Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3421/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3421/2023 (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi, hüquqdan sui-istifadənin yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X8 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2418/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 o ktyabr 2023-cü il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti ünvanındakı üç otaqlı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və icazəsiz inşa edilmişdir.
2. Həmin evi Cavabdeh İddiaçı 40000 manat pula almış, lakin evin hüquq müəyyənedici sənədləri olmadığına görə alğı-satqını notariat qaydada rəsmiləşdirmək mümkün olmamışdır. Bundan sonra cavabdeh iddiaçının istifadəsində olan fərdi yaşayış evinə köçərək orada qeydiyyata düşmüşdür.
3. Tərəflər arasında həmin alğı-satqı üzrə mübahisə yaranmış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 3888/2019 nömrəli qanuni qüvvəsini almış qətnaməsinə əsasən, iddiaçı Cav abdehlər İddiaçı və X5 qarşı Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti ünvanındakı üç otaqlı evə görə verdiyi 40.000 manat pulun X7 və X1 alınıb ona qaytarılması tələbi qismən təmin edilərək, cavabdeh X3 40.000 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Həmin iş üzrə apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)2014/2020 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)- 4831/2020 №-li qərarı ilə təmin edilməmişdir.
4. Bundan sonra İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, mənzilin satılması və əldə edilmiş pul vəsaitindən çəkilmiş xərclərə görə 5000 manat, kirayə pulu kimi 1 6.500 manat pulun çıxılması və bunlardan sonra cavabdehin evdən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1626/2021 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-6643/2021 №-li qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(005)-1626/2021-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından və iddiaçı evin mülkiyyətçisi olmadığından onun üzərində sərəncam vermək hüququ yaranmır, iddiaçının ca vabdehin evdən çıxarılması ilə bağlı tələbi digər tələblərindən asılı edilməklə irəli sürüldüyündən həmin tələb də təmin edilə bilməz. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı, ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi evdən istifadə hüquqlarına xitam verilməsi və həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İşin yuxarıda qeyd edilən hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin hal-hazırda yaşadığı mübahisəli fərdi ev iddiaçıya məxsus olub. İddiaçı evi cavabdehə 40.000 manata satmışdır və həmin məbləğdə pulu ondan alması ba rədə 22 sentyabr 2018-ci il tarixdə qəbz yazıb, qəbzdə imza edərək cavabdehə vermişdir. Bundan sonra cavabdehin adına etibarnamə verilmişdir. Onu evə qeydiyyata salmaq, qaz, su və elektrik xəttini ayıraraq texniki şərt alınmış, daha sonra qaz, su və elektrik üçün ayrıca sayğaclar quraşdırılması üçün iddiaçı 5000 manat pul xərcləmişdir. Cavabdeh həmin evdə bir müddət yaşadıqdan sonra ödədiyi 40.000 manat pulun geri qaytarılmasını tələb etmiş, öz tələbini onunla əsaslandırmışdır ki, o, aldığı fərdi evin plana düşəcəyini, gələcəkdə həmin evi 115.000 manata satıb qazanc əldə edəcəyini güman edərək almışdır. Evin plana düşməyəcəyini bildikdə isə verdiyi 40.000 manat pulun geri qaytarılmasını tələb etmişdir. Cavabdeh evi 2018-ci ilin iyun ayında alıb və həmin vaxtdan indiyə kimi həmin evdə yaşay ır. İddiaçı cavabdehə təklif etmişdir ki, imkan versin evi başqa bir şəxsə satıb onun pulunu qaytarsın. Lakin cavabdeh bununla razı olmayaraq iddiaçıya verdiyi 40000 manat pulu geri almaq üçün məhkəməyə müraciət etmişdir. Müvafiq orqanlar etiraz etmədiyi üçün iddiaçı öz vəsaiti hesabına Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 18 kv.m torpaq sahəsində 3 otaqdan ibarət fərdi yaşayış evi inşa edib müəyyən müddət həmin evdə yaşadığına görə, sözü gedən tikiliyə sahiblik və istifadə hüququ əldə etmişdir. İddiaçı həmin tikiliyə, yəni yaşayış sahəsinə sahiblik və istifadə hüququ əldə etdiyinə görə həmin evə faktiki mülkiyyət hüququ əldə etmişdir.
8. Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəmə qətnaməsi ilə həmin evə görə ödədiyi 40.000 manat qaytarılanadək həmin evdən çıxmayacağını bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 2(005)916/2022 saylı qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia qismən təmin edilərək, cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi yaşayış evindən çıxarılması, qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, cavabdehin mübahisəli mənzildə qalması və mənzildən çıxmaması iddiaçının həmin mənzilə dair istifadə hüquqlarının həyata keçirilməsinə və həmin əmlakdan istifadə etməsinə imkan vermir və maneə yaradır. Bu səbəbdən cavabdehin mübahisəli mənzildə qalması iddiaçının mənzil hüquqlarının məhdudlaşdırılması baxım ından qanunsuz hal kimi qiymətləndirilməli və müvafiq qətnamə cavabdehin həmin mənzildən çıxarılması və mənzilin onun tərəfindən boşaldılması üçün əsas olmalıdır.
11. Məhkəmə Mülki Məcəllənin 228.1-ci maddəsinə istinadla hesab etmişdir ki, maddi hüquq normasında istifadə hüququnun əmələ gəlməsi üçün göstərilmiş imperativ şərtlər hazırda cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi evə dair istifadə hüququnun mövcud olmamasını təsdiq edir. Cavabdehin istifadə hüququnun olmaması halında, sonuncunun istifadə hüququna xitam verilməsi barədə iddia tələbi əsassızdır. Belə ki, yaranmamış hüququn itirilməsi ilə bağlı verilmiş iddia əsasızdır. Cavabdehin istifadə hüququnun mövcud olmaması, iddiaçını n qanunla qorunan hüquqlarını cavabdeh tərəfindən pozulmamasının təsdiqidir. İddia tələbinin ikinci hissəsinə münasibətdə məhkəmə tələbin pozulmuş hüquqların bərpası cəhətdən də əsassız hesab etmişdir.
12. Birinci instansiya məhkəməsi iddia tələbinin ikinci hissəsinə münasibətdə hesab etmişdir ki, istifadə hüququna xitam verilməsi şəxsin mənzildən çıxarılmasına bərabərdir. Eyni zamanda məhkəmə araşdırması zamanı tələbin müzakirə olunan ikinci hissəsi üzrə cavabdehin hüquqlarının mövcud olması, yəni hazırda cavabdehin Bakı şəhəri, Nərimanov rayonu. Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi evdə istifadə hüququnun olması müəyyən edilməmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu maddəsinin 2- ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 152.5, 178.1, 228.2, 647.2, MPM-nin 9.1, 9.3, 14.2, 88, 119.1, 217.1, 218.1, 220.4-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzil özbaşına tikilidir və mübahisə üzrə artıq qüvvədə olan məhkəmə qətnaməsi vardır. Eyni iddia tələbi üzrə iki dəfə məhkəmədə baxılması qanunvericiliyə ziddir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə mübahisəyə baxılmış və iddia təmin edilməmişdir. Mübahisə predmeti ilə bağlı artıq qüvvədə olan qətnamə vardır və eyni predmet üzrə məsələyə yenidən baxılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmədə mübahisəyə yenidən baxılması ilə Azərbaycan Respublikası MPM-nin 82-ci maddəsinin tələbləri pozulmuşdur və ona görə də qətnamə ləğv edilməlidir.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6410/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Fuad Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 15 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin mü nasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.
18. Məhkəmə qeyd etmişdir ki, hazırda İddiaçı uzun illərdir istifadəsində olan fərdi yaşayış evini sataraq qeyd olunan qətnamə üzrə müəyyən edilmiş öhdəliyi yerinə yetirmək istəsə də, Cavabdeh hal-hazırda həmin evdə yaşaması və iddiaçının həmin evi satmağına maneə törətməsi səbəbindən evi sata bilmir. Hal-hazırda tərəflər arasında qeyd olunan evin cavabdehə satılmasına dair razılaşma baş tutmamışdır. Belə olan halda hazırda cavabdehin həmin mənzildə yaşaması iddiaçının hüquqlarını pozmaqdadır.
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
20. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)515/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər - İspəndiyar Şəfiyev (məruzəçi), Əhməd Əhmədov, Vüqar Həsənov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6410/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
23. Kassasiya kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti ünvanındakı üç otaqlı evi Cavabdeh 40000 manata satmış, Cavabdeh həmin evə köçmüş, lakin sonradan aralarında mübahisə yaranmış və Cavabdeh evə görə ödənilmiş məbləğin qaytarılmasını tələb etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 3888/2019 nömrəli qanuni qüvvəsini almış qətnaməsinə əsasən, Cavabdeh iddiası qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Keşlə Yük həyəti ünvanındakı üç otaqlı evə görə verdiyi 40.000 manat pulun X2 alınıb ona qaytarılması qət edil mişdir. Hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-3888/2019 nömrəli qətnaməsi icra olunmamış, evə görə ödənilmiş 40000 manat pul Cavabdeh ödənilməmişdir və iddiaçı Cavabdeh evdən çıxarılmasını tələb etmişdir.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən, işin hallarını tam nəzərə almamışdır. Çünki işin hallarından da göründüyü kimi, cavabdeh bu evə, iddiaçı ilə evin alğı-satqı barədə razılaşması əsasında köçmüş, evin razılaşdırılmış pulunu iddiaçıya tam ödəmişdir. İddiaçı qanuni qüvvəyə minmiş qətnaməyə əsasən, mənzilə görə ödənilmiş 40000 manat pulu cavabdehə ödəmək öhdəliyi daşıyır. Lakin o, öz öhdəliyini icra etmədiyi halda cavabdehdən evdən çıxmağı tələb edir. Bu vəziyyətdə məhkəmə işin halla rına həm də Mülki Məcəllənin 560.1-ci maddəsində müəyyən olunmuş hüquqdan sui-istifadənin yolverilməzliyi barədə müddəaları əsasında qiymət verməli idi.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, dürüstlük mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
26. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır.
27. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamə qanuni və əsaslı olmalıdır. Nəzərə alınmalıdır ki, m əhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilmədən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməl i və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 16.1, 18, 152.1, 152.2. 152.5, 560.1, 560.2, 560.3.2, 560.3.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88, 217.3, 217.4, 416.1, 417.1.3, 418.1, 420-ci maddələrinə istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. Bakı Apellyasiya məhkəməsinin 2(103)-2418/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Namiq Cəfərov) Nərimanov Rayon Məhkəməsinin 2(005)-916/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin təm in edilən hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmişdir.
31. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının qanuni qüvvəyə minmiş qətnaməyə əsasən, mənzilə görə ödənilmiş 40000 manat pulu cavabdehə ödəmək öhdəliyi daşımağına baxmayaraq, həmin öhdəliyi icra etmədən hazırkı tələblə çıxış etməsi Mülki Məcəllənin 560.3.2 və 560.3.4-cü maddələrinin təsiri altına düşür, hüquqdan sui-istifadə isə yolverilməz olduğundan iddia tələbi təmin edilə bilməz.
32. İddianı təmin edən rayon məhkəməsi isə cavabdehin mübahisəli mənzildə qalması və mənzildən çıxmamasını iddiaçının həmin mənzilə dair istifadə hüquqlarının həyata keçirilməsinə və həmin əmlakdan istifadə etm əsinə maneə yaratması qənaətinə gələrkən hazırkı işin hallarına Mülki Məcəllənin 560.1-ci maddəsində müəyyən olunmuş hüquqdan sui-istifadənin yolverilməzliyi barədə müddəaları əsasında qiymət verməmiş, nəticə də isə iş üzrə yanlış qənaətə gəlmişdir.
33. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı halda iddiaçı öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, eləcə də cavabdehin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi baş verdiyindən və buna görə də cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, qətnamə qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
34. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülk i Məcəlləsinin 14.1, 16.1, 18, 152.1, 152.2. 152.5, 560.1, 560.2, 560.3.2, 560.3.4, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 372.1, 372.2, 372.3, 372.4, 372.6, 372.7, 384.0.2, 385.1.1, 385.1.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. İddiaçı (Vəkil4) kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, pulun qaytarılması onun pensiyasına yönəldilməli olduğu halda, bu, vaxtında edilməmiş, əvəzində onun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli hökmü ilə o həmin maddə ilə təqsirli bilinərək 2 (iki)il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda həmin pul onun pensiyasına yönəldilmişdir. Hazırkı vaxta kimi həmin pulun 5600 manatını Cavabdeh ödəmişdir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh onun evindən çıxıb evi boşaldarsa, o, evi satıb onun pulunu tam ödəyəcəkdir və ev satılan kimi onların kirayə pulunu da ödəməyi öhdəsinə götürür. Qeyd etmişdir ki, 40.000 manat pulu tam şəkildə Cavabdeh ödədikdən sonra, əgər o, evdən öz razılığı ilə çıxmasa, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(005)-916\2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsi Cavabdeh mənzildən çıxarılması üçün ona ikinci dəfə məhkəməyə müraciət etməyə imk an verməyəcəkdir.
37. Əlavə olaraq bildirmişdir ki, onun həm evi əldən çıxmışdır, həm Cavabdeh 40.000 manat pulunu pensiyası vasitəsi ilə ödəyir, həm də o, əsassız olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.
38. İddiaçı kassasiya şikayətini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 18, 560.1, 560.3.2, 560.3.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 14.1, 14.2, 153.2.2-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı cavabdehin vəkili Vəkil3 tərəfindən etiraz daxil olmuşdur.
40. O, bildirmişdir ki, kassasiya şikayəti MPM-ə əlavə 3-də göstərilən formada tərtib edilməmiş dir. Belə ki, qətnamə və ya qərardad çıxarılarkən pozulduğu (və ya düzgün tətbiq edilmədiyi) iddia olunan hər bir normanın qarşısında pozuntunun (və ya düzgün tətbiq edilməmənin) nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Lakin qeyd edilən kassasiya şikayətində sadəcə maddələr göstərilmişdir və MPM-nin 3 saylı əlavəsində maddi və prosessual normaların ardıcıllığına belə riayət edilməmişdir. Kassasiya şikayətində İddiaçı göstərmişdir ki, guya Cavabdeh həmin evdə il yarım yaşadıqdan sonra ödədiyi 40.000 manat pulun geri qaytarılmasını tələb etmişdir. Öz tələbini onunla əsaslandırmışdır ki, o, aldığı fərdi evin plana düşəcəyini, gələcəkdə həmin evi 115.000 (yüz on beş min) manata satıb qazanc əldə edəcəyini güman edər ək almışdır. Evin plana düşməyəcəyini bildikdə isə verdiyi 40.000 manat pulun geri qaytarılmasını tələb etmişdir. Bütün bunlar ağ yalandır. Elnarə xanım ev alarkən özünə yaşayış sahəsi almaq və orada ailəsi ilə birlikdə yaşamaq niyyətində olmuşdur. Lakin Elnarə xanımın bildirdiyinə görə o, ev alarkən İddiaçı tərəfindən aldadılmışdır. Ona başqa ev göstərilmiş və tamam başqa ev satılmışdır. İddiaçı şikayətində göstərmişdir ki, 40.000 manat pulu tam şəkildə Cavabdeh ödədikdən sonra, əgər o, evdən öz razılığı ilə çıxmasa, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(005)-916\2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi Cavabdeh mənzildən çıxarılması üçün ona ikinci dəfə məhkəməyə müraciət etməyə imkan verməyəcəkdir. Bu fikirlə razı deyildir. Bu işlə bağlı Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)-515/2023 nömrəli qərarı və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-2418/2023 nömrəli çox ədalətli qərar və qətnamələri vardır. Yuxarıda göstərilənlər nəzərə alınaraq İddiaçı verdiyi kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
42. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
43. Maddə
18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.
44. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
45. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
46. Maddə 337.5 Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) o nun dəyərini pulla ödəməlidir.
47. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmi ş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şik ayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya insta nsiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Apellyasiya məhkəməsinin qətnaməsi yalnız iddianın cavabdehin evdən çıxarılması hissəsinə aid olduğundan hazırkı kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, isə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbinin və ona etirazın əsasında duran halları araşdırıb onlara düzgün hüquqi qiymət verməmiş, tərəflərin izahatlarını, toplanmış sübutları prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməmiş, qətnamənin işin həqiqi hallarına, tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl etməmişdir.
60. Belə ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələblərini pozaraq, kassasiya instansiya məhkəməsinin göstərişlərini qətnamənin əsaslandırıcı hissəsinə köçürməklə, onları ümumiyyətlə müzakirə etməmiş və iddianın rədd edilməsi barədə qənaətini əsaslandırmamışdır.
61. Əvvəlki kassasiya instansiya məhkəməsi iddianın qismən təmin olunması barədə apellyasiya icraatında qəbul edilmiş qətnaməni ləğv edərkən məhkəmənin işin hallarına Mülki Məcəllənin 560.1-ci maddəsində müəyyən olunmuş hüquqdan suiistifadənin yolverilməzliyi barədə müddəaları əsasında qiymət vermədiyini göstərmişdir. 62. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pl enumunun 28 fevral 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir.
63. Apellyasiya məhkəməsi qətnməyə kassasiya instansiya məhkəməsinin qərarında göstərilənləri köçürməklə iddianın rədd edilməsi qənaətinə gəlmişdir.
64. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 560.1-ci maddəsini mübahisəyə düzgün tətbiq etməmişdir.
65. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus olan evi Cavabdeh sadə yazılı qəbzə əsasən 40.000 manata satmış və cavabdehə həmin evi təhvil vermiş, iddiaçının və onun ailə üzvlərinin razılığı ilə cavabdeh evə qeydiyyata düşmüşdür. Sonradan Cavabdeh ödədiyi 40.000 manatı geri tələb etdiyindən, İddiaçı isə həmin məbləği qaytarmağa razı olduğundan məhkəmələr bu tələbi təmin etmişdirlər. Hazırda iddiaçı cavabdehin həmin evdən çıxarılmasını tələb edir.
66. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında razılaşma ləğv edilərək ödənilən 40.000 manatın geri ödənilməsi barədə tələb təmin edildiyindən iddiaçı da cavabdehin faktiki sahibliyində qalan mübahisəli evi geri tələb etmək hüququna malikdir. Məhkəmə tərəfindən pulun qaytarılması barədə qətnamənin icra edilməməsinə istinad edilərək bu iddianın rədd edilməsi isə əsassızdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası qanunla müəyyən edilmiş qaydada müvafiq icra qurumu tərəfindən məcburi təmin edilir. Borculunun qətnaməni icra etməməsi onun barəsində “İcra haqqında” Qanunda və digər qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin tətbiqi üçün əsasdır.
67. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının evin satılmasına görə cavabdehdən aldığı 40.000 manatı qaytarmaq barədə qətnaməni icra etmək vəzifəsi olduğu kimi, cavabdehin də həmin evi geri qaytarmaq vəzifəsi vardır. Evdən çıxarılma barədə iddia tələbinin təmin edilməsinin pulun qaytarılması barədə qətnamənin icrasından asılı etmək iddiaçının məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olur.
68. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçının cavabdehin evdən çıxarılması barədə iddiası hüquqauyğun şəkildə müvafiq iddia verilməklə həyata ke çirildiyindən və bu hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi halı mövcud olmadığından məhkəmələrin Mülki Məcəllənin 560.1-ci maddəsinə istinad etməsi əsassızdır.
69. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında daşınmaz əmlaka dair bağlanmış əqd qanunla müəyyən edilmiş forma tələblərinə uyğun olmadığına görə əhəmiyyətsiz əqd olmuş və hazırki tələb əslində əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqi barədə iddiadır.
70. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
71. Həmin əqd üzrə ödənilmiş vəsaitin cavabdehə geri qaytarılması barədə qanuni qüvvədə olan qətnamə olduğundan, cavabdeh də həmin əqd üzrə əldə etdiyi əmlakı geri qaytarmalıdır.
72. İddiaçının kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onu əsaslı hesab edir, çünki apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Bu da qəbul olunmuş qətnamənin ləğvi üçün əsasdır.
73. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən maddi hü quq normaları düzgün tətbiq edilməklə nəticəyə gəlmək mümkün olduğundan işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət yoxdur.
74. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək, iddiaçı X6 iddiası qismən təmin edilməli, Cavabdeh Bakəı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünbanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi yaşayış evindən çıxarılmalı, kassasiya şikayəti təmin edilməlidir.
75. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını n 25 aprel 2023-cü il tarixli 2(103)2418/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı X6 iddiası qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Keşlə yük həyəti 15 ünvanda yerləşən 3 otaqlı ümumi sahəsi 75 kv.m, həyətyanı sahəsi 18 kv.m olan fərdi yaşayış evindən çıxarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.