Məhkəmə qərarları › İş №2(102)-3416/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-3416/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3416/2024 06.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARDADİ Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə Cavabdeh X tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdeh x nümayəndəsi Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)3317/2024 nömrəli iş üzrə 29 iyul 2024-cü il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – M PM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-nin 405 və 405.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadlarından kassasiya şikayəti qərardadın surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində verilir. İşdən görünür ki, apellyasiya məhkəməsinin 29 iyul 2024-cü il tarixli qərardadı cavabdeh Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun elektron kabinetə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, lakin kassasiya şikayəti cavabdehin vəkili və nümayəndəsi tərəfindən xx.xx.2024-ci il tarixdə elektron imza ilə imzalanaraq elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilmişdir. Cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 10 günlük kassasiya şikayəti verilmə müdd əti ötürülməsinə baxmayaraq həmin müddətin bərpasına dair ərizə də verilməmişdir. Belə olan kassasiya şikayətinə əsasən kassasiya icraatı qaydasında işə baxılması mümkün deyildir. MPM-nin 408.1 və 408.1.4-cü maddələrinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessua l əsasların olması daxildir. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-nin 404-1.1, 404-1.2, 408.1, 408.1.4, 405 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh x Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3317/2024 nömrəli iş üzrə 29 iyul 2024-cü il tarixli qərardadından verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar