Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3433/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Bakı şəhəri 42 saylı Notariat Ofisi, Bakı şəhəri 18 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsi, əqdin etibarsızlığı, kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ib arət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Bakı şəhəri 42 saylı Notariat Ofisi, Bakı şəhəri 18 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-292/2025 nömrəli, 5 avqust 2025-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 20 may 2004-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilə sindən aydın olur ki, satıcı Qasımov Vəkil Şükür oğlu Bakı şəhəri, C.Hacıbəyli küçəsi, 56/58 saylı evin 21 saylı mənzilini alıcı Cavabdeh4 495.000.000 (dörd yüz doxsan beş milyon) manata satmışdır.
2. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş OM seriyalı, 193715 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, C.Hacıbəyli küçəsi, 56/58 saylı evin 21 saylı mənzilinin Cavabdeh4 tam payda xüsusi mülkiyyətində olmasına dair xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır.
3. Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 788 nömrəli sərəncamına əsasən Cavabdeh4, ona məxsus olan Bakı şəhəri, C.Hacıbəyli küçəsi, 56/58 saylı evin 21 saylı mənzilin sökülüb, Memarlıq və Şəhərsalma Ba ş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəyə uyğun yenidən tikilməsinə icazə verilmişdir. 4. 06 avqust 2010-cu il tarixdə ünvan 18iq edilmiş Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58-də yerləşən 6 mərtəbəli 39 otaqdan ibarət olan, ümumi sahəsi 2407,3 kv.m, yaşayış sahəsi 1208,4 kv.m olan 21 saylı fərdi yaşayış evi Cavabdeh4 tərəfindən Cavabdeh5 bağışlanmışdır.
5. Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58 saylı evin 21 saylı fərdi yaşayış evinin Cavabdeh5 tam payda xüsusi mülkiyyətində olmasına dair xx.xx.2010-cu il t arixdə ********* nömrəli qeyd aparılmışdır. 6. 27.12.2013-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh5 Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58 saylı evin 21 saylı fərdi yaşayış evinin 4-cü mərtəbəsində ümumi sahəsi 45.5 kv.m olan 2 saylı sahəsinin 22,75 kv.m, sahəsi 17.7 kv.m olan 9 saylı, sahəsi 5.0 kv.m olan 10 saylı, sahəsi 24.6 kv.m olan 11 saylı sahəsinin 7.3 kv.m olan 12 saylı, sahəsi 24.1 kv.m olan 13 saylı, sahəsi 17.9 kv.m olan 14 saylı və sahəsi 5.0 kv.m olan 15 saylı sahələrini X4.
7. Azərbaycan respublikası Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxar ışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58 saylı evin 21 saylı fərdi yaşayış evinin 4 otaq y/s 84,3 kv.m, k/s 30.05 kv.m və 10.0 kv.m açıq eyvanın X8 mülkiyyətində olmasına dair xx.xx.2014-cü il tarixdə qeydiyyat aparılmışdır. 8. 30.07.2013-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh5 Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58 saylı evin 21 saylı fərdi yaşayış evinin 4-cü mərtəbəsində ümumi sahəsi 45.5 kv.m olan 2 saylı sahəsinin 24,22 kv.m, sahəsi 40.5 kv.m olan 3 saylı, sahəsi 5.0 kv.m olan 4 saylı, sahəsi 9.7 kv.m olan 5 saylı, sahəsi 29.0 kv.m olan 6 saylı, sahəsi 55.2 kv.m olan 7 saylı və sahəsi 5.0 kv.m olan 8 saylı sahələrini X2. 9. 30.08.2013-cü il tarixli AN-İ ****** * nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh5 Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58 saylı evin 21 saylı fərdi yaşayış evinin 6-cı mərtəbəsində ümumi sahəsi 45.5 kv.m olan 2 saylı sahəsinin 24,22 kv.m, sahəsi 40.5 kv.m olan 3 saylı, sahəsi 5.0 kv.m olan 4 saylı, sahəsi 9.7 kv.m olan 5 saylı, sahəsi 29.0 kv.m olan 6 saylı, sahəsi 55.2 kv.m olan 7 saylı və sahəsi 5.0 kv.m olan 8 saylı sahələrini İddiaçı3 satmışdır. 10. 14.08.2013-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh5 Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58 saylı evin 21 saylı fərdi yaşayış evinin 6-cı mərtəbəsində ümumi sahəsi 45.5 kv.m olan 2 saylı sahəsinin 21.28 kv.m, sahəsi 17.7 kv.m olan 9 say lı, sahəsi 5.0 kv.m olan 10 saylı, sahəsi 24.6 kv.m olan 11 saylı, sahəsi 7.3 kv.m olan 12 saylı, sahəsi 24.1 kv.m olan 13 saylı, sahəsi 17.9 kv.m olan 14 saylı və sahəsi 5.0 kv.m olan 15 saylı sahələrini X3. 11. 11.03.2014-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh5 Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58 saylı evin 21 saylı fərdi yaşayış evinin 2-ci mərtəbəsində ümumi sahəsi 45.5 kv.m olan 2 saylı sahəsinin 22.75 kv.m, sahəsi 37.5 kv.m olan 7 saylı, sahəsi 17.7 kv.m olan 9 saylı, sahəsi 5.0 kv.m olan 10 saylı, sahəsi 24.6 kv.m olan 11 saylı, sahəsi 7.3 kv.m olan 12 saylı, sahəsi 24.1 kv.m olan 13 saylı, sahəsi 17.9 kv.m olan 14 saylı və sahəsi 5.0 kv.m olan 15 saylı sahələrini X1. 12. ünvan 1 ünvanında yer ləşən mənzil üzərində mülkiyyət hüququ tam payla İddiaçı1 məxsusdur. (xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli,, Daşınmaz əmlakın dövlət reyestrində 2178 nömrə ilə reyestr kitabının 201788 nömrəli vərəqində qeydiyyata alınmış Seriya RX ******* nömrəli çıxarış). 13. ünvan 2 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ tam payla İddiaçı2 məxsusdur. (xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli, Daşınmaz əmlakın dövlət reyestrində 2181 nömrə ilə reyestr kitabının 202097 nömrəli vərəqində qeydiyyata alınmış Seriya RX ******* nömrəli çıxarış). 14. ünvan 3 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ tam payla İddiaçı3 məxsusdur. (xx.xx.2014-cü il tarixində ********** qeydiyyat nömrəli, Daşınmaz əmlakın dövlət reyestrində 2177 nömrə ilə reyestr kitabının 2017 09 nömrəli vərəqində qeydiyyata alınmış Seriya RX ******* nömrəli çıxarış).
15. Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58-də yerləşən 6 mərtəbəli 39 otaqdan ibarət olan, yaşayış sahəsi 1208.4 kv.m, qeyri-yaşayış sahəsi 1198,9 kv.m olan 21 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 3462 nömrəli vərəqində qeydiyyata alınmışdır. 16. 28 avqust 2018-ci il tarixdə ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 266 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 216 nömrəli reyestr kitabının 20368 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 17. 23 noyabr 2021-ci il tarixdə Bakı şəhəri 18 saylı dövlət notaria t kontoru tərəfindən təsdiq edilmiş ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 266 kv.m olan, 216 nömrəli reyestr kitabının 20368 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış qeyri-yaşayış sahəsi Cavabdeh5 tərəfindən Cavabdeh6 bağışlanmışdır.
18. Azərbaycan respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən 266 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh6 mülkiyyətində olmasına dair xx.xx.2021-ci il tarixdə qeydiyyat aparılmışdır.
19. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/7993 nömrəli, 04 aprel 2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, C avabdeh6 məxsus olan ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 266,0 kvadrat/metr qeyri-yaşayış sahəsinin 5,5*4,4 ölçüdə olan otağında birzən çox mənzilə xidmət edən su çənləri və nasosların quraşdırıldığı, sahəsi 2*2,1 metr ölçüdə otağında isə elektrik qurğularının quraşdırıldığı müəyyən edilmişdir.
20. Cavabdeh6 ilə "xxxx" MMC arasında bağlanmış 26 sentyabr 2022-ci il tarixli İcarə Müqaviləsindən görünür ki, ünvan 6 ünvanında yerləşən Cavabdeh6 ƏMDK-nın yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********09-05101-083001 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış əsasında tam mülkiyyət üzrə ümumi sahəsi 346.6 kv/m olan ümumi sahədən 266 km/m ofis binasını icarəçiyə qanunverciliyə müvafiq olaraq icarəyə verir. İş ü zrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
21. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış və ünvan 18iq edilmiş xx.xx.2010cu il tarixli 4Ə-05-461 reyestr nömrəli evin bağışlanma müqaviləsinin ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 266.0 kv.m olan qeyri-yaşayış sahəsinə aid olan hissəyə münasibətdə və Cavabdeh5 ilə Cavabdeh6 arasında bağlanmış, Bakı şəhəri 18 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-559 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, onların hüquqi nəticələrinin ləğv edilməsi və AR İN yanında ƏMDX DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeyd ə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində Cavabdeh6 mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər.
22. İddiaçılar iddia tələbini belə əsaslandırmışdır ki, yuxarıda qeyd olunan mənzillərin yerləşdiyi 7 mərtəbəli, 17 mənzildən ibarət olan çoxmənzilli binanın elektrik enerjisi ilə təmin edən transformator və içməli su ilə təmin edən üzərində mühərriki olan su çəninin binanın texniki zirzəmisində yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmışdır. ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evi ünvan 18iq edilmiş Cavabdeh4 ilə Cavabdeh5 adına qeydiyyatdan keçmiş, həmin fərdi yaşayış evinin müxtəlif hissələri ayrı-ayrı şəxslərin adlarına özgənin kiləşdirilmiş, həmin yaşayış evinin Cavabdeh5 məxsus hissəsindən 266 kv.m hissəsi xx.xx.2018-ci il tarixdə çıxarış əsasında ünvan 14 ünvanında yerləşən qeyriyaşayış sahəsi kimi sonuncunun adına rəsmiləşdirilmiş, çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi əmlakı olan zirzəminin müxtəlif sahibkarlara istifadəyə verilmiş, nəticədə kommunikasiya qovşaqları əlçatmaz olmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Mənzil Məcəlləsinin 35.3 və 35.4-cü maddələri kobud şəkildə pozulmuşdur.
23. Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil2 iddiaya yazılı etirazla məhkəməyə müraciət edərək etirazında bildirmişdir ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən, Cavabdeh6 mübahisə predmeti olan əmlakı Cavabdeh5 bağışlama əsasında əldə etmişdir. Həmin mü qavilənin etibarsızlığı üçün Mülki Məcəllədə müəyyən edilmiş əsaslar mövcud deyildir. İddiaçıların Mülki Məcəllənin 337, 340-cı maddələrinə istinad etməsi də tamamilə əsassızdır. Cavabdeh6 ilə Cavabdeh5 bağladıqları bağışlama müqaviləsi heç bir halda yalan və ya əhəmiyyətsiz müqavilə hesab edilə bilməz. Qeyd olunanlara əsasən, iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə iclasında Cavabdeh6 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin əsassız olduğunu, həmçinin hər iki bağışlama müqaviləsinin etibarsızlığı üçün kəsici müddətin ötürüldüyünü bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir.
25. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə ünvan 15 ünvanında yerləşən ümumi sahəsi 266 kv.m olan qeyri-yaşayış sahəsinə məhkəmə baxışı keçirilmişdir. Ba xış zamanı müəyyən edilmişdir ki, binanın 2 girişi var. Bir girişdən ümumiyyətlə istifadə olunmur, digər giriş qapısının açarı zirzəminin icarəyə verildiyi şəxsdədir. Başqa heç kimdə yoxdur. Zirzəmidə çoxlu sayda otaqlar var. Bu otaqlardan birində binanı işıqla təmin edən ləvazimat, digər bir otaqda isə binaya baxan su nasosları var. Bütün otaqlar (zirzəmi) icarədarın istifadəsindədir. Su ya işıqda problem olanda icarədara deyilir, qapını o, açır.
26. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Aytən Novruzova) 2(005)726/2024 nömrəli iş üzrə 14 may 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
27. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İş materiallarından müəyyən olunur ki, ünvan 16 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh4 20 may 2004-c ü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında almışdır. Onun bu evə olan mülkiyyət hüququ xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır. Yəni sözügedən əmlak Cavabdeh4 tam payda xüsusi mülkiyyətində olmuşdur.
28. Cavabdeh4 əmlakın tam payda mülkiyyətçisi olduğundan mülkiyyət hüququnun tərkib hissələri olan sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst iradəsi əsasında, kənar şəxslərin razılığı olmadan həyata keçirmişdir. Belə ki, Cavabdeh4 06 avqust 2010cu il tarixli bağışlama müqaviləsi ilə həmin fərdi yaşayış evini Cavabdeh5 bağışlanmışdır. Cavabdeh5 evə mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır.
29. Cavabdeh 06 avqust 2010-cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbini binanın çoxmənzilli yaşayış sahəsi olması və Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən binanın bütün mülkiyyətçilərinə məxsus sahəsinin bir şəxsin iradəsi ilə özgəninkiləşdirilməsinin yolverilməz olması ilə əsaslandırmışdır. Həmin maddəyə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artı q sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.
30. Halbuki yuxarıda qeyd e dildiyi kimi fərdi yaşayış evi 06 avqust 2010-cu il tarixli bağışlama müqaviləsi ilə özgəninkiləşdirilən zaman tam payda Cavabdeh4 xüsusi mülkiyyətində olmuşdur. Bu səbəbdən də o ev və ya onun bir hissəsini başqa şəxslərlə razılaşdırmadan öz mülahizəsinə görə sərəncam vermək hüququna malik olmuşdur. Bu baxımdan, sözügedən bağışlama müqaviləsinin etibarsızlığı üçün heç bir hal müəyyən edilmir. Məhkəmə xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsızlığı ilə bağlı qeyd edir ki, sözügedən fərdi yaşayış evinin müxtəlif hissələri ayrı-ayrı şəxslərin adlarına özgəninkiləşdirilmişdir. Fərdi yaşayış evinin Cavabdeh5 məxsus hissəsindən 266 kv.m hissə xx.xx.2018-ci il tarixdə ünvan 17 ünvanında yerləşən qeyri-yaşayış sahəsi kimi Cavabdeh5 adına qeydiyyatdan keçmişdir. Buna dair Cavabdeh5 x x.xx.2018-ci il tarixli çıxarış verilmişdir. Daha sonra bu sahə xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh6 adına özgəninkiləşdirilmişdir.
31. Göründüyü kimi yaşayış evi tam payda Cavabdeh5 xüsusi mülkiyyətində olmuş, sonradan ayrı-ayrı hissələrlə müxtəlif şəxslərin adına rəsmiləşdirilmişdir. Lakin əmlak bütünlüklə özgəninkiləşdirilməmiş, evdən Cavabdeh5 adında qalan hissə 266 kv.m hissə xx.xx.2018-ci il tarixdə ünvan 17 ünvanında yerləşən qeyriyaşayış sahəsi kimi Cavabdeh5 adına qeydiyyatdan keçmişdir. Yəni bu evin qeyd edilən hissəsi bu ev digər şəxslərin adına özgəninkiləşdirilməmişdən əvvəl də Cavabdeh5 adında olmuş, sonradan ev hissələrə bölündükdə Cavabdeh5 bu hissəyə dair ayrıca çıxarış almışdır. Bu hissənin Cavabdeh5 adına dövlət qeydiyyatına alınması qanunsu z olmamışdır. Cavabdeh5 sonradan özünə məxsus hissəni sərəncam hüququnu realizə etməklə xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsini bağlamış, əmlak Cavabdeh6 adına qeydə alınmışdır.
32. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf iddia tələbinin əsaslılığına dair hər hansı sübutlar təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2- ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas ve rən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur.
33. Eyni zamanda iddiaçılar etibarsızlığı tələb etdikləri 2010-cu və 2021-ci il tarixli bağışlama müqavilələrinin etibarsızlığını tələb etsə də, yuxarıda qeyd edilən kəsici müddəti ötürməməsinə dair heç bir sənəd və ya məlumat təqdim etməmişdir.
34. Beləliklə məhkəmə hesab etmişdir ki, kəsici müddət ötürüldüyündən müqavilənin etibarsızlığına dair iddia tələbi təmin edilə bilməz.
35. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki M əcəlləsinin 6.2, 152.1, 152.3, 213.1, 213.2, 215.1, 324, 337.1, 337.3, 337.4, 354.2, 399.1-cu maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
36. İddiaçılar birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
37. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi cavabdehlər tərəfindən Mülki Məcəllənin və Mənzil Məcəlləsinin normaları kobud şəkildə pozularaq, fərdi yaşayış evinin tərkib hissələri müxtəlif mülkiyyətçilərin adına qeydiyyatdan keçdikdən sonra onların ümumi əmlakı olan kommunikasiya qovşaqlarının yerləşdiyi zirzəminin qeyri-yaşayış sahəsi kimi üzərində mülkiyyət hüququ qanunsuz olaraq DİN Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2018-ci il tarixli 039-13221-1218 nömrəli məktubuna (RX seriyalı ******* saylı çıxarışın tapılması barədə) əsasən əvvəlcə Cavabdeh5 adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçirilmiş, daha sonra isə bir daha qanunsuzluq edərək yuxarıda qeyd olunmuş daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən sahə mülkiyyətçilərinin ümumi mülkiyyəti olan həmin qeyri-yaşayış sahəsi Cavabdeh6 adına özgəninkiləşdirilmiş və bununla da iddiaçıların ümumi mülkiyyətində olan və mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları kobud şəkil də pozulmuşdur. Məhkəmə isə qeyd edilən halları formal olaraq qətnamədə sadalasa da, düzgün hüquqi qiymət verməmişdir. Verilən vəkil sorğusuna cavab olaraq, AR İN yanında ƏMDX DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsindən daxil olan xx.xx.2023-cü il tarixli məlumatda bildirilmişdir ki, ünvan 13 ünvanda yerləşən fərdi yaşayış evi ünvan 18iq edilmiş Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2010-cu il tarixli evin bağışlanma müqaviləsinə əsasən xx.xx.2010-cu il tarixdə Cavabdeh5 adına qeydiyyatdan keçmişdir. Eyni zamanda həmin məlumatda bildirilmişdir ki, sözügedən fərdi yaşayış evinin müxtəlif hissələri ayrı-ayrı şəxslərin adlarına özgəninkiləşdirilmişdir. Fərdi yaşayış evinin Cavabdeh5 məxsus hissəsindən 266 kv.m hissə DİN Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2018-ci il tarixli 039- 13221-1218 nömrəli məktubuna (RX seriyalı ******* saylı çıxarışın tapılması barədə) əsasən xx.xx.2018-ci il tarixdə ünvan 14 ünvanda yerləşən qeyri-yaşayış sahəsi kimi Cavabdeh5 adına qeydiyyatdan keçmişdir, onun adına ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. Daha sonra Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh5 ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən mübahisə predmeti olan qeyri-yaşayış sahəsi Cavabdeh6 adına özgəninkiləşdirilmişdir. Göründüyü kimi, iddiaçıların ümumi (birgə) mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh5 ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə və həmin əqdə əsasən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin Cavabdeh6 adına özgəninkiləşdirilməsinə dair məlumatları verilən vəkil sorğusuna cavab olaraq, AR İN yanında ƏMDX DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsindən daxil olan xx.xx.2023-cü il tarixli “Məlumat təqdim edilməsi haqqında” arayışla tanış olduqdan sonra əldə etmişlər. Mülki Məcəllənin və Mənzil Məcəlləsinin normalarına uyğun olaraq sözügedən fərdi yaşayış evinin tərkib hissələri üzərində ayrıayrı şəxslərin mülkiyyət hüquqları Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsi mülkiyyətçilərinin ümumi əmlakıdır və bu səbəbdən ümumi sahəsi 266 kv.m olan texniki zirzəmiyə aid olan hissəyə münasibətdə ünvan 18iq edilmiş xx.xx.2010-cu il tarixli evin bağışlanma müqaviləsi və Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlandığı andan etibarsız hesab edilməlidir.
38. Apellyasıya icraatı zamanı həmin sahənin icarədarı "xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
39. Məhkəmənin qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/7993 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə Cavabdeh6 məxsus olan ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 266 kv.m qeyri-yaşayış sahəsinin 5,5*4,4 ölçüdə olan otağında birdən çox mənzilə xidmət edən su çənləri və nasosların quraşdırıldığı, sahəsi 2*2,1 metr ölçüdə otağında isə elektrik qurğularının quraşdırıldığı müəyyən edilmişdir.
40. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Namiq Cəfərov) 2(103)-292/2025 nömrəli 5 avqust 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş,Nərimanov Rayon Məhkəməsinin 2(005)-726/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
41. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırmaları ilə işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur ki, Cavabdeh4 xx.xx.2004-cü ildə Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/5 8-də yerləşən iki otaqlı fərdi yaşayış evini Vəkil Qasımovdan alqı-satqı əsasında əldə etmişdir, conradan o, Nərimanov RİH Başçısının xx.xx.2004-cü il tarixli sərəncamı ilə mülkiyyətində olan həmin evin sökülərək yerində yeni fərdi yaşayış evinin tikintisinə icazə almış, orada, yəni Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58-də 6 mərtəbəli 39 otaqdan ibarət olan, ümumi sahəsi 2407,3 kv.m, yaşayış sahəsi 1208,4 kv.m olan 21 saylı fərdi yaşayış evi inşa etmişdir. Apellyasiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh4 həmin evə dair mülkiyyət hüquqlarının qeydinə dair xx.xx.2007-ci il tarixində DƏDR-dən müvafiq çıxarış almışdır Bundan sonra Cavabdeh4 həmin fərdi yaşayış evini tam olaraq xx.xx.2010-cu il tarixində atası Cavabdeh5 bağışlanmışdır. Bakı şəhəri, Nərima nov rayonu, Ceyhun Hacıbəyli küçəsi 56/58 saylı evin 21 saylı fərdi yaşayış evinin Cavabdeh5 tam payda xüsusi mülkiyyətində olmasına dair xx.xx.2010-cu il tarixdə reyestrdə qeyd aparılmışdır.
42. Cavabdeh5 2013-2016-cı illər ərzində özünə məxsus həmin fərdi yaşayış evinin müxtəlif sahələrini hissələrlə ayrı-ayrı şəxslərin adlarına özgəninkiləşdirilmişdir.
43. Bundan sonra 28 avqust 2018-ci il tarixdə ünvan 19 ünvanında yerləşən ümumi sahəsi 266 kv.m olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh5 qeydə alınmış və 23 noyabr 2021-ci il tarixdə qeyri-yaşayış sahəsi Cavabdeh5 tərəfindən oğlu Cavabdeh6 bağışlanmış və hazırda da Cavabdeh6 mülkiyyətindədir.
44. Həmin qeyri yaşayış sahəsi hazırda xx.xx.2022-ci il tarixli icarə müqaviləsi əsasında Cavabdeh6 tərəfindən "xxxx" MMC-yə icarəyə verilmişdir.
45. Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, fərdi yaşayış evinin müxtəlif hissələrinin ayrı-ayrı şəxslərə satılması, onun bir hissəsinin(qeyri-yaşayış sahəsinin) isə fərdi yaşayış evinin mülkiyyətçisinin özündə saxlaması, həmin sahəni öz mülahizəsinə uyğun olaraq istifadə etməsi, eləcə də icarəyə verməsi bütövlükdə həmin tkilinin fərdi yaşayış evi olması halını aradan qaldırmır və həmin fərdi evin, sonradan həmin evdə müxtəlif sahələr əldə etmiş şəxslərin paylı mülkiyyətinə çevrilməsinə əsas vermir.
46. Demək ki, iddiaçıların hazırkı tələbində MM və Mənzil Məcəlləsinin çoxmənzilli binanın ümumi mülkiyyəti, eləcə də çoxmənzilli bunanın sahə mülkiyyətçilərinin malik olduqları hüquqlara istinad etmələri aşkar əsassızdır. Çünki onların ayrı-ayrılıqda fərdi yaşayış evində s ahələr əldə etdikləri tikili heç vaxt coxmənzili bina və ya paylı mülkiyyət olmamışdır.
47. Eyni zamanda müəyyən olunmuşdur ki, iddiaçılar həm də Cavabdeh4la Cavabdeh5 arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqaviləni də mübahisələndirilər. Halbuki işin mübahisə edilməyən halı ondan ibarətdir ki, iddiaçılar həmin mənzildəki sahələri məhz Cavabdeh5 mülkiyyətçi olduğu zamanda və ondan əldə etmişlər. İddiaçılar bu anlaşılmazlıqla da bağlı ağalbatan bir izah verə bilməmişlər.
48. İddiaçılar həmin sahədə yerləşən elektirik şiti və su çəninə zəruri hallarda nəzarət etmələrinə qoyulan məhdudiyyətlərlə bağlı da məhkəmə sübut verə bilməmişlər. Belə anlaşılır ki, iddiaçılar hazırkı tələbində hər hansı məneənin aradan qaldırılmasını deyil, fərdi yaşayış evinin ta əzəldən inşa etmiş və onun bir h issəsini sataraq, digər bir hissəsini- 266 kv.m. qeyri-yaşayış sahəsini özündə saxlayan ailənin mülkiyyətinə yiyələnmək istəyində olmuşlar.
49. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 saylı 14 iyun 2022-ci il tarixli qərardadının 17-ci bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uy ğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.
50. Rayon məhkəməsi iddia tələblərini rədd edərkən kəsici müddətlərlə bağlı normalara da istinad etmişdir. Baxmayaraq ki, iddiaçıların tələbləri öz-özlüyündə əsassız olmuşdur və bu zaman hər hansı müddətin müzakirəsinə lüzum olmamışdır. Bunula belə, rayon məhkəməsinin gəldiyi nəticə mahiyyət etibarı ilə düzgün olmuşdur.
51. MM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
52. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.1, 6.1.2, 6.2, 140, 144.2, 152.1, 152.5, 324.1, 324.5, 337, 390.1, 390.5-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 119.1, 372, 380.1, 384, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
53. İddiaçı1 (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2025-ci il tarixli, 2(103)-292/2025 nömrəli qətnaməsini ləğv etməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
54. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların ümumi (birgə) mülkiyyətində olan qeyri-yaşayış sahəsinə dair Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh5 ilə Cavabdeh6 arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə və həmin əqdə əsasən mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin Cavabdeh6 adına öz gəninkiləşdirilməsinə dair məlumatları verilən vəkil sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylıBakıƏrazi İdarəsindən daxil olan xx.xx.2023- cü il tarixli “Məlumat təqdim edilməsi haqqında” arayışla tanış olduqdan sonra əldə etmişlər. Beləliklə iddiaçıların subyektiv hüquqlarının pozulması faktının olması birinci instansiya məhkəməsi tərəfindən əsla nəzərə alınmamış və hakim özünün təxmini mülahizələri ilə iddiaçıların ümumi mülkiyyətində olan qeyri yaşayış sahəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin məktubuna və daha sonra bağışlanma müqaviləsinə əsasən mülkiyyət hüququnun cavabdehin adına qeydiyyata alı nmasının qanuni əsaslarla həyata keçirilməsi nəticəsinə gəlmiş və əsassız olaraq iddianın rədd edilməsinə dair qətnamə qəbul etmişdir.
55. İşin həqiqi hallarından da görünür ki, həqiqətən də cavabdehlər tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Mənzil Məcəlləsinin normaları kobud şəkildə pozularaq, fərdi yaşayış evinin tərkib hissələrinin müxtəlif mülkiyyətçilərinin adına qeydiyyatdan keçdikdən sonra onların ümumi əmlakı olan kommunikasiya qoşulmalarının yerləşdiyi zirzəminin qeyri-yaşayış sahəsi kimi üzərində mülkiyyət hüququ qanunsuz olaraq Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2018-ci il tarixli 03913221-1218 nömrəli məktubuna ( RX serialı ******* saylı çıxarışın tapılması barədə) əsasən əvvəllcə Cavabdeh5 adına Daşınmaz əmlakın dövlət reyestrində q eydiyyatdan keçirilmiş, daha sonra isə bir daha qanunsuzluq edərək yuxarıda qeyd olunan daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən sahə mülkiyyətçilərinin ümumi mülkiyyəti olan həmin qeyriyaşayış sahəsini Cavabdeh6 adına özgəninkiləşdirmişlər.
56. Göründüyü kimi cavabdehlər tərəfindən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları kobud şəkildə pozularaq, fərdi yaşayış evinin tərkib hissələrinin müxtəlif mülkiyyətçilərin adına qeydiyyatdan keçdikdən sonra onların ümumi əmlakı olan kommunikasiya qovşaqlarının yerləşdiyi zirzəminin qeyri-yaşayış sahəsi kimi üzərində mülkiyyət hüququ qanunsuz olaraq əvvəlcə Cavabdeh5 adına Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmiş, daha sonra isə bir daha qanunsuzluq edərək yuxarıda qeyd olunmuş daşınmaz əmlakın bağışlanma müq aviləsinə əsasən sabiq mülkiyyətçilərinin ümumi mülkiyyəti olan həmin qeyri-yaşayış sahəsini X7 adına özgəninkiləşdirilmişdir. Yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi çoxmənzilli bina 7 mərtəbə olaraq, 17 mənzildən ibarətdir və ünvan 20 ünvanında yerləşir. Həmin binanı elektrik enerjisi ilə təmin edən transformator və içməli su ilə təmin edən üstündə mühərriklər olan su çəni binanın texniki zirzəmisində yerləşən sözügedən qeyriyaşayış sahəsində (ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi,56/58, zirzəmi, qapı 1) quraşdırılmışdır.
57. Aşağı instansiya məhkəmələri tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün iddia tələbinə dair sübutların və digər halların həqiqəti əks etdirib etdirməməsini araşdırmamış və nəticə etibarı ilə aparılan səthi araşdırma prossesual normaların tələbinə cavab verməyərək ədalətsiz qətnamənin çıxarılmasına səbəb olmuşdur.
58. Apellyasiya məhkəməsi Azərbaycan Respublikasının MPM-in 14.1-ci maddəsini pozmaqla işi hərtərəfli araşdırmadan, sübutların mötəbərliliyini yoxlamadan işə baxmış, nəticədə cavabdehlərin hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Sübutların məhkəmə tərəfindən düzgün qiymətləndirilməməsi və bunun nəticəsində obyektiv reallığı əks etdirməyən qərar qəbul etməsi isə prosessual hüquq normalarının pozulması ilə nəticələnmişdir.
59. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 125-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1, 354.2, 227.1, 227.2, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1, 35.2-ci, Azərbaycan Resp ublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 88-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
60. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
61. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
62. Maddə 144.2. 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir.
63. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
64. Maddə 152.5.Mülkiyyətçi qanunda və ya müqavilədə müə yyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
65. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
66. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
67. Maddə 337.1. Bu Məcəllədə müə yyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
68. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
69. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
70. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
71. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
72. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337,339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı
73. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmə diyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqazidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə Konstitusiya Məhkəməsi Plenumu vurğulayır ki, hər hansı əqd istisna edilərək iddia verildiyi təqdirdə, həmin iddia nın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı münasibətlərə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızılğı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
74. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
75. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
76. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvaf iq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
77. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
78. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
79. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
80. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmama sı, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
81. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
82. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
83. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
84. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
85. Məhkəmə kollegiy ası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
86. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
87. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-292/2025 nömrəli, 5 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.