Məhkəmə qərarları › İş №2(102)-3424/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3424/2024

26.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3424/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkünlüyü (apellyasiya şikayətinin forma və məzmununa dair tələblər pozulduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1510/2024 nömrəli, 19 avqust 2024-cü il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin bin asında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh evdə yaşayan digər ailə üzvləri ilə birlikdə onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Salyan Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(057)-1083/2023 nömrəli qətnaməsi ilə hakim (Ə.Məmmədli) iddia təmin edilmiş, Cavabdeh və Maraqlı şəxs ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbu l edilməsini xahiş etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 avqust 2024-cü il tarixli, 2(106)-1510/2024 nömrəli qərardadı ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Tale Kərimov) Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır.

5. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Maraqlı şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, iddiaya münasibətdə konkret tələbini, iddianın tam və yaxud qismən təmin edilibedilməməsini, qismən təmin edildiyi halda hansı hissədə təmin edilməsini, yaxud hansı hissədə təmin edilməməsini göstərməmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1, 363.1.3, 366.1, 366.2, 366.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

7. Maraqlı şəxs (Vəkil) qərardaddan kassasiya şikayəti verərək, ləğv edilməsi və apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia ərizəsində adı keçməyən şəxsi, Cavabdeh arvadı Maraqlı şəxs da evdən çıxarılmasını heç bir hüquqi əsas olmadan qət etmişdir. Məhkəmə cavabdehin ailə üzvlərini müəyyən etmədən, onları işdə iştirak edən şəxs olaraq cəlb etmədən onların mənafeyinə uyğun olmayan və hüquqlarının pozulmasına şərait yaradan qətnamə qəbul etmişdir. Bu hissədə qətnamənin qəbul edilməsi işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə olanda halda işin faktiki hallarını nəzərə aldıqda Maraqlı şəxs apellyasiya şikayətində qətnaməsinin “ləğv edilməsini” tələb etməsi MPM-in 361, 387-ci maddələrinin tələblərinə uyğun olmuşdur. Faktiki olaraq Maraqlı şəxs iş üzrə cavabdeh qismində cəlb edilməmiş, iddia tələbi ona yönəlməmiş və qətnamənin surəti ona göndərilməmişdir. Bu əsasla sonuncu MPM-in 387-ci maddəsində göstərilən “işdə iştirak etməyə cəlb olunmamış şəxs” statusunda olmuşdur. Bundan irəli gələrək Maraqlı şəxs əlavə dəlillər gətirmək məcburiyyətində deyildir. Ona görə də şikayət icraata qəbul edilərək, imperativ tələb kimi qətnamə ləğv edilməli idi.

9. Maraqlı şəxs kassasiya şikayətini əsaslandırarkən Azərbaycan Respublikası MPM-in 357.1, 361.1 və 387-ci maddələrinə istin ad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

27. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olars a, məhkəmə aktlarından protest verə bilər.

28. Maddə 361.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir.

29. Maddə 361.1.5. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir.

30. Maddə 361.1.6. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüq uqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır.

41. Belə ki, Maraqlı şəxs iş üzrə cavabdeh tərəf olmamış, lakin birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktı ilə onun mənzildən çıxarılması qət edilməklə, qanunla qorunan hüquq və mənafelərinə toxunulmuşdur. Bu səbəbdən o, apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İddiaçının ona qarşı konkret tələbi iddiada göstərilməd iyindən həmin şəxsdən apellyasiya şikayətində iddiaya münasibətdə konkret tələbini, iddianın tam və yaxud qismən təmin edilib-edilməməsini, qismən təmin edildiyi halda hansı hissədə təmin edilməsini, yaxud hansı hissədə təmin edilməməsini göstərilməsi tələb edilə bilməz.

42. Qətnamə ilə maraqlarına toxunulan şəxs apellyasiya şikayətində ona münasibətdə prosessual hüquq normalarının pozuntusuna yol verildiyini əsaslandırmışdır.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin prosessual tələblərinə formal yanaşılmış, müvafiq normalar ciddi şəkildə tətbiq edilmiş və nəticədə Maraqlı şəxs məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüquqları pozulmuşdur.

44. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respubli kası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir.

45. Qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını dey il, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarı).

46. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

47. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiq i zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar).

48. Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir.

49. Hazırkı halda iddia tələbi Maraqlı şəxs qarşı qaldırılmadığından o, iddia tələbinin qismən və ya tam rədd olunması ilə bağlı xahişlə məhkəməyə müraciət edə bilməzdi.

50. Qətnamə onun maraqlarına toxunduğu üçün Maraqlı şəxs məhkəmə müdafiəsi hüququ qorunmalı, qərardad ləğv edilməli, iş prosessual hərəkətlərin davam etdirilməsi üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 avqust 2024-cü il tarixli 2(106)-1510/2024 saylı qərardadı ləğv edilərək, mülki iş prosessual hərəkətlərin davam etdirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə min

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar