Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3438/2024 07.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhk əməsinin Mülki Kollegiyasının 2(1*4)-752/2*24 nömrəli, 24 aprel 2*24-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağdam və Kəlbəcər rayonundan məcburi köçkünlərdir. 2. *7.*4.2*14-cü il tarixli, 15/35 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Gəncə şəhəri 15** ailəlik Yeni qəsəbə bina 15-də yerləşən 35 nömrəli 1 otaqlı mənzil Cavabdeh1 müvəqqəti istifadəsinə verilmişdir. 3. *6.*7.2*23-cü il tarixli, 17.*8.2*23-cü il tarixli aktlara əsasən, Gəncə şəhər 15** ailəlik Yeni Qəsəbədə yaşayışı təmin etmək məqsədilə mənzillərə baxış keçirən zaman aşkar o lunmuşdur ki, bina 15 mənzil 35 ünvanında kirayə müqaviləsi olmadan Cavabdeh2 yaşayır. 4. 15.*9.2*23-cü il tarixli akta əsasən 15.*9.2*23-cü il tarixdə bina 15, mənzil 35 ünvanına baxış keçirilmiş, həmin ünvanda son 5 ildir ki, Cavabdeh2 yaşadığı aşkar olunmuşdur.
5. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Gəncə-Göygöl Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinə ünvanlanmış *9.1*.2*23-cü il tarixli 174 nömrəli məktubunda əsasən, Gəncə şəhər, 15** ailəlik qəsəbədə 15 saylı binada yerləşən 35 nömrəli mənzili Cavabdeh1 qanunsuz alqı-satqı edərək Kəlbəcər rayon sakini Cavabdeh2 vermişdir. Cavabdeh2 hal-hazırda qanunsuz olaraq həmin ünvanda 5 ildir ki, yaşayır. İş üzrə qəb ul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 istifadəsinə verilmiş Gəncə şəhəri, “Yeni qəsəbə” 15 saylı binada yerləşən 35 nömrəli mənzilə dair *7.*4.2*14cü il tarixli, 15/35 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər X2 və Cavabdeh2 15/35 nömrəli mənzildən çıxarılması, mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*17-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” qaydası təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Hə min yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmir, mənzilləri kirayə verir və yaxud ümumiyyətlə həmin mənzillərdə yaşamayaraq mənz ildən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin *7 aprel 2*14-cü il tarixli “15/35” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Cavabdeh1 Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 15 saylı binada 35 nömrəli 1 otaqlı mənzil ilə təmin edilmişdir. Sonradan Gəncə-Göygöl Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və ailə üzvünün həmin mənzildə yaşamadığı, mənzili qeyri-qanuni olaraq Cavabdeh2 satdığı və həmin şəxsin mənzildə qeyri-qanuni yaşadığı məlum olmuşdur. Sahə rəisi tərəfindən Cavabdeh1 mənzildə yaşamadığı, mənzili ndə müqavilədə adı keçməyən kənar şəxs Cavabdeh2 yaşamasının qanunsuz olduğu bildirilmişdir. Cavabdeh1 onlara verilmiş Gəncə şəhəri, Yeni qəsəbə, 15 saylı binada yerləşən 35 nömrəli 1 otaqlı mənzildə yaşamadığı və mənzilin başqa şəxsə qeyri-qanuni verildiyi müəyyən edildiyindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli və mənzildən çıxmalıdır. Cavabdeh2 da müqavilədən kənar qeyri-qanuni yolla Gəncə şəhəri, Yeni qəsəbə, 15 saylı binada yerləşən 35 nömrəli 1 otaqlı mənzildə yaşadığı üçün mənzildən çıxmalıdır.
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 əlavə olaraq bildirmişdir ki, kirayə müqaviləsi Cavabdeh1 ilə bağlanmışdır. Digər Cavabdeh2 onun rəfiqəsidir. Uzun müddətdir ki, sözügedən evdə Cavabdeh1 özü yaşamamış, digər Cavabdeh2 qeyri-qanuni şəkildə həmin evd ə yaşamışdır. Kirayə verməsi, yaxud alqı-satqı olması ilə bağlı dəqiq sübut yoxdur. Qeyri-qanuni yaşayan şəxsin evdən çıxarılması ilə bağlı dəfələrlə xəbərdarlıq edilmişdir. Hesab edirlər ki, ev daha çox ehtiyacı olan şəxslərə verilməlidir. 2 aydır ki, Cavabdeh1 özü gəlib həmin mənzildə yaşayır, Cavabdeh2 mənzildən çıxmışdır. Cavabdehin uzun müddət sözügedən mənzildə yaşamadığını və müqavilənin şərtini pozduğu üçün iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
9. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, Sənubər yaxından tanıdığı rəfiqəsidir. Gəncədə işlədiyindən və hər gün Dəliməmmədlidən Gəncə şəhərinə gedib-gələ bilmədiyi üçün evində qalmasına icazə vermişdir. Anası və qardaşı Bakıda qeydiyyatda olmuşdur, onlar xəstələndikdən sonra Samux rayonuna gətirmiş, kira yə ev tutumuş, onlara baxmaq üçün yanlarında qalmışdır. Anasının vəziyyəti ağır olmuşdur. 4 ildir ki, anası rəhmətə getmişdir. Anası rəhmətə getdikdən sonra isə qardaşının ruhi xəstə olması səbəbindən qayıda bilməmişdir. Qardaşı ruhi xəstə olduğundan özü ilə birlikdə gətirməsi mümkün olmamışdır. Hazırda 2 aydır öz mənzilində yaşayır, Sənubər çıxıb getmişdir. Tənha qadın olmaqla qalmağa başqa yeri olmadığından və yaxın vaxtlarda öz doğma yurduna qayıdacağını göstərərək iddianın təmin olunmamasını xahiş etdi.
10. Gəncə Şəhər Məhkəməsinin (hakim C.Tağıyev) *9.*1.2*24-cü il tarixli, 2(125)424/2*24 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış *7.*4.2*14-cü il tarixli 15/35 nömrəli xüsusi təyin atlı yaşayış sahəsinin kirayə müqaviləsinin 5.7.1-ci bəndindən görünür ki, Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları, valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 (üç) aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.
12. Göründüyü kimi müqavilənin şərtlərində kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq üzrlü səbəb olmadan yaşamadığı təqdird ə kirayə müqaviləsinin ləğv olunması şərtləndirilmişdir. Lakin təqdim olunmuş sübutlardan müəyyən olunmuşdur ki, cavabdehin mübahisələndirilən mənzildə müqavilədə göstərilən müddətdən artıq yaşamaması onun qardaşının və anasının xəstə olması ilə bağlı üzrlü səbəbdən baş vermişdir. Bununla yanaşı cavabdeh həmin mənzili Cavabdeh2 yalnız müvəqqəti qalması üçün verdiyini, aralarında hər hansı alqı-satqı, yaxud kirayə müqaviləsinin olmadığını, hazırda isə sözügedən evdə özünün yaşadığını göstərmişdir. Həmçinin iddiaçı Cavabdeh1 sözügedən mənzili qeyri-qanuni olaraq Cavabdeh2 satdığını iddia etsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
13. Digər tərəfdən iddiaçının nümayəndəsinin izahatından da görünür ki, cavabdeh istifadəsində olan mənzildə yaşamağa başladıqdan sonra digər Cavabdeh2 həmin mənzildə yaşamayaraq mənzildən çıxmışdır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 43-cü, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər haqqında” Azərbaycan Respublikası Qanununu 2-ci, 4-cü, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5*-ci, 98.1-ci, 99.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin *9.*1.2*24-cü il tarixli, 2(125)-424/2*23 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apelly asiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş aktlardan görünür ki, mübahisəli mənzildə müqavilə əsasında yaşamalı olan adamlar yaşamır. Digər aktdan isə məlum olur ki, həmin mənzildə Cavabdeh2 yaşamaqdadır. İddiaçının təqdim etdiyi aktların mötəbərliyi şübhə doğurmur və cavabdehlərin xüsusi təyinatlı mənzildə üzürlü səbəb olmadan üç aydan artıq yaşamaması, eləcədə mənzili digər kənar şəxsərin istifadəsinə verməsi işin mübahisə olunmayan halıdır. Eləcə də birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəf mübahisəli mənzili Cavabdeh2 istifadəsinə verməyini etiraf etmişdir. Bundan başqa xüsusi ilə qeyd edilməlidir ki, kirayəçi, kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə və istifadəsinə verməmək vəzifəsi daşıyır. Cavabdeh isə məhkəmə iclasında verdiyi izahatında etiraf edir ki, mübahisəli mənzili digər şəxsin istifadəsinə vermişdir.
17. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər F. Mehtiyev (sədrlik edən və məruzəçi), M. Mustafayev və R. Muradov) 2(1*4)-752/2*24 nömrəli, 24 aprel 2*24-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin *9.*1.2*24-cü il tarixli, 2(125)-424/2*23 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddia təmin edilməsi, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Ko mitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh1 arasında bağlanmış *7.*4.2*14-cü il tarixli, 15/35 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri 15** ailəlik Yeni qəsəbə bina 15-də yerləşən 35 nömrəli mənzilindən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi qət edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arı pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
19. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Cavabdeh1 Ağdam rayonundan məcburi köçkün düşmüşdür. Ona ailə üzvləri ilə birlikdə Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 15 nömrəli binada 35 nömrəli 1 otaqlı mənzildə yaşayış sahəsi verilmişdir. Sonradan o, anası və qardaşına baxmaq üçün Samux rayonunda kirayədə yaşamağa başlamışdır. Müqavilənin 5.7.1-ci bəndində şərtləşdirilmişdir ki, kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, kirayəçi və ailə üzvləri yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq m üddətdə üzrlü səbəb olmadan yaşamadıqda müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Buna görə də Cavabdeh2 Cavabdeh1 verilmiş yaşayış sahəsinə köçərək yaşamağa başlamışdır. Hazırda həmin mənzildə Cavabdeh1 yaşamaqdadır. Bununla bağlı Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzili tərk etməsi bildirilmiş, lakin cavabdehlər tərəfindən mənzil boşaldılmamışdır.
20. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri xüsusi təyinatlı mənzil sahələrindən istifadə üzrə yaranan münasibətdir və tərəflərin arasında yaranmış mübahisə aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.
21. Apellyasiya instansiyası məhk əməsinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə araşdırması natamam aparılmış, bunun nəticəsində də mübahisənin maddi-hüquqi əsası kimi çıxış edən qanunvericilik normaları işə düzgün tətbiq edilməmişdir.
22. Belə ki, tərəflər arasında mənzil qanunvericiliyində nəzərdə tutulmuş xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin bağlanması və bu əqddən irəli gələn hüquq münasibətlərinin qurulması işin mübahisəsiz halıdır.
23. Məlum olduğu kimi xüsusi təyinatlı mənzil fondu ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması, o cümlədən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələridir.
24. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləs inə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.
25. Bu öhdəliyin kirayəçi tərəfindən pozulması sözügedən kirayə müqaviləsinin ləğv edilməsi üçün əsasdır.
26. Eyni zamanda qanunda nəzərdə tutulmuşdur ki, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, Mənzil Məcəlləsinin 1*1.2-ci və 1*2.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaq la, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.
27. Baxılan işdə iddiaçı 2*22-ci ilin iyul, avqust və sentyabr aylarında tərtib etdiyi aktlarla mübahisə predmeti olan xüsusi təyinatlı yaşayış sahəsində kirayəçinin deyil, başqa şəxsin, yəni Cavabdeh2 yaşaması faktını sənədləşdirərək müqavilənin ləğv olunmasını və cavabdehlərin yaşayış sahəsindən çıxarılmalarını tələb etmişdir.
28. Birinci instansiya məhkəməsində cavabdeh mübahisəli mənzildə anası və qardaşı xəstələndiyi üçün Samux rayonuna gətirmiş və onlarla birlikdə kirayədə yaşadığını, anası rəhmətə getdikdən sonra qardaşı xəstə olduğundan geri qayıda bilməmiş və hazırda 2 aydır ki həmin mənzildə yaşadığını ifadə etməklə, həmin aktları mübahisələndirməmişdir.
29. Bu hallar Gəncə Şəhər Məhk əməsinin *9.*1.2*24-cü il tarixli iclas protokolu ilə təsdiqlənir. Protokoldan görünür ki, Cavabdeh1 qeyd edilən məzmunda izahat verdikdən sonra sədrlik edən həmin aktları elan edərək tərəflərin onlara dair etirazlarının olubolmadığını soruşmuş, Cavabdeh1 sənədlərə etirazının olmadığını bildirmiş, hər hansı (o cümlədən şahidlərin dinlənilməsi barədə) vəsatət verməmişdir.
30. Digər tərəfdən, cavabdehlərin yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə və həm də üzürlü səbəb olmadan yaşamamaları, habelə, onların yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etməmələri, yəni başqa yaşayış sahəsinə malik olmaları halları birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməmiş, bununla bağlı hər hansı mötəbər sübuta istinad olunmamışdır.
31. Apellyasiya instansiyası məhkəməs inin qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən mübahisəli mənzildə üzrlü səbəblərdən (anası və qardaşının xəstə olması, anasının ölməsi və.s) yaşamamasını bildirsə də, bu halları təsdiq edən mötəbər sübutlarını (qohumluq məlumatları, anasının ölüm haqqında şəhadətnaməsi, qardaşının ruhi xəstə olmasını və ona qullluq etməsi barədə müvafiq sənədləri və s) təqdim etməmişdir. Belə olan halda, həmin halları sübut etmə öhdəliyi Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən cavabdehin üzərinə düşür. Çünki, həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Cavabdeh1 tərəfindən 3 aydan artıq müddətdə yaşayış yerinin dəyişməsi barədə sübutlar məhkəmə kollegiyasına təqdim edilməmiş, göstərilən hallar yalnız sonuncunun izahatı ilə öz təsdiqini tapmışdır.
33. Beləliklə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 iddiaçı təşkilat tərəfindən verilmiş Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 15 nömrəli binada 35 nömrəli 1 otaqlı mənzildə 3 aydan artıq müddətdə ərzində yaşamamış, Cavabdeh2 isə heç bir əsas olmadan mübahisəli mənzildə yaşamışdır.
34. İddiaçı xüsusi təyinatlı yaşayış sahəsinin *7.*4.2*14-cü il tarixli kirayə müqaviləsinin 5.4-cü bəndi ilə nəzərdə tutulan belə vəzifələr kimi (kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər) Müqavilənin 5.7.1 və 5.7.2-ci bəndlərinə (kirayəçi və ailə üzvləri yaşayış sah əsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər) istinad edir.
35. Apellyasiya instansiyası məhkəməsinin qeyd etmişdir ki, Cavabdeh1 bağlanmış kirayə müqaviləsinin, eləcə də mənzil qanunvericiliyinin normalarının tələblərini pozaraq həmin mənzildə faktiki olaraq uzun müddətdir yaşamamış, mənzili başqa şəxsin (Cavabdeh2) istifadəsinə verərək Samux rayonuna köçmüş, son 2-3 ayda hazırki mənzildə yaşamağa başlamışdır. Belə ki, xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Göründüyü kimi, son uncu tərəfindən kirayə müqaviləsinin şərtləri pozulmuş və buna görə də kollegiya hesab edir ki, *7.*4.2*14-cü il tarixli 15/35 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməli, cavabdehlər mübahisəli mənzildən çıxarılmalı və mənzil boşaldılaraq təhvil verilməlidir.
36. Qeyd edilənlər yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının açıq şəkildə pozulmasına, iş üzrə düzgün olmayan qətnamənin çıxarılmasına dəlalət edir.
37. İşə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
38. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİİ hissəsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 7.1, 8, 17.1, 17.2, 91.1, 91.2, 92, 96, 98.1, 98.2, 99.2, 1*3.1, 1*3.2, 1*3.3, 1*7-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8, 158.4cü, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4, 5-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.*2.2*17-ci il tarixli, 65 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydasının 3.2, 3.3, 3.6, 3.7-ci bəndlərinə, Azərba ycan Respublikasının MPM-in 14.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 1*6.1, 217.3, 217.4, 218.1, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
39. Cavabdeh2 (vəkili Vəkil) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24.*4.2*24 tarixli İş № 2(1*4)- 752/2*24 saylı qətnaməsin tam ləğv edilməsini, iddiaçının iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya məhkəməsi işə baxarkən iddia tələbinin əsaslandırılıdığı və məhkəmə araşdırmasına təqdim edilmiş sübutları sübut kimi qəbul etməməklə və onları sübut kimi qiymətləndirməməklə, obyektiv araşdırma aparmamış,işə qərəzli yanaşmış, bununla da cavabdehin qərəzsiz məhkəmə müdafiəsinə təminat verilməsi kimi konstitusion hüququnu pozmuşdur.
41. Cavabdeh2 hələ də məcburi köçkün statusundadır. Doğma diyarı olan Kəlbəcər rayonu işğaldan azad olunub, amma hələ də öz dogma yurduna qayıda bilməmişdir. Şəxs öz ailə üzvləri ilə yaşamağa yerləri yoxdur. Baxmayaraq ki, məhkəmə iclası zamanı sübut etdi ki, onlar özləri dələduzluğa məruz qalıblar, amma yenə də məhkəmə onlara inanmadı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
43. Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxan alarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri.
44. Maddə 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşay ış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir.
45. Maddə 91.3. Xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz.
46. Maddə
96. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur.
47. Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisn a olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir.
48. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.
49. Maddə 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasın da bağlanılır.
50. Maddə 1**.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 51. 1*2.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 1*1.2-ci və 1*2.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsində n çıxarılır.
52. Maddə 1*7. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu
53. Maddə 4(1-ci hissə). Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (bundan sonra - “məcburi köçkünlər” adlandırılacaq) barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; məşğulluğun təmin edilməsi; sosial təminat; tibbi təminat; təhsil hüququnun təmin edilməsi; nəqliyyat və mənzil-kommunal və digər güzəştləri;
54. Maddə 5(1-ci hissə, birinci cümlə). Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanl arı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
55. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəcam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
56. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər.
57. Maddı 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
58. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan R espublikasının Nazirlər Kabinetinin 24.*2.2*17-ci il tarixli, 65 №-li Qərarı.
59. Bənd 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur.
60. Bənd 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur.
61. Bənd 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, h əmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz.
62. Bənd 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
63. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcə k, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
65. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
66. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
67. Maddə 77.1. Hər bir tərəf ö z tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
68. Maddə 8*. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
69. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
70. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
71. Maddə 1*6.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə topl anmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
72. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
73. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
74. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
75. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
76. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər.
77. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
78. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
79. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qə tnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
80. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki halların ın prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
81. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 tərəfindən mübahisələndirildiyindən, həmin qətnamə iddianın Cavabdeh2 qarşı təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
82. Məhkəmə kollegiyasının məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
83. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 iddiaçı təşkilat tərəfindən verilmiş Gəncə şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 15** ailəlik Yeni qəsəbədə 15 nömrəli binada 35 nömrəli 1 otaqlı mübahisəli mənzildə heç bir əsas olmadan yaşamışdır.
84. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən yoxlanılan hissə üzrə işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası yoxlanılan hissədə apellyasiya instansiyas ı məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
85. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissə üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
86. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın Cavabdeh2 qarşı təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
87. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası q ərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2*24-cü il tarixli 2(1*4)-752/2*24 nömrəli qətnaməsi iddianın Cavabdeh2 qarşı təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.