Məhkəmə qərarları › İş №2(102)-3424/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3424/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3424/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma nəticəsində pul tələbi, iddia müddətinin başlanması, maddi hüquq normasının düzgün tətbiq olunmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 avqust 2025-ci il tarixli, 2(103)3263/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 12 sentyabr 2006-cı il tarixli müqavilə ilə "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 1 ünvanda inşa etdiyi binanın 5-ci giriş, 16-cı mərtəbəsində yerləşən 2 otaqlı 528 saylı mənzili İddiaçı satmış, sonuncunun 21 iyul 2010-cu il tarixli ərizəsi əsasında, artıq ödəmə nəzərə alınmaqla 528 saylı mənzil həmin binanın 4-cü giriş 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 82 kv.m. olan 2 otaqlı 384 mənzillə əvəzləşdirilmişdir. 2. "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən həmin mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmiş, MMC-yə borcu qalmamışdır.

3. İddiaçı "xxxx" MMC-yə notarial qaydada təsdiq edilmiş 26 dekabr 2019-cu il tarixl i ərizə ilə müraciət edərək, 384 saylı mənzilə dair "xxxx" MMC ilə bağladığı 21 iyul 2010-cu il tarixli müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və MMC-nin nizamnaməsinə uyğun tədbir görülməsini xahiş etmiş, həmin mənzilə dair müqavilə pozulduqdan sonra mənzilin digər şəxsin adına rəsmiləşdirilməsinə etirazının, bununla bağlı iddia və tələbinin olmadığını göstərmişdir. 4. 2021-ci ilin aprel ayında İddiaçı cavabdehlər Cavabdeh MTK-ya, X2, Zolfi Bakhshaliyə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsində inşa edilən 24B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81,0 kv.m. olan iki o taqlı 384 saylı mənzilinin cavabdeh Zolfi Bakhshalinin adına rəsmiləşdirilməsi hərəkətinin qanunsuz hesab edilərək ləğv edilməsi və mənzilin iddiaçının adına rəsmiləşdirilməsi, iddiaçının kooperativ üzvlüyü və payını ödəməsi barədə arayışın verilməsi vəzifəsinin Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsində inşa edilən 24B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m. olan iki otaqlı 384 saylı mənzilin cavabdeh X2 məxsus həmin ünvanda yerləşən 385 saylı mənzillə dəyişdirilməsinin tanınması və bu barədə sənədləşmənin aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, ********* qeydiyyat nömrəli, 17 iyun 2020-ci il tarixli çıxarışın ləğv edilməsi, “Şərur" MTK-nın 12 mart 2020-ci il tarixli, 06 saylı protokolunun və həmin tarixli borcun olmamasına dair arayışının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2022-ci il tarixli qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 05 may 2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

6. Daha sonra, İddiaçı cavabdeh Zolfi Bakhshaliyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24B saylı yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən 81,4 kv.metr sahəli 384 saylı iki otaqlı mənzil üçün Cavabdeh MTK-ya ödədiyi 40.000 ABŞ dolları (31.200 manat) və həmin mənzilin təmiri üçün çəkdiyi 27.739,55 manatın və 2 il əldən çıxmış faydaya görə 6.041,3 manat, cəmi 64.980,85 manatın, habelə vəkil xərci kimi 211 manatın Zolfi Bakhshalidən tutularaq, iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(001)4970/22 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 may 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, rayon məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni q ətnamə çıxarılmaqla, iddianın qismən təmin olunması, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə. Əhmədov küçəsi, ev 24B saylı yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən 81,4 kv.m. sahəli 384 saylı iki otaqlı mənzilin təmir xərcinin əvəzi kimi 27.739,55 manat pulun cavabdeh X1 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində inşa edilən binanın 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən 81 kv.m. sahəsi olan 384 saylı mənzili hüquqazidd şəkildə başqa şəxsin adına rəsmiləşdirən cavabdehdən vurulmuş zərərin əvəzi olaraq 40.000 ABŞ dolları (31.200 manat) məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MMC (hüquqi varisi Cavabdeh MTK) arasında MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 2 ünvanda inşa etdiyi binanın 5-ci giriş, 16-cı mərtəbəsində yerləşən 2 otaqlı 528 saylı mənzilə dair 12 sentyabr 2006-cı ildə müqavilə bağlanmışdır. İddiaçının 21 iyul 2010-cu il tarixli ərizəsi əsasında (artıq ödəmə nəzərə alınmaqla) 528 saylı mənzil həmin binanın 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 81 kv.m. olan 2 otaqlı 384 saylı mənzillə əvəzləşdirilmişdir. Belə ki, İddiaçı ilə "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh MTK arasında 21 iyul 2010-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində inşa edilən binanın 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən 81 kv.m. sahəsi olan 384 saylı mənzilə dair kooperativ mənzil-tikinti haqqında müqavilə bağlanaraq, mənzil onun adına rəsmiləşdirilmişdir. Sözügedən faktlar Cavabdeh MTK tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli, 346 saylı məktubla öz təsdiqini tapır. 384 saylı mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş və ona bu barədə maliyyə arayışı verilmişdir. Belə ki, mənzilin dəyəri iddiaçı tərəfindən xarici valyuta ilə 40000 ABŞ dolları (31200 manat) tam ödənilmişdir. Cavabd eh MTK tərəfindən İddiaçı ünvanlanmış 07 iyul 2022-ci il tarixli, 79 saylı məktubdan da görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə. Əhmədov küçəsi, ev 24B-də yerləşən 2 otaqlı, ümumi sahəsi 81 kv.m. olan 384 saylı mənzilin dəyəri olan 40000 ABŞ dolları (yəni keçmiş məzənnə ilə 31200 manat) onun tərəfindən tam ödənilmiş, həmin mənzil onun tərəfindən təmir etdirilmişdir. İddiaçı 27739,55 manat xərc çəkib, təmir etdirdiyi həmin mənzildə 2011-ci ildən 2014-cü ilədək yaşamışdır. Sonradan Cavabdeh MTK-nın 12 mart 2020-ci il tarixli, 06 saylı protokoluna əsasən 17 iyun 2020-ci il tarixdə Zolfi Bakhshali adlı şəxsin həmin mənzilə dair pul ödəmədən ********* saylı çıxarış aldığı məlum olmuşdur. İddiaçı 384 saylı mənzilin Zolfi Bakhshalinin adına keçməsindən 2021-ci ili n sonunda xəbərdar olmuşdur.

11. Cavabdeh MTK iddiaya etiraz verərək göstərmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında 528 nömrəli mənzillə bağlı ilkin müqavilə 12 sentyabr 2006-cı il tarixində imzalanmışdır. Daha sonra 528 nömrəli mənzil 384 saylı mənzillə əvəzləşdirilməsi səbəbi ilə 21 iyul 2010-cu il tarixdə müqavilə imzalanmışdır. Həmin kooperativ mənzil tikintisi haqqında müqavilənin 1.1-ci maddəsinə əsasən 384 saylı mənzilin inşa edilməsi müqavilənin predmetini təşkil etmişdir. Müqavilənin 3-cü bəndində ödəniş qaydaları hissəsi isə xətt çəkilərək boş saxlanılmışdır. Həmçinin iş materiallarında müqavilənin, kassa mədaxil orderinin notarial qaydada təsdiq edilmiş surətinin əlavə edilmədiyi aşkar edilmişdir. İddiaçı müqavilənin bağlanmasından keçən 14 il müddətində müqavilə üzrə öhdəli yinin icra edilməməsi və yaxud vurulmuş zərərlə bağlı bir dəfə də olsun, həmin dövrdə mövcud olan cəmiyyətə müraciət etməmişdir. Lakin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi tərəflər arasında mülki qanunvericiliyə uyğun olaraq mənzilin tikilib təhvil verilməsi barədə podrat müqaviləsi deyil, yalnız alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə bağlanan 2010-cu ildə tərəf olan "xxxx" MMC təşkilati hüquqi formasından da göründüyü kimi məhdud məsuliyyətli cəmiyyət olub. Həmin dövrdə tərəflər arasında daşınmaz əmlaka dair bağlanmış müqavilə qanunvericiliyin tələbinə əsasən yalnız notarial qaydada təsdiq edilməli idi. Belə ki, mülki qanunvericiliyə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Tərəflər arasında bağlanmış 21 iyul 2010-cu il tarixli müqavilə əhəmiyyətsiz olduğu üçün bağlandığı andan etibarsızdır. Yəni bu müqavilənin etibarsızlığı üçün onun mübahisələndirilməsinə heç bir hüquqi cəhd göstərilməsinə ehtiyac yoxdur. Hazırkı iş materiallarına əlavə edilmiş müqavilədən və “öhdəlik”dən görünür ki, daşınmaz əmlakın alqı-satqısına dair müqavilə notariat qaydada bağlanmalı olduğu halda, iddiaçı fiziki şəxslə cavabdeh hüquqi şəxs bu müqaviləni adi yazılı qaydada bağlamışıdır. Əgər cavabdeh təşkilatın təşkilati-hüquqi forması MTK (mənzil tikinti kooperativi) formasında olsa idi, bu zaman MTK ilə iddiaçı arasında adi müqavilə və üzvlüyə qəbulla bağlı protokol hüquqi cəhətdən məqbul hesab edilə bilərdi. Çünki Mülki Məcəllə məhz MTK-lar üçün üzvlüyə qəbul ilə bağlı prosedur mü əyyən etməklə, pay haqqının ödənilməsi və üzvlüyə qəbulla bağlı MTK-nın payçılarının protokolunun mənzil üzərində mülkiyyət hüququnun (pay haqqı ödənildiyi anda sahiblik və istifadə hüququnun, reyestrdə qeydiyyata alındığı anda isə sərəncam hüququnun) yaranmasının hüquqi əsası kimi müəyyən edir. Lakin, MMC formasında hüquqi şəxslər öz balanslarında olan əmlakı adi müqavilə ilə deyil, notariat qaydada alqı-satqı bağlamaq yolu ilə özgəninkiləşdirə bilərlər. Bunun üçün onlar öncə həmin mənzil üzərində mülkiyyət hüquqlarını Məhdud Məsuliyyətli Cəmiyyət olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmalı daha sonra isə onun üzərində sərəncam verərək satmalıdırlar. Lakin iş materiallarından da göründüyü kimi cavabdeh əmlakın üzərində öz mülkiyyət hüququnu qeydiyyat aldırmamış, yəni ə mlak üzərində faktiki və hüquqi olaraq mülkiyyət hüququ yaranmamış ona sərəncam vermişdir və sərəncam hüququ notariat qaydada reallaşdırılmamışdır. Bu halda, müqavilə bağlandığı andan, mübahisələndirilib-mübahisələndirilməməsindən asılı olmayaraq əhəmiyyətsiz olduğu üçün etibarsızdır. İkincisi iddia tələbi ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu baxımdan iddiaçı ilə Cavabdeh MTK arasında mənzilə dair məhkəmə mübahisəsi olub və Ali Məhkəmənin 05 may 2024-cü il tarixli qərarı ilə hüquqi qiymə t verilmişdir. Üçüncüsü, iddiaçı iddia ərizəsində pulun 2010-cu ildə "xxxx" MMC ödənildiyini və daha sonra vurulmuş zərərin Cavabdeh MTK dan tələb etməsini qeyd etmişdir. Lakin, pulun ödənilməsi barədə faktı təsdiq edən hər hansı bir sübutu iş materiallarına əlavə etməmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 143 qeydiyyat №-si ilə 5 fevral 1999-cu il tarixdə qeydə alınmış “ciddi hesabat blanklarının (Mədaxil qəbzi f.№ 1 MQ, kassa mədaxil orderi F.№ KO-1, vəkalətnamə f.№ M2, qaimə-faktura f.№ 2Q) forma və rekvizitləri və onlardan istifadə qaydalarının təsdiq edilməmişdir. Dördüncüsü: iddiaçı 2010-cu il tarixli müqaviləyə istinad edərək, iddia ərizəsi ilə hazırda məhkəməyə müraciət etməsi ilə bağlı bildirilir ki, bu tip işlər üzrə mülki qanunvericiliklə tənzimlən ən iddia müddətini iddiaçı ötürmüşdür. Bu səbəbdən iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Göstərilənləri və MPM-in 154-cü maddəsinə əsasən iddia ərizəsinə dair etirazın qəbul edilməsi və iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 2(005)404/2025 nömrəli qətnaməsi ilə (hakim M.Əfəndizadə) iddianın təmin edilməsi, Cavabdeh MTK-dan 31.200 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, ödənilmiş 183,60 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Ca vabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış 07 iyul 2022-ci il tarixli, 79 saylı məktuba əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə. Əhmədov küçəsi, ev 24Bdə yerləşən 2 otaqlı, ümumi sahəsi 81 kv.m. olan 384 saylı mənzilin dəyəri olan 40000 ABŞ dolları (yəni keçmiş məzənnə ilə 31200 manat) onun tərəfindən tam ödənilmiş, həmin mənzil onun tərəfindən təmir etdirilmişdir. Mülki Məcəlləyə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda, ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir.

14. İddiaçının mübahisəli mənzilə görə ödədiyi pay haqqının ödənilməsi tələbinə münasibətdə iddiaçının məhkəmə müdafiəsi hüququna malik olması mübahisəsizdir. İşə baxa n məhkəmənin vəzifəsi ilk növbədə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmadığını müəyyən etməkdən ibarətdir. Hazırkı halda cavabdeh Zolfi Bakhshali müqavilə məbləğinin, yəni kooperativ pay haqqının qaytarılması hissəsində tələbə cavab verməli şəxs deyil. Belə ki, mənzil tikintisi haqqında müqavilə iddiaçı ilə MTK arasında bağlanmışdır, iddiaçı mənzilin dəyərini məhz MTK-ya ödəmiş və MTK da bunu təsdiq edir. Cavabdeh Zolfi Bakhshali həmin müqavilədə tərəf deyil və üzərinə hər hansı öhdəlik götürməmişdir. İddiaçı mübahisəli mənzilə görə ödədiyi pay haqqının qaytarılmasını Zolfi Bakhshalidən deyil, Cavabdeh MTK-dan tələb edə bilər. Cavabdeh MTK isə hazırkı işdə cavabdeh deyildir.

15. Məhkəmə qeyd etmişdir ki, İddiaçı cavabdeh Zolfi Bakhshaliyə qarşı “pul” tələbi nə dair mülki iş üzrə müəyyən edilmiş halların hazırkı mülki iş üzrə preyudisiallığı aşkardır, qeyd edilən məhkəmə aktları iddiaçının istinad etdiyi halların hazırkı məhkəmə icraatı çərçivəsində yenidən araşdırılmasının qarşısını alınır, sübut etmə prosesini tərəflər üçün sadələşdirir. Belə ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.

16. Birinci instansiya məhkəməsi cavabdehin etirazının dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh Zolfi Bakshali tərəfindən mənzilin dəyərinin iddiaçıya ödənilməsi, bu səbəbdən iddiaçının müqavilənin ləğvinə razılaşması ilə bağlı qeyd edilənləri təsdiq edən sübutlar təqdim edilməmişdir. Əksinə yuxarıda istinad edilən məhkəmə qərarlarında həm iddiaçı, həm də Zolfi Bakshali tərəfindən mənzilə görə MTKya pul məbləğinin ödənilməsi öz təsdiqini tapmışdır.

17. Məhkəmə, həmçinin cavabdeh “Şərur MTK”-nın nümayəndəsinin iddiaya olan etirazında iddiaçının iddia qaldırmaq üçün müəyyən olunmuş müddəti ötürdüyü açıq-aşkar məlum olmasına istinad etməklə, hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair mövqeyi ilə bağlı qeyd etmişdir ki, onun pul tələbi ilə bağlı məhkəməyə müraciəti olsa da, bu iddia onun cavabdehin subyektiv cavabdehlik daşımaması əsası ilə rədd edilmiş, lakin buna baxmayaraq məhkəmə qərarlarında iddiaçının Cavabdeh MTK-ya qarşı pul tələbi ilə bağlı iddia qald ırmaq hüququ ona məlum olduğu üçün o, bu hüququndan istifadə edərək hazırkı iddianı qaldırmışdır.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 112.1, 425.1, 442, 443.1, 1091.1, 1091.1, 1092.2, 1092.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 88, 106.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

19. Cavabdeh MTK apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 avqust 2025-ci il tarixli, 2(103)-3263/2025 nömrəli qətnaməsi ilə (hakim X.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər V.Sadıqov və S.Bəhrəmzadə) Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 2(005)-404/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına istinad etməklə müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24B-də yerləşən 2 otaqlı, ümumi sahəsi 81 kv.metr olan 384 saylı mənzilin dəyəri olan 40000 ABŞ dolları (yəni keçmiş məzənnə ilə 31200 manat) iddiaçı tərəfindən tam ödənilmiş, həmin mənzil onun tərəfindən təmir etdirilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş maliyyə arayışının surətindən görünü r ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, ev 24B-də yerləşən 2 otaqlı, ümumi sahəsi 81 kv.metr olan 384 saylı mənzilin dəyəri Zolfi Bakhshali tərəfindən də tam ödənilmiş, MTK-ya borcu yoxdur.

22. Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 may 2024-cü il tarixli qətnaməsindən isə müəyyən edilir ki: “Mübahisəli mənzilin pay haqqı həm iddiaçı, həm də Zolfi Bakhshali tərəfindən ödənilmişdir; iddiaçının mübahisəli mənzilə görə ödədiyi pay haqqının ödənilməsi tələbinə münasibətdə iddiaçının məhkəmə müdafiəsi hüququna malik olması mübahisəsizdir. İşə baxan məhkəmənin vəzifəsi ilk növbədə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmadığını müəyyən etməkdən ibarətdir. Hazırkı halda, cavabdeh Zolfi B akhshali müqavilə məbləğinin, yəni kooperativ pay haqqının qaytarılması hissəsində tələbə cavab verməli şəxs deyil. Belə ki, mənzil tikintisi haqqında müqavilə iddiaçı ilə MTK arasında bağlanmışdır, iddiaçı mənzilin dəyərini məhz MTK-ya ödəmişdir və MTK da bunu təsdiq edir. Cavabdeh Zolfi Bakhshali həmin müqavilədə tərəf deyil və üzərinə hər hansı öhdəlik götürməmişdir; Məhkəmə Kollegiyasının qənaətinə görə İddiaçı mübahisəli mənzilə görə ödədiyi pay haqqının qaytarılmasını Zolfi Bakhshalidən deyil, Cavabdeh MTK-dan tələb edə bilər. Cavabdeh MTK isə hazırkı işdə cavabdeh deyildir”.

23. Apellyasiya kollegiyası qeyd etmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfində n yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.

24. Hazırkı vəziyyətdə İddiaçı cavabdeh Zolfi Bakhshaliyə qarşı “pul” tələbinə dair mülki iş üzrə müəyyən edilmiş halların hazırkı mülki iş üzrə preyudisiallığı aşkardır, qeyd edilən məhkəmə aktları iddiaçının istinad etdiyi halların hazırkı məhkəmə icraatı çərçivəsində yenidən araşdırılmasının qarşısını alınır, sübut etmə prosesini tərəflər üçün sadələşdirir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 may 2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh MTK iş üzrə üçüncü şəxs olmuş və qətnamədən şikayət verməmişdir. Bu isə Cavabdeh MTK-nın qətnamə ilə müəyyən edilmiş hallarla razılaşmasına dəlalət edir.

25. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilə görə həm İddiaçı, həm də Zolfi Bakhshali tərəfindən Cavabdeh MTK-ya pul ödənilmiş, lakin mənzil Zolfi Bakshalinin sahiblik və istifadəsində saxlanılmışdır. İddiaçı isə müqavilə üzrə ödədiyi pul məbləğini barədə tələbi ayrıca icraatda mübahisələndirməsi izah edilmişdir.

26. Həmçinin, cavabdeh Zolfi Bakshali tərəfindən mənzilin dəyərinin iddiaçıya ödənilməsi, bu səbəbdən iddiaçının müqavilənin ləğvinə razılaşması iş materialları ilə müəyyən edilməmişdir.

27. Apellyasiya iclasında cavabdehin nümayəndəsi-vəkili müqavilələrin iddiaçı tərəfindən imzalanmamasını və həmin müqavilələrin etibarsız hesab edildiyini qeyd etmişdir. Bununla bağlı apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçı imzalamadığı müqavi lələri bəyənmiş, onun şərtlərinə uyğun ödəniş aparmışdır. Bu halda müqavilədə onun imzasının olmaması həmin əqdlərin etibarsız sayılması üçün əsas vermir.

28. Eyni zamanda cavabdehin nümayəndələri Zolfi Bakshali tərəfindən iddiaçıya pul qaytarılması faktını qeyd etsələr də, bunun təsdiqi olan hər hansı sübut növü təqdim etməmişlər. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddia təmin edilməli, İddiaçı dəymiş zərərin əvəzi olaraq Cavabdeh MTK-dan 31200 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməlidir.

29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin, eləcə də iddia tələbinə etirazının əsas dəlili iddiaçı tərəfindən iddia müddətinin ötürülməsindən ibarət olmuşdur. Apellyasiya kollegiyası həmin dəl illərə münasibətdə qeyd etmişdir ki, iddia müddəti tətbiq edilərkən bu müddətin axımının hansı tarixdən başlaması və nə vaxt başa çatması mühüm əhəmiyyət kəsb edir. Çünki, iddia müddəti ötürülməmiş tələbin rədd edilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnir. Mülki Məcəlləyə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

30. Göründüyü kimi, iddia müddətinin axımı şəxsin öz hü ququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır ki, iddiaçının pul tələbi ilə bağlı məhkəməyə müraciəti olsa da, bu iddia Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 may 2024-cü il tarixli qətnaməsi ilə onun cavabdehin subyektiv cavabdehlik daşımaması əsası ilə rədd edilmişdir. Lakin, buna baxmayaraq məhkəmə qərarlarında iddiaçının Cavabdeh MTK-ya qarşı pul tələbi ilə bağlı iddia qaldırmaq hüququ ona məlum olduğu üçün, o, bu hüququndan istifadə edərək hazırkı iddianı qaldırmışdır. Belə olan halda müəyyən edilir ki, yuxarıda istinad edilən mülki iş üzrə iddiaçı tərəf hüququnun pozulmasını bilmiş və qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmişdir.

31. Apellyasiya kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə qiymət verərək hesab etmişdir ki, Cavabdeh MTK "xxxx" MMC hüquqi varisi olduğundan MMC-nin hərəkətləri ilə bağlı irəli sürdüyü dəlillər formal mülahizələr olmaqla, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas deyildir.

32. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 112.1, 372.2, 373.2, 377.1, 425.1, 442, 443.1, 1091.1, 1091.2, 1092.1.1, 1092.1.2, 1092.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 82.3, 88, 106.1, 217.1, 217.3, 218.1, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

34. Cava bdeh MTK kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 avqust 2025-ci il i tarixli, 2(103)-3263/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 144.2, 337.1, 354.1, 373.2, 406.1-ci, Mülki Prosessual Məcəlləsinin 14, 88, 217-ci maddələri pozulmuşdur.

36. Belə ki, məhkəmələr tərəfindən yekun məhkəmə aktı qəbul edilərkən iddiaçı və "xxxx" MMC arasında bağlanmış 21 iyul 2010-cu il tarixli müqavilənin etibarlılığı məsələsi araşdırılmamışdır. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqavilə məzmununa əsasən daşınmaz əmlakın alğı-satqısı müqaviləsi olmuşdur. Lakin müqavilə notariat qaydas ında təsdiqlənməmiş, sadə yazılı formada bağlanmışdır. Məhkəmə işin faktiki hallarını və sübutları düzgün şəkildə araşdırmayaraq, iddiaçının 26 dekabr 2019-cu il tarixli ərizəsini nəzərə almamış və qətnaməsində qeyd etmişdir ki, “cavabdeh Zolfi Bakshali tərəfindən mənzilin dəyərinin iddiaçıya ödənilməsi, bu səbəbdən iddiaçının müqavilənin ləğvinə razılaşması ilə bağlı qeyd edilənləri təsdiq edən sübutlar təqdim edilməmişdir.” Göründüyü kimi, iddiaçının müqavilənin pozulması barədə vermiş olduğu ərizə özünün də təsdiq etməsinə baxmayaraq məhkəmə tərəfindən qiymətləndirilməmişdir. Cavabdeh MTK tərəfindən iddiaçının müvafiq iddia tələbi üzrə iddia müddətini ötürməsi barədə məhkəməyə ərizə təqdim edilməsinə baxmayaraq, məhkəmə tərəfindən iddia müddətinin ötürülməsi məsələsi ətraflı araşdırılma mışdır. Belə ki, iddiaçı ilə "xxxx" MMC arasında müqavilə 21 iyul 2010-cu il tarixdə bağlanmışdır. Lakin, iddiaçı tərəfindən nəinki müqavilə tələbləri ilə əlaqədar nəzərdə tutulmuş 3 illik iddia müddəti, eyni zamanda, əhəmiyyətsiz əqdlərlə bağlı 1 illik iddia müddəti, daşınmaz əmlaklarla bağlı 6 illik və qanunvericiliklə nəzərdə tutulmuş 10 illik iddia müddətlərinin hər biri ötürülmüşdür.

37. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

38. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

39. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası mə hkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

40. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəmə sinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

41. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiy i iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zama n baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyy əti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutla ra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci ma ddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 417.2-ci maddəsinə əsasən bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq n ormalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

45. Belə ki, məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırkı iş üzrə tərəflərin cavabdehin inşa etdiyi çoxmənzilli yaşayış binasından müvafiq mənzilin iddiaçının mülkiyyətinə verilməsinə, sonuncunun isə həmin mənzilin razılaşdırılmış dəyərinin ödənilməsinə yönələn müqavilə münasibətlərinə daxil olmaları işin mübahisəsiz müəyyən olunan halıdır.

46. Həmçinin, apellyasiya məhkəməsi işdə ol an sübutlara, o cümlədən preyudisial əhəmiyyətə malik olan məhkəmə qərarlarına əsasən müəyyən etmişdir ki, iddiaçı tərəfindən cavabdehə müqavilə üzrə nəzərdə tutulmuş vəsait ödənilmiş, lakin sonuncu öhdəliyini iddiaçıya münasibətdə icra etməyərək, razılaşdırılmış mənzili sonuncunun deyil, başqa şəxsin mülkiyyətinə verməklə, iddiaçının hesabına əsassız varlanmışdır.

47. Odur ki, cavabdehin iddiaçının qarşısında müqavilə üzrə ödənilmiş vəsait həcmində öhdəliyinin yaranmamasına dair kassasiya şikayətinin dəlilləri əsaslı hesab oluna bilməz.

48. Bununla belə, iş materiallarından müəyyən olunur ki, cavabdeh birinci instansiya məhkəməsində təqdim etdiyi iddiaya yazılı etirazında iddianın rədd olması əsaslarından biri kimi iddia müddətinin keçməsinə istinad etmişdir.

49. Cavabdehin həmin dəlilinə münasibət bildirən apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hazırkı tələblə məhz Cavabdeh MTK-ya qarşı iddia qaldırmaq hüququnun mövcudluğu Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 may 2024-cü il tarixli qətnaməsi ilə ona məlum olduğu üçün, bu hüququndan istifadə edərək, hazırkı iddianı qaldırmaqla, iddiaçı iddia müddətini ötürməmişdir.

50. Məhkəmə kollegiyası iddia müddətinin axımının başlanmasının hesablanmasına dair apellyasiya instansiyası məhkəməsinin hazırkı mövqeyi ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaya iddia müddətinin tətbiqindən imtinaya dair mövqeyi maddi hüquq normalarına zidd olmuşdur.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında izah etmişdir ki, iddia müddəti institutu mül ki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və m üdafiəsinə məcbur edir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarları).

52. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

53. Konstitusiya Məhkəməsinin Plenumu “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiy asının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 noyabr 2018-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər.

54. Hazırkı halda da, cavabdehin istinad etdiyi iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi əhəmiyyətlidir.

55. İş materiallarından, o cümlədən iddiaçının özünün iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçı və cavabdehin hüquqi sələfi olan "xxxx" MMC arasında müvafiq müqavilə 12 sentyabr 2006-cı il tarixdə bağlanmış, həmin müqavilə C avabdeh MTK ilə bağlanmış 21 iyul 2010-cu il tarixli müqavilə ilə novasiya edilmiş, müqavilədəki mənzil iddiaçıya təhvil verilmiş, onun tərəfindən təmir-tikinti işləri görülməklə, o, 2011-ci ildən 2014-cü ilədək həmin mənzildə yaşamışdır.

56. Göründüyü kimi, iddiaçının müqavilə üzrə nəzərdə tutulmuş mənzilə dair hüquqları azı 2014-cü ildən pozulmuş, onun bundan məlumatı olmuş, həmin vaxtdan da iddiaçının cavabdehə qarşı müqavilə üzrə öhdəliklərin icrasını, ya da ki, ödənilmiş vəsaitin qaytarılmasının tələb etmək hüququ yaranmışdır.

57. Lakin, iddiaçı bu tələblə cavabdeh MTK-ya qarşı deyil, tələbə cavab verməli olmayan Zolfi Bakhshaliyə qarşı iddia qaldırmış və iddiası bu hissədə məhkəmənin qanuni qüvvədə olan qətnaməsi ilə təmin edilməmişdir. Beləliklə, iddiaçı hüquqlarının pozulmasını məh kəməyə irəli sürdüyü iddiada bəyan etmiş, lakin tələbi buna cavab verməli olmayan şəxsə qarşı yönəldilmişdir.

58. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 377.1-ci maddəsində şəxsin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının müdafiəsi ilə bağlı tələb hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını onun öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə əlaqələndirilmişdir.

59. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə ə laqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 29 iyul tarixli Qərarı).

60. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bilməli olduğu hal dedikdə isə elə hallar nəzərdə tutulur ki, şəxsin bu barədə məlumatının olmaması həyatın normal axarına uyğun gəlməməklə mümkünsüz olur. (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair” 2025-ci il 19 iyun tarixli Qərarı).

61. Şəxsin əsl olmayan cavabdehə qarşı iddia qaldırmaqla, bu iddia rədd edildikdən sonra iddia müddətinin axımının başlanması qanunvericiliyin yuxarıda qeyd olunan normalarına ziddir. Belə ki, qeyd olunan maddi hüquq normalarında iddia müddətinin axımı iddiaçının məhz hüququnun pozulması (bunu bildiyi və ya bilməli olduğu) anı ilə əlaqələndirilir, bu hüququn kim tərəfindən pozulmasının bilməsi iddia müddətinin başlanmasının müəyyən edilməsi üçün əhəmiyyət kəsb etmir. Hüquqlarının kim tərəfindən pozulmasının müəyyən edilməsi və məhz həmin şəxsə qarşı iddia verilməsi iddiaçı tərəfin vəzifəsidir.

62. Məhkəmə kollegiyasının qənaətinə görə, əks yanaşma, yəni əsl olmayan cavabdehə (cavabdehlərə) qarşı iddia verib, bu iddianın (iddiaların) rədd edilməsinə dair məhkəmə qətnamələrinin qəbul edilməsinin iddiaçının hüququnun pozulmasının anı kimi qiymətləndirilməsi kreditora əsassız üstünlüyün tanınması ilə nəticələnməklə yanaşı, iddia müddətinin məqsəd və mahiyyətinə də uyğun deyildir.

63. Həmçinin qeyd olunmalıdır ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə,... iddia müddətinin axımı kəsilir. Həmin maddənin dispozisiyasında ifadə olunan “müəyyənləşdirilmiş qaydada” iddianın sürülməsi digər hallarla yanaşı, əsl cavabdehə qarşı iddianın verilməsini nəzərdə tutur.

64. Göründüyü kimi, hazırkı halda iddiaçının əsl cavabdeh olmayan Zolfi Bakhshaliyə qarşı iddia qaldırması onun əsl cavabdeh olan Cavabdeh MTK-ya qarşı olan iddia müddətinin axımının hesablanmasına təsir etməməlidir.

65. Odur ki, hazırda iddiaçı əsassız varlanma əsası ilə tələb irəli sürməklə, Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan 2 illik iddia müddətini ötürdüyündən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildiyindən iddia rədd olunmalı dır.

66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, MPM-in 417.1.4-cü maddəsinə əsasən həmin məhkəmənin qətnaməsi ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

67. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 avqust 2025-ci il tarixli, 2(103)-3263/2025 nömrəli qətnaməsi ləğv edilsin və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar