Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3424/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 və digərlərinin cavabdeh "xxxx" ASC qarşı iş üzrə QƏRARİ (Açar sözlər:kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2022-ci il tarixli, 2(103)3093/2022 saylı qərardadından İddiaçı1 kassasiya şikayəti üzrə işə 20 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi, İşin halları İşin hallarına görə, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə cavabdeh "xxxx" ASC qarşı iddia qaldıraraq, cavabdehdən İddiaçı1 xeyrinə 38.000 manat, İddiaçı2 xeyrinə 38.000 manat sığorta ödənişinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.C.Musayeva) iddia rədd edilib. İddiaçılar apellyasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2022-ci il tarixli qərardadı ilə (hakimlər F.Ş.Talışinski sədrlik e dən, məruzəçi, A.N.İmanov və Q.A.Əsgərov) iddiaçıların iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 22 noyabr 2021-ci il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilib və Mülki Prosessual Məcəllənin 361, 363 və 364-cü maddələrinin tələblərinə əsasən sonrakı mülki prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçılar qətnamədən apellyasiya şikayətini elektron kabinet vasitəsilə versələr də, elektron ərizə formasında təqdim edilməyib və elektron imza ilə imzalanmayıb. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də apellyasiya şikayətinin forması müəyyən edilib. Həmin Məcə llənin 363.1.1-1 və 363.1.5-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən: “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemin də yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəlləyə dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli Qanunun “Keçid müddəaları” adlanan 2-ci maddəsinə görə, Bu Qanun 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minir. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Mülki Prosessual Məcəllənin 101.2, 10-1.3 və 10.1.7-ci maddələrinin tələblərinə görə, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Ali Məhkəmə ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qayd alarına uyğun olaraq həyata keçirilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Ədliyyə Nazirliyinin Kollegiyasının 15 iyul 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.1-5-ci bəndlərinin tələblərinə görə, informasiya sisteminin iştirakçıları və isti fadəçiləri tərəfindən sənədlər Ədliyyə Nazirliyi Kollegiyasının 29 noyabr 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır. İnformasiya sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabinetin”dən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı, audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat “Elektron kabinet” vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər. Sənəd göndərilməzdən əvvəl informasiya sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda informasiya sistemi həmin sənədi istifadəçi tərəfindən göndərilməmiş hesab edir. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 01 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 3.6-cı bəndinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sən ədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Mülki Prosessual Məcəllənin 10-1.2ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. İddiaçıların qətnamədən verdikləri apellyasiya şikayəti sadalanan normalarda nəzərdə tutulan tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 10-1.3, 363.1.1-1, 363.1.5-ci maddələrinin və digər mülki prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı1 kassasiya şikayəti verərək iş üzrə apelly asiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. İddiaçı1 kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi onun qətnamədən verdiyi kassasiya şikayətini qeri-mümkün hesab edərkən, Mülki Prosessual Məcəllənin tələblərini pozub və iş üzrə düzgün olmayan qərardad qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasə n, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır; 10-1.2-ci maddəsinə görə, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir; 10-1.3-cü maddəsində göstərilir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 10-1.5-ci maddəsinə görə, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz; 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; 10-1.8-ci maddəsinə görə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş mate rialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. 10-1.9-cu maddəsində göstərilir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir. 363.1, 363.1.1, 363.1.1-1, 363.1.5-ci maddələrinin tələblərinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; apellyasiya şikayə ti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci mad dəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırm ası kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların birinci instansiya məhkəməsinin qətnaməsindən birgə verdikləri apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab edərkən Mülki Prosessual Məcəllənin tələblərini pozub. Əvvəla, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab edərkən, elektron kabinet vasitəsilə verilsə də, apellyasiya şikayətinin elektron ərizə formasında təqdim etmədiyi və elektron imza ilə imzalan madığı qənaətinə gəlsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti onu imzalamağa hüququ olan, yəni İddiaçı2 səlahiyyətli nümayəndəsi, digər İddiaçı1 həm səlahiyyətli nümayəndəsi, həm də vəkili Vəkil2 tərəfindən tərtib edilib və imzalanıb. Bundan sonra, apellyasiya şikayəti məhkəməyə göndərilməsi üçün “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilib. Göründüyü kimi, apellyasiya şikayəti onu imzalamağa hüququ olan şəxs tərəfindən imzalanmaqla, onun göndərilməsi elektron kabinet vasitəsilə həyata keçirilib. Bu hal, kassasiya icraatı mərhələsində “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə əldə edilmiş elektron çıxarışla da təsdiq olunur. Belə olan halda, iddiaçıların qət namədən birgə verdikləri apellyasiya şikayətinin elektron formada tərtib edilməməsi, göndərilməməsi, başqa sözlə apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilməməsi mülki iş materialları, habelə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə əldə edilmiş elektron çıxarışla da istisna olunur. Mülki Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır; 10-1.2-ci maddəsinə görə, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlər in elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir; 10-1.3-cü maddəsində göstərilir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 10-1.5-ci maddəsinə görə, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digə r qaydada verilməsi tələb oluna bilməz; 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; 10-1.8-ci maddəsinə görə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. 10-1.9-cu maddəsində göstərilir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nöm rələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, iddiaçıların birinci instansiya məhkəməsinin qətnaməsindən birgə verdikləri apellyasiya şikayəti onu imzalamağa hüququ olan nümayəndə və Vəkil2 tərəfindən tərtib edilməklə imazalandığından, başqa sözlə apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 10-1.3 və 361-ci maddələrinin tələblərinə riayət edilməklə verildiyindən, onun qeyri-mümkün hesab edilməsi üçün mülki prosessual əsaslar olmayıb. Halbuki, Mülki Prosessual Məcəllənin 366-cı maddəsinin mənasına görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti üzrə apelly asiyanı o, vaxt qeyri-mümkün hesab edə bilər ki, apellyasiyanın mümkünlüyü üçün mülki prosessual əsaslar olmasın. Digər tərəfdən, kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçıların birinci instansiya məhkəməsinin qətnaməsindən birgə verdikləri apellyasiya şikayətinin göndərilməsi, qəbulu, habelə apellyasiya şikayətinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirildiyindən və apellyasiya şikayətinə onu imzalamağa hüququ olan şəxsin, yəni nümayəndə və Vəkil2 səlahiyyətlərini təsdiq edən sənədlər əlavə edildiyindən, “Elektron məhkəmə” informasiya sistemində apellyasiya şikayətini bilavasitə imzalayan şəxsin soyadının, adının və ata adının göstərilməməsi onun qeyri-mümkün hesab edilməsi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi, iddiaçıların apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab edərkən, əslində məsələyə formal yanaşıb və apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə artıq qəbul edildiyini nəzərə almayıb. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Həmin Məcəllənin 418.3-cü maddəsində göstərilir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bil ər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan mülki prosessual normaların tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 20 22-ci il tarixli, 2(103)-3093/2022 saylı qərardadı ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3424/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-3424/2022
20.09.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver