Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3417/2025 27.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X2 və Cavabdeh4 qarşı ilk, Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə olunmadıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X2 və Cavabdeh4 qarşı “torpaq sahəsindən və e vdən çıxarılma” tələbinə dair ilk, Cavabdeh2 İddiaçı qarşı “alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 2 may tarixli 2(103)-1484/2025 nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. İş materiallarından müəyyən edilir ki, Cavabdeh2 tər əfindən verilmiş kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunsa da, ödənilmiş məbləğ qanunvericiliyin tələblərinə uyğun şəkildə ödənilməmiş, yəni müəyyən olunmuş məbləğdən az ödənilmişdir. “Dövlət rüsumu haqqınada” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat, həmin qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu qanunun müvafiq olaraq 8.1 və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində rüsum ödənilməlidir. Qanunun qe yd olunan normasında bəhs olunan “iddianın qiyməti” anlayışı MPM-in 112-ci maddəsində izah edilmiş, habelə müxtəlif tələblər üzrə iddianın qiymətinin müəyyən olunmasının meyarları müəyyən edilmişdir. MPM-in 112.1.10-cu maddəsinə görə, iddianın qiyməti bir neçə müstəqil tələbdən ibarət olan iddialarda, bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. Həmçinin 112.3-cü maddəyə əsasən qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir. İş materialları öyrənildikdə görünür ki, kassasiya şikayətində məhkəmə qətnaməsi tam mübahisələndirildiyindən, dövlət rüsumu həm ilk, həm də qarşılıqlı iddialara uyğun ödənilməlidir. Bu baxımdan hazırda baxılan işdə ilk və qarşılıqlı iddia ərizələri qiymətləndirilməyən olduğundan, Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayət inin verilməsi üçün ödəməli olduğu dövlət rüsumunun məbləği, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2 və 8.6-cı maddələrinin tələblərinə əsasən 100 manat təşkil etdiyi halda o, cəmi 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 tərəfindən v erilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla MPM-in 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.3 və 408.3cü maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 2 may tarixli 2(103)1484/2025 nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Ba kı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3417/2025
Ali Məhkəmə Qərardad — İş №2(102)-3417/2025
27.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver