Məhkəmə qərarları › İş №2(102)-3428/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3428/2023

25.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3428/2023 25.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Bakı şəhəri saylı Notariat Ofisinə, ünvan 2, Bakı şəhəri saylı Notariat Ofisinə qarşı ilk və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Bakı şəhəri saylı Notariat Ofisinə, ünvan 2, Bakı şəhəri saylı Notariat Ofisinə qarşı digər iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ iş № 2(102)-3428/2023 Açar sözlər: miras əmlaka dair bütün əqdlərin,onlar əsasında aparılmış qeydiyyatın və onların h üquqi nəticələrinin etibarsız hesab edilməsi Bakı şəhəri 25 oktyabr 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X23 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Bakı şəhəri saylı Notariat Ofisinə, ünvan 2, Bakı şəhəri saylı Notariat Ofisinə qarşı miras əmlaka dair bütün əqdlərin,onlar əsasında aparılmış qeydiyyatın və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələblərinə dair ilk, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər İddiaçı, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Bakı şəhəri saylı Notariat Ofisinə, ünvan 2, Bakı şəhəri sa ylı Notariat Ofisinə qarşı miras əmlaka dair bütün əqdlərin,onlar əsasında aparılmış qeydiyyatın və onların hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1440/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh8 və Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayətinə 25 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Mirzəbala Ağabala oğlu ilə Raya Qəhrəman qızı xx.xx.1958-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. 2. ünvan 5 tam mülkiyyət hüququ ilə Mirzəbala Ağabala oğluna məxsus olmuşdur.

3. Mirzəbala Ağabala oğlunun Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.1995ci il tarixdə 2B-76 reyestr n ömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməsindən müəyyən olunur ki, Mirzəbala Ağabala oğlu mülkiyyətində olan ünvan 5ni İddiaçı vəsiyyət etmişdir.

4. Mirzəbala Ağabala oğlu xx.xx.2002-ci il tarixdə ölmüşdür.

5. Raya Qəhrəman qızının və qızı Cavabdeh2 ünvan 1 ünvanladığı xx.xx.2006cı il tarixli ərizə əsasında ünvan 6 verilmiş xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş Mirzəbala Ağabala oğlunun vərəsələri Bakı şəhəri 8- ci mikrorayon S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilində yaşayan qızı Cavabdeh2 və Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzilində yaşayan həyat yoldaşı Raya Qəhrəman qızıdır və onların hər biri miras əmlakdan ½ hissədə pay almış, eyni gündə 11 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2006-cı il tarixli mənzilin bağışlanılmasına dair müqaviləyə əsasən Cavabdeh2 mənzilin ½ hissəsini anası Raya Qəhrəman qızına bağışlamışdır. Həmin əmlak xx.xx.2006-cı il tarixdəi tam mülkiyyət hüququ üzrə Raya Qəhrəman qızının adına daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli reyestr kitabının 18211 nömrəli vərəqində qeydiyyata alınmışdır.

6. Raya Qəhrəman qızı xx.xx.2011-ci il tarixdə ölmüşdür. 7. 1 saylı Mənzil Kommunal İstismarı Sahəsinin arayışından müəyyən olunur ki, Raya Qəhrəman qızı Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzilində qeydiyyatda olmaqla yaşamış, ölümü ilə əlaqədar xx.xx.2011-ci il tarixdə həmin evdən qeydiyyatdan çıxarılmış, həmin ünvanda qeydiyyatda olmaqla X10, İddiaçı, X14, Cavabdeh5, Cavab deh4, X24, Cavabdeh10 və X25 yaşayırlar. 8. 72 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx.xx.2013-cü il tarixli arayışından müəyyən olunur ki, Raya Qəhrəman qızı ünvan 5ndə qeydiyyatsız yaşamış, xx.xx.2011- ci il tarixdə vəfat etmiş, xx.xx.2006-cı il tarixdə açılmış qeydiyyat vəsiqəsi onun adınadır. Bu ünvanda Cavabdeh2 başqa heç kim qeydiyyatda yoxdur.

9. X4 ünvan 1 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o, Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzilində yaşayan anası Raya Qəhrəman qızının xx.xx.2011-ci ildə vəfat etməsini, miras əmlakın Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilindən ibarət olmasını, ondan başqa vəsələrin Cavabdeh2, Cavabdeh4, İddiaçı və Cavabdeh5 olmasını bildirib, göstərilə n miras əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

10. İddiaçı, Cavabdeh5, Cavabdeh4 ünvan 6 təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizələrindən müəyyən olunur ki, onlar xx.xx.2011-ci il tarixdə vəfat etmiş anaları Raya Qəhrəman qızından sonra irs qalmış mirası qəbul etməmiş və miras əmlaka qarşı heç bir iddiaları yoxdur, mirasın qəbul edilməsi vaxtının uzadılması üçün məhkəməyə müraciət etməyəcəklərini bildirmişdirlər.

11. Cavabdeh2 ünvan 6 təsdiqlənmiş xx.xx.2013-cü il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2011-ci il tarixdə vəfat etmiş anası Raya Qəhrəman qızından miras qalmış əmlaka miras qoyanın oğlu X4 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazılmasına razılıq vermişdir. 12. ünvan 6 verilmiş xx.xx.2013-ci il tari xli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş Raya Qəhrəman qızının vərəsələri Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzilində qeydiyyatda olan oğlu X10 və ünvan 5ndə qeydiyyatda olan qızı Cavabdeh2dır və onlar miras əmlakdan ½ hissədə pay almalıdırlar.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2013-cü il tarixli ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon X40 küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli reyestr kitabının 18211 nömrəli vərəqində qeydiyyata alınmışdır. 14. 1 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli № AZ-İİ № 202764 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 ilə X5 xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1209 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Salmanova soyadı verilmişdir. 15. 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ № 176929 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 xx.xx.2021-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 284 saylı ölüm akt qeydi tərtib olunmuşdur.

16. Cavabdeh6 ünvan 2 ünvanlad ığı xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzilində qeydiyyatda olmuş əri X4 xx.xx.2021-ci il tarixdə vəfatından sonra ondan qalan miras əmlakın Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon X40 küçəsi 2 saylı evin 20 saylı mənzilinin olmasını, miras qoyanın ondan başqa Cavabdeh10 və Cavabdeh9 qanun üzrə vərəsələri olmasını bildirib göstərilən əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

17. Cavabdeh9 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X3 miras qalmış əmlakdan ona çatası hissəsindən Cavabdeh6 xeyrinə imtina etmişdir.

18. Cavabdeh10 11 saylı notariat ofisində təs diq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, xx.xx.2021-ci il tarixdə vəfat etmiş atası X3 miras qalmış əmlakdan ona çatası hissəsindən Cavabdeh6 xeyrinə imtina etmişdir.

19. Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, xx.xx.2021ci il tarixdə vəfat etmiş X4 vərəsəsi, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon S.S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilində qeydiyyatda olan Cavabdeh6 miras əmlakda tam hissədə pay almış, şəhadətnamə verilmiş miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2013-cü il tarixdə X7 verilmiş dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon X40 küçəsi 2 saylı evin ümumi sahəsi 97,48 m2 olan 5 otaqlı 20 saylı mənzilindən ibarətdir.

20. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Resyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu X40 küçəsi b 2, 8-ci mikrorayon 20 saylı mənzilə dair Cavabdeh6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli kitabın 18211 nömrəli vərəqində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. 21. 1 saylı Bakı Asan xidmət mərkəzinin xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu X40 küçəsi 8-ci mikrorayon 2 saylı evin, 20 saylı mənzilində Cavabdeh6, xx.xx.1965-ci il təvəllü dlü X18, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh10, xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh9, xx.xx.1986-cı il təvəllüdlü X29 daimi qeydiyyatdadırlar.

22. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4645/2022 saylı qərarından müəyyən olunur ki, Cavabdeh6 iddiası təmin edilərək ünvan 3 ünvanından üçüncü şəxslər X8 və X19 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması qət edilmişdir.

23. Cavabdeh2 Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Cavabdeh2 qeydiyyatda olduğu Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon S.S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinin satılmasına razı olmasını bildirmişdir.

24. Satıcı Cavabdeh6 ilə alıcı Cavabdeh8 a rasında xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq olunmuş AN İ №1042007 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu X40 küçəsi b 2, 8-ci mikrorayon 20 saylı ünvanında yerləşən ümumi sahəsi 97,48 m2 olan mənzili 80000 manata alıcıya satmışdır. Cavabdeh8 mülkiyyət hüquqları xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

25. Cavabdeh8 Bakı şəhəri Binəqədi rayon Məhkəməsində cavabdehlər İddiaçı, Cavabdeh4, X9, Məmmədova Hicran Əli qızına qarşı mənzildən çıxarılma tələbinə dair iddia qaldırmış və məhkəmənn xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin iş üzrə icraat hazırki mülki işə baxılanadək dayandırılmışdır.

26. Bakı şəhəri 26 saylı notariat ofisin in xx.xx.2022-ci il tarixli X-101 saylı məktubundan müəyyən olunur ki, İddiaçı elektron notariat informasiya sistemindən əldə edilmiş məlumata əsasən, Mirzəbala Ağabala oğlu tərəfindən xx.xx.1995-ci il tarixdə İddiaçı adına vəsiyyətnamə verilməsi bildirilmişdir.

27. Elektron notariat X1 çıxarışdan müəyyən olunur ki, xx.xx.1995-ci il tarixdə Bakı şəhəri 26 saylı notariat kontorunda vəsiyyət edən ünvan 5ndə qeydiyyatda olan Mirzəbala Ağabala oğlu tərəfindən vəsiyyətnamə üzrə vərəsə ünvan 5ndə qeydiyyatda olan İddiaçı adına verilmiş vəsiyyətnamə xx.xx.2011-ci il tarixdə sistemə daxil edilmişdir.

28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2022- ci il tarixli məktubundan müəyyən olunur ki, Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.1995-ci il tarixdə 2B-76 r eyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin xx.xx.2022-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumatın daxil olmaması bildirilərək vəsiyyətnamənin surəti İddiaçı təqdim olunmuşdur. 29. 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 287 saylı arayışdan müəyyən olunur ki, İddiaçı, Cavabdeh4, X32, X35, Məmmədova Hicran Əli qızı, X26 və X15 Bakı şəhəri 8-ci mikrorayon S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzildə qeydiyyatsız yaşayırlar.

30. İddiaçı məhkəməyə təqdim etdiyi mənzil kommunal xidməti üçün 2007-ci ilə aid ödəniş qəbzlərindən müəyyən olunur ki, ünvan 5 ünvanı üzrə kommunal ödənişlər Mirzəbala Ağabala oğlunun adından 8 nəfər ailə tərkibi üçün aparılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icr aat

31. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Bakı şəhəri 11 saylı notariat ofisinə, ünvan 2, Bakı şəhəri 51 saylı notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: Cavabdeh2 Bakı şəhəri 11 saylı dövlət notariat kontorunda tərtib və təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizəsinin, Raya Qəhrəman qızının Bakı şəhəri 11 saylı dövlət notariat kontorunda tərtib və təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə ərizəsinin, 2V57 reyestr nömrəli xx.xx.2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Cavabdeh2 ½ hissədə payının anası Raya Qəhrəman qızına bağışlam asına dair 4Ə/2-352 reyestr nömrəli xx.xx.2006-cı il tarixli mənzilin bağışlanmasına dair müqavilənin, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH, ******* nömrəli xx.xx.2006-cı il tarixdə alınmış çıxarışın etibarsız hesab olunmaqla ləğv edilməsi; cavabdehlər X4, Cavabdeh4, Cavabdeh2 anaları Raya Qəhrəman qızının xx.xx.2011-ci il tarixdə vəfatından sonra Bakı şəhəri 8-ci mkr., S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzili ilə bağlı xx.xx.2013-cü il tarixli vərəsəlik işi üzrə Bakı şəhəri 11 saylı dövlət notariat kontorunun notariusu X21 iştirakı ilə tərtib və təsdiq edilmiş Cavabdeh5 7E/3737 nömrəli xx.xx.2013-cü il tarixli ərizəsinin, o cümlədən İddiaçı 7E/3761 nömrəli xx.xx.2013-cü il tarixli ərizəsinin, Cavabdeh4 xx.xx.2013-cü il tarixli 7E/3764 nömrəli ərizəsinin, Cavabdeh2 7E/3833 nömrəli xx.xx.2013-cü il tarixli ərizəsinin, nəticə etibarı ilə X4 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin RX seriyalı, ********** qeydiyat nömrəli xx.xx.2013-cü il tarixli X4 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın etibarsız hesab olunmaqla ləğv edilməsi; Bakı şəhəri 35 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 8-ci mkr., S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilində vəfat etmiş mərhum X4 adına olan əmlakla bağlı tərtib və təsdiq edilmiş Cavabdeh6 8İ-5722 reyestr nömrəli xx.xx.2021-ci il tarixli **********722 nömrəli mirasın qəbul edilməsi barədə ərizəsinin, Cavabdeh10 8İ3060 reyestr nömrəli xx.xx.2021-ci il tarixli paydan imtina etməsi barədə ərizəsinin, Bakı şəhəri 11 saylı notariat ofisində tərtib və təsdiq edilmiş Cavabdeh9 8İ-4253 nömrəli xx.xx.2021-ci il tarixli paydan imtina etməsi barədə ərizəsinin, Bakı şəhəri 35 saylı notariat ofisinin xüsusi notariusu C.M.Məmmədov tərəfindən tərtib və təsdiq edilmiş 2V-177 reyestr nömrəli xx.xx.2021- ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən alınmı ş **********44-05101093010 reyestr nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın etibarsız hesab olunmaqla ləğv edilməsi; Cavabdeh8 ilə Cavabdeh6 arasında bağlanmış AN-İ № ******* nömrəli xx.xx.2022ci il tarixli Bakı şəhəri 8-ci mkr., S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı beş otaqdan ibarət, ümumi sahəsi 97,48 m2 təşkil edən mənzilinin 80000 manata özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsinin və Cavabdeh8 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin çıxarışının etibarsız hesab olunmaqla ləğv edilməsi barədə qətnamə, Bakı şəhəri 11 saylı dövlət notariat kontorunun vəzifəli şəxsinin qanuna zi dd əməllərində Azərbaycan Respublikası CM-nin 308, 309 və 314-cü maddələrinin tərkibinin əlamətləri olmasına əsaslı şübhələrin olması əsası və səbəbi ilə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.

32. İddiaçı iddia ərizəsini müdafiə edərək göstərmişdir ki, X22 ilə anası Raya Qəhrəman qızının birgə nikahından altı övladları olmuşdur: xx.xx.1976-cı il təvəllüdlü İddiaçı, xx.xx.1976-cı il təvəllüdlü X10, xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh5, xx.xx.1966cı il təvəllüdlü X11, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh4. X22 1995-ci ildə Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., X40 küçəsi 2 saylı evin, 20 saylı beş otaqlı mənzilini aldıqdan sonra o, valideynləri və bacı-qardaşları ilə birlikdə bu mənzildə yaşamağa başlamışdır. Nənəsinə ayrılan hal-hazırda da dövlət mülkiyyətində olan mənzildə qeydiyyatda olsa da, daimi olaraq o, Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., X40 küçəsi 2 saylı evin, 20 saylı mənzilində yaşamış və yaşayır, evin kiçik övladı kimi valideynlərinin qayğısına qalmış, mərhum valideynlərinə, mərhum qardaşı Ağabalaya xəstə yatağında qulluq etmişdir. 2002-ci ildə atası, 2011-ci ildə anası vəfat etmişdir. O, Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., X40 küçəsi 2 saylı evin, 20 saylı mənzilində daimi yaşadığından miras əmlakı faktiki olaraq qəbul etmişdir. Lakin atasının ölümündən sonra o, notariat kontoruna dəvət olunmamışdır. Onlar atalarına məxsus Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., X40 küçəsi 2 saylı evin, 20 saylı beş otaqlı mənzilində mehriban yaşadıqlarından vərəsələr arasında mübahisə olmamışdır. Ona görə də onlar anala rının ölümündən iki il sonra notariat kontoruna gedib mənzili böyük qardaşları Ağabalanın adına sənədləşdirmişlər. Mənzilin kommunal xidmətləri onun tərəfindən ödənildiyindən o, 2007-ci ildə apardığı ödənişlər barədə bəzi qəbzləri də saxlamışdır. Həmin qəbzlərdən mənzildə 8 nəfərin yaşaması təsdiq olunur. Bundan başqa atasına və anasına məxsus əmanət kitabçaları da ona verilmişdir. O da qardaşları kimi ailə qurduqdan sonra öz həyat yoldaşını bu mənzilə köçürmüşdür. Onun bu mənzildə bir övladı anadan olmuşdur. Bütün qohumları və qonşuları onun Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., X40 küçəsi 2 saylı evin, 20 saylı beş otaqlı mənzilində daimi yaşamasını təsdiq edə bilərlər. Onun həyat yoldaşı işləmədiyindən, o, həyat yoldaşına tək küçəyə belə çıxmasına icazə vermədiyindən həyat yoldaşı daim i olaraq mənzildə olur. Ona görə də alıcı Elşən mənzili alarkən mənzilə baxmış olsaydı heç olmasa onun həyat yoldaşını evdə görməli idi. 2022-ci ilin aprel ayında, Elşən mənzili boşaldaraq ona təhvil verilməsini deməyə gələrkən, o, daimi yaşadığı mənzilin satılmasını bilmiş, daha sonra qardaşı İlqar mərhum atasının mülkiyyətində olan Bakı şəhəri 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilini ona vəsiyyət etməsini demişdir. Bundan sonra o, rəsmi qaydada müraciət edərək vəsiyyətnamənin olub-olmamasını, qüvvədə olub-olmamasını soruşmuş və Bakı şəhəri 8ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinin atası tərəfindən hələ 1995-ci ildə ona vəsiyyət etməsini və vəsiyyətnaməsini ləğv etməməsini, yəni vəsiyyətnamənin qüvvədə olmasını öyrənmişdir. Atasının ölümündən sonra not arius onu dəvət etməmiş, vəsiyyətnamənin olmasını ona elan etməmişdir. Daha sonra mənzilə dair sənədləşmə aparılarkən də, notariat hərəkətlərini aparan notariuslar elektron sistemdə qeydiyyatı aparılan vəsiyyətnaməni gördükləri halda bu barədə ona məlumat verməmişlər. Beş otaqdan ibarət, birinci mərtəbədə yerləşən mənzilin 80000 manat satılması da inandırıcı deyildir. Belə ki, onun müraciəti əsasında aparılan qiymətləndirmə nəticəsində mənzilin qiymətinin 230.000 manat olması müəyyən edilmişdir. Atasının vəsiyyətnaməsi barədə bilmiş olsaydı o, mənzildə olan payından imtina etməzdi. Anasının ölümündən iki il sonra notariat kontoruna dəvət olunarkən bütün vərəsələr arasında mübahisə olmadığından o, da notarius tərəfindən tərtib olunan imtina barədə ərizənin mətnini oxumadan imzalamışdır. Mər hum atasından miras qalan mənzili o, vəsiyyətnamə üzrə yeganə vərəsə kimi faktiki olaraq qəbul etmişdir. Ona görə mülkiyyətçi kimi pozulmuş hüquqlarının bərpa edilərək iddia tələblərinin təmin edilməsini xahiş edir.

33. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən 3-cü şəxs X6 cavabdehlər İddiaçı, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh10, Cavabdeh9, Cavabdeh8, Bakı şəhəri 11 saylı notariat ofisinə, ünvan 2, Bakı şəhəri 51 saylı notariat ofisinə qarşı əqdin etibarsız hesab edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və bağlanmış əqdlərə əsasən Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair DƏDR-də mülkiyyət hüquqlarının qeydə alınmasına dair çıxarı şların etibarsız hesab edilməklə ləğv edilməsi tələbləri ilə bağlı qeyd edir ki, DƏDR-də qeydlər şəhadətnamələr və əqdlər əsasında aparıldığından həmin şəhadətnamələrin və əqdlərin etibarsızlığı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən 3-cü şəxs X6 iddia ərizəsini müdafiə edib iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, o, 1986-cı ildə nikaha daxil olaraq ərinin evinə köçmüş və daimi olaraq gəlin köçdüyü evdə yaşayır. 1995-ci ildən etibarən valideynləri, bacısı Sədaqət və qardaşları Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı 5 otaqlı mənzilində yaşayırlar. Qardaşları ailə qurduqdan sonra öz həyat yoldaşlarını bu mənzilə köçürmüş, bu ünvanda İlqarın 2, Rövşənin 1, Əlibalanın 2 övladı anadan olmuşdur. Bacısı Sədaqət ailə qurmamışdır. Qardaşı Ağabala da bir müddət bu mənzildə yaşamışdır. Ağabalanın arvadı Bibixanım tez-tez öz valideynlərinin evinə getdiyindən onun qızlarını faktiki olaraq onlar böyütmüşlər. Daha sonra Ağabala onların nənələrinə məxsus dövlət mülkiyyətində olan Bakı şəhəri 8-ci mikrorayon N.Nərimanov küçəsi 23B saylı evin 6 saylı mənzilində yaşamışdır. Bibixanım xəstə əri Ağabalanın qayğısına qalmadığından qardaşları Ağabalanı 2017-ci ildə Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı 5 otaqlı mənzilinə gətirmişlər. O, ərinin evində yaşasa da, daim atasının evinə gəlib-getmişdir. Valideynlərinin ölümündən sonra o, notariat kontoruna dəvət olunmamışdır. xx.xx.2022-ci il tarixdə qa rdaşı arvadı ona zəng edərək Bibixanımın Bakı şəhəri 8-ci mkr., S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilini satmasını, alıcının onları mənzildən çıxarmaq üçün gəlməsini bildirmişdir. Bundan sonra o, Bibixanıma zəng edərək mənzilin həqiqətən satılmasını öyrənmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir.

35. Cavabdeh6 vəkili və nümayəndəsi Vəkil1 iddia ərizələrini qəbul etməyib izahatında göstərmişdir ki, Cavabdeh6 məxsus hazırda mübahisələndirilən mənzil qanuni əsaslarla onun mülkiyyətinə keçmiş, daha sonra Cavabdeh6 mənzili notarial qaydada təsdiq olunan müqavilə bağlayaraq mənzili satmışdır. Məlumdur ki, hər bir daşınmaz əmlakla bağlı olan məsələlər elektron qaydada aparılır. Əgər daşınmaz əmlakla bağlı sənədlərdə hər hansı bir problem olarsa bu asanlıqla bilini r. Göründüyü kimi Cavabdeh6 daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etdiyi zaman iddiaçı və cavabdehlər bu məsələyə dair hər hansı bir formada müdaxilə etməmişlər. Mübahisəli mənzilin ucuz və ya baha qiymətə satılması alqı-satqı müqaviləsinin tərəflərinin iradə ifadəsidir. Cavabdeh6 ilk əvvəl mənzili 120000 manata təklif etmiş, sonra tərəflər 80000 manata razılaşmışlar. Nəzərə almaq lazımdır ki, bina yeni tikili deyildir, şəhərin mərkəzi hissəsindən xeyli aralı məsafədə yerləşir.

36. Məhkəmə iclasında Cavabdeh8 iddia ərizələrini qəbul etməyib vəkili və nümayəndəsi Vəkil3 izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, o, Bakı şəhəri 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilini Cavabdeh6 xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 51 saylı notari at ofisində təsdiq olunmuş AN İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 80000 manata almışdır. İlk əvvəll Cavabdeh6 mənzili 120000 manata satdığını bildirsə də, qarşılıqlı razılıq əsasında o, mənzili 80000 manata almışdır. xx.xx.2022-ci il tarixdə o, aldığı mənzilə gedərək mənzildə olan şəxslərdən mənzili boşaldaraq ona təhvil vermələrini tələb etmişdir. Həmin vaxt İlqar sənədin səhv olması səbəbindən mənzilin satıla bilməməsini, Rövşən isə mənzilin satılmasının mümkün olmamasını ona demişdir. Əlibala getməyə yerinin olmadığını dediyindən o, Əlibalaya kirayə mənzil tutması üçün 350 manat vermişdir. Lakin mənzil boşaldılaraq ona təhvil verilmədiyindən o, Cavabdeh4 və İddiaçı ailə üzvləri ilə birlikdə mənzildən çıxarmaya dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş dir. Mənzili alarkən mübahisənin olması ona məlum olmadığından və o, vicdanlı alıcı olduğundan iddia ərizələrinin təmin edilməməsini xahiş edir.

37. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizələrini qəbul edərək izahatında göstərmişdir ki, atalarının mülkiyyətində olan mənzilə dair mirası qəbul edərkən onlar atalarının Rövşənə vəsiyyətnaməsinin olmasını bilməmiş, bu barədə onlara notarius tərəfindən məlumat verilməmiş, başqa vərəsələrin olub-olmaması soruşulmadığından, onlarda bu barədə notariusa heç bir söz deməmişlər. 2011-ci ildə anası Raya vəfat etmiş, 2013-cü ildə vərəsələr arasında heç bir mübahisə olmadığından onlar birlikdə notariat kontoruna gedib analarından miras qalan Bakı şəhəri Binəqədi rayonu 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı 5 otaqlı mənzilə dair paylarından böy ük qardaşları Ağabalanın xeyrinə imtina etmişlər, o, isə öz payına dair Ağabalanın adına şəhadətnamə verilməsinə razılıq vermişdir. 2021-ci ildə qardaşları Ağabala vəfat etmişdir. 2022-ci ilin aprel ayında Bibixanım ona mənzili satmaq istəməsini deyib, bu barədə qardaşlarına heç bir söz deməməsi üçün ona Qurana əl basıb and içməsini, mənzili satdıqdan sonra ona bir otaqlı mənzil alacağını demişdir. O, Bibixanımla razılaşaraq notariat kontorunda mənzilin satılmasına dair razılıq ərizəsi vermişdir. Mənzil satılmamışdan bir həftə əvvəl Bibixanım xalça yumaq bəhanəsi ilə mənzili tərk etmiş, özünün yaşadığı otağın qapısını qıfılla bağlamışdır. Mənzili alan Elşən mənzilə gəldikdən sonra o, qardaşlarının qorxusundan işdən çıxdıqdan sonra mənzilə qayıtmamışdır. Bibixanım bacısının əri Akiflə birli kdə Nərimanov rayonunda Metroparkın arxasında 5 mərtəbəli evin 5-ci mərtəbəsində kirayə 3 otaqlı mənzil tutmuş, o, Bibixanım və qızları ilə birlikdə həmin mənzildə bir həftə yaşamışdır. Həmin vaxt o, Cavabdeh8 də evin yaxınlığında görmüşdür. Bibixanım mənzilin pulunun alıcı tərəfindən hələ verilmədiyindən mənzil ala bilmədiyini ona demişdir. Daha sonra o, Bibixanımın qızları ilə danışıqlarını eşidib ona mənzil alınmayacağını başa düşüb Bakı şəhəri 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə qayıtmış, qardaşlarına hadisə barədə danışmışdır. Bundan sonra mərhum atasının İddiaçı Bakı şəhəri 8-ci mkr., S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair vəsiyyətnamə qoymasını bilmişdir. İddiaçı məhkəməyə müraciət etdikdən sonra Bibixanım ona zəng edərək vədinə əməl edəcəyin i demişdir. Lakin artıq o, Bibixanımın vədinə inanmır. Ona görə də iddia ərizələrinin təmin edilməsini xahiş edir.

38. Cavabdeh4 və Cavabdeh5 iddia ərizələrini qəbul edərək, təmin edilməsini xahiş etmişdirlər.

39. Əmlak Ekspert Mərkəzinin xx.xx.2022-ci il tarixli ƏEM/S 44-620/22 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatından müəyyən olunur ki, ünvan 5nin bazar dəyəri 230000 manat, likvid dəyəri 210000 manat təşkil edir.

40. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4075/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Səadət Səlimova) iddia ərizəsi qismən təmin edilmiş, Raya Qəhrəman qızının ünvan 1 ünvanladığı xx.xx.2006-cı il tarixli ərizəsi, Cavabdeh2 ünvan 1 ünvanladığı xx.xx.2006-cı il tarixli ərizəsi, ünvan 6 Raya Qəhrəman qızının adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2006-cı il tarixli 2V-57 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, hədiyə verən Cavabdeh2 ilə hədiyyə alan Raya Qəhrəman qızı arasında bağlanaraq 11 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2006cı il tarixli Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinin ½ hissəsinin bağışlanılmasına dair müqavilə etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Raya Qəhrəman qızının adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş MH seriyalı *** **** saylı xx.xx.2006-cı il tarixli çıxarış ləğv edilmiş, X4 ünvan 1 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilmiş, Cavabdeh5 ünvan 6 təsdiq edilmiş xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilmiş, İddiaçı ünvan 6 təsdiq olunmuş xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilmiş, Cavabdeh4 ünvan 6 təsdiq olunmuş xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilmiş, Cavabdeh2 ünvan 6 təsdiqlənmiş xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilmiş, Cavabdeh2 ünvan 1 ünvanladığı xx.xx.2013-cü il tarixli ərizəsi etibarsız hesab edilmiş, ünvan 6 X4 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2013-ci il tarixli 2V-51 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibar sız hesab edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X4 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2013- cü il tarixli ******* saylı çıxarış ləğv edilmiş, Cavabdeh6 ünvan 2 ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsi etibarsız hesab edilmiş, Cavabdeh9 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsi etibarsız hesab edilmiş, Cavabdeh10 11 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsi etibarsız hesab edilmiş, Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən Cavabdeh6 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş xx.xx.2021-ci il tarixli 2V-177 reyesrt nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Resyestrindən Cavabdeh6 adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair xx.xx.2021-ci il tarixdə verilmiş çıxarış ləğv edilmiş, satıcı Cavabdeh6 ilə alıcı Cavabdeh8 arasında Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq olunmuş AN İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilm iş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın X20 Elşən Mayıl oğlunun adına Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair verilmiş çıxarış ləğv edilmiş, Cavabdeh6 80000 manatın alınaraq Cavabdeh8 verilməsi, mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən 3-cü şəxs X2 iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

41. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, atasının vəsiyyətnaməsi barədə 2022-ci ilin aprel ayının sonunda məlumatı olan İddiaçı mərhum atasının mülkiyyətində olan Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzildə vəsiyyət edən Mirzəbala Ağabala oğlunun ölümündən sonra da daimi yaşamaqla miras əmlaka faktiki sahiblik edərək mirası faktiki olaraq qəbul etmiş, İddiaçı mərhum anasının vərəsəsi kimi həmin mənzildə olan payından imtina etməsi barədə tərtib edilmiş formal xarakter daşıyan ərizəsi isə iddiaçının artıq qəbul etdiyi miras əmlaka dair yaranmış özünün mülkiyyət hüququndan imtina etməsi kimi qəbul edilə bilməz. Belə ki, dövlət tərəfindən qorunmasına təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsi ilə yanaşı məhkəmə müdafiəsinə də təminat vermişdir.

42. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə hesab etmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixdə vəfat etmiş X22ndan sonuncunun vəsiyyətnaməsi əsasında Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair mirası faktiki olaraq qəbul etdiyindən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayıldığından, qüvvədə olan qanunvericiliklə vərəsəlik işləri ilə bağlı müvafiq sənədləşdirmələrin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edildiyi üçün notariat orqanlarının öz vəzifələrini icra edərkən yol verdikləri pozuntular vərəsənin dövlət tərəfindən qorunmasına təminat verilən mülkiyyət hüququndan məhrum edilməsi üçün əsas olmadığından, Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzili nə dair tərtib olunan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, mirasın qəbulundan imtina edilməsi barədə ərizələr, bağlanmış bağışlama və alqı-satqı müqavilələri etibarsızdır. Belə ki, bu ərizələr tərtib edilərkən, əqdlər bağlanarkən Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinin mülkiyyətçisi olan İddiaçı iradə ifadəsi mövcud olmamışdır.

43. Həmçinin, etibarsız əqdlər üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarını geri qaytarmalı olduğundan məhkəmə hesab etmişdir ki, xx.xx.2022-ci il tarixdə bağlanmaqla Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq olunmuş AN İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh6 Cavabdeh8 aldığı 80000 manat satıcı tərəfindən alıcıya geri qaytarılmalıdır.

44. Məhkəmə İddiaçı qanun üzrə və rəsəlik hüququ haqqında şəhadətnamələr və bağlanmış əqdlərə əsasən Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilinə dair DƏDR-də mülkiyyət hüquqlarının qeydə alınmasına dair çıxarışların etibarsız hesab edilməklə ləğv edilməsi tələbləri ilə bağlı qeyd etmişdir ki, DƏDRX-də qeydlər şəhadətnamələr və əqdlər əsasında aparıldığından həmin şəhadətnamələrin və əqdlərin etibarsızlığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından aparılmış qeydlər ləğv edilməlidir.

45. Məhkəmə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən 3-cü şəxs X2 iddia tələbləri ilə bağlı sübutları tədqiq edib belə nəticəyə gəlmişdir ki, E.M. Şıxməmmədovanın özünün də izahatında qeyd etdiyi kimi o, nikaha daxil olduqdan sonra ərinin evində yaşadığından, valideynlərinin ölümünü bil diyi halda vərəsə olaraq mirası qəbul etməsi üçün heç bir tədbir görmədiyindən hazırkı iddia ərizəsində qeyd olunan tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Ona görə də məhkəmə mübahisə predmeti barədə müstəqil tələblər irəli sürən 3-cü şəxs X2 iddia tələblərinin təmin edilməməsi qənaətinə gəlir.

46. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 71, 127-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 1133.1, 1133.2, 1134.2, 1145, 1146, 1147, 1191, 1224.0, 1231, 1243, 1246, 1255, 1256, 1261, 1269, 1272, 1273, 1321-1323-cü, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59, 60-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində icraat

47. Cavabdeh6 apellyasiya şikayət i verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – İddiaçı iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilərək, həmin iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

48. Cavabdeh8 da apellyasiya şikayəti verərək İddiaçı iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilərək, həmin iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

49. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1440/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinovun sədrliyi və məruzəsi ilə, Namiq Cəfərov və Elşən Kazımovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

50. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mirzəbala Ağabala oğlunun mülkiyyətində olan Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzilin Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.1995-ci il tarixdə 2B-76 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməsinə əsasən oğlu İddiaçı vəsiyyət etməsi hazırkı işin mübahisəsiz halıdır.

51. Məhkəmə kollegiyası cavabdehlər Cavabdeh6 və Cavabdeh8 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinin əmlakın vəsiyyət edildiyi tarixdə mərhum Mirzabala Ağabala oğlunun xüsusi mülkiyyətində olmaması barədə dəlili ilə razılaşmamış və qeyd etmişdir ki, Mülki Məcəllənin 1152-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı va xtadək bu əmlak onun mülkiyyəti olsun.

52. Hazırkı iş üzrə olan sənədlərdən məlum olur ki, həmin mənzilə Mirzəbala Ağabala oğlunun xüsusi mülkiyyət hüququ xx.xx.1995-ci il tarixdə qeydiyyata alınmış, Mirzəbala Ağabala oğlu xx.xx.2002-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 193 saylı ölüm akt qeydi tərtib olunmuşdur. Demək ki, miras açılan vaxt həmin mənzil mirasqoyanın mülkiyyətində olduğundan, həmin əmlaka dair mirasqoyanın tərtib etdiyi (qoyduğu) vəsiyyətnamə qanuni olmuşdur və etibarlıdır.

53. Kollegiya apellyasiya şikayətlərinin həmin mənzilin iddiaçının mərhum atası mirasqoyan Mirzəbala Ağabala oğlunun və anası Raya Qəhrəman qızının birgə nikahda olduqları dövrdə, həm də əvəzli əqd əsasında əldə edilməsi, belə olan halda mənzilin 19 95-ci il tarixdə alqı-satqı müqaviləsinin əsasında alındığı tarixdə qüvvədə olmuş Nikah və Ailə Məcəlləsinin 23-cü maddəsinə əsasən həmin mənzilin ½ hissəsinin mərhum Raya Qəhrəman qızına məxsus olması barədə dəlili üzrə qeyd etmişdir ki, həmin məsələnin bu hazırkı mübahisənin həlli üçün əhəmiyyəti yoxdur, çünki rayon məhkəməsinin qətnaməsinə əsasən miras kütləsinə aid olan mənzil ilkin mirasın açıldığı, yəni ilkin mirasqoyan Mirzəbala Ağabala oğlunun xx.xx.2002-ci il tarixdə öldüyü vaxtdakı hüquqi vəziyyətinə qayıdır ki, cavabdehlərin apellyasiya şikayətinin həmin dəlili iddiaçının vəsiyyətnaməyə əsasən mirasa yiyələnməsi mərhələsində əhəmiyyətli ola bilər.

54. Apellyasiya şikayətlərinin digər dəlili həmin mənzilin mərhum Ağabala Salmanovun mülkiyyətinə, daha sonra mərhum Ağabala Salmanov un xx.xx.2021-ci il tarixdə ölümündən sonra onun arvadı Cavabdeh6 mülkiyyətinə keçməsinin tam qanuni olması ilə bağlı olmuşdur və kollegiya bununla bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin normadan da müəyyən edilir ki, vəsiyyətnamənin olması, vəsiyyət olunmuş əmlaka münasibətdə (hazırkı işdə olduğu kimi) qanun üzrə vərəsəliyin açılmasını istisna edir. Demək ki, hazırkı halda mirasın qanun üzrə qəbulu ilə bağlı cavabdehlərin hərəkətlərində hansısa qanun pozuntusunun olması şərti əhəmiyyət daşımır və həmin əqdlərin etibarsızlığı MM-in 1133.2-ci maddəsinin im perativ tələbidən irəli gəlir.

55. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair”2014-cü il 22 aprel tarixli qərarında qeyd edilir ki, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.

56. Hazırkı iş üzrə Mirzəbala Ağabala oğlunun mülkiyyətində olan mənzilini Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.1995-ci il tarixdə 2B-76 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnaməsinə əsasən, oğlu İddiaçı vəsiyyət etməsi işin mübahisəsiz halıdır. Belə olan halda, vəsiyyətnamənin olduğu halda miras əmlakın qanun üzrə vərəsəyə keçməsi etibarsız olduğundan, həmin miras əmlakın sonradan başqa vərəsələrə qanun üzrə keçməsi barədə olan digər bütün əqdlər də etibarsız olmuşdur.

57. Məhkəmə kollegiyası Cavabdeh8 apellyasiya şikayətinin iddiaçının qanunda göstərilən müddət ərzində mirası qəbul etmək hüququnun həyata keçirməməsi, mirasa subyektiv vərəsəlik hüququnun itirilməsi barədə dəlili üzrə qeyd etmişdir ki, tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, atasının vəsiyyətnaməsi barədə 2022-ci ilin aprel ayının sonunda məlumatı olan iddiaçı mərhum atasının mülkiyyətində olan Bakı şəhəri 8-ci mikrorayon, S.S.Axundov küçəsi 2 saylı evin 20 saylı mənzildə vəsiyyət edən Mirzəbala Ağabala oğlunun ölümündən sonra da daimi yaşamaqla miras əmlaka faktiki sahiblik edərək mirası fakt iki olaraq qəbul etmiş, iddiaçının mərhum anasının vərəsəsi kimi həmin mənzildə olan payından imtina etməsi barədə tərtib edilmiş formal xarakter daşıyan ərizəsi isə iddiaçının artıq qəbul etdiyi miras əmlaka dair yaranmış özünün mülkiyyət hüququndan imtina etməsi kimi qəbul edilə bilməz. Belə ki, dövlət tərəfindən qorunmasına təminat verilən vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Konstitusiya ilə vərəsəlik hüququna belə bir təminatın verilməsi birbaşa xüsusi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinin məntiqi nəticəsi olmaqla mülkiyyət hüququnun davamlılığının, heç bir məhdudiyyət qoyulmadan həyata keçirilməsi ilə yanaşı məhkəmə müdafisinə də təminat ver mişdir. MM-in 1255-ci maddəsinin tələbinə görə qəbul olunmuş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti hesab olunur. Belə olan halda müəyyən olunur ki, ilkin mirasqoyan Mirzəbala Ağabala oğlunun xx.xx.2002-ci il tarixdə öldüyü vaxtdan həmin mənzilə iddiaçı mülkiyyət hüququ əldə etmişdir.

58. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 337.1, 337.5, 1133.1, 1133.2, 1152, 1248-ci maddələrinə istinad etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

59. Cavabdeh8 (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul e dilməsini xahiş etmişdir.

60. Kassator şikayətini onunla əsaslandırmışdır ki, o mübahisəli əmlakı əldə edərkən həmin əmlak dövlət reyestrində Cavabdeh6 adına qeydə alınmış idi. Həmçinin, onlar arasında alqı-satqı müqaviləsi bağlanarkən reyestrdə əmlak üzərində yüklülük olmamış, reyestrdə qeydə etiraz daxil edilməmişdir. Beləliklə, Cavabdeh8 vicdanlı əldə edəndir və bunu şübhə altına alan hər hansı sübut, məlumat iş materiallarında mövcud deyildir.

61. Kassator Cavabdeh8 şikayətini Mülki Məcəllənin 140, 337.1, 337.5, 389.1, 567, 646.1, 647.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 14.2, 77.1, 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

62. Cavabdeh6 da (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv ed ilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

63. Cavabdeh6 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyy ənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İşdən də göründüyü kimi İddiaçı mərhum atasından miras qalmış (2002-ci ildən xəbərdar olsa da) əmlakı qəbul etməyə yönələn hərəkətləri etməmiş və bununla da istər subyektiv vərəsəlik hüququnu, istərsə də mirasın qəbul faktını rəsmiləşdirən şəhadətnamənin etibarsızlığını mübahisələndirmək üçün nəzərdə tutulmuş bu hü ququnu itirmişdir. Bu baxımdan hesab edirəm ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəmə müraciət edərkən Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq (kəsici) müddəti də ötürmüşdür.

64. Cavabdeh6 şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243, 1246-cı maddələrinə istinad edərək əsaslandırmışır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

65. İddiaçının vəkili Vəkil2 kassasiya şikayətinə etiraz göndərərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

66. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədəd ir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

67. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

68. Maddə 337.1. Bu Məcəllədə m üəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

69. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir

70. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

71. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

72. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

73. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

74. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

75. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

76. Maddə 1152. Miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun.

77. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar.

78. Maddə 1243.1. Vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir.

79. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

80. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasınd an asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir.

81. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

82. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

83. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

84. Maddə 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

85. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu:

86. Maddə

59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.

87. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razı lığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

88. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

89. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

90. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

91. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;

92. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

93. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

94. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

95. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir;

96. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır;

97. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır;

98. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır;

99. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, b u pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

100. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

101. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyas iya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

102. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prossesual hüquq normalarının tələbləri pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbuluna səbəb olmuşdur.

103. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin mənzilin iddiaçıya vəsiyyət edilməsinə və iddiaçının həmin mənzildə atası ölən gündən bu günədək faktiki yaşamasına əsaslanaraq həmin mənzilin miras açılan gündən iddiaçının mülkiyyəti hesab olunması barədə qənaəti işin hallarına və Mülki Məcəllənin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1, 1243.2, 1246, 1273-1, 1262-ci maddələrinin tələblərinə zidd olmuşdur.

104. Belə ki, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Miras əmlakın faktiki qəbulu vərəsənin ko nkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (“G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarı).

105. İddiaçının vəsiyyətnamənin mövcudluğundan məlumatlı olması qəbul edilsə belə, o, birinci növbə vərəsələrdən biri olaraq atasından miras qalan mənzili qanun üzrə vərəsəlik qaydasında belə qəbul etməyə maraqlı olmamışdır. İddiaçı iddia ərizəsində anası və bacısı tərəfindən atadan qalan miras qəbul edilərkən onun dəvət edilməməsinə və vərəsələr arasında mübahisənin olmamasına istinad etsə də, anası vəfat edən zaman artıq həmin mənzilin miras kimi anası və bacısı tərəfindən qəbul edilməsini bilmiş və anasının vərəsəsi kimi ondan qalmış mirası qəbul etmədiyini və miras əmlaka qarşı heç bir iddiasının olmaması barədə xx.xx.2013-cü il tarixli ərizə verməklə, bu mənzili nə atadan, nə də anadan qalan miras kimi qəbul etmək niyyətinin olmamasını açıq-aşkar bəyan etmişdir. Yəni iddiaçı özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətinin olmadığını açıq-aşkar təsdiqləmişdir. İddiaçının hərəkətləri onun mirası qəbul etmək məqsədi güdmədiyini göstərir. Belə olan halda, iddiaçı tərəfindən mirasın faktiki qəbul edildiyi və miras açıldığı güdən onun mülkiyyəti hesab olunması barədə məhkəmələrin mövqeyi əsassız olmuşdur.

106. Məhkəmə kollegiyası iddiaçının mərhum anasının vərəsəsi kimi həmin mənzildə olan payını qəbul etməməsi barədə ərizəsinin formal xarakter daşıyan ərizə hesab edilməsi barədə məhkəmələrin mövqeyini də əsassız hesab edir. Belə ki, iddiaçının həmin ərizəsi konkret hüquqi nəticə yaradaraq, vərəsənin mirası qəbul etmək niyyətinin olmamasını göstərməklə yanaşı, mirasın digər vərəsə Ağabala Salmanov tərəfindən qəbul edilməsinə razılığını ifadə etmiş və miras əmlakın sonuncunun mülkiyyətinə keçməsi ilə nəticələnmişdir. İddiaçı özü də iddia ərizəsində mənzildə mehriban yaşadıqlarından vərəsələr arasında mübahisə olmadığını, ona görə də, analarının ölümündən iki il sonra notariat kontoruna gedib mənzili böyük qardaşları Ağabalanın adına sənədləşdirdiklərini göstərmişdir.

107. Məhkəmə kollegiyası mübahisəli mənzilə dair 2V-57 reyestr nömrəli xx.xx.2006-cı il tarixli və 2V-51 reyestr nömrəli xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsinə dair hazırki mübahisənin açılması müdd əti ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçı tərəfindən Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verməmişdir.

108. Halbuki mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir.

109. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qayd ada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixi Qərarı).

110. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı mənzilə dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə yanaşı həmin vərəsəlik işində olan bütün vərəsələrin mirasla bağlı ərizələrinin də etibarsız hesab edilməsini tələb etmiş və məhkəmələr tərəfindən həmin şəxslərin bu barədə müvafiq tələbləri olmadığı halda, vərəsəlik işlərində olan bütün ərizələr etibarsız hesab edilmişdir. Halbuki iddiaçının digər vərəsələr adında belə tələblər irəli sürmək hüququ işdən müəyyən e dilmir.

111. Məhkəmə kollegiyası mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi üzrə gəlinən nəticəni də Azərbaycan Respublikası MM-nin 140-cı maddəsinin tələblərinə zidd hesab edir.

112. Belə ki, birinci instansiya məhkəməsi mənzilin mülkiyyətçisinin İddiaçı olmasına istinad edərək bağlanmış alqı-satqı müqaviləsinin onun iradə ifadəsinə uyğun olmadığını hesab etmiş və həmin əqdi etibarsız hesab etmiş, apellyasiya məhkəməsi həmin qətnamədən mənzilin alıcısı tərəfindən verilmiş apelyasiya şikayətini təmin etməmişdir.

113. Halbuki Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

114. Məhkəmə kollegiya sı Mülki Məcəllənin 140-cı maddəsinin tələblərini nəzərə alaraq qeyd edir ki, əmlakın onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə edilməsi mübahisəli əmlaka dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün o vaxt əsas ola bilər ki, alıcı bu fakt barədə məlumatlı olsun, əmlakı vicdanlı əldə edən olmasın. Hazırki işdə məhkəmələr tərəfindən Cavabdeh8 vicdanlı olubolmaması barədə heç bir araşdırma aparılmadan onunla bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi yuxarıda qeyd edilən maddi hüquq normasına, formalaşmış məhkəmə təcrübəsinə, Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövqelərinə zidd olmuşdur. 115. "S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əm lak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. 116. "X12 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qey d edilir ki, əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçisi ilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia ilə dəf olunmasını istisna edir.

117. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar.

118. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan mülki qanunvericilik əldə edənin vicdanlılığı prezumpsiya sını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka 3cü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu hald a Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir.

119. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

120. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual normaların pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı sayıla bilməz. Ona görə də, ka ssasiya şikayətləri qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

121. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh8 və Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2023-cü il tarixli 2(103)-1440/2023 saylı qətnaməsi ləğv edilsin, iş yeni baxışa göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar