Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-344/2022 28.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-344/22 (Açar sözlər: mənzilə istifadə hüqunun tanınması, mənzilə köçürülmə) Bakı şəhəri, 28 fevral 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7621/2021 nömrəli, 04 avqust 2021 il tarixli qətnaməsindən cavabd eh Cavabdeh kassasiya şikayətinə 28 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Cavabdeh ilə 1979-cu ildə nikaha daxil olublar, onların nikahı 29.01.2014-cü il tarixdə məhkəmə qaydasında pozulub.
2. İddiaçı ilə cavabdeh nikah dövründə 06.01.2012-ci il tarixdə ünvan 1nin bir hissəsini – 0,03 ha torpaq sahəsi əldə ediblər.
3. Həmin torpaq sahəsində ev tikilib. Torpaq sahəsi cavabdehin adına qeydə alınsa da, ev dövlət qeydiyyatına alınmayıb. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərind ə olan fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı ilə cavabdeh 08 iyul 1979-cu ildə ailə qurmuş və birgə nikahdan 10 fevral 1981-ci il tarixdə X1, 27 mart 1983-cü il tarixdə X2, 07 noyabr 1984-cü il tarixdə X3 adlı övladları olmuşdur.
6. Ailə münasibətləri əvvəllər normal olmuş, sonradan pozulmuşdur. Belə ki, 29.01.2014-cü il tarixdə iddiaçının cavabdehlə nikahına məhkəmə qaydasında xitam verilmişdir.
7. İddiaçı cavabdehlə nikah dövründə 06.01.2012-ci il tarixdə əldə edilmiş ünvan 1nin bir hissəsi ünvanında yerləşən 0,03 ha torpaq sahəsi olan evdə yaşamışdır.
8. İddiaçı 17.01.2019-cu il tarixdə yaşadığı evdən səhər işə getmiş, axşam işdən evə qayıdan zaman evin bayı r qapısının qıfılının cavabdeh (keçmiş həyat yoldaşı) tərəfindən dəyişdirilməsi ilə əlaqədar evə daxil ola bilməmişdir.
9. Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində olan evdə hazırda iddiaçının 40 min manat dəyərində əşyaları var.
10. Hazırda iddiaçının başqa yerdə yaşamağa yeri yoxdur. Cavabdeh tərəfindən iddiaçının evdən istifadə hüququ pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə görə iddiaçının ünvan 1nin bir hissəsi ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində olan evə istifadə hüququ yaranıb.
11. Cavabdeh iddia tələbinə etiraz etmişdir. Etirazın dəlilləri: - ailələrində problem olduğuna görə, mübahisəli evi cavabdeh özü tikdirmişdir. Lakin daha sonra bir ailə olduqlarını düşündüyü üçün 2011-ci ildə cavabdeh idd iaçı ilə həmin evə köçmüş, bir il altı ay birlikdə həmin evdə yaşamışlar. Sonra münasibətləri kəskinləşmiş və onlar məhkəmə qaydasında boşanmışlar. Bununla belə boşandıqdan sonra mübahisəli evdə birlikdə yaşamışlar. Lakin iddiaçı müəyyən fasilələrlə qızının Nərimanov rayonu ərazisində yerləşən evində yaşayıb yenidən mübahisəli evə qayıtmışdır; - boşandıqdan sonra iddiaçı ilə aralarında olan münasibət kəskin xarakter aldığından cavabdeh məcburiyyət qarşısında qalaraq mübahisəli evi tərk etmişdir. Hazırda cavabdehin yaşamağa yeri yoxdur. Bununla əlaqədar 21 yanvar 2019-cu il tarixdə evə daxil olaraq evin qıfılını dəyişmişdir, İddiaçı həmin tarixdən etibarən mübahisəli evdə yaşamır.
12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2430/2019 saylı, 28 mart 2019-cu il tarixli qətnaməsi ilə id dia qismən təmin edilmiş, İddiaçı ünvan 2 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim Anar Rzayev)
13. Birinci instansiya məhkəməsi iş materiallarına və tərəflərin övladlarının şahid ifadələrinə əsasən müəyyən etmişdir ki, İddiaçı Cavabdeh ilə nikahda olduğu dövr ərzində sonuncunun adına ünvan 1nin bir hissəsi ünvanında yerləşən 0,03 ha torpaq sahəsi əldə edib, fərdin yaşayış evi inşa etmişlər. Torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçsə də, üzərində olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyib. İddiaçı 2011-ci ildən 2019-cu ilin yanvar ayına kimi mübahisəli tikilidə yaşayıb.
14. Birinci instansiya məhkəməsi qeyd edib ki, Azə rbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1 -ci hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Cavabdehin isə ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçını evdən çıxarması qanunsuzdur. Çıxarılma o halda qanuni ola bilər ki, bunu tələb edən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun.
15. Birinci instansi ya məhkəməsi hesab etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və işdə iştirak edən digər şəxslər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçı istisna olmaqla cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən həmin evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə s əbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının həmin evdə yaşamasını təmin etmək məqsədi ilə o, da bu evə köçürülməlidir. Lakin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmədiyindən iddia tələbi həmin tikiliyə istifadə hüququnun tanınması hissəsində təmin edilməməlidir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25, 43-cü, Mülki Məcəllənin 180.1, 180.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh oğlu apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçı cavabdehin mülkiyyətində olan Bakı şəhəri, A.Heydərov küçəsi, ev 35, mənzil 3-ə köçmüş, həmin mənzildə qeydiyyatdadır və yaşayır. İddiaçının həmin mənzi ldə sərbəst yaşamasına heç kim mane olmur; - iddiaçı qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun müəyyən edilməsi barədə iddiası rədd edilmişdir; - məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur.
19. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7621/2021 nömrəli, 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli 2(008)-2430/2019 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi) Elnur Həsənov, Xumar Mərdanova)
20. Apellyasiya məhkəməsi qeyd edib ki, mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, hə min ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər.
21. Apellyasiya məhkəməsi bu qənaətini onunla əsaslandırıb ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-c i maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən göstəriş yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur.
22. Apellyasiya məhkəməsi onu da vurğulayıb ki, iddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüquqlarının tanınması ilə nəticələnmir. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir.
23. Apellyasiya məhkəməsi qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edi lmiş hallarına uyğun hesab etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verib, qətnamənin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilərinə uyğun əsaslandırılmış, əlavə dəlil kimi cavabdehin yeni ailə qurub mübahisədə adı keçən evdə ailəsi ilə birgə yaşamasının məhkəmələr tərəfindən nəzərə alınmaması göstərilmişdir b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
26. Kassasiya şikayətinə iddiaçının yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə
25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə
43. Mənzi l hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və y axud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin p ozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya ins tansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş eildiyindən kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamə apellyasiya instansiyasında da iş üzrə cavabdeh tərəfindən yalnız iddiaçının mənzilə köçürülməsi barədə iddianın təmin edilən hissəsində mübahisələndirilib, apellyasiya baxışı həmin hissədə olub. Bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.
32. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
33. İddia tələbi iddiaçının cavabdehlə birgə nikah vaxtı əldə edilən torpaq sahəsi üzərindəki evə köçürülməsi barədədir.
34. İşin məhkəmələr tərəfind ən müəyyən edilən halı da ondan ibarətdir ki, iddiaçı Cavabdeh nikahda olduğu dövr ərzində sonuncunun adına ünvan 1nin bir hissəsi ünvanında yerləşən 0,03 ha torpaq sahəsi əldə edib, fərdin yaşayış evi inşa ediblər. Torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçsə də, üzərində olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyib, iddiaçı 2011-ci ildən 2019-cu ilin yanvar ayına kimi mübahisəli tikilidə yaşayıb.
35. Nəzərə alınsa ki, qanunvericiliyin tələbinə görə özbaşına tikiliyə mülkiyyət hüququ istisna edilsə də, ondan istifadə hüququ istisna edilmir, belə olan halda, iddiaçının iddia tələbinin mənzilə köçürülməsi barədə təmin edilən hissəsində (birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması hissəsində) apellyasiy a məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğundur.
36. Məhkəmə kollegiyası cavabdehin yeni ailə qurub mübahisədə adı keçən evdə ailəsi ilə birgə yaşamasının məhkəmələr tərəfindən nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir. Belə ki, bu dəlil yeni dəlildir, işə mahiyyəti üzrə baxan məhkəmələrdə belə bir dəlil irəli sürülməyiub. Buna görə də həmin xüsusatın nəzərə alınmaması barədə dəlil əsassızdır.
37. Məhkəmə kollegiyası qeyd olunanlara əasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhb ər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 avqust 2021 il tarixli 2(103)7621/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.