Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3425/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı qanunsuz hərəkətlərin qadağan edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)13/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 12 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları: İşin halları:
1. Saatlı Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli qərarı ilə Cavabdeh1, Cavabdeh2 qızına, Cavabdeh4, Cavabdeh6 (bundan sonra cavabdeh) ünvan 1 ünvanında torpaq sahəsi ayrılmış, onların adına mülkiyyət hüququnu təsdiq edən 02 noyabr 2002-ci il tarixli şəhadətnamə verilmişdir.
2. Saatlı şəhəri, H.Əliyev prospekti, 139D ünvanında yerləşən 0,035 ha olan torpaq sahəsi İddiaçı (bundan sonra iddiaçı) mülkiyyətindədir. (mülkiyyət hüququnu təsdiq edən 20 dekabr 2013-cü il tarixli, RX ******* saylı çıxarışla) İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı şəhəri, H.Əliyev prospekti, 139D ünvanında yerləşən 0,035 ha torpaq sahəsində tikinti işlərini aparmağa maneə yaratdıqları üçün cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, yəni qanunsuz hərəkətləri etmələrinin qadağan edilməsini cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparmaq istəyir, lakin qonşuluğundakı torpaq sahəsinin sahibi olan cavabdehlər onun həmin ərazidə tikinti və abadlıq işləri aparmasına imkan vermirlər, mane olurlar. Hazırda mülkiyyətində olan 0,035 ha torpaq sahəsində tikinti işləri aparmaq üçün cavabdehlərdən qanunsuz hərəkətlərini dayandırmalarını tələb etsə də heç bir müsbət nəticə əldə etməmişdir.
5. Cavabdeh1 iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, iddiaçı özünə məxsus olan torpaq sahəsində obyekt tikmək istəyir, lakin o buna razı deyildir. Belə ki, həmin torpaq sahəsində obyekt tikilərsə onun evinin qarşısı tamamilə kəsiləcək və ekoloji cəhətdən ona ziyan dəyəcəkdir.
6. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2021-ci il tarixli, 10/2781 nömrəli məhkəmə ekspert rəyində qeyd edilmişdir ki, iddiaçının mülkiyyətinə verilmiş 0,035 ha torpaq sahə sinin cavabdehlər tərəfindən istifadə olunduğu müəyyən edilməmişdir. Həmin çıxarışda göstərilən və İddiaçı mülkiyyətinə verilmiş 0,035 ha torpaq sahəsi ilə JN-273A KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən və cavabdehlərin mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsi ilə üst-üstə düşməmişdir.
7. Saatlı Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(055)-362/2021 nömrəli qətnaməsi ilə (hakim Mirlətif Sadıqov) iddia təmin edilərək, iddiaçının mülkiyyətində olan Saatlı şəhəri, H.Əliyev prospekti, 139D ünvanında yerləşən 0,035 ha torpaq sahəsində tikinti işlərini aparmağa maneə yaratdıqları üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızının, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qanunsuz hərəkətlərinin qadağan edilməsi, iddia qaldırılarkən ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 alınıb İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərcə görə 311 manatın alınaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti Kadastr və Yerquluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına və ekspertiza xərcinə görə 50 manatın alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər mübahisəli torpaq sahəsində iddiaçının tikinti işləri aparmasına imkan verm əmələrini onların evinin qarşısının kəsiləcəyi ilə əlaqələndirsələr də, cavadehlərin həmin torpaq sahəsi üzərində mülkiyyət, torpaq sahəsinin hansı təyinatla istifadə edilməsini müəyyənləşdirmək və torpaq sahəsi üzərində sərəncam vermək hüquqları olmadığı məlum olmuşdur.
9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddənin 1-ci hissəsi və 29-cu maddəsi, Mülki Məcəllənin 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı həmin ərazidə obyekti tikərsə, cavabdehin evinin qarşısı tamamilə kəsiləcək. Cavabdehlərin həyəti çökəkdə yerləşir. İddiaçı tərəfindən tikiləcək obyektin ərazisi çox hündürdədir. Oradan yağış və qrunt suları cavabdehlərin həyətinə axacaqdır. cavabdeh rəyə etiraz edərək və təkrar mütəxəssis baxışının keçirilməsini tələb etmişdir. İddiaçı ərazidə „Avtomobil yuma“ obyekti tikmək, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyir. Relyefə görə hər hansı tikili inşa edilərsə iddiaçıya ziyan dəyəcək, çünki torpaq sahəsi 1 metr hündürdədir. “ Avtomobil yuma ” tikərsə çirkab suları ona ziyan vuracaqdır.
12. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək, bildirmişdir ki, iddia olunan yerdə drenaj kanalı vardır. İddiaçının mülkiyyəti ilə onun sahəsinin aralarında isə 11 metrdən çox məsafə vardır. İddiaçının istifadəsində olunan to rpaq sahəsinin bir hissəsi bələdiyyə məxsusdur. İddiaçı bələdiyyəyə məxsus sahəni zəbt etmiş, həmin torpaq sahəsi hasara almışdır. Mübahisəli sahədə tikili inşa etməsi iddiaçının öz mülkiyyətində olan sahədən istifadəyə heç bir maneçilik törətməmişdir.
13. Tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/383 nömrəli rəyində qeyd edilmişdir ki, AR Saatlı rayonu İcra Hakimiyyəti başçısının 27 mart 2014-cü il tarixli sərəncamı ilə ünvan 3 ünvanda yaşayan İddiaçı sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlər məşğul olmaq üçün Saatlı şəhəri, Heydər Əliyev pr., 139D ünvanında yerləşən xüsusi mülkiyyətində olan 0,0350 ha torpaq sahəsində avtoservis və mağaza tikintisinə icazə verildiyi müəyyən edilmişdir.
14. Məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/210/113 1 nömrəli rəyinə görə (AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin yerquruluşu təşkili şöbəsinin mühəndisi Elçin Kərimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən) İddiaçı mülkiyyətində olan Saatlı şəhəri, Heydər Əliyev pr, 139D ünvanında yerləşən 0,035 ha torapq sahəsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh4 və Cavabdeh6 birgə mülkiyətində olan ünvan 6 ünvanında yerləşən torpaq sahəsi həmsərhəd deyil. Bu torpaq sahəsi arasındakı məsafə 11,3 m təşkil etmişdir.
15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 iyun 2024-cü il tarixli, 2(106)-13/2024 nömrəli qətnaməsi ilə (hakim İlham Əsədovun sədrliyi və məruzəsi ilə, hakimlər Samir Mayılovdan və Tofiq Heydərovdən ibarət tərkibdə) Cavabdeh1 tərəf indən verilmiş apellyasiya şikayətinin təmin edilməyərək, Saatlı Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(055)-362/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi ekspert rəylərini sübut olaraq qəbul etmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, iddiaçının öz mülkiyyətində olan ərazidə hər hansı tikili inşa etməsi ilə 11,3 metr məsafədə olan torpaq sahəsinin mülkiyyətçiləri olan cavabdehlərin hüquqlarının pozulması ilə bağlı cavabdeh tərəf hər hansı sübut təqdim edə bilməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mа ddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
19. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.5, 157.2 və 157.4-ci, Mülki Prosessual məcəllənin 4.1, 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
20. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni çıxarılmasını edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qanun pozuntusuna yol verməsi iddiaçının mövcud şəraitdə mübahisəli torpaq sahəsində avtoservis tikilisi inşa etməklə həmin sahə ilə həmsərhəd olan mülkiyyətində olan 0,15 ha torpaq sahəsinə və eləcə də, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışla Bələdiyyənin mülkiyyətinə keçən, hal-hazıradək istifadəsində olan, 0,045 ha torpaq sahəsinə ziyan vurulması və bununla da mülkiyyət hüququnu həyata keçirən hər kəsin qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlər göstərməsinə qadağa qoyan qanunun və mülkiyyət hüququnun pozulmasının nəzərə almamasında ifadə olunmuşdur. Buda, nəticədə şikayətçinin mülkiyyətində və qanuni istifadəsində olan əmlak üzərində mülkiyyət və istifadə hüququnun pozulmasına səbəb olmuşdur.
22. Cavabdeh qeyd etmişdir ki, yeganə çıxış yolu yalnız həmin sahədə iddiaçının avtoservis tikilisi inşa etməmişdən əvvəl orada drenaj sisteminin qurulmasıdır. Çünki mübahisəli sahədə drenaj sistemi olmadığı h alda avtoservisin bütün çirkab suları 1 metr hündürlükdən çökəklikdə yerləşən şikayətçinin mülkiyyətinə məxsus sahəyə axacaqdır. Həmin çirkab sularının başqa yerə axması isə mümkün olmayacaqdır. Əgər həmin sahədə drenaj sistemi olarsa çirkab sularının başqa yerə axması və nəticədə qeyd olunmuş problem həllini tapacaqdır. Ona görə də cavabdeh olaraq mübahisəli sahədə drenaj sisteminin qurulmasını və iddiaçının mübahisəli torpaq sahəsində avtoservis tikilisi inşa olunmasına heç bir etirazı olmadığını bildirmişdir.
23. Cavabdeh onu da qeyd etmişdir ki, ekspert rəyində əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuş 2ci sual üzrə ekspert tərəfindən ətraflı araşdırma aparılmamışdır. Ekspert mübahisəli sahəyə baxış keçirməmiş, iştir akı olmamış və işin faktiki halı ilə bağlı araşdırma aparmamış, yalnız mülkiyyət hüququna dair çıxarışa istinad etməklə rəy verilmişdır. Rəy təkrar olaraq eyni mütəxəssis tərəfindən verilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz daxil olaraq mübahisəli qətnamənin dəyişdirilmədən saxlanılması və cavabdehin kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi lə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasın a istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
34. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etmə si kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
35. Hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq o lunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətində göstərilən dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdır, apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.
38. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan n əticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
39. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmu ş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-13/2024 nömrəli iş üzrə 21 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.