Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3418/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Süleymanov Mərdəli Binəli oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə (iş № 2(012)- 291/2016, hakim Ş,H.Nəcəfova) İddiaçı Abşeron rayon Masazır Bələdiyyəsi, X4, Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2015-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınan Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsinin Cavabdeh2 tərəfindən zəbt edilmiş 0,0482 ha hissəsinin boşaldılması, həmin torpaq sahəsində Cavabdeh2 tərəfindən tikilmiş qanunsuz tikilinin onun vəsaiti hesabına sökülməsi qət edilmiş, iddia Abşeron rayon Masazır Bələdiyyəsi və X2 aid hissədə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov, Ş.R.A basov, A.Ə.Abbasov iş № 2(105)167/2018) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (sədrlik edən hakimlər G.Quliyev, Ə.Mirzəliyev və İ.Xələfovdan ibarət tərkibdə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxararkən iddia tələbindən kənara çıxmış, Cavabdeh2 tərəfindən tikilmiş qanunsuz tikilinin onun vəsaiti hesabına sökülməsi iddiası olmamasına baxmayaraq işə baxan məhkəmələr tələbdən kənara çıxaraq tikililərin sökülməsi barədə də qərar qəbul etmişlər. İşə ikinci dəfə apellyasiya qaydasında baxan Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Rəhimov (sədrlik edən, məruzəçi), G.Tağızadə və T.Quliyev, 2(105)-991/2019 saylı mülki iş) hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(012)-291/2016 saylı qətnaməsi torpaq sahəsində Cavabdeh2 tərəfindən tikilmiş qanunsuz tikilinin onun vəsaiti hesabına sökülməsi hissəsində ləğv edilmiş, qətnamə qalanhissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Abşeron rayonu, Masazır kəndi ərazisində 0,35 ha torpaq sahəsi xx xxx 2008-ci il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Abşeron rayonu, Masazı r kəndi ərazisində 0,15 ha torpaq sahəsi xx xxxx 2009-cu iltarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Abşeron rayonu, Masazır kəndi ərazisində 0,06 ha torpaq sahəsi xx xxxx 2015-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. xx.xx.2015-ci il tarixdə İddiaçı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən alınmasına dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək qətnaməni ləğv edərək iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində qeyd edilmişdir ki, qətnamə sübutlara düzgün qiymət verilməməklə çıxarılmış, prosessual və maddi hüquq normaları səhv təsfır edilərək tətbiq edilmişdir.2019-cu ilin sentyabr ayında Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Elman Rəhimova icraatın dayandırılmasına dair vəsatət verilmişdir. Lakin, sonradan mənə məlum olmuşdir ki, məhkəmə onun tərəfindən verilmiş vəsatətə əhəmiyyət vermədən və xx.xx.2019-cu il tarixli məhkəmənin vaxtı və yeri barədə məlumat vemədən iş üzrə qətnamə qəbul etmişdir. 2018-ci ildə Cavabdehlər X8, X3, İddiaçı, X5 və digərlərinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edilmiş və həmin mülki iş Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(012)-4164/201 8 saylı Qərardadı ilə icraatı dayandırılmışdır. İcraatın təzələnməsi ilə əlaqədar ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, Abşeron rayon Məhkəməsi xx xxxxxxxx 2019-cu il tarixli, 2(012)-160/2019 saylı Qərardadı ilə ərizəni təmin edərək icraatı təzələmişdir. Bundan başqa nə birinci, nə də apellyasiya instansiya məhkəməsi aydınlaşdırmamışdır ki, torpaq sahəsinin ayrılmasına səbəb olmuş ilkin torpaqayırma sənədləri əsasında ekspertizalar keçirilsin. Abşeron Rayon Məhkəməsi 2(012)-160/2019 saylı işə baxarkən iş üzrə texniki-tikinti ekspertizası təyin olunmuş ekspertiza rəyi demək olar ki, mənim xeyrimə verilmişdir. Çünki hazırki məhkəmə işlərində keçirilmiş ekspertizalarda ilkin sənəd əsasında ekspertizaların keçirilməsi tələb olunsa da, ekspertlər həmin hissədə ekspertiza keçirtməmişlər. Prosessual məsələlər: İddiaçının vəkili Süleymanov Mərdəli Bin əli oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: İddiaçı iddiası Cavabdeh2 münasibətdə təmin olunmuşdur. X apellyasiya məhkəməsinin qətnaməsini özünə aid hissədə mübahi sələndirir. Qətnamə ilə iddiaçının adına qeydə alınan Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsinin Cavabdeh2 tərəfindən zəbt edilmiş 0,0482 ha hissəsinin boşaldılması qət edilmişdir. İşə baxan məhkəmələr yekun nəticəyə gələrkən işdə olan aşağıdakı sübutlara istinad etmişlər. DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində 0,06 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 793 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində xx xxxx 2015-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmış Abşeron rayonu, Masazır kəndi ərazisində 0,06 ha torpaq sahəsinə dair DƏDRX-nin 4 saylı Ərazi İda rəsi tərəfindən xx xxxx 2015-ci il tarixdə AA seriyalı, 039257 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. DƏDRX-nin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində 0,15 ha torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 94 nömrəli reyestr kitabının 178 nömrəli vərəqində xx xxxx 2009-cu il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh2 adına mülkiyyət hüququ əsasında qeydə alınmış Abşeron rayonu, Masazır kəndi ərazisində 0,15 ha torpaq sahəsinə dair DƏDRX-nin Abşeron Rayonu Ərazi İdarəsi tərəfindən xx xxxx 2009-cu il tarixdə AA seriyalı, 017020 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Daşınmaz Əmlakın Kad astr və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi 4 saylı Abşeron Layihə-Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli rəydən görünür ki, dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmış Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi Abşeron rayonu Masazır bələdiyyəsinin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. Mübahisəli torpaq sahəsinin digər şəxslər tərəfindən zəbt olunması müəyyən edilmişdir. Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi 4 saylı Abşeron Layihə-Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş xx xxxx 2016-cı il tarixli rəydən görünür ki, d aşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmış Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsinin 0,0482 ha hissəsi Cavabdeh2 tərəfindən, digər 83,39 kv.metr hissəsi isə digər şəxslər tərəfindən zəbt edilmişdir. DƏDRX-nin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,35 ha torpaq sahəsi X1 adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 67 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində xx xxx 2008ci il tarixdə qeydiyyata alınmışdır. Abşeron rayon İcra Hakimiyyəti başçısının xx xxx 2009-cu il tarixli, 366 saylı sərəncamından görünür ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi ərazisində ona məxsus 0,35 ha torpaq sahəsində X2 ticarət obyektinin tikilməsinə icazə verilmişdir. İş üzrə keçirilmiş ekspertizanın xx xxxxxxx 2017-ci il tarixli, 16977 saylı rəyindən görünür ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və xx xxxx 2015-ci il tarixli, AA seriyalı, 039257 saylı torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları naturada müəyyənləşdirilərək, həmin torpaq sahəsinin cavabdeh tərəfindən tutulduğu müəyyən edilir. DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və xx xxx x 2015-ci il tarixli, AA seriyalı, 039257 saylı torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatlarına əsasən Cavabdeh2 tərəfindən 0,0585 ha hissəsinin tutulduğu, tutulmuş torpaq sahəsində Cavabdeh2 tərəfindən 0.003027 ha (30.27 kv.metr) hissəsində tikili inşa edildiyi müəyyən edilir. DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və xx xxxx 2009-cu il tarixli, AA seriyalı, 017020 saylı torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatlarına əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Masazı r qəsəbəsində yerləşən 0,15 ha torpaq sahəsinin özünün faktiki istifadəsində olan 0,3782 ha torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilir. DƏDRXnin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və xx xxxx 2015-ci il tarixli, AA seriyalı, 039257 saylı torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin naturada koordinatları ilə DƏDRX-nin Abşeron Rayonu Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və xx xxxx 2009cu il tarixli, AA seriyalı, 017020 saylı torpaq sahəsinin planı və ölçüsünə əsasən Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının verilmiş sənədlərə əsasən üst-üstə düşmədiyi müəyyən edilir. Ek spertizanın xx xxxxxx 2019-ci il tarixli, 8206 saylı rəyindən görünür ki, xx xxxx 2015-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X10 tərəfindən İddiaçı satılan 0,02 ha torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində 793 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmış Çıxarışda göstərilən 0,06 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları tərkibində olduğu müəyyən edilir, 0,06 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə çıxarışa qədərki koordinatlarının eyni olduğu müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət r eyestrindən çıxarışla İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatlarına əsasən Cavabdeh2 tərəfindən torpaq sahəsinin 0,585 ha hissəsi faktiki olaraq istifadə olunur. Məhkəmələr yuxarıda qeyd olunan sübutlar fonunda iddiaçının mülkiyyət hüquqlarını müdafiə etməkdə haqlı olmuşlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qa nunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1- ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Cavabdehin kassasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğv olunması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3418/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3418/2020
21.07.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver