Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3421/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı və onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı töhmət növündə intizam tənbehinin verilməsi barədə əmrin və əmək kitabçasının 16,17,18,19-cu səhifələrində cavabdeh tərəfindən töhmət elan edilməsi barədə yazının qanunsuz hesab edilərək ləğv ləğv edilməsi, həmin yazının etibarsızlığı barədə yeni qeydlərin əmək kitabçasına əlavə edilməsi tə ləbinə dair mülki iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Məsimova X3 Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdehnə qarşı töhmət növündə intizam tənbehinin verilməsi barədə əmrin və əmək kitabçasının 16,17,18,19-cu səhifələrində cavabdeh tərəfindən töhmət elan edilməsi barədə yazının qanunsuz hesab edilərək ləğv ləğv edilməsi, həmin yazının etibarsızlığı barədə yeni qeydlərin əmək kitabçasına əlavə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı, iş № 2(060)-6584/2019) İddiaçı Cavabdehnə qarşı töhmət növündə intizam tənbehinin verilməsi barədə əmrin və əmək kitabçasının 16,17,18,19-cu səhifələrində cavabdeh tərəfindən töhmət elan edilməsi barədə yazının qanunsuz hesab edilərək ləğv ləğv edilməsi, qeydlərin qanunsuz olaraq yazılması barədə yeni qeydlərin əmək kitabçasına əlavə edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Rəhimov (sədrlik edən və məruzəçi), N.Nəsibov və T.Quliyev, iş № 2(105)- 311/2020) İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(060)-6584/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək, Zəhra Qiyas qızına məxsus əmək kitabçasındakı 54 saylı, xx xxxxxxx 2017-ci il tarixli töhmət verilməsinə dair Cavabdeh qeydinin etibarsız sayılması, bu barədə müvafiq düzəlişin aparılmasının Cavabdehnə həvalə edilməsi qət edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar çıxarılmasını xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştira k edənlərin izahatları: İddiaçı və onun vəkili X2 izahatlarında göstərmişlər ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə yeni qərar çıxarılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli N54 saylı əmrinin surətindən görünür ki, həmin məhkəmədə mütəxəssis (operator) vəzifəsində işləyən İddiaçı xx xxxxxxxx 2017-ci il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək növbəti əmək məzuniyyətində olmuş, xx xxxxxxx 2017-ci il tarixdə isə çıxmalı olduğu halda işə çıxmamışdır. İddiaçı xx xxxxxxx 2017-ci il tarixdə elektron qaydada məhkəməyə məlumat verərək, atasının müalicəsi ilə bağlı İran İslam Respublikasında olduğunu, atasının əməliyyatının xx xxxxxxx 2017ci il tarixə təyin olunduğunu, sonradan təxirə salındığını nəzərə alaraq ona ödəni şsiz məzuniyyət verilməsini xahiş etmişdir. İddiaçı müraciəti təmin edilməmişdir. İddiaçı işə çıxmaması Əmək Məcəlləsinin 72-ci maddəsi ilə müəyyən olunmuş əmək vəzifələrinin kobud şəkildə pozuntusu kimi qiymətləndirilmiş, İddiaçı Əmək Məcəlləsinin 72-ci və 186.2-ci maddələrinə əsasən töhmət elan edilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72, 186.2-ci maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının 3.3-cü bəndini tətbiq etmişdir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Apelyasiya məhkəməsinin kassasiya şikayətində göstərilən dəlillərə münasibətdə mövqeyi ondan ibarət olmuşdur ki, «.. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin ko bud şəkildə pozulması hesab edilir. İş materiallarından görünür ki, o, 5 iş günü müddətində yəni 16-xx xxxxxxx 2017-ci il tarixlərdə işdə olmamışdır. İddiaçının əvvəlcədən xəbər vermədən işdə olmaması məhkəmənin normal iş fəaliyyətini pozması kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsi işçinin əmək funksiyasını yerinə yetirməməsi, müəssisədaxili intizam qaydalarını pozması, işçiyə töhmət verilə bilməsi üçün əsas kimi müəyyən edilmişdir.» Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normala rı düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3421/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3421/2020
29.09.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver