Məhkəmə qərarları › İş №2(102)-3438/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3438/2022

13.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3438/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı ilk, Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı qarşılıqlı iddaları barədə iş üzrə QƏRARİ iş № 2(102)-3438/2022 (Açar sözlər: mənzilin təhvil verilməsi, kirayə pulunun ödənilməsi, müqavilə şərtinin dəyişdirilməsi) Bakı şəhəri,13 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilə şərtlərinin dəyişd irilməsi” tələbinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1076/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin kassasiya şikayətinə 13 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 mülkiyyət hüququ ilə İddiaçı (bundan sonra “iddiaçı”) adına daşınmaz əmlakın dövlət reyestrində 2168 nömrəli reyestr kitabının 200818 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.

2. Cavabdeh MMC (bundan sonra cavabdeh) ilə iddiaçı arasında xx.xx.2017-ci il tarixli 176 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan (ünvan 1) sənəd üzrə 15 kv.m, faktiki isə 92.15 kv.m-dən ibarət yaşayı ş sahəsini sökülmək üçün cavabdehə təhvil verməyi, habelə 18 ay müddətində cavabdeh tərəfindən həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasından Xətai prospektinə baxan hissədə onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə iddiaçıya 143,8 kv.metr təmirsiz mənzil verməyi öhdəsinə götürmüşdür.

3. Müqavilənin 1.1.3-cü bəndinə əsasən cavabdeh iddiaçıya kompensasiya şəklində 18 ay müddətində aylıq 500 manat məbləğində verəcəyi kirayə haqqını verməməklə, həmin məbləğin hesabına iddiaçıya veriləcək mənzilin sahəsini artırmağı öhdəsinə götürümşüdür. Cavabdeh binanı 18 ay ərzində başa satdıra bilməsə, 18 ay müddət bitəndən mənzil təhvil verilənədək iddiaçıya 500 manat kirayə haqqı ödəməlidir.

4. Müqavilənin 1.1.4-cü bəndinə görə isə iddi açı ona veriləcək mənzilin sahəsinin artırılması məqsədilə bina tikilib başa çatanadək 18 ay ərzində aylıq 555,55 manat olmaqla cavabdehə cəmi 10000 manat pul verməyi öhdəsinə götürmüşdür.

5. İddiaçı cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli pretenziya məktubunda 143.8 kv.m ibarət mənzilin 3 gün müddətində təhvil verilməsini xahiş etmiş, əks halda, xx.xx.2017-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə iddia ərizəsi ilə cavabdehə qarşı iddia irəli sürüləcəyini göstərmişdir.

7. Mübahisə müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi (sonradan tələbin həcminin artırılması barədə ərizə) ilə Bakı şəhəri Nərimanov Rayon məhkəməsinə müra ciət edərək, cavabdeh bağladığı xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospektində cavabdedeh tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasından Xətai prospektinə baxan hissədə 11-ci mərtəbədə yerləşən sahəsi 143.8 kv.m ibarət mənzilin ona təhvil verilməsi, 2019-cu ilin mart ayının 25-dən 2021-ci ilin iyul ayının 25-dək ödənilməmiş kirayə haqqının əvəzi olaraq cəmi 13.000 manat məbləğində pulun cavabdehdən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, müqavilə bağlandığı 25 noyabr 2017-ci ildən bu günədək mənzilin təhvil verilməyib, üstəlik, cavabdeh aylıq 500 manat kirayə haqqını da ödəmir.

9. Eyni zamanda müqavilənin 1.1.4 -cü bəndinə görə iddiaçı ona veriləcək mənzilin sahəsinin artırılması məqsədilə 18 ay müddətində ayda 555,55 manat olmaqla cavabdehə 10000 manat pul ödəməli idi. Lakin iddiaçı ilə cavabdeh şifahi razılıq əldə ediblər ki, iddiaçı cavabdehə 10000 ödənilməməsi üçün iddiaçıya aylıq kirayə haqqı kimi ödənilən 500 manat 2019-cu ilin may ayı da daxil olmaqla 25 may 2019-cu ilə tarixədək ödənilməsin və həmin məbləğlər əvəzləşdirilsin. 25 may 2091-cu il tarixdən sonra isə mənzil iddiaçıya təhvil verilənədək ona aylıq 500 manat kirayə pulunun ödənilməsi davam etdirilsin.

10. Hazırki iddia ərizəsi tərtib olunan günədək cavabdeh iddiaçıya 13000 manat kirayə pulu ödəməli idi, lakin cavabdeh bu öhdəliyini yerinə yetirmir.

11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 385.1, 425, 442, 443. 1, 445.1 və 445.2.1-ci maddələrinə istinad etmişdir.

12. Cavabdeh də qarşılıqlı iddia ərizəsi verərək, iddiaçı ilə bağlanmış xx.xx.2017-ci il tarixli 176 saylı müqavilənin 1.1.2, 1.1.3, 1.1.4-cü maddələrinə aşağıdakı redaksiyada “1.1.2. Tikinti şirkəti Cavabdeh MMC ünvan 1 ünvanda yerləşən “Əmlak mülkiyyətçisi”nə məxsus 92.15 kv.m-dən ibarət yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, yaşayış binasının 18 ay müddətində başa çatdıraraq, inşa etdiyi binalardan 110.58 kv.m təmirli mənzili “Əmlak mülkiyyətçisinin” mülkiyyətinə verməyi öhdəsinə götürür. 1.1.3. Tikinti şirkəti “Əmlak mülkiyyətçisi”nə kompensasiya şəklində 18 ay müddətində aylıq 500 manat məbləğində kirayə haqqı verir. 1.1.4. Tikinti şirkəti tərəfindən müqavilənin 1.1.2-ci maddəsinə əsasən mənzil 18 ay müddət ində «Əmlak mülkiyyətçisinə təhvil verilmədiyi halda aylıq kirayə haqqı olan 500 manat məbləğ 25 iyul 2021-ci il tarixinədək ödənilsin” kimi dəyişiklik edilməsinə dair çıxarılmasını xahiş etmişdir.

13. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 143.8 kv.m mənzilə dair tam mülkiyyət hüququnu əldə etmək üçün 1.1.4 bəndini icra etməli, başqa sözlə, 143.8 kv.m sahənin əldə edilməsi üçün 10.000 manat məbləği ödəməli olduğu halda bunu etməmiş, bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.

14. Cavabdeh isə üzərinə düşən öhdəlikləri obyektiv səbəblərdən yerinə yetirə bilməmişdir. Buna səbəb hazırkı müqavilə üzrə tikilməsi və iddiaçıya təhvil verilməsi nəzərdə tutulmuş ərazi üzrə Nərimanov rayon icra Hakimiyyətinin 24 oktyabr 2016-cı il tarixli sərəncamın ın hissəvi olaraq, 2 saylı Bakı inzibati - iqtisadi məhkəməsinin 08 avqust 2019-cu il tarixli qərarı ilə ləğv edilməsi olmuşdur. Yəni, iddiaçı üçün tikilməsi nəzərdə tutulmuş binanın inşa edilməsi imkanları aradan qaldırılmışdır. Bu baxımdan, tərəflər arasında olan xx.xx.2017-ci il tarixli müqavilənin 1.1.2-ci bəndinin icrası cavabdehdən asılı olmayan səbəblərdən, qeyri-mümkün olmuş və gələcəkdə icra olunması imkanları məlum məhkəmə qərarı ilə məhdudlaşdırılmışdır.

15. Qeyd olunanlar və mövcud vəziyyət cavabdehi 25.11,2017-ci il tarixli 176 saylı müqavilənin 1.1.2-ci bəndini şərtlərini ləğv etmək məcburiyyətində qoymuş və xx.xx.2020ci il müqavilənin 1.1.2-ci maddəsinin ləğv olunması barədə iddiaçıya bildiriş göndərilmişdir. Həmin bildirişdə xx.xx.2017-ci il tarixli 176 saylı müqavilənin 1. 1.2-ci maddəsinin ləğv olunması ilə yanaşı, 2 bəddən ibarət təklif göndərilsə də, iddiaçı bu təklifə hər hansı bir münasibət bildirməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən növbəti dəfə iddiaçıya 20 sentyabr 2021-ci il tarixli məktub təklif ilə müraciət olunmuş, lakin iddiaçı tərəfindən təklif qəbul olunmamışdır.

16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3122/2021 saylı, 22 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. (hakim Aytən Novruzova)

17. Birinci instansiya məhkəməsi işdəki sübutlarla müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2017-ci il tarixli 176 müqavilə bağlamış və iddiaçı mülkiyyətində olan ünvan 1-ni, sənəd üzrə 15 kv.m, faktiki isə 92.15 kv.m ibarət yaşayış sahəsini sökülmək üçün cavabdehə təhvil verm əyi, habelə 18 ay müddətində cavabdeh tərəfindən həmin ərazidə inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasından Xətai prospektinə baxan hissədə onun üçün nəzərdə tutulmuş mənzili qəbul etmək öhdəliyi götürmüş, lakin müqavilə öhdəliyi bu günədək icra edilməmişdir.

18. Birinci instansiya məhkəməsi hesab edib ki, ilk iddia tələbi əsaslıdır, belə ki, mübahisəli mənzil cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmiş, bununla da cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.

19. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi ağlabatan müddətdə və vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdehin hərəkətsizliyi, müqavilə bağlandıqdan təxminən 2 ildən çox müddət ərzində qeyd olunan ərazidə hə r hansı inşaat işləri aparmaması öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməldir. Cavabdeh iddiaçı ilə bağlanmış sözügedən müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək 2019-cu ildə təhvil verməli olduğu əmlakı ona verməmişdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsi baxımından öhdəliyin pozulması dedikdə, öhdəliyin tərkibini təşkil edən hərəkətlərin, ümumiyyətlə, yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə, vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtl ərin pozulması başa düşülməlidir. Cavabdeh risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, mənzilləri iddiaçıya təhvil verməlidir.

20. Qarşılıqlı iddia tələbinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin tələbi əsassızdır, təmin oluna bilməz. Belə ki, cavabdeh müqaviləyə dəyişiklik edilməsini istəyir, lakin qanunvericiliyə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən, “müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur”.

21. Birinci instansiya məhkəməsi hesab edib ki, müqavilədə dəyişiklik edilməsi üçün ümumiyyətlə əsaslar yoxdur. Müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçı və cavabdehin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtlərini qarşılıqlı razılıq çərçivəsində müəyyənləşdirilmişlər.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Mə cəllənin 405.1, 421.2, 423.2, 425.1, 427.3, 442, 448.1, 448.2, 752.1, 759.1, 759.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

24. Apellyasiya şikayəti qarşılıqlı iddianın dəlillərinə uyğun əsaslandırılmaqla, şikayətdə birinci instansiya məhkəməsi tərəfindən müqavilənin 1.1.4-cü bəndinə qiymət verilməməsinə, iddiaçının 10000 manatı ödəməməsi ilə bağlı cavabdehlə şifahi razılıq əldə edilməsinin təhrif olunmasına istinad edilib.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (2(103)- 1076/2022 saylı mülki iş üzrə 25 yanvar 20 22-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov, Vahid Sadıqov)

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə bağlanmış müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək 2019-cu ildə təhvil verməli olduğu əmlakı ona verməmişdir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümum iyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

27. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni də qanuni və əsaslı hesab edərək qeyd etmişdir ki, cavabdehin mübahisələndirdiyi xx.xx.2017-ci il tarixli, 176 saylı müqavilədə dəyişiklik edilməsi üçün əsaslar yoxdur. Qarşılıqlı iddiaçının iddia tələbində qeyd edilənlər, maddi hüquq normaları baxımından sübut ediləcəyi təqdirdə əsaslıdır.

28. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edib ki, cavabdeh şikayətində tərəflər arasında olan xx.xx.2017-ci il tarixli müqavilənin 1.1.2-ci bəndinin icrasının MTK-dan aslı olmayan səbəblərdən qeyri-mümkün olduğu və gələcəkdə icra olunması imkanlarının məhkəmə qərarı ilə məhdudlaşdırıldığı, müqavilənin 1.1.2 -ci bəndinin şərtlərini ləğv etmək məcburiyyətində qalmaları, bu barədə iddiaçıya bildiriş göndərilsə də, iddiaçı tərəfindən hər hansı bir münasibət bildirilməməsini qeyd etsə də, göstərilən halları sübuta yetirə bilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayətinin dəlilləri: - məhkəmələr iki halı araşdırmamış, tərəflər a rasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin 1.1.4 maddəsinə hüquqi qiymət verməmişlər. Müqavilənin 1.1.1, 1.1.2, 1.1.3 və 1.1.4-cü bəndlərindən görünür ki, həmin şərtlərin yerinə yetirilməsi nəticəsində iddiaçıya verilməli olan mənzilin sahəsi 143.8 kv.metrə çatdırılmışdır. Həmin bəndlər nəzərə alınmasa iddiaçıya 110,58 kv.metr mənzil verilməli idi; - xx.xx.2017-ci il tarixli müqavilənin 1.1.4-cü bəndinə əsasən 18 ay ərzində hər ay 555 AZN ödənilməsinə dair iddiaçının üzərinə düşən öhdəliklər əksini tapmışdır və iddiaçıya-143.8 kv.m sahənin verilməsi şərtlərindən biri də müqavilənin 1.1.4-cü maddəsi olmuşdur. Bunu iddiaçı da öz növbəsində dərk edərək ilkin iddia ərizəsində kirayə haqqı kimi tələbini həmin maddəni nəzərə almaqla 2021-ci ilin fevral, mart, aprel ayları üçün 1500 A ZN pul tələb etmişdir, yəni iddiaçı ilkin iddia ərizəsində xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilə qədər 20 ay müddətini həmin 10.000 manat vəsaitlə əvəzləşdirmişdir; - göründüyü kimi, iddiaçının iddia etdiyi 143.8 kv.m mənzilə dair iddiaçı tam mülkiyyət hüququnu əldə etmək üçün 1.1.4 bəndi icra etməli, yəni 143.8 kv.m sahənin əldə edilməsi üçün 10.000 AZN məbləği ödəməli olduğu halda bunu etməmişdir və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir; - qarşılıqlı iddia ilə bağlı hər tərəfli araşdırma aparılmamışdır. Belə ki, cavabdeh üzərinə düşən öhdəlikləri obyektiv səbəblərdən yerinə yetirə bilməmişdir. Buna səbəb hazırkı müqavilə üzrə tikilməsi və iddiaçıya təhvil verilməsi nəzərdə tutulmuş ərazi üzrə Nərimanov rayon İcta Hakimiyyətinin 24 oktyabr 2016-cı il tari xli sərəncamının, hissəvi olaraq, 2 saylı Bakı İnzibati - iqtisadi məhkəməsinin 08 avqust 2019-cu il tarixli qərarı ilə ləğv edilməsi olmuşdur. Tərəflər arasında olan xx.xx.2017-ci il tarixli müqavilənin 1.1.2-ci bəndinin icrası cavabdehdən asılı olmayan səbəblərdən qeyri-mümkün olmuş və gələcəkdə icra olunması imkanları məlum məhkəmə qərarı ilə məhdudlaşdırılmışdır. Qeyd olunanlar və mövcud vəziyyət cavabdehin xx.xx.2017-ci il tarixli 176 sayı müqavilənin 1.1.2-ci bəndini şərtlərini ləğv etmək məcburiyyətində qoymuş və bu barədə iddiaçya bildiriş göndərilmiş, iddiaçı tərəfindən hər hansı bir münasibət bildirilməmişdir. Bu hal mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur. Etirazın dəlilləri: - iddiaçı xx.xx.2017-ci il tarixdən müqavilə şərtlərinə uyğun ona verilməli olan mənzilin mülkiyyətçisi hesab edilir. İddiaçı cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Lakin cavabdeh mənzili bu günə qədər iddiaçıya təhvil verməmişdir;. - qeyd edilən ərazidə cavabdeh tərəfindən 4 ədəd çoxmənzilli binalar inşa edilmiş, binalardakı mənzillər daha baha qiymətə başqa şəxslərə satılmışdır. Lakin iddiaçıya həmin binalardan nəzərdə tutulan mənzil verilməmişdir. Bu hal işə birinci instansiya məhkəməsində baxılan zaman cavabdehin nümayəndəsi tərəfindən təsdiq və etiraf edilmişdir. - cavabdehə tikinti işlərinin aparılması barədə Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2016-cı il tarixli sərəncamının ləğv edilməsinin hazırki işə hə r hansı aidiyyəti yoxdur və bu hal iddiaçının iddiasının rədd olunması üçün əsas deyildir. - cavabdeh tərəfindən iddiaçıya cəmi 13.000 manat aylıq kirayə pulu ödənilməli idi. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü bu öhdəliyi də icra etməmişdir. Buna görə də kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əməl ə gəlməsi halları istisna olmaqia, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 421.2 Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə

442. Öhdəliy in icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübut lara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüq uq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını“qismən ləğv edə və ya“tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud q ismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.“ Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Buna görə də, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya instans iyası məhkəməsinin qarşılıqlı iddia tələbi tələbi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir.

36. İşdən görünür ki, qarşılıqlı iddiada cavabdeh müqavilə şərtlərinin dəyişdirilməsini (143,8 kv.metr əvəzinə 110.58 kv.m təmirli mənzil verilməsi) xahiş edərək, tələbinin əsası kimi ona istinad edib ki, hazırkı müqavilə üzrə tikilməsi və iddiaçıya təhvil verilməsi nəzərdə tutulmuş ərazi üzrə Nərimanov rayon icra Hakimiyyətinin 24 oktyabr 2016-cı il tarixli sərəncamı hissəvi olaraq 2 saylı Bakı inzibati - iqtisadi məhkəməsinin 08 avqust 2019-cu il tarixli qərarı ilə ləğv edilib, bu səbəbdən iddiaçı üçün tikilməsi nəzərdə tutulmuş binanın inşa edilməsi imkanları aradan qalxıb.

37. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə müqavilədə dəyişiklik edilməsi üçün əsaslar yoxdur. Müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçı və cavabdehin müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar, tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtlərini qarşılıqlı razılıq çərçivəsində müəyyənləşdirilmişlər.

38. Məhkəmə kollegiyası da bu dəyərləndirmə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, cavabdeh qarşılıqlı iddiada bir tərəfdən iddiaçı üçün tikilməsi nəzərdə tutulmuş binanın inşa edilməsi imkanlarının aradan qalxmasına istinad edir, digər tərəfdən də həmin əsasa söykənib müqavilə şərtlərinin dəyişdirilməsini, iddiaçıya 143,8 kv.metr əvəzinə 110.58 kv.m təmirli mənzil verilməsi kimi şərtin müqaviləyə daxil edilməsini istəyir. Halbuki iddiaçı üçün tikilməsi nəzərdə tutulmuş binanın inşa edilməsi imkanlarının aradan qalxıbsa, belə olan h alda müqavilə şərtlərinin dəyişilib, iddiaçıya daha az həcmdə mənzil verilməsi də istisna olunmalı idi. Göründüyü kimi, cavabdeh bu hissədə biri digərini təkzib edən dəlillər irəli sürmüşdür.

39. Bu baxımdan, məhkəmə kollegiyası qarşılıqlı iddianın təmin edilməyən hissəsində cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya məhkəməsinin qiymətləndirməsini əsaslı sayır və belə nəticəyə gəlir ki, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirimədən saxlanmalıdır.

40. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, ilk iddianın təmin edilən hissəsində qətnamə əsaslı deyil.

41. Belə ki, iddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə, mənzilin vaxtına təhvil verilməməsinə və kirayə haqqının ödənilməməsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi də cavabdehin öhdəliklərini icra etməməsinə əsaslanıb ilk iddianı təmin etmiş, apellyasiya instansiyası məhkəməsi də həmin hissə ilə razılşamışdır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddianı təmin edən məhkəmələr, o cümlədən işə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iddiaçı tərəfindən müqavilənin 1.1.4-cü bəndinə əməl edilib-edilməməsi, həmin bənddə nəzərdə tutulan 10000 manat pulun ödənilib-ödənilməməsinə aydınlıq gətirmədən iddiaçıya 143,8 kv.metr mənzil verilməsi və 13 min manat kirayə haqqının ödənilməsini cavabdehə həvalə etməklə səhvə yol vermişlər. Belə ki, iddiaçıya 143,8 kv.metr mənzil verilməsi iddiaçının məhz müqavilənin 1.1.4-cü bəndində nəzərdə tutulan öhdəliyi icra etməsi ilə əlaqəlidir. İddiaçı 10 min manat pul öhdəliyinin şifahi razılaşma ya əsasən kirayə haqqının 25 may 2019-cu il tarixinədək ödənilməməsi və həmin məbləğin bu tarixədək ödənilməli olan kirayə haqqı ilə əvəzləşdirilməli olmasını bildirsə də, cavabdeh bu faktı təsdiq etməmiş, əksinə, iddiaçının müqavilənin 1.1.4-cü bəndində nəzərdə tutulan 10 min manatı ödəmədiyini bildirmişdir.

43. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmələr iddiaçının müqavilə üzrə öhdəliyini (1 0 min manat ödəməsi) tam icra edibetməməsini müəyyən etmədikləri halda, həmin öhdəliklərin (iddiaçının 10 min manat ödəməsi) icrasından asılı olan öhdəliyin (143.8 kv.metr mənzil verilməsi) cavabdehin üzərinə qoyulmasını qət etməklə qqeyd edilən normanın tələblərini pozmuşlar.

44. Həmçinin məhkəmələr kirayə haqqı kimi cavabdehdən iddiaçının xeyrinə 13 min manat kirayə haqqını tutarkən də iddiaçının müqavilənin 1.1.4-cü bəndi üzrə cavabdehə ödəməli olduğu 10 min manatı nəzərə almamış, kirayə pulu tutulmalı olduğu halda, həmin məbləğin tutulan kirayə haqqından çıxılmalı olub-olmamasına qiymət verməmişlər.

45. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ilk iddia tələbi ilə bağlı kassasiya şikayətində irəli sürülən dəlillər apellyasiya şikayətində də irəli sürülsə də, apellyasiya məhkəməsi cavab dehin həmin hissə ilə bağlı dəlillərinə qiymət verməmişdir. Halbuki həmin dəlillərin araşdırılıb, onlara qiymət verilməsi ilk iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

46. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlilləri müzakirə etməməklə, Mülki Prosessual Məcəllənin 392.1.5-ci maddəsinin tələblərini pozmuşdur.

47. Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Ko nstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)

48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – ilk iddianın təmin edilən hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bundan sonra tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gəl ən maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.

49. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1076/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qətnaməsi qismən – ilk iddianın təmin edilən hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar