Məhkəmə qərarları › İş №e-2(102)-4454/2023

Ali Məhkəmə Qərar — İş №e-2(102)-4454/2023

30.10.2023 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2(102)-4454/2023 30.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş kommersiya məhkəməsinə aiddir Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iş üzrə Bakı ş əhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2688/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı və ya Bank, hal-hazırda ləğv prosesindədir, ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur) ilə Cavabdeh1 (bundan sonra – MTK) arasında 23 aprel 2014-cü il tarixdə birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. Müqavilənin predmetini ünvan 1 ünvanında tikintisi aparılan “Bakıkhanov Residence” çoxmərtəbəli yaşayış və ticarət kompleksində müştərilərə satlmış mənzillərin dəyərinin 80 faizindən artıq olmayan hissəsinin illik 12 faizlə 3 aydan 60 ayadək, MTK rəhbərliyi n müraciəti əsasında və istisna hallarda isə 120 ayadək müddətinə kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil etmişdir.

2. Müqaviləyə əsasən müştəriyə verilmiş kreditlər üzrə ödənişlər 90 gündən artıq kecikdirildikdə, MTK Bankın müraciət etdiyi günün sonrakı iş günündən gec olmayaraq ödəniş gününə mövcud olan kredit borcunu, faizlər daxil olmaqla, Banka tam ödənilməsini öhdəsinə götürmüşdür (bənd 5.4). Kooperativ öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməsinə görə Banka dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır (bənd 7.2). 3. xx.xx.2015-ci il tarixdə MTK ilə Cavabdeh2 arasında ünvan 3 ünvanında yerləşən 2-ci blok, 9-cu mərtəbə, ümumi sahəsi 45,65 kv.m olan bir otaqdan ibarət 45 saylı mənzilin Cavabdeh2 təhvil verilməsi il ə bağlı müqavilə bağlanmışdır.

4. MTK xx.xx.2015-ci il tarixdə ərizə ilə Banka müraciət edərək aralarında bağlanmış xx.xx.2015-ci il tarixli “Əməkdaşlıq müqaviləsi”nə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S. Qocayev 152, giriş 2 ünvanında yerləşən 45 nömrəli, ümumi sahəsi 45.65 kv.m olan mənzilin alqı-satqısı ilə əlaqədar Cavabdeh2 5 il müddətinə 12% dərəcəsi ilə 31.432 manat qarşılığında 30.540 ABŞ dolları məbləğində kredit vəsaitin ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir.

5. Cavabdeh2 ilə Bank arasında bağlanmış 25 fevral 2015-ci il tarixli Kredit müqaviləsinə (bundan sonra – mübahisəli müqavilə) əsasən Bank Cavabdeh2 60 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 30.540 ABŞ dolları məbləğində kredit vermişdir.

6. Hazırda tərəflər arasında sonuncu müqavilə üzr ə borcun tutulması ilə bağlı mübahisə vardır. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehlərə qarşı mübahisəli müqavilə üzrə 27.056,63 ABŞ dolları əsas, 11.218,22 ABŞ dolları faiz və 9.310,14 ABŞ dolları cərimə, illik beş faiz hesablanmaqla 4.000,64 ABŞ dolları faiz borcu olmaqla, cəmi 51.585,63 ABŞ dolları və iş üzrə ödənilmiş 354 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. Cavabdeh2 işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə vəsatət təqdim edərək, bildirmişdir ki, cavabdeh MTK hüquqi şəxsdir və iddiaçı ilə MTK arasında olan münasibətlər sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan münasibətlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini n (bundan sonra MPM) 1, 25 və 26-cı maddəsinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu”nun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 11-ci bəndinə əsasən, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Odur ki, iddia ərizəsinə kommersiya məhkəməsində baxılmalıdır.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(008)-2688/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərardadı ilə (hakim Nilufər Cəfərli) vəsatət təmin olunmamışdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddiasının faktiki əsası kimi mübahisəli müqaviləyə və Bankla MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli birgə fəaliyyət haqqında müqaviləyə istinad etmişdir. Mübahisəli müqavilənin predmeti mənzilin alınması üçün kreditin verilməsidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.3-cü maddəsinə əsasən mənzilin təyinatı yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi olduğundan, bununla bağlı verilmiş kredit müqaviləsindən irəli gələn münasibətlər sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisə kimi qiymətləndirilə bilməz. Mübahisənin xarakterini isə əsas öhdəliyin icrasının təminatı kimi bağlanmış müqavilələr deyil, əsas öhdəliyin mahiyyəti müəyyən edir. Buna görə də əlavə öhdəlik üzrə subyektlərdən birinin hüquqi şəxs olması işə kommersiya məhkəməsində baxılması üçün əsas ola bilməz.

11. Cavabdeh X1 həmin qərardaddan apellyasiya şikayəti vermiş, şikayətini vəsatətdə qeyd olunan dəlillərlə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hazırda tərəflərdən ikisi, yəni bank və MTK arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlıdır və kommersiya mübahisəsidir. Məhkəmə tərəflər arasında mübahisənin faktiki xarakteri nəzərə almamış, forma xarakterli qərar qəbul edilmiş, öz mövqeyini hüquqi cəhətdən əsaslandırmamışdır.

12. Birinci instansiya məhkəməsinin 22 avqust 2023-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndəri lmişdir. Kassasiya məhkəməsindəki icraat

13. MPM-in 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

14. Həmin Məcəllənin 25.1 və 26.1-ci maddələrinə, əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

15. MPM-in 30-cü maddəsi nəzərdə tutur ki, bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirə rkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır 16. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına əsasən MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11).

17. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12).

18. MPM-in 30-cu maddəsinin tətbiqi ilə bağlı əlavə olaraq nəzərə alınmalıdır ki, maddənin məzmunu baxımından məhkəmənin baxış predmetini ilk növbədə məhz bir-biri ilə əlaqədar olan və birlikdə baxılması mümkün olan (MPM-in 149.3, 152.1.7-ci maddələrinin tələblərinə uyğun olaraq) tələblər təşkil etməlidir, digər tərəfdən isə həmin tələblərdən ən azı biri və yaxud əsas tələb üzrə mübahisənin hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır (bu Qərarın 13-cü bəndi). Tələblər bu şərtlərə cavab verdiyi halda subyekt tərkibinin istənilən kompozisiyası mümkündür (bənd 17).

19. Baxılan iş üzrə MTK ilə Cavabdeh2 arasında yaranmış podrat, habelə Bankla Cavabdeh2 ilə yaranmış kredit hüquq münasibətləri həm subyektlər dairəsi, həm də hüquq münasibətlərinin məzmunu baxımından kommersiya mübahisə si deyildir. Lakin Bankın MTK-ya qarşı tələbinin əsasında bu iki kommersiya hüququ şəxsinin birgə sahibkarlıq fəaliyyətindən irəli gələn müqavilə öhdəliklərinin icrası dayanır. Həmin mübahisə həm subyekt tərkibi, həm mübahisənin predmeti, həm də hüquq münasibətlərinin xarakteri baxımından kommersiya mübahisəsidir.

20. Göründüyü kimi, iş üzrə bir-biri ilə əlaqədar olan və bir icraatda baxılması mümkün olan iki tələbdən biri (Bankın Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə öhdəliyin icrası tələbi) ümumi məhkəməyə, digəri isə (Bankın MTK-ya qarşı birgə fəaliyyət müqaviləsi üzrə öhdəliyin icrası tələbi) kommersiya məhkəməsinə aiddir. MPM-in 30-cu maddəsinə əsasən həmin tələblər üzrə birlikdə verilmiş iddiaya kommersiya məhkəməsində baxılmalıdır.

21. Lakin birinci instansiya məhkəməsi istinad olu nan maddənin tələbini nəzərə almayaraq, işin kommersiya məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin etməmişdir.

22. Yuxarıda göstərilənlərə əsasən, Qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, şikayət təmin edilməli, qərardad ləğv olunmalı və mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

23. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kassasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər (403-1.8.2.).

24. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2688/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar