Məhkəmə qərarları › İş №2(102)-3420/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3420/2025

16.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3420/2025 16.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X6 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-715/2025 nömrəli iş üzrə 31 iyul 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr i şin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı X10 ilə Cavabdeh2 arasında olan şifahi razılaşmaya görə iddiaçı özünə məxsus fermada qoyun və keçilərdən ibarət xırdabuynuzlu heyvanları baxmağı sonuncuya həvalə etmişdir;

3. X2 tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli Qəbzdə qeyd edilmişdir ki, “Mən Cavabdeh2 Firudun Verirəm qəbzi X8 ona görəki mən onun xırda buynuzlu heyvanlarına baxarkən ehtiyacım üzündən ümumi dəyəri 38000 manat dəyərində heyvani satib xərcləmişəm. Söz verirəm ki həmin pulun 10000 manatını 2020-ci ilin may ayın sonuna qədər, qalan 28000 manatı isə 2020-ci ilin sonuna qədər ödəyəcəm”. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X10 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə mü raciət edərək, cavabdehlərdən maddi ziyanın əvəzində 38000 manat pulun, hüquqi yardım üçün vəkilə ödənilən 300 manat pulun və ödənilmiş 205 manat dövlət rüsumunun, cəmi 38505 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2010-cu ildə o, Qəbələ rayonu Nohurqışlaq kəndində 0,10 ha torpaq sahəsi alaraq orada iki mərtəbəli yaşayış evi və həyətində yardımçı tikililər tikmişdir. Bundan başqa həmin kəndin yaxınlığından 3 ha torpaq sahəsi icarəyə götürərək orada heyvandarlıqla məşğul olmağa başlamışdır. Təxminən 2018-ci ilin sentyabr ayında bir tanışıma heyvanlarına baxmağı üçün çoban lazım olduğunu bildirmiş və tanışı onu Cavabdeh2 ilə tanış etmişdir. Daha sonra o, Altayı və oğlu Röyalı fermasında heyvanlarına baxma q üçün işə götürmüşdür. Uşaqları Bakıda təhsil aldığı üçün tez-tez Bakıya gedirmiş. Bu səbəbdən də heyvandarlıq üçün lazım olan bütün ot preslərini və arpa yemlərini lazımı qədər alıb həm fermaya, həm də evinin həyətindəki tövləyə qoyurmuş ki, o olmadığı zaman Altay yemləri oradan götürüb heyvanlara versin. Fermadakı işləri yerinə yetirmək üçün Altaya hər cür şərait yaratmışdır. Altay özünə kömək üçün oğlu Röyalı da fermaya gətirmişdir. O da Röyalın atası Altaya kömək üçün işə cəlb olunmasına razı olmuşdur. Onlar hər ikisi fermada işləyərək fermanı idarə edirmişlər. Bir müddət cavabdehlər ilə işlədikdən sonra etibarını qazandıqları üçün Bakıya köçməyə qərar vermiş və bütün işlərlə məşğul olmağı cavabdehlərə tapşırmışdır. Bu minvalla onlar 2018-ci ilin sonlarınadək fermada işləmişlər. Amma həmin müddətdə mal-qaranın sayının günü-gündən azaldığını, heyvanlar üçün aldığı yemin tez-tez qutardığının şahidi olurmuş. Ən sonda isə Altay və Röyalın ona məxsus mal-qaranı ondan xəbərsiz və razılığı olmadan satıb pulunu taladıqlarını müəyyən etmişdir. Bu barədə Altay hətta ona yazılı qəbz də vermişdir. Altay özü verdiyi qəbzdə etiraf etmişdir ki, ona məxsus xırdabuynuzlu heyvanları ehtiyacı üzündən sataraq ümumi dəyəri 38000 manat olan pulu xərcləmişdir. O, həmçinin qeyd etmişdir ki, həmin puldan 10000 manatını 2020-ci ilin may ayının sonunadək, qalan 28000 manatı isə 2020-ci ilin sonunadək ona ödəyəcəkdir. Lakin, həmin vaxtdan bəri xeyli müddət keçməsinə və pulu dəfələrlə tələb etməyinə baxmayaraq Altay və Röyal ona vurduqlarıziyanı ödəməmişlər. Bu barədə etdiyi şikayəti əsasında Qəbə lə Rayon Polis X3 və Prokurorluğunda araşdırma aparılmışdır. Araşdırmanın nəticəsində Qəbələ rayon Polis Şöbəsi tərəfindən qəbul olunmuş qərarlarlacinayət işinin başlanması rədd edilmişdir.

6. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, ifadəsində göstərmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi Cavabdeh2 tərəfindən imzalanmış qəbzi əsas gətirmişdir. Lakin Cavabdeh2 həmin qəbzi iradəsi xaricində imzalamışdır. Həmin qəbzdə yazılanları həmin vaxtı dərk etməmişdir. Ümumiyyətlə 38000 manat məbləğin necə yarandığı müəyyən edilməmişdir. Cavabdehlərin əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin məhkəməyə iddia tələbinin tətbiqi barədə ərizə vermişdir. Həmin ərizə də nəzərə alınmaqla iddia tələbinin rədd edilməsini xahiş etmişdi r.

7. Məhkəmə iclasında cavabdehin Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, sözügedən hadisələr 7 il bundan əvvəl baş vermişdir. Həmin vaxt polis və prokurorluq tərəfindən də araşdırma aparılmışdır. Şikayətin əsassız olduğu müəyyənləşdirilmişdir. Onun iddiaçıya borcu yoxdur, olsaydı həmin vaxt borcunu ödətdirərdi. Həmin vaxt onlar prokurorluqdan çıxarkən Səfəralı müəllim ona izahat yazdırmışdır. Ona demiş ki, “qol çək, burda heç nə yoxdur.” Sonra bu pulun tələb olunacağını bildirsə də, Səfəralı müəllim həmin pulun tələb olunmayacağını bildirmişdir. 7 il ərzində ondan pul tələb etməmişdir. İddiaçıdan aldıqlarının hamısını ona qaytarmışdır. O vaxt 6 baş qoyunu canavar tutmuş, itki olmuş, onun pulunu qaytarmışdır. Çünki iddiaçı ona demiş ki, itki onluq deyil. Bir də iddiaçını n özünə deyib 8 torba arpa götürmüşdür. İddiaçıya təxminən 1500-1600 manat pul qaytarmışdır. Ödənişi iddaçıya bank vasitəsilə göndərmişdir. Ödədiyi pul da itkiyə getmiş heyvan və arpanın pulu olmuşdur. İddiaçı ona 134 baş heyvan verib, ondan 96 baş heyvanı topa şəkildə vermişdir. 14-15 baş heyvanı özü aparıb, 10 baş heyvanı ona satdırıb. 21 baş heyvanı özü fermanın içərisində tərəzi ilə ölçüb satmışdır.

8. Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) e-2(025)-176/2025 nömrəli, 22 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 Firudin oğlundan 38000 manat məbləğində borcun tutulması qət edilmiş, məhkəmə xərcləri həll olunmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki X2 tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli Qəbzdə s onuncu X8 məxsus ümumi dəyəri 38000 manat dəyərində olan xırda buynuzlu heyvanları sataraq öz ehtiyacı üçün xərclədiyini, həmin pulun 10000 manatını 2020-ci ilin may ayının sonuna qədər, qalan 28000 manatını isə 2020-ci ilin sonuna qədər öhdəlik götürmüşdür. Altay Zəkəriyəyev həmin qəbzin onun tərəfindən yazıldığını və imzalandığını məhkəmə iclaslarında etiraf etmişdir. Altay Zəkəriyəyevin qəbzi aldadılaraq yazıldığı barədə dediklərinə isə məhkəmə tənqidi yanaşmışdır. Belə ki, ilk növbədə Altay Zəkəriyəyev həmin qəbzin prokurorluqda vəkil Səfəralı Süleymanov tərəfindən, onun sözləri ilə yazıldığını bildirmişdir. Lakin məhkəmə iclasında iştirak edən X1 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, ərizənin ümumi məzmunu barədə Altay Zəkəriyəyevə köməklik göstərsə də, orada yazılan məbl əği Altay könüllü olaraq yazmışdır. Həmçinin şikayət olunan şəxs Altay Zəkəriyəyev olmuş və onun barəsində cinayət işinin başlanması dəfələrlə rədd edilmişdir. Belə olduğu təqdirdə ona prokurorluq orqanlarında məcburi olaraq qəbz yazılması barədə dedikləri həqiqətə uyğun deyildir.

10. Bundan başqa, iş materiallarında olan 17 avqust 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında da cavabdeh Bəhman Əliyevə 38000 manat borclu olmasını etiraf etmişdir. Lakin həmin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan şikayət verməmiş və nəticədə orada yazılmış izahat ilə razılaşmışdır. Eyni zamanda o, bunu Qəbələ rayon polis X3 verdiyi izahatında da etiraf etmişdir. Həmçinin, Cavabdeh2 xx.xx.2020-ci il tarixli Qəbzin onun iradəsi xaricində yazıldığı nı əsas gətirməklə iddia tələbinə etiraz etsə də, bu barədə heç bir sübutu məhkəməyə təqim edə bilməmişdir.

11. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 iddiaçı X8 məxsus ümumi dəyəri 38000 manat xırda buynuzlu heyvanları ehtiyacı üzündən sataraq maddi ziyan vurmasını özü tərəfindən yazılmış qəbzlə, eyni zamanda Qəbələ rayon Polis şöbəsinə verdiyi izahatla da təsdiq etmişdir.

12. İddiaçının Cavabdeh1 da pul tələb etməsinə məhkəmə onu qeyd etmişdir ki, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlarda olan Cavabdeh1 izahatlarından, eyni zamanda məhkəmə iclasında onun və digər cavabdeh Altay Zəkəryeyevin izahatlarından müəyyən olunmuşdur ki, Cavabdeh1 iddiaçı X8 hər hansı maddi ziyan yetirməsi sübut olunmamış və iddiaçı da bu barədə hər hansı bir sübut təqdim etməmişdir. Bu səbə bdən iddia tələbi maddi ziyanın Cavabdeh1 tutulması hissəsində təmin edilməməlidir.

13. Həmçinin məhkəmə onu da qeyd etmişdir ki, cavabdehlər məhkəməyə iddia müddətinin tətbiq olunmasına dair ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq edilməklə də iddia tələbinin rədd edilməsini xahiş etsələr də, həmin ərizədə hansı əsaslarla iddia müddətinin keçməsini əsaslandıra bilməmişlər. Sözügedən ərizədə gah 6 ilə yaxın, gah da 6 ildən çox müddət deyə qeyd etmişlər. Həmçinin, iddiaçı X10 ilə Cavabdeh2 və Cavabdeh1 arasında hər hansı müqavilə, o cümlədən daşınmaz əmlakla bağlı müqavilə olmamışdır. Eyni zamanda Mülki Məcəllədə maddi ziyanla bağlı xüsusi iddia müddəti nəzərdə tutulmamışdır. Bu səbəbdən tərəflər arasındakı mübahisəyə ümumi iddia müddəti olan 10 il tətbiq edilməlidir ki, iddiaçı da həmin müddəti ötürməmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18, 21.2, 373, 1096 və 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76, 77.1, 78.1, 80, 81, 82, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o iddia tələbini qəbul etmir, birinci instansiya məhkəməsinin qətnaməsi ilə də razı deyildir. Çünki, onun iddiaçıya borcu yoxdur, olsaydı həmin vaxt borcunu müxtəlif məhkəməyə verməklə və ya başqa vasitələr ilə ödətdirərdi. İddiaçının iddia ərizəsində qeyd etdiyi qəbz isə xx.xx.2020- ci i l tarixində vəkil Səfəralı müəllimin diktəsi ilə yazılmışdır. Qəbz yazıldıqdan sonra Vəkil demişdir ki, “qol çək, burda heç nə yoxdur.” O, isə vəkilə qəbzdə qeyd olunan pulun tələb oluna biləcəyini bildirsə də, Səfəralı müəllim həmin pulun tələb olunmayacağını bildirmişdir. O, özü tərəfindən yazılan və onun iddiaçıya “38.000 manat borcunun olması, 10.000 manatını 2020-ci ilin may ayının sonunadək, 28.000 manatını isə 2020-ci ilin sonunadək ödəyəcəyi” barədə qəbzi imzalamışdır. Lakin həmin qəbzdə nə yazılanların gələcəkdə ziyanına ola biləcək nəticəsini dərk edə bilməmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi məbləğdə iddiaçının heyvanlarının satılması və ya qəsdən baxılmamazlıqdan tələf olması, eyni zamanda heyvanlara verilən yemin satılması mümkün deyildir. Ümimiyyətlə, onun həqiqətən qeyd etdiyi məbləğdə iddiaçıya dəymiş maddi ziyan olaraq borcu olsaydı, iddiaçı 5 il müddət keçdikdən sonra deyil, vaxtinda tədbir görərdi və aidiyyatı üzrə məhkəməyə müraciət edərdi. Ona görə də məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddiaçının iddia tələbinin qanunvericilikdə qeyd olunan tələblər üzrə iddia müddəti tətbiq olunmaqla təmin edilməməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli qəbzdə qeyd olunan 38000 manat pulun verilməsi üzrə öhdəlikdən 5 il müddət keçdiyindən və ötən müddət ərzində tərəflərin arasında olan münasibət məhkəmə müstəvisində mübahisələndirilmədiyindən, yəni pulun tələb olunmasına görə 3 illik iddia müddəti keçdiyindən iddia ərizəsi Mülki Məcəlləsinin 372-376-cı maddələrinə əsasən də təmin olunmamalıdır. Birinci instansiya məhkəməsi t ərəfindən iddia müddətinin tətbiqindən imtina edilməsi səbəbi kimi “iddia müddətinin tətbiq edilməsi barədə ərizənin cavabdehlər tərəfindən əsaslandırılmadığı, eyni zamanda iddiaçı X10 ilə Cavabdeh2 və Cavabdeh1 arasında hər hansı müqavilə, o cümlədən daşınmaz əmlakla bağlı müqavilə yoxdur” movqeyi ilə əsaslandırmışdır. Ərizənin əsaslandırılması kimi “Qəbzə” baxdıqda da tarixin xx.xx.2020-ci il olduğu açıq-aydın görünür və həmçinin tərəflər arasında da pulun hissəhissə olmaqla 2020-ci il ərzində ödənilməsi barədə qeyd olduğundan, müəyyən öhdəliklər də yaranmış olmuşdur ki, bu da özlüyündə müqavilə öhdəliyidir.

17. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o qohumu və həmkəndlisi olan Cavabdeh2 məlumatı əsasında o nun heyvanlarına baxdığı şəxsin təsərrüfatında olan heyvanları satdığını bilmiş, təxminən 5-6 il bundan əvvəl Altayın işlədiyi həmin təsərrüfata gedib, əvvəlcədən tanışlığı olmayan təsərrüfat sahibinin özündən hər biri 120 manatdan olmaqla, 3 baş qoyun almış və pulunu da təsərrüfat sahibinin özünə vermişdir.

18. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-715/2025 nömrəli, 31 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Sadıqov – sədrlik edən və məruzəçi, E.Hüseynov və E.Kərimov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydı nlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmiş, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləninin 14.2, 14.2.7, 21.1, 21.2, 373, 386.1, 425.1, 425.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh2 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyasi məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti cavabdehin nümayəndəsinin daha əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlarla eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsi “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə təqdim edilməsini nəzərə almamış, ərizə ilə etiraz eyniləşdirməklə sadalanan maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmiş, qeyd olunan tarixlər iddiaçının öz hüququnun pozulmasını bildiyi, yaxud bilməli olduğu anın, yəni iddia müddətinin axımının başlanmasının müəyyən edilməsi baxımından əhəmiyyət kəsb etsə də, apellyasiya instansiya məhkəməsi işin qeyd olunan hallarına düzgün hüquqi qiymət verməmiş, sübutetmə yükünü tərəflərin arasında düzgün bölüşdürməyərək, iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. Halbuki, iddia tələbi üzrə iddia müddətinin ötürülməməsinin sübutetmə vəzifəsi iddiaçının üzərinə düşməlidir. Apellyasiya məhkəməsi göründüyü kimi mülki mübahisəyə birtərəfli qaydada iddiaçı şəxsin mənafeyi üstün tutulmaqla yanaşmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

24. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

25. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

26. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir

27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkə nə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

28. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası k imi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdeh hüquqazidd əməli nəticəsində iddiaçıya 38.000 manat maddi ziyan vurmuş, zərəri ödədiyini sübuta yetirə bilməmişdir.

39. Bu qənaətə gələrkən məhkəmələr ona istinad etmişlər ki, X2 “Mən Cavabdeh2 Firudun Verirəm qəbzi X8 ona görəki mən onun xırda buynuzlu heyvanlarına baxarkən eht iyacım üzündən ümumi dəyəri 38000 manat dəyərində heyvani satib xərcləmişəm. Söz verirəm ki həmin pulun 10000 manatını 2020-ci ilin may ayın sonuna qədər, qalan 28000 manatı isə 2020-ci ilin sonuna qədər ödəyəcəm” məzmununda xx.xx.2020-ci il tarixli qəbzi imzalamışdır.

40. Birinci instansiya məhkəməsi həm də onu qeyd etmişdir ki, iş materiallarında olan 17 avqust 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında cavabdeh Bəhman Əliyevə 38000 manat borclu olmasını etiraf etmişdir. Lakin həmin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan şikayət verməmiş və nəticədə orada yazılmış izahat ilə razılaşmışdır. Eyni zamanda o, bunu Qəbələ rayon polis X3 verdiyi izahatında da etiraf etmişdir. Cavabdeh2 xx.xx.2020-ci il tarixli Qəbzin onun iradəs i xaricində yazıldığını əsas gətirməklə iddia tələbinə etiraz etsə də, bu barədə heç bir sübutu məhkəməyə təqim edə bilməmişdir.

41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və Cavabdeh2 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

42. Məlum olduğu kimi, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (§ 27-29).

43. Məhkəmə tərkibi eyni zamanda nəzərə alır ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə tətbiq edilən iddia müddəti on ildir. Belə olan halda məhkəmələr iddiaçının bu əsasla tələbi irəli sürmək üçün iddia müddətini ötürmədiyini müəyyən etmişlər.

44. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təş kil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və M PM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-715/2025 nömrəli iş üzrə 31 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar