Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3437/2020 27.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh XXX oğlu İddia tələbi: torpaq sahəsinə mülkiyyət payının naturada ayrılması və özbaşına söküntü işləri aparılmasının dayandırılması Açar sözlər: ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölügüsü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, cavabdehin və onun vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-41/2020 nöm rəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları ünvan 1 ünvanında yerləşən 0,08 ha torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) 3/8 hissədə İddiaçı (bundan sonra – iddiaçı), 3/8 hissədə Cavabdeh XXX oğlunun (bundan sonra – cvabadeh), 1/8 hissədə X2 və 1/8 hissədə X3 ümumi paylı mülkiyyətindədir. Tərəflər ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayırlar və toprpaqdan istifadə ilə bağlı aralarında mübahisə mövcuddur. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli torpaq sahəsinin naturada ayrılması və cavabdeh tərəfindən aparılan söküntü işləri və digər qanunsuz əməllərin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə eyni tipli evlərdə ailələləri ilə birlikdə yaşayırlar. Həmin evlər özəlləşdirilmədiyi üçün ailələrinin birgə istifadəsindədir. Sözügedən yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi 0,08 ha olmaqla cavabdehlə onun və ailə üzvlərinin faktiki istifadəsindədir. Cavabdehlə aralarında müəyyən ziddiyyətlər var, cavabdeh onların torpaq sahəsi və faktiki istifadəsində olan yaşayış mənzili ilə bağlı hüquqlarını mütəmadi olaraq pozur, mülkiyyətlərindən qanuni surətdə istifadə etməsinə maneçilik törədir. Cavabdeh yaxın günlərdə onun və ailə üzvlərinin yaşadığı mənzili özbaşına sökməyə çalışaraq mənzilə xe yli ziyan vurmuş və onu yaşayış üçün yararsız hala salmağa cəhd etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddia tələbi ilə razı olmadığını bildirərək iddianın rədd olunmasını xahiş emiş, qeyd etmişdir ki, həmin torpardan hazırda özü və iddiaçı istifadə edir. İddiaçı ondan kiçik olmasına baxmayaraq torpağın və evin daha çox hissəsinə sahiblik edir, halbuki hazırda iddiaçının istifadəsində olan otaqlardan biri onun olub və iddiaçıya oradan müvəqqəti istifadə etməsinə icazə verib. Lakin hazırda iddiaçı həmin otağı ona qaytarmır və bununla da onun hüquqları pozulmuşdur. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 27623 saylı rəyində göstərilmişdir ki, mübahisəli torpaq sahəsinin naturada tərəflər arasında faktiki istifadəsində ola n variantda iki hissəyə bölünməsi texniki cəhətdən mümkündür və bölgü müvafiq norma və metodlara uyğundur. Bölgü sərhəddi və faktiki istifadə variantı rəyə əlavə olunmuş plan-sxemdə göstərilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(051)-198/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddia təmin edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya baxışı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 20894 nömrəli rəyi ilə mübahisəli torpaq sahəsi üzərində tərəflərin yaşayış sahələri və həmin torpaq sahəsində hər birinin 1/8 hissədə payı olan digər mülkiyətcilər X2 və X3 mənafeyi nəzərə alınmaqla, həmin torpaq sahəsinin 4 hissəyə bölünməsi məhkəmə tik inti-texniki ekspertizasının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(107)-41/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.Məlikov (sədrlik edən və məruzəçi), E.Hüseynov və A.Mahmudov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq iddia təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçı və cavabdehin hər birinə bərabər paylarda yəni 3/8 hissə olmaqla bölünmüşdür. Qanunla tərəflərdən hər birinə 400kv. metr torpaq sahəsindən istifadə etməli olduğu halda hər iki tərəf qanunl a müəyyən edilmiş torpaq sahəsindən daha çox sahədən (iddiaçı 457 kv. metr və cavabdeh 405 kv. metr) istifadə edirlər. İddianın məzmunundan görünür ki, torpaq sahəsində tikintilər mövcuddur. Belə ki, həmin sahə həyətyanı torpaq sahəsi olmaqla üzərində fərdi yaşayış evi yerləşir. Təqdim edilmiş çıxarışın surətindən görünür ki, torpaq sahəsi mülkiyyət hüququ üzrə 3/8 hissədə iddiaçının, 3/8 hissədə cavabdehin, 1/8 hissədə X2 və 1/8 hissədə X3 adına xx xxxxxx 2016-cı ildə qeydiyyata alınmışdır. Göründüyü kimi, torpaq sahəsinin iddiaçı və cavabdehdən başqa mülkiyyətçiləri də vardır. Torpaq sahəsi heç də iddiaçı və cavabdehin hər birinə bərabər payda deyil, digər mülkiyyətçilərin də payı daxil olunmaqla bölünmüşdür. Apelyasiya instansiyası məhkəməsi xx.xx.2019-cu il tarixli ekspert rəyi ilə bağ lı qeyd etmişdir ki, həmin rəy obyektivliyi təmin etməmişdir. Əvvəla ekspert qarşısına qoyulmuş suallar tərəflərin mülkiyyət payına uyğun deyildir. Belə ki, torpaq sahəsi tərəflərin 1/2 hissə mülkiyyətində deyildir. Ekspertiza həyətyanı torpaq sahəsində yerləşən evin yerləşmə vəziyyəti nəzərə alınmadan keçirilmişdir. Torpaq sahəsinin 16 metrlik en hissəsi iddiaçı, 8 metrlik hissəsi cavabdeh üçün bölünmüşdür. Birinci instansiya məhkəməsi hansı səbəbdən söküntü işlərinin özbaşına olması və həmin tikililərin hansı səbəbdən iddiaçıya məxsus olması səbəbindən cavabdehə qadağan edilməsini əsaslandıra bilməmişdir. Şərh olunanları nəzərə alan apelyasiya instansiyası məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5, 84, 111-ci maddələrini, Mülki Məcəllənin 152.1 və 238.1-ci maddəl ərini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Sadalanan hallar qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını pozmuş, məhkəmənin gəldiyi nəticə əsaslı olmamışdır. İş üzrə verimiş ekspert rəyi ilə topraq sahəsinin naturada bölgüsünün mümkün ol duğu qeyd olun sa da, məhkəmə həmin rəyi əsassız hesab etmişdir. Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edib, kassasiya şikayətinin əsassız olduğunu bildirərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və q ərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1). Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şə rtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər (Maddə 215). Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (maddə 220.1-220.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağl ı mövqeyini ümumiyyətlə əsaslandırmamışdır. Apelyasiya instaniya məhkəməsi tərəfindən iş üzrə verilmiş birinci rəyin nəzərə alınmaması iş materiallarına və ikinci rəyə istinadla kifayət qədər əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-41/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3437/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3437/2020
27.07.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver