Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3418/2024 12.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "Kursus-Nizami” Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyəti, cavabdehin şikayəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Abbasov Aqil Əzizağa oğlundan (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlu və İnzibati Kollegiyasının hakimi Kərimov Səyyad Əli oğlundan ibarət qarışıq məhkəmə tərkibində, İddiaçı "Kursus-Nizami” Mənzil Tikinti Kooperati cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh6 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, kirayə haqqının ödənilməsi, mənzildən çıxarılma və əmlakın sökülməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1846/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli məhkəmə aidiyyəti ilə bağlı qərardadından Cavabdeh1 şikayətinə 12 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "Kursus-Nizami” Mənzil Tikinti Kooperativi iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək: - cavabdeh X2 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56 kv.metr 2 saylı mənzilinin əvəzinə ünvan 1 ünvanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayı ş binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi; - cavabdeh X3 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,5 kv.metr 4 saylı mənzilinin əvəzinə ünvan 1 ünvanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi; - Cavabdeh4 Ramaz qızına məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,8 kv.metr 8 saylı mənzilinin əvəzinə ünvan 1 ünvanında kooperativ tərəfin dən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi; - cavabdeh X6 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 90,8 kv.metr 12 saylı mənzilinin əvəzinə ünvan 1 ünvanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi; - Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 81,5 (artırma ilə 93) kv.metr 22 saylı mənzilinin əvə zinə ünvan 1 ünvanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi, onun mənzildən çıxarılması və mənzilin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh X1 Samir Yunisoviç ilə əvəz edilmişdir
3. Cavabdeh1 ərizə təqdim edərək, mülki işin məhkəmə aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və ərizəsini də onunla əsaslandırmışdır ki, mübahisə sahibkarlıq fəalıiyyətinin həyata keçirilməsi ilə əlaqəli olduğundan Azərbaycan Respublikası MPM-in 26.1-ci maddəsinə əsasən işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır.
4. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 birinci instansiya məhkəməsində ərizəni müdafiə edərək göstərmişdir ki, iddiaçı xeyriyyə məqsədi ilə deyil, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bu səbəbdən mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1846/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. (hakim Qumru Əliyeva)
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iddia sahibkarlıq fəaliyyət ilə məşğul olmayan fiziki şəxslərə qarşı yönəlib, tərəflər arasında sahibkarlıq münasibətləri mövcud deyil və ya hazırkı mübahisə tərəflərin qarşılıqlı sahibkarlıq fəaliyyətinin nəticəsində yaranmayıb.
7. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən Cavabdeh1 mövqeyi ilə razı olmay araq belə nəticəyə gəlmişdir ki, hazırki mübahisə kommersiya mübahisəsi kimi qiymətləndirilə bilməz.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 24.2, 26.1, 32.1, 32.3 və 32.4-cü maddələri ilə əsaslandırmışdır. Şikayətin və ona qarşı etirazın dəlilləri a) Şikayətin dəlilləri
9. Cavabdeh1 (Vəkil1) şikayət verərək, qərardadın ləğv edilməsi, işin kommersiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi məhkəmə baxışında MTK-nın həyata keçirdiyi layihənin kommersiya xarakterli olduğunu bildirib. Mübahisənin kommersiya xarakterli olması işin mübahisəsiz halıdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60 (İ). Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
15. İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 13.2.37. Sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təq dim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir; Maddə 33.1. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər, olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır; Maddə 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keç irən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sah ibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Maddə 44.2.2. İş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Maddə 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Maddə 403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəll ənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.[576] Maddə 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: işin məhkəmə aidiyy əti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər; işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qan unsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. … Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanunimaraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhk əmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. … Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud komme rsiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarı 10-cu bənd. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilmə sində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur; 11-ci bənd. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçiri lməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; 13-cü bənd. Əsas tələb (yaxud birlikdə baxılması mümk ün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. 15-ci bənd. Məhkəmələrə həmçinin izah edilir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.
13. İddia tələbi cavabdehlərin mənzilinin əvəzinə ünvan 1 ünvanında kooperativ tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 20% sahə əlavə edilməklə təmirli yeni mənzilin onların mülkiyyətinə verilməsi, yeni mənzil ilə təmin edilənədək MTK tərəfindən onlara hər ay kirayə haqqının ödənilməsi, onların mənzildən çıxarılması və mənzilin sökülməsi barədədir.
14. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştir ak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir.
15. Hazırki mübahisədə cavabdehlərin vergi ödəyicisi olması müəyyən edilməyib, üstəlik, cavabdehlərin yaşadıqları mənzillə bağlı mənafeləri iqtisadi fəaliyyət sferasına aid deyil. Göründüyü kimi, hazırkı iş istər subyekt, istər mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri baxımından MPM-in 24.2, 26-cı maddələrinin tələbinə görə kommersiya mübahisəsi kimi xarakterizə edilə bilməz.
16. Bu baxımdan, iddiaçının hüquqi şəxs olaraq həmin mənzillərlə bağlı həyata keçirdiyi layihənin kommersiya xarakterli olması barədə kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz.
17. Beləliklə, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin işi n məhkəmə aidiyyəti üzrə baxılması üçün kommersiya məhkəməsinə göndərilməməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuşdur. Buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır.
18. Yuxarıda şərh edilənləri və Mülki Prosessual Məcəllənin 403-1.8.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1846/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.