Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3427/2020 27.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh Azərbaycan Avtomobil “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X1 Yolları Dövlət Agentliyi İddia tələbi: əmrlərin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanmaqla işə bərpa olunma, mənəvi zərərə görə pul tutulması, son bir il üçün əmək haqqının yenidən hesablanması və yaranmış fərqin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, əmək müqaviləsində aparılmış birtərəfli qeydin etibarsız hesab edilməsi Açar sözlər: əmək haqqının yenidən hesablanması, iddia müddəti, faktiki əmək münasibətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğl u və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının və onun vəkili Vəkil2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3906/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2010-cu il tarixli əmək müqaviləsinə əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə (bundan sonra – cavabdeh və ya MMC) iş icraçısı vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh MMC-nin direktorunun 09 saylı, xx.xx.2018-ci il tarixli əmri ilə İddiaçıya töhmət; 10 saylı, xx.xx.2018-ci il tarixli əmri ilə isə şiddət li töhmət verilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə cavabdehin direktorunun 81k saylı, xx.xx.2018-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin tarixdən xitam verilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun barəsində xəbərdarlıq edilmə və töhmət verilmə; xəbərdarlıq edilmə və şiddətli töhmət verilmə barədə əmrlərinin ləğv edilməsi, tərəflərarasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin əmrinin ona aid hissəsində ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əməkhaqqı hesablanmaqla onun tutduğu vəzifəyə bərpa olunması, ona dəymiş mənəvi zərərə görə 1000 manat tutulması, onun son bir il üç ün əmək haqqının yenidən hesablanması və yaranmış fərqin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, əmək müqaviləsində aparılmış birtərəfli qeydin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2010-cu il yanvar ayının 19-dan cavabdeh MMC-də iş icraçısı vəzifəsində işləyir. İş icraçısı vəzifəsində olmasına baxmayaraq 2016cı ilin yanvar ayından, yəni Fazil Musayev xx.xx.2016-cı il tarixdə MMC-yə direktor vəzifəsinə təyin edildikdən sonra ona yol ustası kimi əmək haqqı verilmişdir. Bu fakt Dövlət əmək müfəttişliyi xidmətinin 6 saylı region üzə idarəsinin araşdırması nəticəsində öz təsdiqini tapmışdır. Hazırda iş icraçısının əmək haqqı 417 manat olduğu halda, iddiaçıya 374 manat, yəni yol ustasının əmək haqqısı verilmişdir. Bundan başqa, iddiaçı xx.xx.2018ci il tarixə qədər işdə olmuşdur və bunu təsdiq edən davamiyyət jurnalı da var. Buna baxmayaraq, cavabdeh xx.xx.2018-ci il tarixli əmrlə onu işdən azad etmiş, bu barədə sənədləri xx.xx.2018-ci il tarixdə poçtla iddiaçıya göndərmişdir. Bundan sonra məlum olmuşdur ki, iddiaçıya işdən çıxmaya qədər töhmət və şiddətli töhmət də verilmişdir. İddia tələbinə görə verilmiş əmr qanunun tələblərinə uyğun əsaslandırılmamışdır və iddiaçının işdən azad edilməsinin əsasları faktiki olaraq mövcud olmamışdır, iddiaçının işdən çıxarılmasının əsas səbəbi cavabdeh MMC-nin direktoru və sahə rəisininiddiaçıya qarşı qərəzli mövqedə olmasıdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianın dəlillərinə etiraz edərək bildirmişdir ki, iddiaçı xx.xx.2010-cu ildən MMC- də iş icraçısı vəzifəsinə qəbul olunmuş, xx.xx.2016-cı il tarixli, 04 K saylı əmrlə yol ustası vəzifəsinə keçirilmişdir. Lakin səhvə yol verilərək müqaviləyə edilmiş dəyişikliklə bağlı əmək müqaviləsi bildirişi sistemə daxil edilməmiş, yalnız xx.xx.2018-ci il tarixdə bu sistemə daxil edilmişdir. Bununla belə, cavabdeh yol ustası kimi həmin vaxtda vəzifəsini icra etmiş və buna müvafiq əmək haqqını almışdır. Lakin iddiaçı axır vaxtlar əmək müqaviləsinə biganə yanaşmış, vəzifəsini icra etməmiş, işə davamiyyəti pozulmuşdur. Rəhbərlik tərəfindən iddiaçıya iki dəfə töhmət və şiddətli töhmət verilmiş, nəticəsi olmadığından iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad etmişdir. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-215/2019 nömrəli i ş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-3906/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), F.Məmmədov və M.Rzayev) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Birinci və apelyasiya instansiya məhkəmələri iddia tələbinin əmək haqqının yenidən hesablanması zamanı yaranmış fərqin cavabdeh tərəfindən ödənilməsi hissəsinə münasibətdə qeyd etmişlər ki, iş materiallarından göründüyü kimi iddiaçı bu barədə hüquqlarının xx xxxxxx 2016-cı il tarixd ən pozulduğunu bilsə də, qanunla nəzərdə tutulan bir illik müddətdə deyil, iddia müddətini ötürməklə xx xxxxxx 2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçının əmək müqaviləsinə edilən xx xxxxxx 2016-cı il tarixli dəyişiklik tərəflərin hər ikisinin izahatlarından və iş materiallarından göründüyü kimi Əmək və X2 Nazirliyinin portalında xx xxxx 2018-ci il tarixdə yerləşdirilmiş, elektron qeydiyyata alınmışdır. Lakin iddiaçı faktiki olaraq dəyişikliyə uyğun, məhz həmin vaxtdan yol ustası vəzifəsini icra etmiş, həmin vəzifənin aylıq əmək haqqını almışdır. İşin bu halı işdə olan ştat cədvəlindən çıxarışla da təsdiq edilir. Məhkəmələr belə qənaətə gəlmişlər ki, iddiaçının yol ustası vəzifəsini ötən müddət ərzində mübahisələndirmədən faktiki icra etməsi həmin vəzifə üzrə tərəflər arasın da əmək müqaviləsinin bağlanması kimi qiymətləndirilməli, iddiaçının əmək müqaviləsinə edilən dəyişikliyin guya onun tərəfindən imzalanmaması barədə dəlili isə iş materialları ilə təsdiq edilmədiyindən əsassız sayılmalıdır. Ona görə də iddia tələbi həmin hissədə əsassızdır və təmin edilə bilməz. Məhkəmələr iddia tələbinin iddiaçı barəsində 09 saylı, xx.xx.2018-ci il tarixli xəbərdarlıq edilmə və töhmət verilmə, 10 saylı, xx.xx.2018-ci il tarixli xəbərdarlıq edilmə və şiddətli töhmət verilmə barədə əmrlərinin ləğv edilməsi hissəsininə münasibətdə səlahiyyətli şəxslərin iştirakları ilə tərtib olunan xx xxxx 2018-ci il tarixli və xx xxxx 2018-ci il tarixli aktlara istinadla qeyd etmişdir ki, iddiaçı rəhbərlik tərəfindən verilmiş tapşırığa məhəl qoymamış, küçə və prospektlərdə aparılan təmir i şlərində iştirakdan boyun qaçırmış və işə çıxmamışdır. Ona görə də bu əsasla onun barəsində yuxarıda qeyd edilən əmək intizamı tənbehi verilmişdir. Əmrlərin qanuni əsasları olduğu üçün iddia bu hissədə də əsasssızdır və təmin edilməməlidir. Həmçinin, iddia tələbinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin iddiaçıya aid hissədə ləğv olunmasına münasibətdə məhkəmələr hesab etmişdir ki, iş materiallarında olan xx xxxx 2018-ci il tarixli cavabdeh tərəfin səlahiyyətli şəxslərinin iştirakı ilə tərtib edilmiş akta əsasən iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinə kimi işdə olmamışdır. Bundan başqa, MMC-nin Həmkarlar İttifaqı Komitəsinin xx xxxx 2018-ci il tarixli iclasında iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bəndi ilə işdən azad edilməsinə razılıq verilmişdir. İddia tələbi sadalanan hissələrdə əsassız olduğu üçün mənəvi zərər tələbi də təmin edilməməlidir. İşə baxmış məhkəmələr öz mövqelərini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296, 49-cu maddələrinə, 186-cı maddəsinin 2-ci hissəsinə, 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci hissəsinə, 71-ci maddəsinin 3-cü hissəsinı istinadla əsaslandırmışlar. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və pr osessual hüquq normaları pozulmaqla çıxarılmış, məhkəmə tərəfindən apellyasiya şikayətinin dəlilləri yoxlnılmamış, mübahisənin maddi hüquqi əsası düzgün müəyyən edilməmiş, subyektiv mülahizələrə əsaslanılmış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir ki, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Kassasiya şikayətinə görə iddiaçı tərəfindən hansı əmək funksiyasının və ya əmək müqaviləsi üzrə konkret olaraq hansı öhdəliyin yerinə yetirilməməsi, yaxud da Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hansı hala yol verilməsi əmrdə göstərilməmişdir. Bundan başqa, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində sadalanan hallara iddiaçı tərəfindən ümumiyyətlə yo l verilməmiş, digər tərəfdən isə mübahisəli əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Əmr verilərkən maddi hüquq normalarının tələbləri pozulmuşdur. Əgər iddiaçı hansısa hüquqa zidd hərəkətə yol vermişdirsə həmin hərəkətlərin nə vaxt törədildiyi göstərilməmişdir ki, bu halın özü də əmrin hüquqi baxımdan düzgün olmadığına dəlalət edir. Əmrin hüquqi baxımdan əsassız və qanunsuz olduğuna dəlalət edən digər hal ondan ibarətdir ki, iddiaçı həmkarlar ittifaqının üzvü olduğu halda ümumiyyətlə heç vaxt oraya dəvət edilməmiş və iddiaçının iştirakı ilə həmkarlar təşkilatında hər hansı bir məsələ müzakirə edilməmiş, ümumiyyətlə isə iddiaçı həmin təşkilata nə şifahi, nə də ki, yazılı surətdə dəvət edilməmişdir. Həmçinin, iş icraçısının əmək haqqı 417 manat olduğu halda, iddiaçıya 374 manat, yəni yol ustasının əmək haqqı verilmişdir. Bundan başqa, iddiaçının xəbəri olmadan başqa işə keçirilməyi ilə bağlı cavabdeh MMC-nin rəhbəri barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə müvafiq inzibati xəta haqqında x xxxxxx 2018-ci il tarixli, ******* nömrəli qərar çıxarılaraq 1000 manat məbləğində cərimə tətbiq edilmişdir. Lakin məhkəmələr iş materiallarında olan bu sübuta da əhəmiyyət verməyərək “xxxxxxxxxx”in iddiaçı barəsində olan hərəkətlərini qanuni hesab etmişlər. Cavabdeh MMC Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbinə də əməl etməmiş, iddiaçını xx.xx.2018-ci il tarixdə işdən azad etsə də əmək kitabçasını iddiaçıya xx.xx.2018-ci il tarixdə poçt vasitəsilə göndərmişdir. Bundan başqa, məhkəmə ikinci əmək müqaviləsində soyad ının qarşısında olan imzanın saxtalığı barədə iddiaçının vəsatətinə də əhəmiyyət verməyərək ekspertiza təyin etməmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin işti rakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin akt ının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 49...əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə xxxxxxxxxxə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir (1-ci hissə, xx.xx.2013-cü il tarixindən qüvvədə olan redaksiyada). Maddə 70 İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi xxxxxxxxxx tərəfindən ləğv edilir (“ç” bəndi). Maddə 71 Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, xxxxxxxxxxin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. xxxxxxxxxx bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (2-ci və 3-cü hissələr). Maddə
296. Fərdi əmək mübahisələrinin həllində i ddia müddətləri Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin xxxxxxxxxx tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür (2-ci və 3-cü hissələr). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəmə yə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir (4-cü hissə). Maddə 186 İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda xxxxxxxxxx ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək (2-ci hissə). Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 373.5. Bu Məcəllənin həmin fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Maddə 375.2 Məhkəmə tərəfindən iddia müddəti yaln ız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, töhmət verilmə, şiddətli töhmət verilmə, eləcə də iddiaçının əmək müqaviləsinə xitam verilmə barədə cavabdehin əmrlərinin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı hesablanmaqla vəzifəyə bərpa olunması, dəymiş mənəvi zərərə görə 1000 manat pulun tutulması, əmək müqaviləsində aparılmış birtərəfli qeydin etibarsız hesab edilməsi tələblərinin təmin edilməməsi hissələrində apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulmas ı və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin bu hissədə dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Bununla yanaşı, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının son bir il üçün əmək haqqının yenidən hesablanması və yaranmış fərqin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinin təmin edilməməsi hissəsində apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tələblərini pozmuşdur. Baxılan iş üzrə iddiaçının yol ustası vəzifəsinə keçrilməsinə dair əmək müqaviləsinə xx xxxxxx 2016-cı il tarixdə edildiyi bildirilən dəyişikliyin Əmək və X2 Nazirliyinin portalında xx xxxx 2018-ci il tarixdə yerləşdirildiyi, yəni elektron qeydiyyata alındığı işin mübahisə olunmayan halıdır. Apelyasiya instansiyası məhkəməsi iddianın həmin hissədə rədd olunmasını iki halla əsaslandırmışdır: 1) iddiaçı həmin tələblə bağlı 1 illik müddəti ötürmüşdür; 2) iddiaçının yol ustası vəzifəsini ötən müddət ərzində mübahisələndirmədən faktiki icra etməsi həmin vəzifə üzrə tərəflər arasında əmək müqaviləsinin bağlanması kimi qiymətləndirilməlidir. Birinci hala münasibətdə nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilmiş müddətlər xüsusi iddia müddətləridir. Maddəni n adından da göründüyü kimi həmin maddə fərdi əmək mübahisələrinin həllinə tətbiq olunan məhz iddia müddətlərini müəyyən edir. Mülki Məcəlləyə əsasən həmin Məcəllənin iddia müddəti ilə bağlı qaydaları xüsusi iddia müddətlərinə də şamil edilir. Eyni zamanda mülki qanunvericiliyə görə məhkəmə tərəfindən iddia müddətinin tətbiqi yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında mümkündür. Hazırkı iş üzrə cavabdeh belə bir ərizə vermədiyindən məhkəmə tərəfindən mübahisəyə iddia müddətinin tətbiqi qanunsuzdur. İkinci halla bağlı Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci hissəsinin tərəflər arasında əmək müqaviləsinə dəyişikliyin edilməsinin istinad olunduğu xx.xx.2016-cı il tarixdə qüvvədə olmuş redaksiyasına əsa sən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə xxxxxxxxxxə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinə hələ xx.xx.2013-cü il tarixdə edilmiş dəyişikliklərlə qanunverici işçinin faktik olaraq işə başlaması ilə əmək müqaviləsinin bağlanmış hesab olunması təcrübəsindən imtina etmiş və əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsinin hüquqi qüvvəyə minməsini birbaşa müvafiq bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından asılı etmişdir. Qa nunun mənasına görə tərəflər arasında əmək müqaviləsinə edilmiş dəyişiklik bununla bağlı bildirişin elektron informasiya sistemində qeydiyyata alınmasınadək qüvvəyə minmir və işçi ilə xxxxxxxxxx arasında münasibətlər, o cümlədən əmək haqqının ödənilməsi həmin sistemdə mövcud şəkildə vəziyyətə uyğun tənzimlənir. Yuxarıda qeyd olunduğu kimi xx.xx.2013-cü il tarixdən qanunverici faktiki əmək münasibətlərinin tanınması təcrübəsindən imtina etdiyi üçün bu cür mübahisələrə baxan məhkəmələr əmək münasibətlərinin qeydə alınmamış, lakin faktiki mövcud olan məzmununa istinad edərək qərar qəbul edə bilməz. Buna baxmayaraq hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 49-cu maddəsinin İ hissəsini düzgün tətbiq etməmiş və belə qənaətə gəlmişdir ki, iddiaçının yol ustası vəzifəsi ni ötən müddət ərzində mübahisələndirmədən faktiki icra etməsi həmin vəzifə üzrə tərəflər arasında əmək müqaviləsinin bağlanması kimi qiymətləndirilməlidir. Ona görə də kassasiya şikayəti qismən təmin edilməli, qətnamə əmək haqqının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi tələbinin təmin olunmaması hissədə ləğv edilməli, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməlidir. İşə yenidən baxılarkən apelyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 49-cu maddəsinin İ hissəsinin, 296-cı maddəsinin İİİ hissəsinin və Mülki Məcəllənin 375-ci maddələrinin tələblərinə cavab verən qanuni qərar qəbul etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3906/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən – son bir il üçün əmək haqqının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi tələbinin təmin olunmaması hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.