Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-4203/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2(001)5841/2023 saylı məhkəmə aidiyyəti haqqında qərardadından İddiaçı (vəkil Nümayəndə) şikayəti üzrə işə yazılı icraat qaydasında 11 oktyabr 2023-cü il tarixdə baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəmə yə müraciət edərək, cavabdehdən əsas borc olaraq 10150 manat, gecikdirmə faizi olaraq 884.48 manat, dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 123 manat, cəmi 11157,48 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim N.Nəbizadə) 15 sentyabr 2023-cü il tarixli, 2(001)-5841/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı 11157,48 manat məbləğində pul tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 123 manat məbləğində dövlət rüsumu geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı işin mahiyyətindən mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması aşkar olmuşdur. Bundan əlavə, “Elektron məhkəmə” informasiya sistemindən əld ə edilmiş məlumatlardan müəyyən olunmuşdur ki, hər iki tərəf fərdi sahibkar kimi qeydiyyata alınmışlar. İddiaçı (vəkil Nümayəndə) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2(001)-5841/2023 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında olan münasibət gəlir (mənfəət) qazanmaqla bağlı olmadığından və iqtisadi xarakter daşımadığından sahibkarlıq fəaliyyəti ilə bağlı fəaliyyət hesab edilə bilməz. İddiaçı ilə cavabdeh arasında olan münasibət şifahi tapşırıq münasibəti olmuş və gəlir (mənfəət) qazanmaqla bağlı olmamış, yəni təmənnasız fəaliyyət olmuşdur. Bu səbəbdən də fəaliyyət iqtisadi xarakterli olmamışdır. Digər tərəfdən, münasibətlərin şifahi əqd əsasında qurulması da ona işarə etmişdir ki, həmin münasibətlər sahibkarlıq fəaliyyəti ilə bağlı olmamış və bu da ən azından iddiaçının sahibkarlıq fəaliyyətinə aidiyyəti olmamışdır. Hər 2 tərəf sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olsalar da, onlar arasında münasibətlər sahibkarlıq fəaliyyəti ilə bağlı deyil, şəxsi məqsədlərlə bağlı olmuşdur. Nə qədər ki, tərəflər arasında hüquq münasibətləri sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmadığından bu mübahisəyə mahiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(001)5841/2023 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, e-2(001)5841/2023 saylı qərardadından İddiaçı ( nümayəndəsi və vəkili Nümayəndə) tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, şikayətin dəlillərini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, e-2(001)-5841/2023 saylı qərardadının ləğv edilməsi üçün əsas olmamışdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, 3 şərik: "xxxx" MMC-nin direktoru X1, həmin şirkətin təsisçisi kimi özünü təqdim edən X2 və Cavabdeh birgə layihə barədə razılığa gəlmişlər. Layihə Bakı şəhəri, Nəsimi rayonu Nizami küçəsində yerləşən “Red Cup” restoranında xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yeni il şənliyi tədbirinin təşkili ilə bağlı idi. Həmin tədbirin dekorasiya işləri ni görməyi İddiaçı təklif etdilər. Tapşırığın icrası ilə bağlı 41256 manat xərcləndi, ilkin smeta üzrə danışıq 41000 manat olduğundan, ilkin smeta üzrə xərclənmiş əlavə 256 manat tələb edilmədir. İlkin smetaya yolkalar, vitrinlərin doldurulması üçün dekorun alınması, habelə yolka oyuncaqlarının alınması daxil deyildi, həmin xərcləri sponsorlar verməli idi. Lakin sonradan sponsorlar cəlb edilmədiyindən, həmin işlər də iddiaçıya tapşırıldı. Əlavə xərclər 10690 manat təşkil etdi. Beləliklə, ümumilikdə Layihə xərci 51946 manat (7700+33556+10690=51946 manat) oldu. Təşkilati işlərlə bağlı Birgə Tapşıranlar iddiaçıya 41000 manat ödəsələr də, əlavə ödənişlərin pulunu – 10690 manatı ödəmədilər. Məhkəmə qeyd etmişdir ki, iddiaçının nümayəndəsi və vəkili şikayətində iki fərdi sahibkar olan tərəflər a rasındakı münasibətlərin sahibkarlıq fəaliyyəti ilə bağlı deyil, şəxsi məqsədlərlə bağlı olmasını qeyd etsə də, yuxarıda göstərilənlər nəzərə alınarsa, bu inandırıcı səslənməmişdir. Belə ki, iddiaçının özünün ərizəsində qeyd etdiyi kimi, “üç şərik” xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yeni il şənliyi tədbirlərinin dekorasiya işlərinin görülməsini İddiaçı tapşırmış və həmin işlərin görülməsi üçün ona 51946 manat ödənilməli olduğu təqdirdə, 41000 manat ödənmiş, 10690 manat borclu qalmışlar. Bunun nə kimi "şəxsi məqsədlərlə" bağlı ola bilməsi ağlabatan mühakimə əsasında müəyyənləşdirilməmiş, iddiaçı tərəfindən isə nə ilkin iddia ərizəsində, nə hazırkı şikayətdə konkret qeyd olunmamış, iddiaçı mücərrəd ifadələr işlətməklə kifayətlənmişdir. İşlərin ümumi və yaxud kommersiya məhk əmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 4-cü bəndində göstərilir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya i nstansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Maddə 403-1.2. Kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Maddə 403-1.8.1. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Məhkəmə tərkibi şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində fiziki şəxs kimi qeydiyyatdan keçmiş və ona ********** saylı VÖEN verilmişdir. Həmçinin Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyində fiziki şəxs kimi qeydiyyatdan keçmiş və ona ********** saylı VÖEN verilmişdir. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsin in gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıraq hesab edir ki, işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə hazırki işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12-ci bəndində isə göstərilir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiy mət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi tələb olunur. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının özünün ərizəsində qeyd etdiyi kimi, “üç şərik” xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yeni il şənliyi tədbirlərinin dekorasiya işlərinin görülməsini İddiaçı tapşırmış və həmin işlərin görülməsi üçün ona 51946 manat ödənilməli olduğu təqdirdə, 41000 manat ödənmiş, 10690 manat borclu qalmışl ar. Bu qeyd edilənlər iki sahibkar arasında yaranan münasibətlərin şəxsi məqsədlərlə bağlı olmadığını, bilavasitə iş görülməsi, xidmət göstərilməsi ilə bağlı müqavilə münasibətlərindən yaranan kommersiya mübahisəsi olduğunu göstərir. Birinci instansiya məhkəməsi aidiyyətlə bağlı məsələni həll edərkən mülki prossesual normaların tələblərinə və müvafiq Plenum qərarının müddəalarına uyğun hərəkət etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır. Bu baxımdan məhkəmə tərkibi hesab edir ki, iş üzrə Binəqədi Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A LDİ: İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, e-2(001)5841/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(102)-4203/2023
Ali Məhkəmə Qərar — İş №e-2(102)-4203/2023
11.10.2023 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver