Məhkəmə qərarları › İş №2(102)-3421/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3421/2024

26.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3421/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Naxçıvan şəhər Təhsil şöbəsinə və Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3421/2024 Açar sözlər: prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Naxçıvan şəhər Təhsil şöbəsinə qarşı “əmrin ləğvi, işə bərpa olunaraq çalışma müddətinin uzadılması və əmək haqqı” tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Mə hkəməsinin Mülki kollegiyasının 2(108)-109/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Naxçıvan şəhər Təhsil şöbəsinin 18 sentyabr 2023-cü il tarixli, 96 nömrəli əmrinin ləğv edilməsini, işə bərpa olunmaqla çalışma müddətinin uzadılması və ödənilməmiş dövrlər üzrə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı 22 yanvar 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında ərizə ilə mürac iət edərək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Naxçıvan şəhər Təhsil şöbəsinin əmri ilə yanaşı Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbinin də cavabdeh qismində məhkəmə prosesinə cəlb edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

3. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin olunaraq Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbinin mülki iş üzrə prosesə digər cavabdeh qismində cəlb edilməsinə qərar verilmişdir.

4. Naxçıvan Şəhər Məhkəməsinin 11 mart 2024-cü il tarixli, 2(078)-116/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnar Səfərəliyeva) İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Naxçıvan şəhər Təhsil şöbəsinə və Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunaraq çalışma mü ddətinin uzadılması və əmək haqqı tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

5. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

6. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 30 may 2024-cü il tarixli, 2(108)-109/2024 nömrəli qətnaməsi ilə (hakimlər Mehman Allahverdiyev (sədrlik edən və məruzəçi), Səxavət Bəylərli və Sənan Qarayev) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

7. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Naxçıvan Muxtar Respublikas ı Ali Məhkəməsinin Mülki kollegiyasının 5 avqust 2024-cü il tarixli, 2(108)-109/2024 nömrəli qərardadı ilə kassasiya şikayəti verilməsi müddəti buraxıldığından kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

9. İddiaçı yenidən 6 avqust 2024-cü il tarixdə kassasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə ilə müraciət edərək kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. Ərizə onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulan 2 ay müddət tərəflərindən üzrlü səbəbdən buraxılmışdır. İddiaçının elektron məhkəmə sistemindən heç bir anlayışı olmadığından, sistemə daxil olub məhkəmənin gedişatı barədə məlumat ala bilməmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi nin 30 may 2024-cü il tarixli 2(108)-109/2024 nömrəli qətnaməsi ona 5 iyun 2024-cü il tarixdə poçt vasitəsi ilə çatdırılmışdır. Bu səbəbdən də, müəyyən olunmuş müddəti buraxmadığını düşünərək kassasiya şikayətini 3 avqust 2024-cü il tarixdə vəkili vasitəsi ilə vermişdir.

11. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-109/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə müddətin bərpası barədə ərizə təmin edilməmişdir.

12. Məhkəmə kollegiyası hesab etmişdir ki, kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizədə (vəsatətdə) dəlil kimi istinad edilən hallar buraxılmış prosessual müddətin bərpası üçün əsas hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. İd diaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, buxarılmış müddətin bərpa olunmasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti prosessual müddətin bərpası barədə ərizə ilə oxşar məzmunda əsaslandırılmaqla qeyd edilmişdir ki, həmin vaxt telefonu olmadığından ona gələn SMS-dən xəbərim olmamışdır. Həmçinin maddi imkanı olmadığından evində wi-fi aparatı yoxdur. Bu səbəbdən, sistemə daxil olub məhkəmənin gedişatı barədə məlumat ala bilməmişdir. b)

15. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

16. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron m əhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

17. Maddə 10-.1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

18. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

19. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən ş əxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

20. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

21. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.

22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

24. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

28. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında və lazımi qaydada tərtib edilmiş şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitmə si ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

29. Prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzürlü səbəbləri təqdim etməyə borcludur.

30. Məhkəmə kollegiyası vurğulayır ki, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Çünki qanunla müəyyən edilmiş prosessual müddətlər işdə iştirak edən şəxslərin hüququ və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını müəyyənləşdirməyə yönəlmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfin müddət bərpa ərizəsində göstərdiyi əsasları ətraflı araşdırmış və qiymətləndirmiş, müddətin bərpa edilməsinə əsas olmaması barə də gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

32. Tərəf kassasiya şikayətinin vaxtında verilməməsinin üzürlü səbəblərdən baş verməsi ilə bağlı apellyasiya məhkəməsinə heç bir sübut təqdim etməmişdir.

33. Buna görə də, kassasiya şikayətinin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 avqust 2024-cü il tarixli 2(108)-109/2024 saylı qərardadı dəyişdiri lmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar