Məhkəmə qərarları › İş №2(102)-3427/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3427/2025

16.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3427/2025 16.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 avqust 2025-ci il tarixli 2(103)-4315/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında bax araq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. İddiaçı xx.xx.2000-ci tarixli müddətsiz əmək müqaviləsi əsasında Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli şəhər 2 saylı uşaq bağçasına müdir vəzifəsinə qəbul olunmuşdur.

3. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xx.xx.2023- cü il tarixli 3-29/3-1-626K/2023 saylı əmri ilə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbay can Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia qaldıraraq, əvvəlki iş yerinə - İmişli şəhər 2 saylı uşaq bağçasının müdiri vəzifəsinə bərpa olunması və qanunsuz olaraq işdən çıxarılması ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ali təhsilli müəllimədir. Fəaliyyətinə 1979cu ildə İmişli şəhər 4 saylı orta məktəbdə müəllim kimi başlamış, orada 10 il işləmişdir. İşlədiyi müddətdə heç bir intizam tənbehi almamış, əmək və icra intizamına ciddi riayət etmişdir. xx.xx.1989-cu ildə İmişli şəhər 2 saylı uşaq bağçasına müdir təyin edilmişdir. Əmək fəaliyyəti dövründə ona “Qızıl Qələm” media mükafatı laureatı, “Xan qızı Natəvan” mükafatı fəxri diplomu, “Abdulla Şaiq” mükafatı fəxri diplomu, “Zirvə” fəxri diplomu verilmişdir. ”Qarabağ Azərbaycandır” layihəsinə görə “Xarı Bülbül” medalına layiq görülmüş, dəfələrlə “İlin ən yaxşı bağça müdiri” fəxri diplomunu almışdır. 15-dən artıq fəxri diplom, fəxri fərman və sertifikatları var. 3 kitab müəllifidir. Dəfələrlə mətbuatda elmipublisistik yazıları dərc edilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin imzaladığı xx.xx.2023-cü il tarixli 3-29/3-1-626 K/2023 saylı əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsnin “e” bəndinə əsasən xitam verilmişdir. Hesab edir ki, onun işdən azad edilməsi barədə əmr yuxarıda sadalananlara əsasən tamamilə qanunsuz və əsassızdır.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazir liyinin nümayəndəsi X1 iddia tələbinin əsassız olduğunu bildirmiş və izahatında göstərmişdir ki, iddiaçının 65 yaşı tamam olmuşdur. Əmək qanunvericiliyində isə 65 yaşı tamam olmuş şəxsin, hər bir halda, müqavilə müddətinin artırılmasını nəzərdə tutmur.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1812/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbi təmin edilməmişdir.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı 1989-cu ilin oktyabrın 1i tarixindən 2023-cü ilin 22 may tarixinədək İmişli şəhər 2 saylı uşaq bağçasının müdiri vəzifəsində işləmişdir. İddiaçınını yaş həddi 65-ə çatdığı üçün Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən və 70-ci maddəsinin “e” bəndində nəzərdə tutulmuş qaydada, yəni dövlət büdcə sindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatması əsası ilə əmək müqaviləsinin müddətinin qurtarmasına görə Azərbaycan Respublikası Təhsil Nazirliyinın xx.xx.2023-cü il tarixli 3-29/3-1-62b/c/2023 nömrəli əmri ilə xx.xx.2023-cü ildən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı qeyd olunanlarla razılaşmayaraq, tərəflər arasında bağlanmış əmək müqaviləsinin hər il, bir il olmaqla uzadılmalı olması qənaətinə gəlir və onun əmək müqaviləsinə xitam verilməsinin əsassız olduğunu hesab etmişdir.

9. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2011-ci il tarixli əmrinin 4-cü bəndinə görə Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışm a müddətinin uzadılması zamanı aşağıdakı meyarları nəzərə alınması nəzərdə tutulmuşdur. Bunlar - son 1 ildə haqqında intizam tənbehi tədbirlərinin tətbiq edilməməsi; elmi dərəcə və ya elmi adının olması; dövlət təltifi ilə təltif edilməsi; attestasiyadan 2 dəfə müvəffəqiyyətlə keçməsi; "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olması; müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda; səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda; işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarına əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil s ahələrinin inkişafında xüsusi xidmətlərin meyarları: Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən meyarlar aşağıdakılardır: 11. - Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə; Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə; işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması; Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması; Dövlət mükafatı laureatı olması.

12. Göründüyü kimi təhsil müəssisələrində yaş həddi 65-ə çatmış təhsil işçilərinin həmin müəssisədə çalışma müddətinin uzadılması zamanı yuxarıda qeyd olunan halların işçidə öz əksini tapması zəruridir. Belə ki, iddiaçı bu xüsusiyyətlətin hər birini özündə birləşdirdiyi və həmin işçiyə ehtiyac olacağı təqdirdə işəgötürən tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı, Azərbaycan Respubikası Elm və Təhsil Nazirinin həmin qərarın icrası ilə bağlı əmri və Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla onunla bir il müddətinə əmək müqaviləsi bağlana bilərdi. Həmçinin iddiaçının fəxri diplomlarının və sertifikatlarının olması kimi halların mövcudluğu yuxarıda sadalanan tələblərin pozulması üçün əsas meyar deyil. Bununla belə, iddiaçının uzun illər müdir işlədiyi dövrdə heç bir əmək və icra intizamını pozmaması, işlədiyi müddətdə uşaq bağçasında və təhsil sahəsində keçirilmiş tədbirlərdə yaxından iştirak etməsi, Təhsil Nazirliyi tərəfindən keçirilmiş ixtisasartırma kurslarında və təlimlərdə iştirak edərək müvafiq Sertifikatlar alması, işlədiyi kollektivd ə hörmət və nüfuza malik olması onunla yeni əmək müqaviləsi bağlanması, o cümlədən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli 3-29/3-1- 62b/c/2023 nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlar isə iddia tələbinin əsassız olmasına dəlalət edir.

13. Bundan başqa, məhkəmə iddiaçının nəzərinə çatdırmışdır ki, əmək qanunvericiliyində çalışmanın yaş həddinə çatmış işçisinin müqaviləsinin müddətinin uzadılması işəgötürən üçün imperativ norma olaraq nəzərdə tutulmamışdır. Bununla yanaşı, əmrin özü və ya əmrdən çıxarış iş materiallarına əlavə edilməsə də, lakin işdə olan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) aparatının xx.xx.2024-cü il tarixdə İddiaçı ünvanlandığı cavab məktubunda q eyd edilmişdir ki, sonuncuya əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə görə Mil-Muğan regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli 3-29-41/3-1-161K/2023 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Göründüyü kimi, iddiaçı yuxarıda qeyd edilən tələblərə cavab verən işçi olmamaqla yanaşı, onun haqqında son 1 ildə intizam tənbehi tədbiri tətbiq edilmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 11, 42 (1ci hissə), 68 (1 və 2-ci hissə), 70-ci (e bəndi) maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1812/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddia ərizəsi ilə analoji məzmunda əsaslandırılmış apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarından da görünür ki, iddiaçı ilə “Əmək müqaviləsi” müddətsiz bağlanılmışdır. İddiaçı müddətin uzadılması barədə ərizə göndərsə də, Nazirlik bunu nəzərə alınmamışdır. Ona əvvəllər verilmiş töhmət barədə isə iddiaçının heç bir məlumatı olmamışdır.

17. Bakı Apellyasiya Məhkəm əsinin Mülki kollegiyasının 2(103)-4315/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Kamran Əkbərov) İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2011-ci il tarixli əmrinin 4-cü bəndinə əsasən son bir il ərzində iddiaçı barəsində tənbeh tədbirinin tətbiq edilməməsi şərti ödənməmişdir. Belə ki, əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə görə iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Töhmət iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

19. Bundan başqa, əmək qanunvericiliyində çalışmanın yaş həddinə çatmış işçisinin müqaviləsinin müddətinin uzadılması işəgötürən üçün imperativ norma olaraq nəzərdə tutulmamışdır. Bu məsələ dövlət orqanının diskresion səlahiyyətidir (seçim hüququdur).

20. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi eyni əsaslar ilə iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4315/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsini, bununla əlaqədar Nərimanov Rayon Məhkəməsininx x.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, qanuni və əsaslı iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini və işəgötürənin qeyd olunan əməllərində korrupsiya əlamətləri olduğundan bunun qanuni qaydada araşdırılmasının təmin edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, son bir ildə inztizam tənbehi tədbirlərinin tətbiq edilməməsi tələbi təhsil müəssisələrində çalışan müəllimlərə şamil edilmişdir. Hətta bu əmrin bağca işçilərinə tətbiq edilə biləcəyi qəbul edilsə belə, iddiaçıya töhmətin heç bir əsas olmadan, gizli və məsədli şəkildə verildiyi, gizli saxlandığı, bundan sui-istifadə edilərək, onunla əmək müqaviləsini uzatmamaq məqsəd daşıdığı iş materi allarında olan sənədlərlə tam təsdiq edilmişdir. Qanunun tələbinə görə 3 gün müddətində töhmət barədə əmr iddiaçıya verilməli idi. Əgər qanunun tələblərinə riayət olunsa idi, o, şübhəsiz həmin töhməti mübahisələndirər və ləğv etdirərdi. Lakin iş materiaalrından da görünür ki, onun 65 yaşı tamam olmağa 1 ay qalmış işəgötürən tərəfindən əsassız töhmət verilmiş, gizli saxlanılmış, bu barədə yalnız Ombudsmana yazdığı məktubun cavabında qeyd olunmuş, töhmətdən şikayət vermək hüququ da işəgötürən tərəfindən məqsədli şəkildə əlindən alınmışdır, bu töhmətdən yalnız əmək müqaviləsinə xitam verilməsi üçün bəhanə kimi istifadə edilmişdir. Töhmət barədə məlumatı olandan sonra bilmişdir ki, bu töhmət iddiaçıya MİL-Muğan Regional Təhsil İdarəsinin əməkdaşı Rabil Şahbazov tərəfindən onun iş zamanı qanu ni mövqeyini bildirməsi səbəbindən qərəzli şəkildə verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əməki Məcəlləsi

24. Maddə 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.

25. Maddə 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

26. Maddə 70 (e bəndi). Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessua l Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya inst ansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Kassasiya şi kayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh təşkilatın mübahisə olunan əmri əmək qanunvericiliyinə zidd olmamışdır.

36. Belə ki, dövlət büdcəsindən ma liyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər (§ 24, 26).

37. Eyni zamanda qanunda nəzərdə tutulmuşdur ki, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər (§ 25).

38. Bu xüsusatla bağlı məhkəmə qeyd etmişdir ki, başqa, əmək qanunvericiliyində çalışmanın yaş həddinə çatmış işçisinin müqaviləsinin müddətinin uzadılması işəgötürən üçün imperativ norma olaraq nəzərdə tutulmamışdır. Bu məsələ dövlət orqanının diskresion səlahiyyətidir (seçim hüququdur).

39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymət ləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

40. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellya siya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

42. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 avqust 2025-ci il tarixli 2(103)4315/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar