23.08.2023 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-3669/2023 23.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlu və İnzibati kollegiyasının hakimi Quliyev Zakir Müslüm oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Nəriman Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(005)2310/2023 nömrəli qərardadından iddiaçı şikayəti üzrə işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMMC Cavabdeh MMC-yə qarşı kommunal xidmətə görə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMMC ilə bağlanılan müqaviləyə əsasən Cavabdeh MMC-nin istifadəsinə verilmiş qeyri-yaşayış sahəsinə kommunal xidmətlərin göstərilməsinə görə 2018-ci ilin yanvar ayından 2023-cü ilin aprel ayı da daxil olmaqla hər ay üçün 30 manat olan ümumi məbləği 1560 manat təşkil edən borcun və 36 manat dövlət rüsumunun cavabdehdən tutularaq cəmiyyətə ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(005)-2310/2023 saylı qərardadı ilə iddiaçı MMMC Cavabdeh MMC-yə qarşı kommunal xidmətə görə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmış, iddiaçıya aidiyyəti üzrə kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. Qərardad onunla əsasland ırılmışdır ki, məhkəmə araşdırmaları zamanı işin materiallarında olan sənədlərə əsasən hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Çünki iddia ərizəsində göstərilənlər əsasında müəyyən edilmişdir ki, hazırki mübahisənin predmeti İddiaçı MMMC ilə Cavabdeh MMC arasında bağlanmış qeyri-yaşayış sahəsinə kommunal xidmətlərin göstərilməsi müqaviləsi üzrə cavabdehin üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməməsidir. Belə olan halda hazırkı mübahisəyə mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri və subyektiv tərkibi nəzərə alınaraq ümumi məhkəmədə deyil, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. İddiaçı MMMC (vəkili Vəkil) tərəfindən Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(005)-2310/2023 sayl ı qərardadından kassasiya şikayəti verilərək həmin qərardadı ləğv edib iddia ərizəsinin icraata götürülərək baxılması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən binanın sakinləri tərəfindən 2019-cu ildə “ Nərimanov-9” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti mənzil sakinlərinə xidmət göstərilməsi səbəbindən yaradılmışdır. Həmin qeyri-kommersiya hüquqi şəxsinin fəaliyyəti heç bir halda sahibkarlıq fəaliyyətinə yönəlməmişdir. Qeyri-kommersiya hüquqi şəxsi xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrində qeydiyyata alınmışdır. Həmin binanın sakinlərindən biri tərəfindən öz qeyri-yaşayış sahəsi Cavabdeh MMC-ə icarə müqaviləsi əsasında icarəyə verilmiş dir. Yəni bu zaman sahibkarlıq fəaliyyəti və icarə müqaviləsi Cavabdeh MMC və binanın sakini arasında mövcuddur. “Nərimanov-9 MMMC” nin fəaliyyəti isə nə “ AL Market “ MMC-yə, nə də binanın digər sakinlərinə münasibətdə sahibkarlığa istiqamətlənməmişdir. Bu baxımdan mübahisənin hər iki tərəfində hüquqi şəxs olmağına baxmayaraq Ali Məhkəmənin də mövqeyinə əsasən, mübahisə sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyindən ümumi məhkəmədə baxılmalıdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin e-2(005)-2310/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadına əsasən iddiaçının şikayəti təmin olunmamış, şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı m übahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına əsasən, MPM-in 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılmas ı üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12). Azərbaycan Respublikası MPM-nin: Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahi bkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.7. Kassasiya instansiyas ı məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə hazırkı işin kommersiya mübahisəsi hesab edilməsi və buna görə də işin baxılması üçün kommersiya məhkəməsinə göndərilməsi barədə prosessual hüquqi əsaslar mövcud deyil. Belə ki, hazırkı mübahisənin tərəflərindən biri qeyri-kommersiya hüquqi şəxs olmaqla, mübahisə onun məhz sahibkarlıqla bağlı olmayan fəaliyyətindən irəli gəlir. Belə ki, Mənzil Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir, belə cəmiyyət qeyri-kommersiya təşkilatı olan hüqu qi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 22-ci bəndində göstərilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış pre dmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Buna görə də, birinci instansiya məhkəməsinin bu mübahisənin iddiaçının təsərrüfat fəaliyyətindən irəli gəlməsi və kommersiya mübahisəsi olması barədə mövqeyi yanlışdır, mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi aidiyyətlə bağlı məsələni həll edərkən mülki prossesual normaların tələblərinə və müvafiq Plenum qərarının müddəalarına düzgün riayət etməmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, qərardad ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1.6 v ə 403-1.8.2-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(001)-2310/2023 nömrəli iş üzrə 15 may 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar