Məhkəmə qərarları › İş №2(102)-3437/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3437/2024

07.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3437/2024 07.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa (Əmək Məcəlləsinin 68-ci maddəsinin “ç” bəndinə əsasən, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 üçüncü şəxs qismində cəlb edilməklə) qa rşı «işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi» tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-643/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2020-ci il tarixində "X8" MMC-nin müvafiq əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2022-ci il tarixində məhkəmənin qərarı ilə İddiaçı işə bərpa edilmiş və və onunla yazılı formada müddətsiz əmək müqaviləsi bağlanılaraq Əmək və X7 qeydiyyata alınmışdır.

2. İş materiallarında olan 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, **********180300 nömrəli Çıxarışla müəyyən edilir ki, "X8" MMC-nin mülkiyyətçisi qeyd olunan tarixdə dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********180300 saylı reyestrdən çıxarışına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2023-cü tarixində ********** saylı nömrə ilə qeydiyyata alınmış "X8" MMC-nin Nizamnaməsinə əsasən Müəssisənin yeni təsisçisi "xxxx" MMC olmuşdur.

3. Cavabdeh MMC-nin direktorunun 7 noyabr 2023-cü il tarixli, X-23/113 nömrəli əmrinə əsasən "X8" MMC-nin X4 müdiri İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsi nin 68-ci maddəsinin 2-ci hissəsinin "ç" bəndinə əsasən (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) əmək müqaviləsinə xitam verilməklə xx.xx.2023cü il tarixindən işdən azad edilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə əsasən onun orta aylıq əmək haqqısının 3 misli miqdarında müavinət ödənilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən iddiaçıya son haqq-hesabda çalışdığı dövrə görə istifadə edilməmiş 81 təqvim günü əsas əmək məzuniyyəti əvəzinə puİ vəsaiti ödənilməsi əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli, X-23/113 saylı əmrinin ləğv edilərək, iddiaçının MMCnin X4 müdiri vəzifəsinə işə bərpa edilməsinə və məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2022-ci il dekabrın 5-də məhkəmənin qərarına əsasən X8 MMCdə İR şöbəsinin müdiri vəzifəsinə işə bərpa edilmiş, lakin həmin gündən bu günə kimi zavod rəhbərliyi onu zavodun ərazisinə buraxmamışdır. Zavodun işlək olmayan giriş qapısında ona işləmək üçün yararsız bir otaq ayırmış, orada oturacağını bildirmişlər. Onu hətta zavodun yeməkxanasına da buraxmamışlar. Ona həmin yerdə 8 saat oturmasına görə maaş verilmiş, lakin vəzifə öhdəliklərini və səlahiyyətlərini icra etməyə imkan verilməmişdir. Bu barədə dəfələrlə zavodun rəhbərlə rinə və baş ofisə müraciət etsə də, sorğuları cavabsız qalmışdır. Bu ilin noyabrın 7-də baş ofisin nümayəndələri onun otağına gələrək yeni mülkiyyətçinin onunla işləmək istəmədiyini bildirmişlər və ona öz xahişi ilə işdən çıxıb getməyi təklif etmişlər. O, etiraz etdikdə ona Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "Ç" bəndinə əsasən işdən azad edilməyi barədə əmr təqdir etmişlər. Ona təqdim olunan əmrdə zavodun xx.xx.2023-cü il tarixdə yenidən qeydiyyatdan keçməsi barədə arayış verilmişdir. Əgər bu tarixi mülkiyyətçinin dəyişməsi kimi hesaba alınsa (hərçənd ki, zavodda mülkiyyətçi dəyişməsi olmayıb, təkcə təsisçi dəyişikliyi olub, bu da bundan xeyli əvvəl baş verib, hətta fevral ayında yeni direktoru da yeni təsisçi təyin edib) Noyabr ayında onu işdən çıxarmaq nə dərəcədə qanuna uyğundur? Bu məchuldur. Bundan başqa Əmək Məcəlləsinin 63-cü maddəsinin 2-ci hissəsində deyilir ki, Yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin «ç» bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər. Bildirmək iştəyir ki, X4 müdiri bilavasitə idarəetmədə iştirak edən vəzifə deyil. Kadrlar şöbəsinin müdiri sadəcə direktorun əmr və göstərişlərini icra edir, müstəqil heç nə həll etmir. Bütün bunları nəzərə alaraq, hesab edir ki, onun Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "C" bəndinə əsasən işdən azad edilməsi barədə əmr tamamilə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. İddia tələbi həmin əmrin ləğv olunması, işə bərpa olunması və məcburi iş buraxma üçün ödəniləməyən əmək haqqımın ödənilməsi ilə bağlıdır. Bununla bağlı Mediasiya prosesinə müraciət etmiş, lakin bir nəticəsi olmamışdır. O, işə qəbul olunduğu vaxt da Zavodun mülkiyyətçisi X8 Məhdud Məsuliyyətli Cəmiyyəti olmuş, indi də həmin hüquqi şəxsdir. Yəni heç bir mülkiyyətçi dəyişikliyi olmamışdır. Təkcə iki il bundan qabaq eşitdiyi qədəri ilə X8 Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi dəyişmişdir. Bu durum zavodun mülkiyyətçi dəyişikliyi kimi hesab oluna bilməz. Məlum olduğu kimi o, sənəd üzərində İR-nin müdiri vəzifəsində çalışmışdır. Faktiki olaraq isə, onun heç bir vəzif əsi olmamışdır. Belə ki, məhkəmənin qətnaməsi ilə işə bərpa olunduğu üçün, işəgötürən həm məhkəməyə, həm də ona qarşı hörmətsizlik edərək ona faktiki olaraq heç bir iş verməmiş, sadəcə olaraq məhkəmə qətnaməsi icra etdiyini göstərmək üçün ona zavodun girişində bir yararsız otaqda oturmaq üçün yer vermiş, lakin heç bir İR işini ona həvalə etməmişdir. Belə olan halda necə olur ki, Əmək Məcəlləsinin 63-ci maddəsinin 2-ci bəndinə göstərilən "bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərindən" biri hesab olunur. Göründüyü kimi işə götürən burada da qanunvericiliyi kobud şəkildə pozub. Məqsədi nəyin bahasına olursa olsun onu işdən çıxarmaqdır. Bu isə qəbul edilməzdir. Bütün bunlardan məlum olduğu kimi onun işdən azad olunması ilə bağlı Əmr Əmək Məcəlləsinin imperativ tələblərinə uyğun deyil, bu səbəblə həmin Əmr ləğv olunaraq pozulmuş hüquqları bərpa olunmalıdır.

6. İddia tələbinə qarşı cavabdeh etiraz ərizəsi verərək qeyd etmişdir ki, xx.xx.2023cü il tarixli dövlət reyestrindən verilmiş çıxarışdan da görünür ki, əmək müqaviləsinə xitam verilməmişdən əvvəl MMC-nin təsisçisi dəyişmiş, "xxxx" MMC" cavabdehin yeni təsisçisi təyin olunmuşdur. Əmək müqaviləsinə yalnız müəssisənin yeni mülkiyyətçisinin iradəsinə əsasən xitam verilməsi və buna dair heç bir əsaslandırma aparmağa borclu olmaması qanunda nəzərdə tutulmuş müstəsna hüquqdur. Nəticə etibarilə, əmək müqaviləsinə xitam verilməsində MMC tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmiş, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Odur ki, xx.xx.2023-cü il tarixli, X-23/113 saylı əmr əsaslıdır və onun ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Həmçinin cavabdeh bildirmişdir ki, iddia tələbində göstərilənin əksinə olaraq X4 müdiri bilavasitə idarəetmə ilə bağlı olan vəzifədir.

7. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, vətəndaşın əmək hüquqlarının pozulması ilə bağlı müraciəti X6 Xidmətinin ŞəkiZaqatala regional şöbəsinə daxil olmuş və tərəflərindən araşdırılmışdır. Qeyd olunan müraciətlə bağlı MMC-yə sorğu məktubu göndərilmiş, həmçinin vətəndaş iş üzrə izahatını təqdim etmişdir. Təqdim edilmiş sənədlər və izahatlara əsasən vətəndaşa müvafiq cavab məktubu göndərilmişdir. İddiaçı işdən azad edilərkən ona hesablanmış 6875,49 manat son haqq-hesabı xx.xx.2023-cü il tarixdə bankda olan əmək haqqı hesabına köçürülmüşdür. İddiaçının əmək müqaviləsinə müəssisə tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə xitam verilmişdir. Ona lazımi əmək şəraitinin yaradılmaması iddiası ilə bağlı bildirmişlər ki, MMC-nin xx.xx.2023-cü il tarixli, 262/23 nömrəli məktubunda yeni rəhbərliyin və mülkiyyətçinin ona qarşı heç bir qərəzli mövqeyinin olmadığı, əmək haqqının vaxtında ödənildiyi, məzuniyyət hüququnun təmin edildiyi, iş otağı və lazımi avadanlıqlarla təmin edildiyi qeyd olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək müqaviləsinə müəssisə tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə xitam verilmişdir.

8. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – birinc i instansiya məhkəməsi) 2(025)-232/2024 nömrəli, 5 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, əmək qanunvericiliyinin mənasına görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə (eləcə də sığorta şəhadətnaməsi) sonuncu iş günü işçiyə mütləq təqdim olunmalı, işəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. İşdən çıxan işçilərə əmək kitabçası ə mək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Mülki işin məhkəmə araşdırılması zamanı işin halları ilə müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) ilə birlikdə sonuncu iş günü işçiyə təqdim olunmuşdur. İşin bu halı iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMC-nin direktorunun 07 noyabr 2023-cü il tarixli, X-23/113 nömrəliəmri (əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «ç» (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) bə ndinə əsaslanması) əmək qanunvericiliyinin tələblərinə uyğundur. Belə ki, iş materiallarında olan 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, **********180300 nömrəli Çıxarışdan göründüyü kimi "X8" MMC-nin mülkiyyətçisi qeyd olunan tarixdə dəyişmişdir Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********180300 saylı reyestrdən çıxarışına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2023-cü tarixində ********** saylı nömrə ilə qeydiyyata alınmış "X8" MMC-nin Nizamnaməsinə əsasən Müəssisənin yeni təsisçisi "xxxx" MMC olmuşdur. Nəticədə işəgötürənlə işçi arassındakı əmək müq aviləsinin xitamına dair əmr əmək qanunvericiliyinin tələblərinə əsaslanmaqla çıxarılmışdır. Buna görə də iddiaçının işə bərpa olunması tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir.

11. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən iddiaya əlavə olaraq ərizə ilə məhkəməyə müraciət etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi də əlavə olunmaqla qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi tələbləri mahiyyət etibarı ilə bi r-birinə əlaqəli tələblər olduğundan məntiqi baxımdan işə bərpa olunması tələbi təmin olunmadığı halda sonrakı iddia tələbi də təmin olunmamalıdır.

13. Birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, İddiaçı Cavabdeh MMC-nə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2rşı «işə bərpa olunması və cavabdehin qanunsuz hərəkətlərinə görə məcburən buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsi, 63-cü maddəsinin 1, 2, 3-cü hissələrinə, 68-ci maddəsinin 2-ci hissəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsind əki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, qətnaməsi ilə iddia ərizəsi rədd olunmuşdur. Məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. İşin hallarından, məhkəmənin gəldiyi nəticədən məlum olur ki, məhkəmə işi araşdırmadan, maddi və prosessual hüquq normaları pozaraq qətnamə qəbul edib. Ona görə də hesab etmişdir ki, həmin qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək onun iddia tələbi təmin olunmalıdır. Belə ki, o, 2022-ci il dekabrın 5-də Şəki Apely asiya Məhkəməsinin qətnaməsinə əsasən X8 MMC-də İR şöbəsinin müdiri vəzifəsinə işə bərpa edilmiş, lakin həmin gündən bu günə kimi zavod rəhbərliyi onu zavodun ərazisinə buraxmayıb. Zavodun işlək olmayan giriş qapısında ona işləmək üçün yararsız bir otaq ayırıb, orada oturacağını bildiriblər. Onu hətta zavodun yeməkxanasına da buraxmayıblar. Ona burda 8 saat oturmağına görə maaş verilib, lakin vəzifə öhdəliklərini və səlahiyyətlərini icra etməyə imkan verməyiblər. Bu barədə dəfələrlə zavodun rəhbərlərinə və baş ofisə müraciət etsə də sorğuları cavabsız qalıb. Bu il noyabrın 7-də baş ofisin nümayəndələri onun otağına gələrək yeni mülkiyyətçinin onunla işləmək istəmədiyini bildirdilər və ona öz xahişi ilə işdən çıxıb getməyi təklif etdilər. O, etiraz etdikdə ona Əmək Məcəlləsinin 68-ci maddəs inin 2-ci hissəsinin “Ç” bəndinə əsasən işdən azad edilməyim barədə əmr təqdim etdilər. Əvvəla qeyd etmək istəyir ki, ona təqdim olunan əmr Əmək məcəlləsinin ziddinə verilib, əmrin əsas hissəsində müəssisənin nizamnaməsi və verginin reyestrindən cıxarış göstəriliməyib. Müəssisənin Nizamnaməsi işçini işdən çıxarmaq ücün əsas ola bilməz. Bütün bunları nəzərə alaraq, hesab edir ki, onun Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “Ç” bəndinə əsasən işdən azad edilməyi barədə əmr tamamilə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin qətnaməsi Əmək Məcəlləsinin 68-ci maddəsinin, 2-ci hisəsəinin C bəndinə və digər maddələrinə o cümlədən digər qanunvericilik aktlarına ziddir. Qeyd edilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsin i, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-232/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayətinə etiraz verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-643/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – M.Əsədli (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ə.Məcidov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 5 mart 2024-cü il tarixli, 2(025)-232/2024 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyiş dirilmədən saxlanılması qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, mülki işin məhkəmə araşdırılması zamanı işin halları ilə müəyyən edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) ilə birlikdə sonuncu iş günü işçiyə təqdim olunmuşdur. İşin bu halı iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh MMCnin direktorunun 7 noyabr 2023-cü il tarixli, X-23/113 nömrəli əmri (əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsi nin «ç» (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) bəndinə əsaslanması) əmək qanunvericiliyinin tələblərinə uyğundur.

19. Belə ki, iş materiallarında olan 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, **********180300 nömrəli çıxarışdan göründüyü kimi "X8" MMC-nin mülkiyyətçisi qeyd olunan tarixdə dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********180300 saylı reyestrdən çıxarışına və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2023-cü tarixində ********** saylı nömrə ilə qeydiyyata alınmış "X8" MMC-nin Nizamnaməsinə əsasən Müəssisənin yeni təsisçi si "xxxx" MMC olmuşdur. Nəticədə işəgötürənlə işçi arassındakı əmək müqaviləsinin xitamına dair əmr əmək qanunvericiliyinin tələblərinə əsaslanmaqla çıxarılmışdır.

20. Əmək Məcəlləsinin 68-ci maddəsinin “ç” bəndinin məzmunundan görünür ki, müəssisənin mülkiyyətçisi dəyişdikdə, yeni mülkiyyətçi siyahısı qanunda konkret göstərilmiş vəzifələrdə çalışan işçilərin əmək müqaviləsinə əlavə heç bir əsaslandırma aparmadan yalnız bu maddəyə istinad etməklə xitam verə bilər.

21. Qeyd olunmalıdır ki, əmək müqaviləsinə yalnız müəssisəsinin yeni mülkiyyətçisinin iradəsinə əsasən xitam verilməsi və buna dair heç bir əsaslandırma aparmağa borclu olmaması qanunda nəzərdə tutulmuş müstəsna hüquqdur. Qeyd edilən müstəsnalığın tanınmasının isə legitim səbəbləri vardır. Belə ki, qanunla mülkiyyətçinin bu hüquq dan istifadə etmək imkanı verilmiş vəzifələr bilavasitə müəssisənin işinin və maliyyə resurslarının idarə edilməsi ilə bağlıdır. Göstərilən vəzifələrin müəssisənin işinin təşkili, fəaliyyətinin effektivliyi, davamlılığı, mənfəətlilik səviyyəsi, işgüzar nüfuzu və s. hallar baxımından müəssisənin fəaliyyəti üçün əhəmiyyəti nəzərə alındıqda müəssisənin mülkiyyətçisinin belə müstəsna səlahiyyətə malik olması hüquqi baxımdan qəbul ediləndir. Həmçinin, mülkiyyətçinin həmin müəssisəyə sahib olmaqla çatmaq istədiyi məqsədlər (ictimai, iqtisadi, sosial və s.) baxımından müəssisənin fəaliyyəti üçün strateji hesab edilən, qeyd olunan vəzifələrə özünün etimad göstərdiyi, səriştəsinə, peşəkar bacarıqlarına inandığı şəxsləri təyin etməsi haqlı və məntiqli yanaşmadır.

22. Apellyasiya instansiyası məhkəmə si qeyd etmişdir ki, müəssisənin mülkiyyətçisinin dəyişməsi dedikdə, dövlət yaxud bələdiyyə əmlakı özəlləşdirilərək fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə verildikdə, dövlət müəssisələri bələdiyyə mülkiyyətinə verildikdə müəssisənin əmlakına olan mülkiyyət hüququnun bir şəxsdən digər şəxsə, yaxud şəxslərə keçməsi (verilməsi) başa düşülür.

23. Eyni zamanda, müəssisənin mülkiyyətçinin dəyişməsi dedikdə, əsasən təsisçi, payçı, səhmdar dəyişikliyi başa düşülür. Təşkilatın üç təsisçisi olduğu halda və təsisçilərdən biri yeniləndikdə artıq yeni mülkiyyətçi ortaya çıxır. Hər şey təsisçilərin iclas protokolunda qəbul olunan qərardan asılı olur. Başqa təsisçilərin olması yeni təsisçinin təkbaşına qərar qəbul etməsinə maneəçilik törədir, amma qərar qəbul olunsa, təşkilatda yeni mülkiyyətçi olduğ una görə Əmək Məcəlləsinin 63-cü maddəsi tətbiq oluna bilər.

24. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, əmək qanunvericiliyinə əsasən müəssisə dedikdə - mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi nəzərdə tutulur (Əmək Məcəlləsi maddə 3.1).

25. Təsisçisi (mülkiyyətçisi) dövlət olan müəssisə dövlət müəssisəsi, bələdiyyə olan müəssisə bələdiyyə müəssisəsi, fiziki və ya hüquqi şəxslər olan müəssisə özəl müəssisə hesab edilir. Mülkiyyətçiləri qismində bu subyektlərin (ən azı ikisinin) eyni zamanda çıxış etdiyi müəssisə isə qarışıq tipli müəssisədir. Müəssisənin mülkiyyətçisi (və ya mülkiyyətçiləri) qismində dövlət, bələdiyyələr, fiziki və ya hüquqi şəxslər çıxış edə bilərlər. Müəssisənin bir neçə mülkiyyətçisi ola bilər və bir müəssisənin mülkiyyətçiləri eyni zamanda həm dövlət, həm bələdiyyə, həm də fiziki və ya hüquqi şəxslər ola bilər. Bu halda, onlardan hər biri öz paylarına uyğun olaraq müəssisənin əmlakı üzərində mülkiyyətçi səlahiyyətlərini həyata keçirirlər.

26. Müəssisənin mülkiyyətçisi anlayışı ilə müəssisənin əmlakının mülkiyyətçisi anlayışı fərqləndirilməlidir. Müəssisənin mülkiyyətçisi dedikdə onun təsisçiləri (sonradan dəyişdiyi halda onların yerinə keçən şəxslər), müəssisənin əmlakının mülkiyyətçisi dedikdə isə müəssisənin özü başa düşülür. Dövlət və bələdiyyə müəssisələri baxımından müəssisənin mülkiyyətçisi anlayışı, həm də onun əmlakının mülkiyyətçisi anlayışını ehtiva etsə də, özəl və qarışıq tipli müəssisələr baxımından vəziyyət fərqli ola bilər. Məsələn: Bir hüquqi şəxsin təsisçiləri (iştirakçıları) həmin müəssisənin mülkiyyətçiləri olduğu halda, müəssisənin əmlakının mülkiyyətçiləri hesab edilmirlər. Müəssisənin əmlakının (nizamnamə kapitalı, ofis, istehsal sahələri və digər əmlak, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlər) mülkiyyətçisi həmin hüquqi şəxsin özüdür.

27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin “ç” bəndinin mənası baxımından “müəssisənin mülkiyyətçisinin dəyişməsi” ifadəsi maddənin yazılışından da göründüyü kimi müəssisənin mülkiyyət formasının (dövlət, bələdiyyə və ya özəl) deyil, mülkiyyətçisinin dəyişməsi halını ifadə edir.

28. O da qeyd olunmalıdır ki, müəssisənin mülkiyyət formasının dəyişməsi hər bir halda onun mülkiyyətçisinin də dəyişməsi anlamına gəlməklə, müəssisənin mülkiyyətçisinin dəyişməsi əsaslarından biri kimi çıxış edir. Belə ki, müəssisənin mülkiyyət forması dəyişmədən də mülkiyyətçinin dəyişməsi halı baş verə bilər. Məsələn: hüquqi şəxslər baxımından tək təsisçisinin dəyişməsi həmin müəssisənin mülkiyyətçisinin dəyişməsi anlamına gəlir və bu halda yeni təsisçinin avtomatik bu əsasla əmək müqaviləsinə xitam vermək hüququ yaranmış olur.

29. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə üzrə gəldiyi nəticə işin həqiqi h allarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir..

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1 və 3-cü hissələri, 3-cü maddəsinin 1-ci hissəsi, 44-cü maddəsinin 3-cü hissəsinə, 63-cü maddəsinin 1, 2, 3-cü hissələrinə, 68-ci maddəsinin 2-ci hissəsinə, 83-cü maddəsinin 1-ci hissəsinə istinadla əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü iltarixli 2(107)-643/2024 sayılı qətnaməsinin ləğv edilm əsi, apelyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini, iddiaçının iddia ərizəsinin təmin edilməsini, bu mümkün deyilsə işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir.32. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsini və digər maddələrini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “c” bəndini və digər maddələrini, digər qanunvericilik aktlarını pozmuşdur. Hesab edirlər ki, həmin qətnamə qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də ədalətsiz və əsassızdır. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əh əmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. İşin hallarından, məhkəmənin gəldiyi nəticədən məlumolur ki, məhkəmə işi təfsilatlı araşdırmadan, maddi və prosessual hüquq normalarını pozaraq qətnamə qəbul edib. Ona görə də hesab edirik ki, həmin qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddiaçının iddia tələbi təmin olunmalıdır. Belə ki, iddiaçı öz izahatında bildirir ki, “mən 2022-ci il dekabrın 5-də Şəki apelyasita məhkəməsinin qətnaməsinə əsasən X8 MMC-də İR şöbəsinin müdiri vəzifəsinə işə bərpa edilmişəm. Lakin həmin gündən bu günə kimi zavod rəhbərliyi məni zavodun ərazisinə buraxmayıb. Zavodun işlək olmayan giriş qapısında mənə işləmək üçün yararsız bir otaq ayırıb, orada oturacağımı bildiriblər. Məni hətta zavodun yeməkxanasına da buraxmayıblar. Mənə burda 8 saat oturmağ ıma görə maaş verilib, lakin vəzifə öhdəliklərimi və səlahiyyətlərimi icra etməyə imkan verilməyiblər. Bu barədə dəfələrlə zavodun rəhbərlərinə və baş ofisə müraciət etsəm də sorğularım cavabsız qalıb. 2023-cü ilin noyabrın 7-də baş ofisin nümayəndələri mənim otağıma gələrək yeni mülkiyyətçinin mənimlə işləmək istəmədiyini bildirdilər və mənə öz xahişimlə işdən çıxıb getməyi təklif etdilər. Mən etiraz etdikdə mənə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən işdən azad edilməyim barədəəmr təqdim etdilər”.

33. Əvvəla qeyd etmək istəyir ki, ona təqdim olunan əmr Əmək Məcəlləsinin ziddinə verilib, əmrin əsas hissəsində müəssisənin nizamnaməsi və verginin reyestrindən cıxarış göstərilməyib.

34. Müəssisənin Nizamnaməsi, işçini işdən çıxarmaq üçün əsas ola bilməz. Təəs süf ki, bu faktı rayon məhkəməsi və apelyasiya məhkəməsi nəzərə almadı, lakin məhkəmənin nəzərə almadığı əsas məsələ mülkiyyətçinin onunla işləmək istəməməsi ilə bağlı qarşı tərəfin heç bir yazılı sənəd təqdim edə bilməməsidir. Mülkiyyətçinin onu işdən cıxarması barədə əmri nə ona, nə də onun tələbi ilə məhkəməyə təqdim etməmişlər. Ona təqdim olunan əmrdə zavodun xx.xx.2023-il tarixdə yenidən qeydiyyatdan keçməsi barədə arayış verilib. Əgər bu tarixi mülkiyyətçinin dəyişməsi kimi hesaba alsaq (hərçənd ki, zavodda mülkiyyətçi dəyişməsi olmayıb, təkcə təsisçi dəyişikliyi olub, bu da bundan xeyli əvvəl baş verib, hətta fevral ayında yeni direktoru da yeni təsisçi təyin edib) noyabr ayında onu işdən çıxarmaq nə dərəcədə qanuna uyqundur? Bu məchuldur. 35.Bildirmək istəyir ki, X4 müdiri bilavasi tə idarəetmədə iştirak edən vəzifə deyil. Kadrlar şöbəsinin müdiri sadəcə direktorun əmr və göstərişlərini icra edir, müstəqil heç nə həll etmir.

36. Bütün bunları nəzərə alaraq, hesab edirlər ki, iddiaçının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “Ç” bəndinə əsasən işdən azad edilməsi barədə əmr tamamilə qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Hesab edirlər ki, Qəbələ Rayon Məhkəməsinin qanunsuz qətnaməsini qüvvəsində saxlayan Şəki Apelyasiya Məhkəməsinin qətnaməsi Əmək Məcəlləsinin 68-ci maddəsinin, 2-ci hissəsinin C bəndinə və digər maddələrinə o cümlədən digər qanunvericilik aktlarına ziddir.

37. Bunda başqa hesab edirlər ki, məhkəmə bu qətnaməsi ilə iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi və digər maddələri, digər qanunvericilik aktları, o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ilə nəzərdə tutulmuş “ədalətli məhkəmə hüququnu” pozmuşdur.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci, 218.3-cü, 418ci və digər maddələri və digər maddələri, digər qanunvericilik aktları pozulmuşdur. 39.Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X1 6-cı, Əmək Məcəlləsinin 63-cü maddəsinin 2-ci hissəsinə, 68-ci maddəsinin 2-ci hissəsinə və Mülki Prosessual Məcəllənin 217.1, 218.3, 386, 418.1, 418.2, 418.3-cü maddələrinə də istinadla əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şik ayətinin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

41. Maddə 63

1. Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər.

2. Yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əm ək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin «ç» bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər.

3. Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürən tərəfindən sahibkarlıq fəaliyyəti və hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq fəaliyyətinə xələl gətirə bilən səriştəsizliklərini aşkara çıxarmadan onların əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi yolverilməzdir. Yeni mülkiyyətçi və ya işəgötürən işçilərin peşəkarlıq səviyyəsini, müəssisədə mövcud olan iş yerlərinin sahibkarlıq fəaliyyətini sərbəst surətdə həyata keçirmək üçün zəruri liyini iş yerlərinin və işçilərin attestasiyasını keçirməklə müəyyən etməlidir. 42.Maddə 68

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); 43.Maddə 83 1(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsa slandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 45.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 46.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 47.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələr in işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 48.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 49.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 50.Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 51.Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 52.Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsini n faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 53.Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 54.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 55.Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdeh müəssisədə X4 müdiri vəzifəsində işləmiş və müəssisənin mülkiyyətçinin dəyişməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. 56.Məhkəmə kollegiyası qeyd edir ki, müəsssisənin insan resursları şöbəsi müəssisəni insan resursları siyasətinə müvafiq olaraq layiqli və peşəkar kadrlarla təmin etmək, əməkdaşların peşə hazırlığı səviyyəsinin, nəzəri biliklərinin və bacarıqlarının inkişafı istiqamətində lazımi tədbirlər həyata keçirmək, komanda ruhunun saxlanılmasına, əməkdaşların motivasiyasının yaxşılaşdırılması, onların məhsuldarlığının artırılması istiqamətində lazımi tədbirləri həyata keçirməklə bilavasitə idarəetmə funksiyasını yerinə yetirən struktur bölmədir. Ona görə də müəssisənin mülkiyyətçinin dəyişməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndi ilə həmin strurtur bölmənin rəhbərinin əmək mü qaviləsinə xitam verməyə əsasdır. 57.Məhkəmə kollegiyası kassasiya şikayətinin mülkiyyətçinin onu işdən cıxarması barədə əmri nə ona, nə də onun tələbi ilə məhkəməyə təqdim edilmədiyi barədə dəlili ilə əlaqədar bildirir ki, dəlil əsassızdır.belə ki, iddiaçının iddia ərizəsi ilə təsdiq edilir ki, iddia ərizəsinə Cavabdeh MMC-nin xx.xx.2023 tarixli X-23/113 saylı Əmrinin surəti iddia ərizəsinə əlavə edilmişdir və iş materiallarında da (1-ci cild, i.v. 40) həmin əmr mövcuddur. 58.Qeyd edilənləri nəzərə alan kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxa rıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 59.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 60.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 61.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2024-cü il tarixli 2(107)643/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar