Məhkəmə qərarları › İş №2(102)-3427/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3427/2024

27.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3427/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və qeyrilərinin(cəmi 14 nəfər) cavabdehlər Cavabdeh6 və qeyrilərinə (cəmi 24 nəfər) qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Saatlı rayonu Azadkənd kəndi Bələdiyyəsi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq mübahisəsi, subyektiv hüquq, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Həsənov Vüqar Təvəkgür oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-50/2024 nömrəli 21 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfində n verilmiş kassasiya şikayətinə 2 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında 02 fevral 2000-ci il tarixli protokola əsasən “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq torpaq islahatı zamanı Saatlı rayonu Azadkənd bələdiyyəsinə digər torpaqlarla yanaşı, hüquqi və fiziki şəxslərin istifadəsində olan 1180 ha torpaq sahəsindən 545 ha örüş təyinatlı torpaq sahəsi təhvil verilmişdir.

2. Azərbaycan Respublikası ƏMDK yanında X1 təşkili üzrə Dövlət Agentliyinin 19 may 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azadkənd bələdiyyəsinin mülkiyyətinə aid 181,52 hektar örüş sa həsində 108 nəfər kənd sakini tərəfindən hüquq müəyyənedici sənədlər olmadan əkin işlərinin aparılması faktı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı14, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı15, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı16, X3 və İddiaçı12 cavabdehlər Cavabdeh6, Cavabdeh1 Abdin oğluna, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X7, Cavabdeh11 Damət oğluna, Cavabdeh12, Cavabdeh13, X8, Cavabdeh14na, Cavabdeh5 Qulamhüseyn qızına, Cavabdeh15, Cavabdeh3, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, X4, Cavabdeh23, Cavabdeh24, Cavabdeh25 Ağakiş oğluna və Cavabdeh4 qarşı cavabdehlərin qanunsuz zəbt etdikləri, Azadkənd Bələdiyyəsinin sakin lərinin mal-qarası üçün ayrılmış örüş torpaq sahələrindən çıxarılması və həmin örüş sahələrinin Azadkənd kəndinin sakinlərinin qanuni istifadəsinə qaytarılması barədə iddia ilə məhkəməyə müraciət etmişlər.

4. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, mübahisə predmeti olan ərazi Saatlı rayonu, Azadkənd kənd bələdiyyəsinin ərazisində olmaqla örüş təyinatlıdır. Torpaq sahəsi örüş təyinatlı olmasına baxmayaraq, cavabdehlər tərəfindən zəbt edilərək əkin məqsədilə istifadə olunur. Dəfələrlə həmin torpaq sahələrinin cavabdehlərin qanunsuz istifadəsindən azad edilib, kənd sakinlərinin istifadələrinə qaytarılmasını tələb etsələr də, cavabdehlər torpaq sahəsini boşaltmamışlar. Saatlı rayonu Azadkənd bələdiyyəsi həmin torpaq sahələrinin təyinatına uyğun istifadə edilməsində maraqlı deyil. Cava bdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçılar mal-qara saxlamaq üçün örüş sahəsindən məhrum olmuşlar.

5. Məhkəmə iclasında Saatlı rayonu Azadkənd kənd bələdiyyəsinin sədri X9 izahatında göstərmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi örüş təyinatlı deyildir. Saatlı rayonu Azadkənd kənd bələdiyyəsinin mülkiyyətinə verilmiş az yararlı torpaq sahəsidir. Respublikada aparılmış iqtisadi siyasətə uyğun olaraq həmin torpaq sahələrində pambıq əkilmiş və yüksək məhsuldarlıq əldə edilmişdir. Həmin torpaq sahəsindən əvvəllər 108 ailə istifadə etmiş və torpağın sahəsi təxminən 181,52 hektardır. Həmin torpaq sahəsi ilə bağlı kənd sakinləri arasında mübahisə yarandığı üçün tərəfindən verilmiş göstərişə əsasən qeyd olunan torpaq sahəsinin istifadəsi dayandırılmış və hazırda torpaq sahəsi is tifadəsiz qalmışdır.

6. Saatlı Rayon Məhkəməsinin (hakim M.Sadıqov) 5 noyabr 2021-ci il tarixli 2(055)-1221/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddianın əsaslı olduğunu, yəni cavabdehlərin örüş torpaq sahələrini zəbt etməsini iddiaçı tərəf sübut etməlidir, cavabdehlər isə iddianın əsassız olduğunu sübut etməyə borclu deyildir. Hazırkı halda isə iddiaçılar öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Digər tərəfdən, mülkiyyətçi olaraq Saatlı rayonu Azadkənd kənd bələdiyyəsi də mübahisə predmeti olan torpaq sahəsinin örüş təyinatlı deyil, az yararlı torpaq sahəsi olmaqla cavabdehlərin istifadəsində olmadığını, cavabdehlərə qarşı hər hansı şikay ət və tələbinin olmadığını göstərmişdir.

8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13cü, “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 97.1, 217.4 və 218.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı14, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı13 və İddiaçı12 birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 aprel 2022-ci il tarixli, 2(106)-577/2022 nömrəli qətnaməsi ilə (hakim Z.A.Zeynalov (sədrlik edən və məruzəçi) T.X.Heydərov və T.S.Kərimov) iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında mübahisəli örüş torpaq sahəsi ilə bağlı mübahisə yarandığı üçün və örüş torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olduğundan, apelyasiya şikayətinin dəlillərindən də göründüyü kimi mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçılar subyektiv hüquqa malik olmadıqlarından, həmçinin örüş sahəsi tərəflərin ümumi istifadəsinə ayrılmış bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olduğu üçün hüquqi müəyyənlik baxımından iddia tələbinin təmin edilməsi üçün əsaslar müə yyən edilməmişdir

12. Birinci instansiya məhkəməsinin qətnaməsində iddianın təmin edilməməsinin səbəbləri əsaslandırılmış, iddia tələbinin hüquqi əsasları müəyyən edilmədiyi üçün məhkəmə işdə olan sübutlar əsasında işə baxaraq iddianı rədd etmişdir.

13. Həmçinin məhkəmə iclas protokoluna dair qeydlər verilməmiş, iddiaçıların vəkilinin cavabdehlərə zəbt etdikləri torpaq üzərində əkin, şumlama işlərinin aparılmasının qadağan edilməsi və həmin torpaq sahəsinə mütəxəssisin iştirakı ilə yerində baxış keçirilməsi barədə vəsatət verilməsi, məhkəmənin bu vəsatətləri qəbul etməməsi iş materialları ilə müəyyən olunmadığı üçün bu hissədə də apelyasiya şikayətinin dəlilləri əsassız hesab edilmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı14, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı13 və İddiaçı12 birgə kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 aprel 2022-ci il tarixli, 2(106)-577/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022ci il tarixli qərarı ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi) E.Vəliyeva və İddiaçı1) kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır.

16. Ali Məhkəmənin qənaətinə görə, apellyasiya məhkəməsi iddi açıların hazırkı iddianı verməyə subyektiv hüquqa malik olmaması qənaətinə gələrkən, Torpaq Məcəlləsinin 16-cı maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, həmin maddənin məzmunundan müəyyən olunur ki, bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri müddətsiz olaraq ümumi istifadəyə verilir. İddiaçılar mübahisəli torpaq sahəsinin örüş təyinatlı olduğunu və bu səbəbdən torpağın istifadələrinə verilməli olduğunu iddia etdikləri halda Torpaq Məcəlləsinin qeyd olunan müddəasına əsasən həmin torpağın özbaşına zəbtdən azad edilməsini tələb etməyə subyektiv hüquqa malikdirlər.

17. Kassasiya məhkəməsi iddianın sübut olunmamasına dair məhkəmələrin mövqeyi ilə də razılaşmamışdır. Belə ki, iddiaçılar məhkəməyə iddia etdikləri torpaq sahəsinin zəbt olunmasın a dair ilkin sübutu: Azərbaycan Respublikası ƏMDK yanında X1 təşkili üzrə Dövlət Agentliyinin 19 may 2021-ci il tarixli məktubunu təqdim etmişlər. Həmin məktuba əsasən Azadkənd bələdiyyəsinin mülkiyyətinə aid 181,52 hektar örüş sahəsində 108 nəfər kənd sakini tərəfindən hüquq müəyyənedici sənədlər olmadan əkin işlərinin aparılması faktı müəyyən edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə torpaq mübahisələrin həlli iddia olunan torpağın kimin mülkiyyətində və istifadəsində olmasının, onun təyinatının müəyyən edilməsindən və cavabdehlərin ondan istifadəsinin qanuniliyinin yoxlanılmasından asılıdır. Bu hallar torpağa aid sənədlərlə yanaşı, sahəsinin yerində müayinə edilməsi, mütəxəssis rəyinin alınması və ekspertizanın keçirilməsi ilə müəyyən oluna bilər. Hazırkı işdən görünür ki, Saa tlı rayonunun Azadkənd bələdiyyəsinin mülkiyyətinə 545 ha örüş təyinatlı torpaq sahəsi verilmişdir. Birinci instansiya məhkəməsində üçüncü şəxs Saatlı rayonu Azadkənd Bələdiyyəsinin nümayəndəsi mübahisə predmeti olan torpaq sahəsinin örüş təyinatlı deyil, az yararlı torpaq sahəsi olmaqla cavabdehlərin istifadəsində olmadığını göstərmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, işdə mübahisəli torpağın təyinatı və kimin faktiki istifadəsində olması ilə bağlı ziddiyyətli məlumatlar olduğu halda müvafiq mütəxəssislər cəlb edilməklə ekspertiza keçirilməli idi ki, apellyasiya məhkəməsi tərəfindən həmin prosessual hərəkətlərin icra edilməsi tərəflərlə müzakirə olunmamış və tələb üzrə araşdırma aparılmayaraq, yuxarıda qeyd olunan məzmunda qətnamə qəbul edilmişdir. Bununla da, apellyasiya instansiyası məh kəməsi Mülki Prosessual Məcəllənin 88, 97.1 218.1, 220.4 və 392-ci maddələrinin tələblərini pozmuşdur. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

19. İşə apellyasiya məhkəməsində baxılan zaman ekspertiza təyin edilmiş və müvafiq ekspert rəyi əldə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9764 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin yerquruluşu təşkili şöbəsinin mühəndisinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: İddiaçıların mübahisələndirdikləri ərazinin koordinatları müəyyən edilmiş və mütəxəsssis rəyinə əlavə edilmiş sxemdə göstərimişdir. Elektron kadast r məlumat bazasına əsasən, mübahisəli torpaq sahələri Azadkənd bələdiyyəsinin hüdudları daxilində bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsidir. Sözügedən torpaq sahələrinin cəmi sahəsi 207,2 ha torpaqlar kənd sakinləri tərəfindən istifadə olunur.

20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-50/2024 nömrəli 21 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi) Pərviz Əhmədov və Samir Mayılov) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 2(055)1221/2021 saylı qətnaməsi ləğv edilərək iddia tələbi təmin olunmuş, cavabdehlər Cavabdeh1 Abdin oğlu və qeyrilərinin Saatlı rayon Azadkənd ərazisində zəbt etdiklə ri örüş torpaq sahəsindən çıxarılmaları və həmin sahənin Azadkən sakinlərinin ümumi istifadəsinə verilməsi qət edilmişdir.

21. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. İddiaçıların tələbi bələdiyyə mülkiyyətində olan və örüş sahəsi kimi əhalinin ümumi istifadəsində olmalı olan torpaq sahəsinin cavabdehlər tərəfindən özbaşına zəbt edilməsi ilə bağlıdır. İddianı rədd edən birinci instansiya məhkəməsi mövqeyini iddianın sübut olunmaması ilə əsaslandırmışdır.

22. İddiaçılar bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin zəbt olunmasını, orada əkin işlərinin aparılmasını və nəticə olaraq onların həm in torpaqdan təyinatı (malqaranın otlanması) üzrə istifadə etmək imkanından məhrum olmalarını göstərmişlər. Birinci instansiya məhkəməsi Torpaq Məcəlləsinin 16-cı maddəsinin tələblərini nəzərə almamışdır. Belə ki, həmin maddənin tələbinə görə, bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri müddətsiz olaraq ümumi istifadəyə verilir.

23. Məhkəmə həmçinin hesab etmişdir iddiaçılar mübahisəli torpaq sahəsinin örüş təyinatlı olduğunu və bu səbəbdən torpağın istifadələrinə verilməli olduğunu iddia etdikləri halda, həmin torpağın özbaşına zəbtdən azad edilməsini tələb etməyə subyektiv hüquqa malikdirlər. Cavabdehlərin iddia edilən sahəni qanunsuz zəbt etdikləri təqdim edilən dəlillərlə sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası ƏMDK yanında Dövlət Agentliyinin 19 may 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Azadkənd bələdiyyəsinin mülkiyyətinə aid 181,52 hektar örüş sahəsində 108 nəfər kənd sakini tərəfindən hüquq müəyyənedici sənədlər olmadan əkin işlərinin aparılması faktı müəyyən edilmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsində üçüncü şəxs Saatlı rayonu Azadkənd Bələdiyyəsinin nümayəndəsi mübahisə predmeti olan torpaq sahəsinin örüş təyinatlı deyil, az yararlı torpaq sahəsi olmaqla cavabdehlərin istifadəsində olmadığını göstərmişdir. İddia edilən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsi olub-olmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası keçirilmişdir.

24. Beləliklə, təqdim edilmiş sübutlarla, o cümlədən ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçıların iddia etdikləri torpaq sahələri Azadkənd bələdiyyəsinin hüdudları daxilində bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş sahəsidir. Həmin sahə özbaşına olaraq bəzi kənd sakinləri tərəfindən özbaşına zəbt edilmişdir və orada əkin işləri görülür ki, bu qanunvericiliyə görə yolverilməzdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh1 kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Sözügedən torpaq sahəsi islahat zamanı bələdiyyənin mülkiyyətinə ayrılmış az yararlı torpaq sahələrindəndir. Azadkənd bələdiyyəsinin mülkiyyətində olan həmin torpaqlardan heç bir alqı-satqı edilməmişdir. Ümumiyyətlə, məhkəmə işində iştirak edən şəxslərin hüquq və mənafelərinə bələdiyyə tərəfindən heç bir zərər vurulmamışdır. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Bələdiyyə mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Eyni zamanda, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq bələdiyyə tərəfindən aidiyyəti məhkəmədə iddia qaldırılmaqla qanunsuz sahiblikdən geri tələb edə bilər. Hazırkı iş üzrə inzibati orqanı məhkəmədə iddia qaldırmağa məcbur etmək yuxarıda qeyd edilən hüquq normalarının prinsipinə ziddir, başqa sözlə, inzibati orqanın üzərinə ona məxsus hüquqların icra edilməsi öhdəliyi qoyula bilməz. Buna görə də məhkəmə iddia tələbini mümkünsüz hesab etməli idi. İddianı qaldırmaqda iddiaçı tərəfin hüquqi marağı o vaxt olacaqdır ki, inzibati orqan tərəfindən hər hansı əsasla əhalinin ümumi istifadəsində olan və özgəninkilə şdirilməsi mümkün olmayan torpaq sahəsi barədə hər hansı faktiki xarakterli hərəkətlər və ya iddiaçılar üçün əlverişsiz hesab olunan müvafiq inzibati akt qəbul edilmiş olsun. Məhkəmə araşdırması zamanı və iş materiallarında olan sənədlərdən müəyyən etmək olur ki, hazırda mübahisələndirilən torpaq sahəsi inzibati orqanın mülkiyyətində olsa da, onun tərəfindən hər hansı əsasla heç kimin istifadəsinə və ya mülkiyyətinə verilməmişdir. Bu halda, iddiaçıların hüquqlarının pozulmasını hesab etmək əsassızdır. Yəni bu halda inzibati orqanın üzərinə torpaq sahəsini zəbt edən şəxslərə qarşı mülki icraat qaydasında ümumi məhkəmədə iddia qaldırmaq öhdəliyinin qoyulması yolverilməzdir

27. Hazırkı iş üzrə iddiaçıların subyektiv hüququ müəyyən olunmadığına görə iddia ərizəsi MPM-in 153.2-ci maddəsinə uy ğun olaraq yolverilməz hesab edilməli və onun rədd edilməsi barədə qərardad qəbul olunmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı iş üzrə iddiaçılar İddiaçı1, X2 və İddiaçı4 tərəfindən etiraz daxil olmuş, erirazda apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 157.8. mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

30. Maddə 158.4. mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

31. Maddə 16:

1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.

3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.

4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir.

5. Qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tər kibindən və humus qatının qalınlığından asılı olaraq, hər hektara 1-4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar nəzərdə tutulur. Ümumi istifadədə olan örüş sahələrinə, habelə hüquqi və fiziki şəxslərin icarəsinə verilən örüş və biçənək sahələrinə tələbat hesablanarkən mal-qaranın sayı, sahələrin həcmi, tutumu və yerləşməsi, suvarma imkanları, torpaqların keyfiyyəti və digər normativ-texniki tələblər nəzərə alınır.

6. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər.

32. Maddə 84 (1-ci hissə). torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

33. Maddə 111; (1-ci hissə). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. (2-ci hissə). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdı (3-cü hissə). Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmə li hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxl amaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kassasiya şikayətində göstərilən dəlillər iddia ərizəsinə etirazda və məhkəmə iclaslarında cavabdehlər tərəfindən irəli sürülmüş dəlillərlə eyni məzmunludur, sübutları qəbul etmək və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillər tam, hərtərəfli və obyektiv araşdırılmaqla iş üzrə Ali Məhkəmənin əvvəlki qərarındakı mövqeyə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır və həmçinin hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər mülahizə xarakterli olmaqla əsassızdır, apellya siya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas ola bilməz.

47. Cavabdeh1 kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınl aşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

48. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasi bətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-50/2024 nömrəli iş üzrə 21 iyun 2024-cü il tarixli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar