Məhkəmə qərarları › İş №2(102)-3439/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3439/2019

16.05.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3439/2019 16.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, Cavabdeh1 və vəkili Abıyev Elman Oruc oğlunun iştirakı ilə, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli, 2(005)5045/2018 saylı qətnaməsi ilə (hakim V.Qurbanov) iddia tələbi təmin edilərək, İddiaçı mülkiyyətində olan ünvan 1 mənzilinə dair cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Ca vabdeh4 və Cavabdeh5 istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 24 oktyabr 2018-ci il tarixli, 2(103)452/2018 saylı qətnaməsi ilə (hakimlər E.Nəbiyev, R.Qurbanov və A.Hüseyn) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 01 dekabr 2015-ci il tarixli, 2(005)-5045/2018 saylı qətnaməsi mübahisələndirilən – iddianın Cavabdeh1 qarşı təmin olunan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 24 oktyabr 2018-ci il tarixli, 2(103)-452/2018 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı id dia ilə məhkəməyə müraciət edərək cavabdehlərin mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanından istifadə hüquqlarının itirilmiş hesab edilməklə həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlərdən tutduğu və boşaltmaqdan imtina etdikləri mübahisəli ünvan 1 ünvanındakı üç otaqlı yaşayış sahəsi ******* saylı 27.04.2012-ci il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çixarışa əsasən mülkiyyət hüququ ilə ona məxsusdur. Belə ki, mübahisəli mənzil əvvəllər cavabdehlərin ailə üzvlərindən biri Cavabdeh1 mülkiyyətində olmuşdur. 2009-cu il dekabr ayının 3-də Cavabdeh1 ilə bağladığı alqı-satqı müqaviləsinə əsasən həmin mənzili almışdır. Mənzili aldıqdan və mülkiy yət hüququnu qeydiyyatdan keçirdikdən sonra bir neçə dəfə mənzili boşaldıb onun faktiki istifadəsinə və sahibliyinə verilməsini cavabdehlərə təklif etmişdir. Lakin onlar müxtəlif bəhanələr gətirərək mənzili boşaltmaqdan yayınmışlar. Cavabdehlərin bu hərəkətləri onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 24 oktyabr 2018-ci il tarixli, 2(103)-452/2018 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahi ş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh1 və vəkili Abıyev Elman Oruc oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, cavabdehi və vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri notariat kontorunun dövlət notariusu T.Y.Əzizli tərəfindən təsdiq edilmiş 03.12.2009-cu il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Cavabdeh1 ünvan 1 mənzilinin y/s 47 kv.m., ü/s 59.6 kv.mdən ibarət 3 otağını alıcı İddiaçı satmışdır. Müqavilə ilə müəyyən edilmiş öhdəlikləri tərəflər öhdələrinə götürmüş, mənzilin satış qiyməti 48060 (60000 ABŞ dolları) manat müəyyən edilmişdir. Alıcı mənzilin qiymətinin 30438 manatını (38000 ABŞ dolları) notariusun Bankda açılan depozit hesabı vasitəsi ilə satıcıya ödəmiş və qalan 17622 manatını isə (22000 ABŞ dolları) satıcıya beh şəklində ödəmişdir. 02.12.2009-cu il tarixli beh müqavil əsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Cavabdeh1 məxsus ünvan 1 mənzilinə görə verəcəyi 48060 manat pul məbləğindən (60000 ABŞ dolları) 17622 manat (22000 ABŞ dolları) pul məbləğini Cavabdeh1 vermişdir. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 notariat kontoruna ünvanladığı ərizələrinin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, ünvan 1 mənzilinin satılmasına etiraz etmirlər. “xxxx” ASC tərəfindən verilmiş 02.12.2009-cu il tarixli kassa məxaric orderinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 14 saylı dövlət notariat kontorunun Bankda açılan depozit hesabı vasitəsilə 30438 manat məbləğində pulu Cavabdeh1 ödəmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nərimanov rayon Mənzil Kommunal T əsərrüfatı Birliyinin 116 saylı MənzilKommunal İstismarı Sahəsinin 104 nömrəli 11.08.2015-ci il tarixli arayışından görünür ki, Cavabdeh1-1976-cı ildən, Cavabdeh2-1999-cu ildən, Cavabdeh3-2006-cı ildən, Cavabdeh4-2008-ci ildən və Cavabdeh5-1997-ci ildən ünvan 1 ünvanında qeydiyyatdadırlar, mənzilin sahibi X2r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli 27.04.2012-ci il tarixli Çıxarışın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 982 nömrəli reyestr kitabının 88138 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstit usiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə r qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmə k, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyrihüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. Hazırki mülki iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 yanvar 2017-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Əhməd oğluna qarşı “mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar verilənədək dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2017-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 30 yanvar 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Əhməd oğluna qarşı “onunla cavabdeh arasında Bakı şəhəri, F.Yusifov küçəsi, 44 nömrəli evin 24 nömrəli mənzilinin alqı-satqısı barədə bağlanmış 03 dekabr 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, mənzilin alqı-satqı müqaviləsində qeyd edilən dəyəri müqavilə tərəfləri arasında razılaşdırılmış iradə ifadəsi olmaqla həmin əqdin etibarsız sayılması üçün bilavasitə əsas ola bilməz. Mübahisələndirilən əqdin etibarsızlığına dəlalət edən hər hansı əsas müəyyən olunmur. Qətnamədə həmçinin göstərilmişdir ki, “iddiaçı həmin əqdi 2010-cu ildə mübahisələndirsə də, Bakı şəhəri Nərimanov Ra yon Məhkəməsinin 05 may 2010-cu il tarixli qərardadı ilə həmin iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçı həmin qərardaddan şikayət verməmiş və yalnız hazırkı iddia ərizəsi ilə 15 noyabr 2016-cı il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni iddiaçı ki, bununla da Mülki Məcəllənin 373.2-ci maddəsi ilə müəyyən edilmiş 6 illik iddia müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə almaqla düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddia müddəti ötürüldüyündən iddia təmin edilməməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəzərə alınmalıdı r ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Əhməd oğluna qarşı “mənzilin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər ilə hazırki iş üzrə verdiyi kassasiya şikayətində göstərdiyi dəlillər demək olar ki, eyni olub, onlara həmin iş üzrə qəbul edilmiş qətnamədə münasibət bildirildiyindən, bu barədə Cavabdeh1 sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən və onun iddiasının rədd edilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyindən həmin dəlillər hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut et məlidir. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxla

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar