Məhkəmə qərarları › İş №e-2(102)-3329/2023

Ali Məhkəmə Qərar — İş №e-2(102)-3329/2023

02.08.2023 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-3329/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdehlər Cavabdehnə və X6 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və əmlak tələbinə dair mülki iş üzrə QƏRARİ İş № 2(102)-3329/2023 (Açar sözlər: məhkəmə aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Vəliyeva Elşanə Rafiq qızı, Kommersiya kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və İnzibati kollegiyasının hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı cavabdehlər Cavabdehnə və X6 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və əmlak tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3344/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə 02 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə X9 arasında Bakı şəhəri, Binəqədi rayonu. M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsi, ATS-in qərbində ünvan 1 ünvanında yaşayış binasının həyətində yerləşən ümumi sahəsi 170 kv.m olan ofis binasının satışı haqqında xx.xx.2016cı il tarixli müqavilənin və bu müqavilənin doğurduğu bütün nəticələrin etibarsız hesab olunması, cavabdeh Zaman” X5 tərəfindən ünvan 1 ünvanında çoxmərtəbəli yaşayış binasının idarəçiliyinin, ümumi istifadədə olmalı obyektlərin - mansard, zirzəmi, ofis binası, qaraj və generator binasının təhvil-təslim aktının tərtib edilərək təhvil verilməsi, binanın istismara qəbul aktının, binanın texniki pasportunun, binaya dair dövlət orqanlarının sənədlərinin - rəyin, layihənin, binaya dair bütün sənədlərin təqdim edilməsi, binanın tikintisinə dair "Gilan İnşaat" arasında bağlanmış müqavilənin, binanın ümumi istifadəsində olan dayanacağın yerləşdiyi torpaq sahəsinin icarəyə götürülməsinə dair “İnterservis" ilə bağlanmış icarə müqaviləsinin təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3344/2023 saylı, xx.xx.2023- cü il tarixli qərardadı ilə (hakim Etibar Mustafayev) iddia ərizəsinin icraata qəbu l edilməsindən imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və iddiaçıya müvafiq tələblə aidiyyət üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir.

3. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, təqdim edilmiş iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən belə müəyyən olunur ki, mübahisə İddiaçı (VÖEN **********) ilə Cavabdeh (VÖEN **********) və X9 arasında cavabdehlər tərəfindən bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, habelə mübahisəli binaya dair ümumi istifadədə olmalı obyektlərin və bütün zəruri sənədlərin təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə həvalə olunmasından ibarətdir. Yəni mübahisənin bir hissəsi vergi ödəyicisi kimi qeydə alınmış hüququ şəxslər arasında əmlak tələbi, bir his səsi isə hüquqi şəxsin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi nəticəsində fiziki şəxslə bağladığı müqavilənin etibarsızlığı ilə bağlıdır. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda iddiaçı qeyrikommersiya hüquqi şəxsi olsa da, iddia tələbi onun təsərrüfat fəaliyyəti ilə bağlıdır. Beləliklə mübahisə hər iki hüquqi şəxsin sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan işə kommersiya məhkəməsində baxılmalıdır.

4. Məhkəmə “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarında ifadə olunmuş hüquqi mövqeyə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsini n 131.1, 131.2-ci maddələrinə istinadla mövqeyini əsaslandırmışdır.

5. Binəqədi Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 2(001)-3344/2023 saylı qərardadından İddiaçı MMMC həmin məhkəməyə şikayət vermiş, qərardadın ləğv edilməsini xahiş etmişdir.

6. Şikayət işin halları sadalanmaqla onunla əsaslandırılmışdır ki, çoxmərtəbəli binanın mənzil mülkiyyətçilərinin maraqlarının müdafiəsi - çoxmərtəbəli binanın idarə edilməsinin və əlaqədar sənədlərin təqdim edilməsi, buna yaradılmış maneələrin aradan qaldırılması və ümumi istifadədə olan əmlaka dair müqavilənin etibarsız hesab edilməsi barədə olsa da, birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadı ilə yanlış olaraq mübahisəni sahibkarlıq fəaliyyəti ilə əlaqələndirmişdir. Hazırkı iddia tələbi mülki xarakterli olmaqla ümumi məh kəmənin baxacağı məsələdir. Mübahisə tərəfi olan iddiaçı qeyri-kommersiya hüquqi şəxs olmaqla, fəaliyyət məqsədi - MMMC-nin fəaliyyət ərazisi ünvan 2 ünvanında yerləşən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakını, ona sahibliyi, ondan istifadəni və qanunvercilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququnun təmin edilməsidir. Qanunvericiliyə əsasən öz məqsədlərinə nail olmaq üçün kommersiya fəaliyyəti ilə məşğul ola bilmək hüququ vardır. Lakin bu hüququnun olması hazırkı mübahisənin onun sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığından mübahisənin kommersiya mübahisəsi olmasına əsas vermir. Həmçinin cavabdehin kommersiya hüquq subyekti olması mütləq mübahisənin kommersiya mübahisəsi hesab edilməsi üçün əsas vermir. İddiaçı çoxmənzilli bina da daşınmaz əmlak kompleksini birgə idarə etmək hüququnun həyata keçirilməsinə yaradılmış süni maneələrin qarşısının alınması üçün hüquqlarının məhkəmə müdafiəsini təmin etmək məqsədilə məhkəməyə müraciət etmişdir. Mübahisə bilavasitə iddiaçının yaradılmasının əsas məqsədinə yönəlmiş fəaliyyətləri (çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək) ilə bağlı olmaqla, yaradılmaları zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsə də, bu məqsədlərə uyğun gələn sahibkarlıq fəaliyyətindən irəli gəlmir. İddia tələbi iddiaçının müstəsna olaraq binanın idarəçiliyi ilə bağlı yaranmış maneənin aradan qald ırılmasına xidmət edir. Məhkəmə qərardadı ilə mübahisənin predmetinə və subyektiv tərkibinə düzgün hüquqi qiymət verilməmişdir. Göründüyü kimi, qanunvericinin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Mübahisənin tərəflərinin kommersiya fəaliyyəti ilə bağlı olmadığı aşkar olsa da, məhkəmə yanlışlığa yol vermişdir. Məhkəmə prosessual normaları düzgün tətbiq etməməklə, qərardadın məzmunu tələbini də pozmuşdur. Qərardadın nəticə hissəsində başqa mübahisənin tərəflərini və mübahisənin tələbini qeyd etməklə, əsaslandırmasında diqqətsizlik etdiyini göstərmişdir. Belə ki, qərardadda məhkəmə əslində “X1 X2 qarşı “maddi ziyanın ödənilməsi” tələbini icraata qəbul etməkdən imtina etdiyini bildirmişdir. Bu isə qə rardadın əsaslılığına şübhə yaradır.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3344/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin məhkəmənin 2(001)-3344/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

8. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

9. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icr aatı qaydasında ümumi məhkəmələr baxır.

10. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

11. Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır.

12. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr aras ında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarı

13. Bənd

4. İddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir.

14. Bənd

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

15. Bənd

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətin dən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

16. Bənd

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.

17. Bənd

22. Bu baxımdan məhkəmələrə izah edilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi ha llarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Kassasiya məhkəməsinin hüquqi mövqeyi

18. Məhkəmə tərkibi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayaraq aşağıdakıları qeyd edir:

19. İşdən görünür ki, iddiaçı qeyri-kommersiya hüquqi şəxsidir, bir cavabdeh kommersiya hüquqi şəxsi, digər cavabdeh isə fiziki şəxsdir. İddiaçı cavabdehin fiziki şəxslə bağladığı müqavilənin etibarsız hesab edilməsini, cavabdeh tərəfindən binaya dair ümumi istifadədə olan əmlakların və binaya aid sənədlərin sənədlərin təhvil verilməsi barədə əşya-hüquq i münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı iddia irəli sürmüşdür. Bu münasibət qeyri-kommersiya hüquqi şəxsinin sahibkarlıq fəaliyyətindən deyil, onun birbaşa fəaliyyət məqsədi olan binanın birgə idarə edilməsi, binanın ümumi əmlakını, ona sahibliyi, onda istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququnun təmin edilməsindən irəli gəlmişdir.

20. Əşya hüquqi münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti məsələsinin müəyyən edilməsi meyarları isə “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Resp ublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında dəqiq göstərilmişdir.

21. Belə ki, həmin Qərarın 14-cü bəndində qeyd edilmişdir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.

22. Həmin Qərarın 22-ci bəndində göstərilir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir.

23. Buna görə də, birinci instansiya məhkəməsinin bu mübahisənin iddiaçının təsərrüfat fəaliyyətindən irəli gəlməsi və kommersiya mübahi səsi olması barədə mövqeyi yanlışdır, mübahisəyə ümumi məhkəmədə baxılmalıdır.

24. Göründüyü kimi, birinci instansiya məhkəməsi aidiyyətlə bağlı məsələni həll edərkən mülki prossesual normaların tələblərinə və müvafiq Plenum qərarının müddəalarına düzgün riayət etməmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, qərardad ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Bİnəqədi rayon Məhkəməsinə qaytarılmalıdır.

25. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3344/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Bİnəqədi rayon Məhkəməsinə qaytarılsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar