Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3417/2019 13.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli 2(008)2794/2018 saylı qətnaməsi ilə (sədrlik edən Ə.Səmədov) iddia qismən təmin edilərək Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanda yerləş ən mənzildən çıxarılmaları, Cavabdeh2 və Cavabdeh1 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski - sədrlik edən və məruzəçi, S.Hacıyev və R.Eyvazov, İş № 2(103)-10472/2018) İddiaçı və Cavabdeh2 apellyasiya şikayətləri təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı mənzildən çıxarılma, maddi və mənəvi ziyanın Mənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanından çıxarılmaları, maddi zərərin əvəzi olaraq 7200 (yeddi min iki yüz) manat, mənəvi zərərin əvəzi olaraq 20 000 (iyirmi min) manat pul məbləğinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə işin hallarına diqqət yetirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlmələri səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 22 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiyainstansiyasıməhkəməsininişinmateriallarıüzrəgəldiyinəticədəngörünürki,qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi (habelə iş üzrə icraatın dayandırılması) üçün əsas ola bilməz. Qanuni qüvvəsini almış məhkəmə qərarları ilə Cavabdeh2 (İddiaçı və digərlərinə qarşı) tərəfindən hərracın n əticələri və iddiaçıya məxsus çıxarış mübahisələndirilmiş olsada bu tələblər təmin edilməmiş və iddiaçının toxunulmaz mülkiyyət hüquqlarına müvafıq ona məxsus daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29; MM-in 140, 152, 158; MPM-in 14.2, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, ünvan 1 ünvanda yerləşən mənzil qanunsuz olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt olunduğundan iddiaçı mənzilin mülkiyyətçisi kimi əmlakı ilə bağlı sahibli k, istifadə və sərəncam hüquqularını sərbəst həyata keçirə bilmir. Buna görə də, cavabdehlər mübahisəli mənzildən hər hansı bir hüquq əldə etmədən istifadə etdiyindən və həmin mənzilin mülkiyyətçisi olan iddiaçının xüsusi mülkiyyət hüququnu həyata keçiriməsinə kobud şəkildə maneçilik yaratdığından iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Ona görə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mübahisəli mənzildən çıxarılmalıdırlar. İddiaçının hüquqları pozulduğundan və onların əmlakından sərbəst istifadəsi məhdudlaşdırıldığından bu tələblə məhkəmə müdafiəsindən istifadə etmişdir. Məhkəmə kollegiyası hər iki məhkəmə instansiyasının iddia tələbinin təmin edilməsi mövqeyi ilə razılaşır. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hüquq normasının məzmunundan göründüyü kimi mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası kassatorun apellyasiya instansiyası məhkəməsinin işin hallarını obyektiv və ədalətli şəkildə tədqiq etməməsinə d air dəlili ilə bağlı hesab edir ki, işə baxan məhkəmə işin faktiki halları, tərəflərin qarşılıqlı münasibəti və mülki işin materiallarına istinad edərək, eləcə də, maddi və prosessual hüquq normalarının düzgün tətbiqi ilə birinci instansiya məhkəməsi tərəfindən işin hallarının düzgün aradırılmasının son nəticədə düzgün olan qərarın qəbul edilməsinə gətirib çıxarması barədə gəldiyi nəticəsi əsaslıdır. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiyainstansiyasıməhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, sübutları tam, hərtərəfli araşdırmış, işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qan uni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 22 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3417/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3417/2019
13.05.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver