Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3422/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr; Mənzil mübahisələri; Mənzilə köçürmə; Mənzilə istifadə hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə, evin yerləşdiyi torpaq sah əsindən, evdən, evin köməkçi sahələrindən istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2024-cü il tarixli 2(106)-797/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayətinə dair işə “21” noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. JN-602F saylı, KOD:80204016 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətinə əsasən, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 27 mart 1998-ci il tarixli, 05 saylı qərarı ilə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsi X7 və onun ailə üzvləri X2, X8, Cavabdeh1, İddiaçı, X3, X5 və X12 ümumi mülkiyyətinə verilmişdir. 2. 10.10.2022-ci il t arixli Lənkəran rayon Aşağı Nüvədi qəsəbə inzibati ərazi üzrə nümayəndiliyi tərəfindən verilmiş arayışa əsasən, İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1992-ci ildən hal-hazıra kimi Lənkəran rayonun Aşağı Nüvədi qəsəbəsində yaşamaqla qeydiyyatdadır. 3. 13 oktyabr 2022-ci il tarixli arayışına əsasən, iddiaçı Lənkəran rayon, Aşağı Nüvədi kəndində yerləşən Məişət Evində yaşayır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 05 noyabr 2021-ci il tarixli məktubuna əsasən, JN 602F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə inşa edilmiş fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədlərinin hüquqlarının dövlət qeydiyyatı üçün yerində müayinə müəyyən edilməmişdir. 5. 29 sentyabr 2022-ci il tarixli arayışına əsasən, JN 602 F saylı torpağa mülkiyyətə dair şəhadətnamədə kordinatları Lənkəran rayonu, Aşağı Nüvədi kəndində fərdi yaşayış evi var, həmin ev mülkiyyət hüququ ilə X10 məxsusdur, həmin şəhadətnaməyə əsasən iddiaçı mülkiyyətçi kimi göstərilmişdir.
6. Lənkəran rayon Aşağı Nüvədi bələdiyyəsinin 23 dekabr 2022-ci il tarixli arayışına əsasən, Aşağı Nüvədi bələdiyyəsinə təhvil verilmiş 1970-ci ildə tərtib edilmiş qaytanlanmış kitablara əsasən Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbə sakini iddiaçının mərhum atası X1 həyətyanı torpaq sahəsi bacısı X15 adında 0,13 ha olmaqla qeydə alınmışdır. Halhazırda isə torpağın mülkiyyətə verilməsinə dair JN-602F saylı şəhadətnaməyə əsasən həmin torpaq sahəsi X13 adında 0,09 ha olmaqla qeydə alınmışdır.
7. Lənkəran Rayon İcraiyyə Ko mitəsinin xx.xx.1973-cü il tarixli, 8 nömrəli iclas protokolundan çıxarışın surətinə əsasən, RİK-in qərarı ilə Aşağı Nüvədi qəsəbə sakini, təqaüdçü X6 yaşadığı evinin sökülüb yenidən tikilməsi haqqında Aşağı Nüvədi qəsəbə ZDO İcraiyyə Komitəsinin xx.xx.1973-cü il tarixli qərarı və komissiyanın xx.xx.1973-cü il tarixli aktı təsdiq edilmiş, ona RİK-in tikinti və memarlıq şöbəsinin verdiyi layihə əsasında iki otaqdan ibarət fərdi yaşayış evi tikməyə icazə verilmişdir.
8. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətinə əsasən, Aşağı Nüvədi qəsəbəsində yerləşən mübahisə predmeti olan ev 1976-cı ildə tikilmiş və evin sahibi kimi X18 qeyd olunmuşdur.
9. X19 29 iyul 1983-cü ildə ölmüşdür.
10. Vİİ-JQ 388079 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh1 və X9 20 aprel 2001-ci ildə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Səfərov, arvada Səfərova soyadı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı məhkəməyə müraciət edərək, onun hazırda cavabdehlər Cavabdeh1 və Səfərova (Qasımova) Əntiqə Xudaverdi qızının yaşadığı və Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində yerləşməklə JN-602F, KOD 80204016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətçisi olduğu 0,09 ha torpaq sahəsində yerləşən evə köçürülməsi, onun həmin torpaq sahəsindən və evdən, eləcə də evə aid köməkçi sahələrdən (ayaqyolu, hamam, mətbəx və s.) istifadə hüququnun tanınması barədə qətnamə çıxarılması nı xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1938-ci il tarixdə Lənkəran rayonunun Aşağı-Nüvədi qəsəbəsində anadan olmuş, atası X4 1944-cü ildə, anası X17 isə 1945-ci ildə vəfat etmişdir. Atasıyla anasının birgə nikahlarından 8 uşaqları olmuşdur ki, həmin uşaqların da sonuncusu odur. Onun valideynlərim ölən günə kimi Aşağı-Nüvədi qəsəbəsində hazırda cavadehlər Cavabdeh1 və Səfərova (Qasımova) Əntiqə Xudaverdi qızının yaşadıqları 1 mərtəbəli, 2 otaqlı və köməkçi sahədən ibarət dədə-baba evimizdə yaşamışlar. O, valideynləri öləndən sonra 1958-ci ilədək hazırda mübahisə predmeti olan evdə yaşamışdır. 1958-ci ildə həqiqi hərbi xidmətə çağırılmış və xidmətimi başa vurduqdan sonra 1992-ci ilədək Rusiya Federasiyası və Ukrayna Respublikasında işləmişdir. Nəhayət 1992-ci ildə öz doğma kəndinə qayıtmış və onun atababa mülkündə, yəni hazırda sözügedən mənzildə yaşamağa başlamışdır. İş üzrə cavadehlərdən Cavabdeh1 onun bacısının nəvəsi, Səfərova (Qasımova) Əntiqə Xudaverdi qızı isə sonuncunun həyat yoldaşıdır. Hal-hazırda onlar onun ata-baba mülkümə yiyələnməklə onun həmin evdə yaşamağa qoymurlar. Bu səbəbdən də o, məcbur olub Aşağı-Nüvədi qəsəbəsində yerləşən “Məişət Evi”ndə yaşayır, Halbuki, sözügedən evin yerləşdiyi 0,09 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə ona da məxsusdur. Hesab edir ki, cavabdehlərlə onun status baxımından heç bir fərqi yoxdur. Belə ki, Lənkəran rayon AİKnın 27 mart 1998-ci il tarixli 05 saylı qərarı ilə JN-602F, KOD180204016 saylı torpağın mülkiyyətə verilməsinə dair əsasən Lənkəran rayonunun Aşağı-Nüvədi qəsəbəs ində mən də daxil olmaqla 8 şəxsə ümumi birgə mülkiyyət hüququ üzrə 0,09 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin buna baxmayaraq cavabdehlər onu nəinki evə, heç mülkiyyətçisi olduğum torpaq sahəsinə də buraxmırlar. O, yaşlı və xəstədir. Normal şəraitdə, eləcə də onun dədə-baba mülkündə yaşamaq onun ən təbii haqqıdır. Cavabdehlər isə buna qətiyyən icazə vermirlər.
13. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra mətndə birici instansiya məhkəməsi) 2(049)-269/2023 nömrəli iş üzrə 8 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim M.Ş. Aslanov) iddia qismən təmin edilmiş, iddiaçı Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yerləşməklə JN-602F, KQD:80204016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətində olduğu 0,09 ha torpaq sahəsində yerləşən evə köçü rülməsini, həmin evdən istifadə qaydası müəyyən edilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.
14. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı köçmək istədiyi evdə yaşamışdır və yaşadığı evdən məhrum edilmişdir. Ona görə də məhrum edilmənin qanuni olub-olmadığı aydınlaşdırılmışdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən (belə hüquq yoxdur) məhkəmə hesab edib ki, onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur.
15. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir.
16. Cavabdeh qeyri-müəyyənlikdən (ev üzərində heç kəsin hüququnun qeydə alınmadığından) istifadə edərək iddiaçını evdən məhrum etmək istəyir. Ona görə cavabdehin bu hərəkətinin qarş ısı alınmalıdır.
17. Göstərilənlərlə yanaşı, məhkəmə qeyd edib ki, iddiaçının iddiada göstərdiyi evin köməkçi hissələrindən istifadə hüququnun tanınmasına dair hissəsi təmin edilməməlidir.
18. Belə ki, məhkəmə şəxsin həmin evə köçürülməsi qənaətinə gəldiyindən hesab edib ki, iddiaçının evdən istifadə etməsi təbii haldır. Buna görə də istifadə qaydası müəyyən edilməlidir.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 31, 43-cü maddəsinin 1-ci hissəsinə, 125-ci maddəsinin Vİİ-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 6.1.1, 180.1 və 180.2-ci maddələrinə, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 4.1, 8 8 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
20. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(049)-269/2023 saylı, 08 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddiaçının Cavabdeh2 yaşadığı evə gəlməsinə qadağa qoyulmasını xahiş etmişdir.
21. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş materiallarında olan iddiaçı tərəfindən verilmiş sübutların həqiqiliyini yoxlamadan mötəbər sübut növünə aid olmamasına baxmayaraq həmin sübutlar üzrə birtərəfli araşdırma aparmış, həmin sübutlar əsasında qanunsuz və əsassız qətnamə çıxarmışdır. Heç bir sübuta istinad etmədən özünün təxəyyülünə əsaslanmış və həmin hallara əsaslana bi ləcək əsaslandırmanı aparmamış, iddiaçı tərəfindən təqdim edilmiş sübutları düzgün qiymətləndirməmişdir. Əslində cavabdeh məhkəmədə iştirak etsəydi, hər sənədə hüquqi qiymət verilərdi. İşə baxılarkən hakim tərəfindən zəruri olan halların heç biri araşdırılmamış, iddiaçının yalan məlumatları yoxlanılmadan əsas götürülmüş və nəticə olaraq balaca evdə uşağı ilə yaşayan mömin bir qadının yanına heç bir qohumluq əlaqəsi olmayan, bu evdə bir saat belə yaşamamış, yüngül həyat tərzi sürən bir kişinin məcburi köçürülməsi qət edilmişdir. Hakim tərəflərə xəbər verildiyini göstərsə belə, fakt odur ki, onların evinə tamamilə kənar şəxsin köçürülməsi haqqında olan işə cavabdehlərin iştirakını təmin etmədən, kənd icra nümayəndəliyindən, nə də bələdiyyədən heç bir məlumatı dəqiqləşdirmədən hüquqlarını poz an qərar vermişdir. Eyni zamanda, məhkəməyə əri Cavabdeh1, yəni evin varisi və sahibinin Azərbaycan Respublikasında olmamasını bildirsə də, məhkəmə məsələyə səthi yanaşaraq nə bu halı, nə də başqa vacib əhəmiyyət kəsb edən halları araşdırmamışdır. Əgər iş mahiyyəti üzrə düzgün baxılsaydı, onda bəlli olardı ki, onların evinə köçürülən şəxs, yəni iddiaçı bu evdə heç vaxt yaşamamışdır. Cavanlığından Ukraynada olmuş, Azərbaycana gəldikdə şəxsiyyət vəsiqəsi ala bilməsi üçün ona kömək məqsədi ilə onun adı ondakı ev kitabına yazılmış, iddiaçı heç bir gün də olsun bu evdə yaşamamışdır. Şəhadətnamədə adının olmasına gəlincə, həmin dövrdə belə səhvlər bu cür həll olunurdu, yəni pozulub əlavə möhürlə təsdiq edilirdi. Necə ki, JN-602F nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamədə də düzəliş ed ilmişdir. İddiaçının faktiki bu evə, bu torpağa aidiyyəti olmadığı üçün, Səfərov Etibar isə rəhmətə getdiyi üçün adları silinmişdir. Lakin hakim bütün mülahizələrini JN-602F nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə ilə qurmuşdur. Daha doğrusu, şəhadətnamədə iddiaçının adının olması ilə, kənar şəxsin köçürüldüyü evdə yaşayan adamlardan heç birini çağırmadan, maraqlanmadan belə qərar vermişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinin, habelə Mülki Məcəllənin 157.2, 164 və 165.1-ci maddələrinin tələblərini kobudcasına pozmuşdur. Hal-hazırda cavabdeh uşaqları ilə birgə (yeni doğulmuş körpə nəvəsi də anası ilə tez-tez onlarda olmaq məcburiyyətində olur). Aşağı Nüvədi qəsəbəsində yerləşən balaca evdə yaşayırlar. Həyat yoldaşı Rusiyadadır, fəhləlik etm əklə birtəhər uşaqlarını böyütmüşdür. Qeyd etdiyi evdə əzəldən yaşayırlar və 2023-cü ilin may ayında onlara məlum olmuşdur ki, əvvəllər tanımadıqları şəxs onların evində yaşayış hüququ almışdır. Bu işdən İcra və Probasiya şöbəsindən xəbər tutmuşlar. İddiaçının onlarla heç bir əlaqəsi yoxdur. O, həmin evdə bir gün də olsun yaşamamışdır. Kənar şəxsin onların evinə köçürülməsi onların oradan köçməsi deməkdir. Onda cavabdeh uşaqları ilə harada yaşamalıdır? Azərbaycanda insan hüquqları Konstitusiya ilə qorunur. Bütün hüquqlar eyni dərəcədə vacibdir və tamamlayıcıdır. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlət ə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur. Konstitusiyalarda əsas hüquqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqları inkar olunmaz bir hüquq kimi qəbul olunur. Əri Cavabdeh1, yəni evin varisi və sahibi Azərbaycan Respublikasında deyil. 2022-ci ilin dekabr ayından Rusiyaya getmiş, ondan qabaq isə bir il altı ay azadlıqdan məhrum edilərək cəzaçəkmə müəssisəsində olmuşdur. Amma hakim Murad Aslanov məsələyə səthi yanaşaraq nə bu halı, nə də başqa vacib əhəmiyyət kəsb edən halları araşdırmamışdır. Əgər iş mahiyyəti üzrə düzgün baxılsaydı, onda bəlli olardı ki, evə köçürülən şəxs, yəni iddiaçı bu evdə heç vaxt yaşamamışdır. Həmçinin, hələ Cavabdeh2 qaynatası sağ olanda iddiaçı indiki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə onun iddiasını təmin et məmişdir. Son dövrdə isə iddiaçının vəkili tələbin adını dəyişərək mahiyyət üzrə eyni iddia ərizəsinin məhkəməyə çıxarılmasına nail olmuşdur.
22. Cavabdeh və eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh2 çıxış edərək bildirdi ki, o, hələ 1999-cu ildə mübahisəli evə gəlin gəlmişdir. Ondan əvvəl də hələ yoldaşı Cavabdeh1 həmin evdə öz ailəsi ilə yaşamışdır. O, indiyədək iddiaçı adında bir şəxsin həmin evdə yaşamasını eşitməmiş, elə birini görməmişdir. Onu kənddə gəzən biri kimi tanıyır və bilir ki, həyat yoldaşının uzaq qohumudur, yəni onun nənəsinin qardaşıdır. Lakin onların arasında da hər hansı bir münasibət mövcud deyil və ailə üçün yad birisidir. Hazırda yaşadıqları ev köhnə bir kənd evidir və onu da yoldaşının nənəsi 1970-ci illərdə tikdirmişdir. Həmin vaxtdan da o evdə iddiaçı ümumiyyə tlə yaşamamışdır. Eşitdiyinə görə, 90-cı illərdə iddiaçı ölkəyə qayıtdıqdan sonra əvvəlcə özünə aid olan başqa yerdəki evindən onu evləndiyi qadın qovmuş, çöldə qalmaması üçün verilən vaqon evi satmış, daha sonra yoldaşının anasından onun da mübahisəli evdə yaşamasına icazə vermələrini xahiş etmişdir. Lakin yoldaşının ailəsi bununla razılaşmamışdır, çünki 2 otaqlı qədim bir kənd evində onsuz da onların ailəsi çətinliklə yaşayırdılar və onu evə qəbul etməyə yer də yox idi. Hətta mətbəxi kulyonkadan düzəltmiş, hamam isə daxma kimi bir yerdir, onu da kulyonkalayıb istifadə edirlər. Mübahisəli evin yerləşdiyi torpaq sahəsi ilə bağlı şəhadətnamədə iddiaçının da adının olması isə onlara sonradan məlum olmuşdur. Bununla bağlı onlar icra nümayəndəliyinə müraciət etmişlər. Orada iddiaçının adını şə hadətnamədən çıxararaq onun adının üzərinə xətt çəkmişlər və möhürlə təsdiq etmişlər. İddiaçının mübahisəli evdə yaşamamasını bütün qonşular da təsdiq edir. Bununla bağlı hətta məhkəməyə qonşular tərəfindən imzalanmış yazılı ərizə də təqdim edilmişdir.
23. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o, 1938-ci ildə anadan olmuş, 1944-cü ildə atası, 1945-ci ildə anası vəfat etmişdir. Bundan sonra onu kimsəsiz uşaqlar evinə vermişlər. Bir müddət orada yaşamış, 1954-cü ildə böyük qardaşı onu oradan götürmüşdür. O, böyük qardaşı ilə birlikdə kərpic kəsmiş, atasından qalmış köhnə bir otağa bitişik əlavə bir otaq da tikmişlər. Sonradan bacısı Fatma gəlib həmin evə yerləşmişdir. O, 1958-ci ildə hərbi xidmətə getmiş, xidmətdən sonra 199 2-ci ilədək Rusiyada və Ukraynada işləmişdir. 1992- ci ildə isə rayondakı ata-baba mülkünə qayıtmışdır. Lakin bu zaman görmüşdür ki, bacısının nəvəsi, hazırda cavabdeh olan Cavabdeh1 həmin evə yiyələnmişdir. Bir müddət orada qalsa da, sonradan ona orada yaşamağa imkan verməmişlər. Buna görə də uzun müddət rayondakı məişət evində yaşamağa məcbur olmuşdur. Həmçinin, bildirdi ki, mübahisəli ev onun ata-baba mülküdür, həmin ev o, Azərbaycanda olmadığı müddətdə sökülüb yenidən tikilməmişdir. Köhnə evdir, sadəcə təmir işləri aparılmışdır.
24. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2024-cü il tarixi 2(106)-797/2024 nömrəli iş üzrə (hakimlər S.İ.Mayılov (sədrlik edən, məruzəçi), T.S.Kərimov, T.X.Heydərov) ibarət tərkibdə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmi n edilməsini, birinci instansiya məhkəməsinin 2(049)-269/2023 saylı, 08 fevral 2023-cü il tarixli qətnaməsi qismən – iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə yeni qətnamə qəbul edilməsini, həmin hissədə iddia tələbinin rədd edilməsini qət etmişdir.
25. Məhkəmə kollegiyası iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, ilk öncə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəlişin edilməsi və iddiaçının adının üzərindən xətt çəkilməsinə dair apellyasiya şikayətinin dəlili əsaslı hesab edilə bilməz. Çünki verilmiş şəhadətnaməyə özbaşına hər hansı bir düzəlişin edilməsi qadağandır. Şəhadətnaməyə düzəlişin edilməsi üçün müvafiq səlahiyyətli orqanların qərarı tələb olunur. Lakin hazırkı halda şəhadətnamədə sadəcə iddiaçının adının üzərindən xətt çəki lməsi onun torpaq sahəsinin mülkiyyətçiləri sırasından çıxarılması demək deyil. Həmçinin, cavabdeh tərəf həmin şəhadətnamədə iddiaçının adının mülkiyyətçilər sırasından çıxarılmasına dair hər hansı səlahiyyətli orqanın və ya məhkəmənin qərarını da təqdim etməmişdir.
26. İddiaçının ata-baba mülkü olduğunu və özünün orada yaşadığını iddia etdiyi ev əslində 1976-cı ildə tikilmiş və onun bacısı Fatma Əliyevanın adına qeydə alınmışdır. İddiaçı apellyasiya məhkəməsinin iclasında onun yaşadığı evin sökülüb yenidən tikilmədiyini, yalnız əsaslı təmir işlərinin aparıldığını qeyd etsə də, bu hal cavabdeh tərəfin təqdim etdiyi sənədlərlə təkzib olunur. Belə ki, evin sökülüb yenidən tikilməsinə dair Lənkəran RİK-in xx.xx.1973-cü il tarixli qərarının olması və evə dair pasportda onun 1976-cı ildə tikild iyinin qeyd olunması iddiaçının istinad etdiyi həmin halın əsassız olduğunu təsdiq edir. Lənkəran ŞİHB-nin Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 sentyabr 2020-ci il tarixli məktubunda evin iddiaçının atası tərəfindən inşa edilməsi və 1974-cü ildə sözügedən evin əsaslı təmir olunması barədə qeyd edilənlər isə iddiaçının dediklərinə əsaslandığına görə mötəbər hesab edilə bilməz.
27. İddiaçı mübahisə predmeti olan evə dair vərəsəlik hüquqlarının da pozulduğunu qeyd etsə də, məhkəmə kollegiyası iş materiallarına əsasən bildirib ki, mübahisə predmeti olan evin 1976-cı ildə inşa edilməsi və onun iddiaçının bacısı Fatma Əliyevanın adına qeydə alınması, sonuncunun 29 iyul 1983-cü ildə vəfat etməsindən sonra sözügedən evin onun vərəsələrinə keçməsi qəbul olunur. İddiaç ı isə Fatma Əliyevanın qardaşı olmaqla, onun birinci növbə vərəsələri sırasına aid olmamışdır. Bu səbəbdən də iddiaçının vərəsəlik hüquqlarının pozulması əsaslı hesab edilmir.
28. Məhkəmə kollegiyası bildirib ki, hazırda mübahisə predmeti olan evin əslində iddiaçının ata-baba mülkü olmaması, həmin evin 1976-cı ildə inşa edilməsi və evin mülkiyyətçisi kimi iddiaçının bacısı Fatma Əliyevanın qeydə alınması müəyyən olunur. Hazırda qüvvədən düşmüş Mənzil Məcəlləsinin qeyd edilən 53-cü və 123-cü maddələrində isə mülkiyyətçinin qardaşının onun ailə üzvü olması təsbit olunmamış, ona evdən istifadə hüququ müəyyən edilməmişdir. Bundan əlavə, hazırda sözügedən Məcəllənin 54-cü maddəsi də iddiaçıya tətbiq oluna bilməz. Belə ki, iddiaçı həmin maddəyə uyğun olaraq mübahisəli evə köçmüş şəxs statusuna d a malik olmamışdır. Qeyd edilən müddəalardan da göründüyü kimi, iddiaçının mübahisə predmeti olan evə istifadə hüququ yaranmamışdır. Birinci instansiya məhkəməsi isə iddiaçının iddia tələbinin evə köçürülməsinə dair hissəsinə düzgün hüquqi qiymət verməmiş, həmin hissədə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir.
29. Məhkəmə öz qətnaməsində mübahisəli evdən istifadə qaydasının müəyyən edilməsini qət etmişdir. Lakin evdən istifadə qaydasının müəyyən edilməsi nəticəsinə gəlməsinə baxmayaraq, məhkəmə evin istifadə qaydasının hansı şərtlərə əsaslandığını və onun nədən ibarət olmasını da göstərməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası bildirib ki, mübahisə predmeti olan ev üzərində iddiaçının istifadə hüququ yaranmadığından və onun mübahisəli evə köçürülməsinə dair hər hansı əsas olmadığından, məhkəmənin qeyd edilən hissədə də gəldiyi nəticə düzgün olmamışdır.
30. Məhkəmə kollegiyası həm də onu qeyd etməyi zəruri sayıb ki, Cavabdeh2 apellyasiya şikayətində qətnamənin ləğv edilməsi ilə yanaşı, iddiaçının onun yaşadığı evə gəlməsinə qadağa qoyulmasını da xahiş etmişdir. Lakin apellyasiya şikayətinin mahiyyətindən də göründüyü kimi, Cavabdeh2 əslində iddiaçının onun yaşadığı evə gəlməsinə qadağa qoyulmasını tələb etməklə, onun iddia tələbinin rədd edilməsini xahiş etmək istəmişdir.
31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 54, 123-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hiss əsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarı və AR MPM-in 14.2, 77.1, 88, 217.4, 372.2, 384.0.2, 385.1, 386–cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı (onun vəkili Vəkil) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2024-cü il tarixli, 2(106)-797/2024 saylı qətnaməsi ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi öz qətnaməsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin tələblərini pozmuşdur. İşə apelyasiya qaydasında baxan məhkəmə kolle giyası mübahisəni hərtərəfli, tam və obyektiv tədqiq etməmiş və işdə mövcud olan ziddiyyəti aydınlaşdırmamış, yəni mübahisəli evin cavabdehlərin mülkiyyətində olmadığı halda və iddiaçı ilə eyni statusda olan şəxslər olduğu halda bunu nəzərə almamışdır. Bu isə öz növbəsində iddiaçının hüququnun pozulması ilə nəticələnmişdir. İşə baxan apelyasiya instansiyası məhkəməsi mübahisəyə ziddiyyətli faktlar əsasında baxmışdır. Məhkəmə kollegiyası iş üzrə yekun nəticəyə texniki sənədə istinad etməklə qətnamədəki nəticəni düzgün əsaslandırmamışdır.
34. İddiaçı kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 31 və 43-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.1, 152-ci maddəsinə, 1982-ci ildə təsdiq edilmiş Mənzil Məcəlləsinin 53, 54 və 12 3-cü maddələrinə və AR Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 88-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
36. Maddə 53: İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvl əri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar;
37. Maddə 54: İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmə k hüququ əldə edirlər;
38. Maddə 123: Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88: Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.4.: Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şi kayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək y aranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşd ırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
48. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Kassasiya şikayətinin dəl illərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
51. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qə tnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2024-cü il tarixi 2(106)797/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.