Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3975/2025 05.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “faiz tutulması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh tərəfindən bank hesabı müqaviləsinin pozuntusu əsasında iddiaçının təsisçisi və iddiaçı arasında borc müqaviləsinin ödəniş üçün cavabdehə təqdim edildiyi və ödənişə qəbul edilmədiyi və beləliklə ilkin ödənişin ilkin olaraq rədd edildiyi xx.xx.2025-ci il tarixdən başlayaraq məhkəmə tərəfindən qərar çıxarıldığı günə qədər olan dövr üçün məhkəmə qətanməsi çıxarılan gün üçün mərkəzi bankın uçot dərəcəsi ilə faizlərin, iddiaçı tərəfindən ödənişə təqdim edilən iş borc müqavilələrinin icra üçün qəbul edilməsi və icra olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, 3 000 manat həcmində mənəvi zərər, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəməyə yazılı ərizə təqdim edərək tərəflər arasında mübahisə qalmadığından iddia ərizəsini geri götürdüyünü bildirmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etməmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. İş materiallarına əlavə edilmiş **********56 və **********48 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 70 manat və 30 manat olmaqla, cəmi 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu geri qaytarılır. 260.3-cü maddəsinə əsasən, məhkəmə ərizənin baxılmamış saxlanılması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun: 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “faiz tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən **********56 və **********48 nömrəli qəbzlər üzrə ödənilmiş 70 manat və 30 manat olmaqla, cəmi 100 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-yə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2-2(113)-3975/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3975/2025
05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver