Məhkəmə qərarları › İş №2(102)-3419/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3419/2021

19.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3419/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddia tələbi: istifadə hüququna xitam verilməsi, evdən çıxarılma Açar sözlər: istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 kassasiya şikayətinə 19 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasın da baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Mübahisəli fərdi evdə İbadullayev Əhməd Hümmət oğlu və Cavabdeh1 paylı mülkiyyət hüquqları qeydə alınmışdır. Şəki rayon Məhkəməsinin 2(075)-866/2019 saylı iş üzrə 11 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.V.Hacıyev) Şəki şəhəri, Ç.Mustafayev küçəsi ev 598 (keçmiş ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətdə olan əmlakın ilkin satış qiyməti 46500 manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin tərəflər arasında paylarına müvafiq olaraq bölünməsi qət edilmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 26 fevral 2020-ci il tarixli müqavilə ilə sözügedən əmlak Cavabdeh1 tərəfindən alınmışdır. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 10 iyun 2020-ci il tarixli daşınmaz əml akın alqı-satqı müqaviləsi ilə həmin əmlak İddiaçı satılmışdır. “ASAN-Şəki” tərəfindən verilmiş 15 avqust 2020-ci il tarixli arayışdan görünür ki, Şəki şəhəri, Ç.Mustafayev küçəsi, ev 598 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsində icraat 25 avqust 2020-ci il tarixdə Əliyeva X1 Şəfəq Əhməd qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı hazırki iddia ərizəsi ilə müraciət edərək, mülkiyyətində olan Şəki şəhəri Çingiz Mustafayev 598 (keçmiş Şəki şəhəri D.Bünyadzadə ev 5) saylı evdən cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh3 və onun ailə üzvlərinin Şəki şəhəri Çingiz Mustafayev 598 (keçmiş Şəki şəhəri D.Bünyadzadə, ev 5) saylı evdən əşyaları ilə birlikdə öz vəsaitləri hesabına çıxarılmaları və hü quqi xidmətlər göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat məbləğində pulun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 25 iyun 2020-ci il tarixdə verilmiş **********91-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Dadaş Bünyadzadə küçəsi, ev 5 (indiki ünvan 2 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82.7 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 64 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki rayon Məhkəməsinin 2(075)-1294/2020 saylı iş üzrə 05 oktyabr 2020-c i il tarixli qətnaməsi ilə (hakim P.V.Hacıyev) iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Şəki şəhəri Ç.Mustafayev küçəsi ev 598 (keçmiş Şəki şəhəri Dadaş Bünyadzadə küçəsi ev 5) saylı evdən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarının itirilmiş hesab edilməsi, qətnamə qanuni qüvvəyə mindikdən sonra, cavabdehlərin Şəki şəhəri Ç.Mustafayev küçəsi ev 598 (keçmiş Şəki şəhəri Dadaş Bünyadzadə küçəsi ev 5) saylı evdən qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilməsi, Cavabdeh3 Şəki şəhəri Ç.Mustafayev küçəsi ev 598 (keçmiş Şəki şəhəri Dadaş Bünyadzadə küçəsi ev 5) saylı evdən əşyaları ilə birlikdə öz hesabına çıxarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını və tətbiq edilən hüquq normalarını rəhbər tutmaq la belə qənaətə gəlmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqları itirilmiş hesab edilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hüquqi xidmətlər göstərilməsi üçün vəkilə ödənilmiş 500 manat vəsaitin cavabdehlərdən alınaraq ona verilməsini xahiş etsə də, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, mübahisəli əmlakda başqa şəxslərin də qeydiyyatda olub-olmaması barədə məlumat al ınmamış, vəkilə hüquqi xidmət haqqı kimi 500 manat pulun ödənilməsinə dair sübutun təqdim edilməsinə şərait yaradılmamışdır. Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə prosesində iştirakı təmin edilməmiş, onun izahatı alınmadan qətnamə qəbul edilmişdir. Həmçinin, əmlak onun və ailəsinin yeganə yaşayış yeri olduğundan həmin evdə yaşamaq onların da hüququdur. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-262/2021 nömrəli iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Q.Abbasov, M.M.Hüseynov, E.Ş.Hüseynov) apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, apell yasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş halları və işin halları barədə əsaslandırdığı sübutlar onu göstərir ki, iddianı qismən təmin etməklə, iş üzrə düzgün nəticəyə gəlinmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını tam və ətraflı araşdırmış, maddi və prosessual hüquq normaları pozulmamış, gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna ola raq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh3 kassasiya şikayəti əsasında yoxlanılır. Mülki işə tətbiq edilən hüquq «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunu 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvv əyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasi təsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şik ayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar