Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-344/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər:mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə köçürülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli 2(105)-1474/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydas ında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh3 ilə 7 dekabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, elə həmin vaxtdan Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsində yerləşən nömrəsiz həyət evinə (bundan sonra mübahisəli ev) gəlin köçərək yaşamağa başlamış və onların birgə nikahdan iki övladları var.
2. Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında qeyd edilmişdir ki, Cavabdeh3 həmin evdə atası ilə uzun müddət yaşaması, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə oraya gəlib atasının dəfnindən sonra məskunlaşaraq orada yaşaması öz təsdiqini tapmış və atasının vəfatından sonra bu evə köçərək yaşamalarını özləri etiraf et mişlər.
3. Abşeron Rayon Məhkəməsinin 2(012)-639/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 Cavabdeh3 qarşı mübahisə predmeti olan fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası qismən təmin edilərək Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsində yerləşən qanunsuz tikiliyə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülməsi tələbi ilə məhkəməyə müraciət edərək uşaqları ilə birgə Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsində yerləşən nömrəsiz həyət evinə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandı rılaraq əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli həyət evinin yerləşdiyi boş torpaq sahəsini həyat yoldaşı olan Cavabdeh3 əmisi X7 dəyərini ödəməklə almışdır. Həmin torpaq sahəsinin Cavabdeh3 adına olmasına dair vergi ödəyicisi kimi Hökməli Bələdiyyəsinə ödənişlər edilmişdir. Bu torpaq sahəsində Cavabdeh3 öz vəsaiti hesabına fərdi ev tikərək orada mərhum qayınatası ilə birgə yaşamışdırlar. Mübahisəli evin tikilməsində qayınatası X4 usta kimi çalışmış, evin tikilməsində kömək etmiş və X4 öldükdən sonra onun qaynı olan Cavabdeh1 arvadı Əlizadə (Mirzəyeva) Gülnar Sahib qızı ilə onun yaşadığı evə gələrək mərhum qayınatasının dəfn mərasimini yola vermək adı ilə orada müvəqqəti yaşamağa başlamışdırlar. Bir müddət keçdikdən sonra Cavabdeh1 və onun arvadı digər cavabdeh Əlizadə (Mirzəyeva) Güln ar Sahib qızı evi tərk etmək istəməmiş, həmin evdə atasının yaşamasını bəhanə edərək bu evin onlara vəsiyyət olunmasını bildirmiş, orada yaşamağa davam etmişdirlər. Həmin fərdi evin bütün qaz və işıq sərfıyyatı onun həyat yoldaşının adına müqavilə bağlamaqla rəsmiləşdirilmiş, qaz, işıq borcları ödənilmişdir. Bu evdən başqa onun yaşamağa yeri yoxdur və cavabdehlərin ona qarşı etdikləri qeyri-qanuni hərəkətlərlə iddiaçının uşaqlarının mənzil hüququnu aşkar şəkildə pozurlar. Başqa yolla mənzil hüququnu bərpa etmək mümkün olmadığına görə o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Mübahisəli torpaq sahəsi etibarnamə ilə Cavabdeh3 məxsusdur, lakin Cavabdeh3 torpaq sahəsində yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən hər hansı rəsmi sənəd yoxdur. Abşeron Rayon Məhkəməsin in xx.xx.2022-ci il tarixli, 2(012)-639/2022 saylı qətnaməsi ilə Cavabdeh3 sözügedən evə köçürülməsi qət edilsə də cavabdeh hazırda həmin evdə yaşamır. Hazırda o, Cavabdeh3 bir otaqlı mənzildə yaşayır. Cavabdeh3 bibisinə məxsus evdə yaşayır. Cavabdeh3 evə tək köçürülməsini istəmir. Onun köçmək istədiyi ev 4 otaqlı fərdi yaşayış evidir. Onunla Cavabdeh3 2020-ci ildən, yəni dayısı X4 vəfat etdiyi gündən orada yaşamırlar. Həmin ev onun dayısı, həmçinin Cavabdeh3 sifarişi ilə tikilib. Təxminən 2008-2009-cu illərdə ev tam hazır vəziyyətdə idi. Dayısı həmin vaxtdan orada yaşayırdı və dayısının həyat yoldaşı dayısından əvvəl vəfat etmişdir. Əvvəllər dayısıgil Bakı şəhəri, Bakıxanov qəsəbəsində yaşamış, sonradan dayısı sözügedən evə köçmüşdür. Mübahisəli evə dayısı köçdükdən sonra dayısının həya t yoldaşı vəfat etmişdir. Hesab edir ki, Cavabdeh3 kimi onun da həmin evə köçürülməlidir.
6. Cavabdeh1 iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdir ki, mübahisə predmeti olan həmin evə 2009-cu ildə mərhum atası və iki qardaşı ilə birlikdə köçmüşdür. Sözügedən evi atası X4 2008-2009-cu illərdə tikdirmiş və tam hazır vəziyyətə gətirmişdir. Həmin vaxta qədər onlar Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən yataqxanada yaşamışdırlar. Onun böyük qardaşı 2013-cü ildə, o isə 2010-cu ildə ailə həyatı qurmuş, böyük qardaşı 2014-cü ildə yaşadıqları evdən çıxmışdır. Cavabdeh3 evləndikdən sonra atası X4 2015-ci ildə cavabdehi evdən çıxarmışdır və cavabdeh o vaxtdan bir də həmin evə qayıtmamışdır. Cavabdeh3 və İddiaçı 2013-cü ildə ailə qurmuşdur. O, 2011-ci ilin fevral ayından evdən çıxmışd ır. Onun atası X1 evdə tək yaşayırdı. Atası çağırdığı üçün o, həmin evə 2020-ci ilin may ayında qayıtmışdır. Cavabdeh3 torpaq sahəsini əmisindən almamışdır. Həmçinin o, bildirdi ki, Cavabdeh3 həyat yoldaşı İddiaçı həmin evə köçürülməsini istəmir, belə ki, iddiaçının yaşamağa başqa yeri vardır. O, Cavabdeh3 tərəfindən hücumlara məruz qalmışdır, onun övladlarına hücum etmişdirlər. Sözügedən ev 4 otaqlı evdir, evin yerləşdiyi torpaq sahəsi 2 sot yarımdır, hazırda o, həyat yoldaşı və 2 uşağı həmin evdə yaşayırlar. Onun qayınatası tərəfindən bir sot yarımlıq torpaq sahəsində tikilmiş ev vardır ki, həmin evi mübahisəli evin əvəzində iddiaçıya təklif edə bilər. Odur ki, qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh3 qeyd etmişdir ki, mübahi sə predmeti olan həmin evə həyat yoldaşı olan İddiaçı da köçürülməlidir. Belə ki, atası vəfat etdiyi günə qədər o, ailəsi ilə birlikdə mübahisəli evdə yaşamışdır. Qeyd edir ki, onun yaşamağa başqa yeri yoxdur. Əvvəllər o, təkər alveri ilə məşğul olmuş, onlar 2009-cu ilə kimi Bakı şəhəri, Bakıxanov qəsəbəsində yaşamışdırlar. Vaxtilə o, sözügedən yaşayış evinin yerləşdiyi torpaq sahəsini etibarnamə əsasında əmisindən almış, evi təxminən 2008-2009-cu illərdə 20000 manata qədər xərc çəkərək tikdirmişdir və buna onun əmisi, bibisi və qardaşı şahiddirlər. Daha sonra o, 2009cu ildə həmin evə köçmüşdür. Onun mübahisəli evə köçürülməsi barədə Abşeron Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilmişdir, lakin ailə üzvlərinin həmin evə köçürülməsi ilə bağlı hər hansı qərar qəbul edilməmişdir. Cavabde h1 ona mübahisəli ev əvəzinə təklif etdiyi ev onun böyük qardaşına məxsusdur, əgər Cavabdeh1 tərəfindən təklif olunan fərdi yaşayış evində yaşayış üçün əlverişli şərait yaradılsa, o, həmin evə köçməyə razıdır. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Cavabdeh1 və Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişlər ki, mübahisə predmeti olan həmin evə İddiaçı bu iş üzrə formal olaraq cavabdeh kimi qeyd edilmiş Cavabdeh3 həyat yoldaşı və nümayəndəsi olduğu Cavabdeh1 bibisi qızıdır. Həmin ev iddiaçının ərizəsində qeyd etdiyi kimi onun həyat yoldaşı, yəni digər Cavabdeh3 pul vəsaiti hesabına deyil, iddiaçının mərhum qayınX13in öz şəxsi vəsaiti hesabına inşa edilmiş, cavabdehlər ailə olaraq köçüb burada yaşam ışdırlar və bu fakt qətnamədə də öz əksini tapmışdır. İddiaçı hazırda köçürülmək istədiyi evə 2013-cü il tarixdə gəlin gəlmiş və 2015-ci il tarixdə həmin mənzili tərk edərək hazıradək yaşadıqları, ünvan 1 ünvanında yerləşən Maşınqayırma kollecinin yataqxanasına köçmüşdürlər. İddia ərizəsinə yazdıqları yalan məlumatlardan ibarət olan söz birləşmələrindən başqa onların burada yaşadıqlarını təsdiq edən heç bir sənəd və sübut əlavə edilməmişdir. İddia ərizəsində iddiaçı kommunal xidmətlərin onun həyat yoldaşının adına olmasını və ödənişlərin onlar tərəfindən həyata keçirildiyi qeyd etsə də ödənişin onlar tərəfindən həyata keçirildiyini sübut edən qəbzlər iş materiallarına əlavə edilməmişdir, çünki onlar bu ünvanda 2015-ci il tarixdən yaşamamışdırlar. Onların burada yaşamadığı şahidlər vasitə si ilə də öz təsdiqini tapmışdır. Bundan əlavə iddiaçı ərizəsində kirayə evdə qaldığını bildirir, lakin iddiaçı kirayədə qalmasını təsdiq edəcək hər hansısa bir sənəd ərizəyə əlavə edə bilməmişdir. Bununla bağlı bildirir ki, iddiaçının bu mövqeyi də yalandan ibarətdir və məhkəməni aldatmağa hesablanmışdır. Belə ki, iddiaçı və ailə üzvləri ünvan 1 ünvanında yerləşən Maşınqayırma kollecinin yataqxanasında yaşayırlar və məcburi köçkün ailəsi olaraq orada yaşadıqları üçün adambaşına 33 manat vahid aylıq müavinət alırlar. Kirayə evdə yaşasaydılar, onlara 33 manat deyil, 60 manat vahid aylıq müavinət düşməli idi ki, bu hal da iddiaçının yalan məlumat verdiyini tam çılpaqlığı ilə ortaya qoyur. Bundan əlavə iddia ərizəsində iddiaçı xx.xx.2021- ci il tarixli Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərarında istinad etmişdir ki, bununla da bağlı bildirir ki, elə həmin qərarda iddiaçının həyat yoldaşı digər Cavabdeh3 özü də bilmədən onların ünvan 1 ünvanında yerləşən Maşınqayırma kollecinin yataqxanasında yaşadıqlarını etiraf etmiş və bu hal həmin qərarda qeyd edilməklə öz təsdiqini tapmışdır. Hesab etmişlər ki, iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qaydasında rədd edilməlidir. İddiaçı həyat yoldaşı olan Cavabdeh3 məhkəmə qətnaməsi əsasında həmin evə köçürülsə də iddiaçının o evə köçürülməsini istəmirlər. Odur ki, göstərilənlərə əsasən o, iddia tələbinin rədd edilməsini xahiş edilmişdir.
9. Şahid qismində cəlb edilmiş X8 məhkəmədə ifadəsində bildirmişdir ki, o, cavabdehlər Cavabdeh3 və Cava bdeh1 böyük qardaşıdır. Onun əmisi 2008-ci ildə qardaşı Cavabdeh3 öz torpağından bir sotunu vermiş, iki sot torpaq sahəsi üçün əlavə pulu isə Cavabdeh3 özü ödəmişdir. Sözügedən ev 2008-2009-cu illərdə Cavabdeh3 tərəfindən tikilmişdir. Cavabdeh3 2020-ci ilə kimi, yəni X13in vəfat etdiyi vaxta qədər həmin evdə yaşamışdır. O, sözügedən evi 2016-cı ildə tərk etmiş, qardaşı Cavabdeh3 isə həmin evdə qalmışdır. X13 2011-ci ildə Cavabdeh1 evdən qovmuşdur, bundan sonra qardaşı Cavabdeh1 və həyat yoldaşı qayınatasının evində yaşamağa başlamış, 2020-ci ildə atası vəfat etdikdən sonra Cavabdeh1 ailəsi ilə birlikdə həmin evə qayıtmışdır. Cavabdeh3 həmin evdə yaşaması ilə bağlı sübut qalmasın deyə Cavabdeh1 evdəki bütün əşyaları çıxarıb atmışdır. Qeyd edir ki, mübahisəli ev ilə bağlı onun haqqı yoxdur, Cavabdeh1 tərəfindən təklif olunan evi o, tikdirmişdir və həmin evin yerləşdiyi torpaq sahəsi də ona məxsusdur.
10. Şahid qismində cəlb edilmiş X10 və məhkəmədə ifadəsində bildirmişdilər ki, o, şəhid ailəsinin üzvüdür. Onun qardaşı Sabir Əliyevin vəfat etdikdən sonra onun kiçik övladı Cavabdeh1 mübahisəli evdə yaşamamışdır. Mübahisəli evi 2008-ci ildə Cavabdeh3 X13 ilə birlikdə tikmişdir. Həmin torpaq sahəsi qardaşından əvvəl ona məxsus olmuşdur, həmin torpaq sahəsi vaxtilə boş ərazi olmuşdur. Həyat yoldaşı vəfat etdikdən sonra uşaqlara baxan olmadığına görə Sumqayıtda yaşayan baldızıgilə getmiş, həmin vaxt Cavabdeh3 ondan torpaq sahəsi istəmiş, o da həmin torpaq sahəsini Cavabdeh3 vermişdir. Onun torpaq sahəsini alan vaxta qədər Cavabdeh3 Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən yataqx anada yaşayırdı, Cavabdeh1 isə orada yaşamamışdır. Qız qaçırdığı üçün qardaşı X6 Yaşar Sabir oğlu qəbul etmədi. Bir müddət sonra Cavabdeh1 və həyat yoldaşı atası ilə barışmışdırlar. Onun qardaşı Sabir Əliyev 2020-ci ildə vəfat etmiş, həmin vaxta qədər Cavabdeh1 orada yaşamamışdır. Lakin Cavabdeh3 atası ilə yaşayırdı. Sabir Əliyev hepatit xəstəliyindən əziyyət çəkdiyindən Cavabdeh3 həyat yoldaşını həmin evdən başqa yerə aparmışdır, lakin Cavabdeh3 atasının yaşadığı evdən çıxmamışdır. Daha sonra Cavabdeh1 gəlib Sabir Əliyevin evini zəbt etmiş, elə o vaxtdan həmin evdən çıxmamışdır. Cavabdeh1 böyük qardaşı sığınacaq vermiş, lakin buna baxmayaraq Cavabdeh1 mübahisəli evdən çıxmamışdır. Cavabdeh1 həyat yoldaşı ilə yaşamaq üçün öz adına sənədsiz evi var idi. Qardaşı vəfat edən günə kimi o, Xırda lan şəhəri tərəfdə yaşayırdı. Hazırda Cavabdeh3 yataqxanada yaşayır. Hesab edir ki, tərəflər arasında barışıq olsa, hər iki ailə birlikdə yaşaya bilərlər. Əgər onlar bir evdə yaşaya bilməsələr bu halda həmin evi qiymətləndirməlidirlər. Bir daha qeyd edir ki, qardaşı o evdə Cavabdeh3 ilə yaşamışdır. Qardaşının vəfat etməsi xəbərini telefon vasitəsilə almış, amma pandemiya dövrü olduğundan yas mərasiminə gəlib çata bilməmişdir.
11. Bakı Şəhəri Abşeron Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 11 iyun 2024-cü il tarixli 2(012)-1518/2024 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia tələbi təmin edilmişdir.
12. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh3 ilə 7 dekabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, elə həmin vaxtdan mübahis əli həyət evinə gəlin köçərək yaşamağa başlamış və onların birgə nikahdan iki övladları vardır. İddiaçını qaynatası X4 öldükdən sonra iddiaçının qaynı olan Cavabdeh1 arvadı Əlizadə (Mirzəyeva) Gülnar Sahib qızı ilə mübahisə predmeti olan fərdi yaşayış evinə gələrək orada yaşamağa başlamış, bundan sonra ev üstündə mübahisə yaranmış, cavabdehin hərəkətləri nəticəsində həyat yoldaşı Cavabdeh3 ilə birgə mübahisəli həyət evini tərk etmək məcburiyyətində qalmışdır.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçının həyat yoldaşı mübahisə predmeti olan fərdi yaşayış evinə köçürüldüyü halda,iddiaçı ilə onun ailə münasibətləri qanuna uyğun şəkildə davam etdiyi təqdirdə,yəni ailə üzvü olduğu halda,həmçinin iddiaçının hazırki vəziyyətdə mübahisəli evə münasibətdə Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 ilə eyni hüququ statusa malik olduğu halda,sonuncuların fərdi yaşayış evindən faydalandığı halda, iddiaçının bu hüquqdan məhrum olması İddiaçı digər faydalanan şəxslərlə bərabər həddə müdafiə olunması zərurətini doğurur.
14. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri bilmişdir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddə sinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır.
15. Məhkəmə hesab etmişdir ki, nə qədər ki, torpaq sahəsi və evdən cavabdeh və onun ailə üzvləri,həmçinin iddiaçının həyat yoldaşı istifadə edərək yararlanmaq hüququna malikdirlər, hazırda cavabdeh daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış həmin tikilidən (iqtisadi dəyərdən) istifadə etdiyi halda, bərabərlik prinsipinə uyğun iddiaçı da oradan istifadə edə bilər, çünki qüvvədə olan Mənzil Məcəlləsinin anoloji (istər xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış və ya alınmamış yaşayış sahə sindən istifadəni tənzimləyən) normaları da buna imkan verir.
16. Məhkəmə mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 25 və 43-cü maddələri, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2. 30.3, 30.4, 68.1, 68.2,-cü maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2, 152.5, 152.6, 157.8, 158.1.2, 158.2, 158.4,180-ci maddələri və Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda eyni məzmunlu apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(012)-1518/2024 nömrəli qətnaməsinin ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apelyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, məhkəmənin göstərilən qətnaməsi qanunsuz və əsassız olduğu, maddi və prosessual hüquq normaları pozulmaqla və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olmuş bütün faktiki hallar aydınlaşdırılmadan qəbul olunduğu, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə və faktlar nöqteyi-nəzərindən əsassız qərar qəbul edilməsinə səbəb olduğu üçün ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçı və uşaqlarının faktiki və sənədlərlə də təsdiq edilən ünvanda yaşaması araşdırılmamışdır. Mülki Məcəllənin 27.1, 27.3, 157.8 və 180-ci maddələri, Mənzil Məcəlləsinin 15, 29.1, 29.4-cü maddələrinin məzmununa məhkəmə nəzər yetirməmiş, yalnız iddiaçı və formal olaraq digər cavabdehin mövqeyini ü stün tutmaqla kifayətlənmişdir. Belə ki, həm 22 nömrəli Uşaq Poliklinikasına, həm də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə göndərilmiş sorğulara verilmiş cavablardan da iddiaçı və uşaqlarının həm yoxlandıqları səhiyyə müəssisəsinin, həm də təhsil aldıqları təhsil ocaqlarının yerləşmə hissəsinin Sabunçu rayonu olması və iddiaçının da həmin rayonun ərazisdində yerləşən Sabunçu rayonu, ünvan 2 ünvanı (Maşınqayırma Kollecinin yataqxansı) olması nəzərə alınmamışdır. Məhkəmə iddianı yalnız iddiaçının mövqeyinə münasibətdə icra edərək heç bir mötəbər dəlilə əsaslanmamışdır. Rəsmi sənədlərlə iddiaçının və formal olaraq işdə digər cavabdeh kimi qoyulmuş həyat yoldaşı Cavabdeh3 formal heç bir hüquqa və sübuta əsaslanmayan mövqeyini daha üstün götürməklə qanunvericiliyin tələbini pozmu şdur. İş materiallarında cavabdeh tərəfindən təqdim edilmiş sübutlara hakim tərəfindən düzgün qiymət verilməmişdir. Cavabdeh tərəfindən yazılı etriaz verilməsinə baxmayaraq, məhkəməyə təqdim edilmiş sənədlər hakim tərəfindən qanuna müvafiq formada araşdırılmamışdır. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Bundan əlavə məhkəməyə şahid kimi dəvət edilmiş X5 bu məhkəmədən öncəki Abşeron Rayon Məhkəməsində (Abşeron Rayon Məhkəməsinin 2(012)-639/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində) şahid kimi dindirildiyi və həmin zaman verdiyi ifadələrlə bu məhkəmədə verdiyi ifadələr arasında ziddiyət olduğunu hakimə bildirməklərinə baxmayaraq, bu hallar da hakim tərəfindən aydınlaşdırılmamışdır. Belə ki, iddiaçı bu iş üzrə digər cavabdeh (formal olaraq) olan Cavabdeh3 həyat yoldaşı və bibisi qızıdır. Nə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-639/2022 saylı, nə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-2101/2022 saylı qətnamələrində, nə də Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)1510/2023 qərarı ilə indiki iddiaçı və uşaqlarının mübahisəli evə köçürülməsi təmin edilməmişdir. Bildirir ki, iddiaçı hazırda köçürülmək istədiyi evə 2013-cü il tarixdə gəlin gəlmiş və 2015-ci il tarixdə həmin mənzili tərk edərək hazıradək yaşadıqları, ünvan 1 ünvanında yeləşən Maşınqayırma Kollecinin yataqxanasına köçmüşlər. İddia ərizəsinə yazdıqları yalan məlumatlardan ibarət olan söz birləşmələrindən başqa onların burada yaşadıqlarını təsdiq edən heç b ir sənəd və sübut əlavə edilməmişdir. İddia ərizəsində iddiaçı kommunal xidmətlərin onun həyat yoldaşının adına olmasını və ödənişlərin onlar tərəfindən həyata keçirildiyi qeyd etsə də ödənişin onlar tərəfindən həyata keçirildiyini sübut edən qəbz(ləri) iş materiallarına əlavə etməmişdir, çünki onlar bu ünvanda 2015-ci il tarixdən yaşamayıblar. Onların burada yaşamadığı şahidlər vasitəsi ilə də öz təsdiqini tapmışdır. Bundan əlavə iddiaçı ərizəsində kirayədə qaldığını bildirir, lakin kirayədə qalmağını təsdiq edəcək hər hansısa bir sənədi ərizəyə əlavə edə bilmir. Bununla bağlı bildirir ki, iddiaçının bu mövqeyi də yalandan ibarətdir və məhkəməni aldatmağa hesablanmışdır. Belə ki, iddiaçı və ailə üzvləri ünvan 1 ünvanında yeləşən Maşınqayırma Kollecinin yataqxanasında yaşayırlar və məcburi köçkün ailəsi olaraq orada yaşadıqları üçün adambaşına 33 manat vahid aylıq müavinət alırlar. Kirayə yaşasaydılar onlara 33 manat deyil, 60 manat vahid aylıq müavinət düşməli idi ki, bu hal da iddiaçının yalan məlumat verdiyini tam çılpaqlığı ilə ortaya qoyur. Bundan əlavə iddia ərizəsində iddiaçı xx.xx.2021-ci il tarixli Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərarında istinad etmişdir ki, bununla da bağlı bildirir ki, elə həmin qərarda iddiaçının həyat yoldaşı digər Cavabdeh3 özü də bilmədən onların ünvan 1 ünvanında yeləşən Maşınqayırma Kollecinin yataqxanasında yaşadıqlarını etiraf etmiş və bu hal həmin qərarda qeyd edilməklə öz təsdiqini tapmışdır. Son olaraq bildirir ki, bu evdə iddiaçı və ailə üzvlərinin yaşamadığın ı təsdiq edən səs yazılarının olduğu 2 ədəd CD disk tərəflərindən məhkəməyə təqdim edilir. Həmin səs yazları xx.xx.2020-ci il tarixdə axşam saatlarında aparılmış danışıqlardır ki, ordakı səslər hər 3 qardaşa X8, Cavabdeh3 və Cavabdeh1 məxsusdur. Bu səs yazılarındanda açıq aydın müəyyən etmək olur ki, iddiaçının həyat yoldaşı, formal olaraq digər Cavabdeh3 özü həmin evdə heç bir haqqlarının olmadığını etiraf edir. Tərəfimizdən müxtəlif dövlət orqanlarına göndərilmiş sorğularla təsdiq edilir ki, iddiaçı və ailəsi ünvan 3 ünvanında yeləşən Maşınqayırma Kollecinin yataqxanasında qeydiyyatda olmaqla həmin ünvanda da yaşayırlar. Bundan əlavə tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinə ünvanlanmış sorğuya cavabdan da görünür ki iddiaçı və digər cavabdehin övladları Sabunçu ərazis ində yerləşən təhsil müəsissələrində təhsil alır və uşaq bağçasına gedirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi göstərir ki, ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt ələb olunur: 1) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu, 2) yaşayış sahəsinə olan ehtiyyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Göründüyü kimi, şəxsin yalnız ailə üzvü və ya ona bərabər tutulan şəxs olması onun yaşayış sahəsindən istifadə hü ququnun dərhal, qeyd-şərtsiz və avtomatik olaraq yaranmasına səbəb olmur. Məhkəmənin qərarındanda göründüyü kimi, yaşayış sahəsinə köçürülməsini tələb edən şəxsin yaşayış sahəsinə olan ehtiyyacını köçürülməsini istədiyi yaşayış sahəsindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması da vacibdir. Yəni köçürülməsini tələb edən şəxsin belə bir məcburiyyəti yoxdursa, onun digər yaşayış sahəsi, bu cür yaşayış sahəsindən istifadə etmək imkanları vardırsa, belə halda, köçürülməsini tələb edən şəxs ailə üzvü olduğu halda belə, onun iddiası təmin edilə bilməz. Şikayətin əvvəlində geniş şəkildə mövqelərini əsaslandırmışdır. İstər maddi, istər prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, formal əsaslandırmadan ibarət qətnamə qəbul edilmişdir. Məhkəmə mübahisənin mahiyyətinə dərindən yiyə lənmədiyi üçün, qanunsuz və əsassiz qətnamə qəbul etməklə yalnış nəticəyə gəlmişdir. Beləliklə də, məhkəmə qətnaməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir.
19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(105)-1474/2024 nömrəli iş üzrə 19 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Zaur Məmmədov və Mirbahəddin Hüseynov) apellyasiya şikayətlətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı Cavabdeh3 ilə 07 dekabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, elə həmin vaxtdan Abşe ron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsində yerləşən nömrəsiz həyət evinə gəlin köçərək yaşamağa başlamış və onların birgə nikahdan iki övladları vardır. İddiaçını qaynatası X4 öldükdən sonra iddiaçının qaynı olan Cavabdeh1 arvadı Əlizadə (Mirzəyeva) Gülnar Sahib qızı ilə mübahisə predmeti olan fərdi yaşayış evinə gələrək orada yaşamağa başlamış, bundan sonra ev üstündə mübahisə yaranmış, cavabdehin hərəkətləri nəticəsində həyat yoldaşı Cavabdeh3 ilə birgə Abşeron rayonu, Hökməli qəsəbəsi, Aşağı 28 May küçəsində yerləşən nömrəsiz həyət evini tərk etmək məcburiyyətində qalmışdır.
21. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı həyat yoldaşı Cavabdeh3 qardaşı Cavabdeh1 və qardaşı arvadı Cavabdeh2 mübahisə predmeti olan fərdi yaşayış evinə köçürülmə barədə Abşeron Rayon Məhkəməsində iddi a qaldırmış və Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-639/2022 saylı qətnaməsi ilə Cavabdeh3 sözügedən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş və qətnamə qanuni qüvvəsini almış, həmin qətnamədə işin faktiki hallarına qiymət verilmiş və qanunvericiliyin tələbinə görə müəyyən edilmiş həmin faktiki halların mübahisələndirilməsi yolverilməzdir.
22. Cavabdehlər tərəfindən mübahisələndirilən və şikayətin dəlili olaraq göstərilən hal – iddiaçının 2015-ci ildən mübahisəli evdə yaşamaması, iddiaçı və ailə üzvlərinin məcburi köçkün ailəsi olaraq yataqxanada yaşaması ilə, həmçinin iddiaçı Cavabdeh3 mənzilə köçürülmə iddiasına dair mülki iş üzrə qəbul edilmiş məhkəmə aktları ilə ailə üzvəri – yəni, indiki iddiaçı və uşaqlarının mübahisəli evə köçürülməsi təmin edilməməsi, hə min qətnamənin hazırki iş üzrə preyudisial xarakter daşımasına istinad etmişlər.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə bağlı gəlmiş olduğu nəticə ilə razılşaraq aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir:
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçıl arının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.
25. İşin mübahissəsiz hallarından gör ündüyü kimi mübahisə predmeti olan fərdi yaşayış evi qanunsuz tikili olmaqla, əmlak hüquqları qeydə alınmamışdır. Həmin ev mövcuddur, cavabdehlər tərəfindən yaşayış sahəsi olaraq istifadə edilir.
26. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırı lmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.
27. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayaraq cavabdehlə birgə təsərrüfat aparmışlar, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun həmin evdə yaşamasına imkan verməmişdir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ oldu ğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur.
28. Cavabdehlər qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir.
29. Mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki ol araq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır.
30. Məhkəmə kollegiyası iddiaçı Cavabdeh3 mənzilə köçürülmə iddiasına dair mülki iş üzrə qəbul edilmiş məhkəmə aktları ilə ailə üzvəri – yəni, indiki iddiaçı və uşaqlarının mübahisəli evə köçürülməsi təmin edilməməsi, həmin qətnamənin hazırki iş üzrə preyudisial xarakter daşımasına dair dəlilini də əsassız hesab edir.
31. Mülki Prosessual Məcllənin 82.3-cü maddəsinə görə preyudisiallıq o deməkdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
32. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyə görə məhkəmə aktının preyudisial akt kim qəbul edilməsi üçün ilk növbədə həmin işdə iştirak edən şəxslərin eyni olması mühüm şərtdir.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarında da qeyd edilmişdir ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.
34. Cavabdeh tərəf Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-1510/2023 qərarının hazırkı iş üzrə preyudisial xarakter daşımasına istinad etsə də, hazırkı işdə iştirak edən şəxslərin subyekt tərkibi ilə əvvəlki işdə iştirak edən şəxslərin subyekt tərkibinin eyni olması, araşdırılan mübahisə üzrə iddiaçının həmin işdə tərəf olması və ya işdə hər hansı statusda iştirak etməsi görünmür. Həmin Qərardan görünür ki, iddia tələbi «ailə üzvlərinin evə köçürülməsi» hissəsində təmin edilməmiş, lakin həmin ailə üzvlərinin dairəsi, kimliyi müəyyən edilməmiş, proses tərəfi olaraq işə cəlb edilməmiş, həmin şəxslərə münasibətdə heç bir qiymətləndirmə aparılmamışdır.
35. Belə olan təqdirdə, yəni indi işdəki iddiaçının əvvəllər baxılan işdə iştirak etməsi müəyyən edilmədiyi halda həmin iş üzrə qəbul edilmiş məhkəmə aktının hazırki işə preyudisiallığı ilə bağlı gəlinən nəticə mülki-prosessual qanunvericiliyin tələbinə uyğun hesab edilə bilməz.
36. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Konsti tusiyası 43.1-ci maddəsi, Mülki Məcəlləsinin 11.1, 11.2, 14.1, 14.3, 27.3, 139.1, 157.8, 158.1.2-ci maddəsi, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3, 68.1, 68.2-ci maddələri və MPM-in 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
38. Cavabdeh1 (vəkili X2 ) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2024-cü il tarixli 2(105)- 1474/2024 saylı qətnaməsini ləğv edərək mülki iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 27.1, 27.3, 157.8 və 180-ci maddələrinin məzmununa nəzər yetirməmiş və yalnız iddiaçı və formal olaraq digər cavabdehin mövqeyini üstün tutmaqla kif ayətlənmişdir. Belə ki, iddiaçı və uşaqlarının faktiki və sənədlərlə də təsdiq edilən ünvanda yaşaması araşdırılmamışdır.
40. Həm 22 nömrəli Uşaq Poliklinikasına həm də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə göndərilmiş sorğulara verilmiş cavablardan da iddiaçı və uşaqlarının həm yoxlandıqları səhiyyə müəssisəsinin həm də təhsil aldıqları təhsil ocaqlarının yerləşmə hissəsinin Sabunçu rayonu olması və iddiaçının da həmin rayonun ərazisdində yerləşən Sabunçu rayonu, ünvan 2 ünvanı (Maşınqayırma Kollecinin yataqxansı) olması nəzərə alınmamışdır
41. Məhkəmə iddianı yalnız iddiaçının mövqeyinə münasibətdə icra edərək heç bir mötəbər dəlilə əsaslanmamışdır. Rəsmi sənədlərlə iddiaçının və formal olaraq işdə digər cavabdeh kimi qoyulmuş həyat yoldaşı Cavabdeh3 formal heç bir hüquqa və sübuta əsaslanmayan mövqeyini daha üstün götürməklə qanunvericiliyin tələbini pozmuşdur.
42. İş materiallarında cavabdeh tərəfindən təqdim edilmiş sübutlara hakim tərəfindən düzgün qiymət verilməmişdir. Cavabdeh tərəfindən yazılı etriaz verilməsinə baxmayaraq məhkəməyə təqdim edilmiş sənədlər hakim tərəfindən qanunamüvafiq formada araşdırılmamışdır. Bundan əlavə iş materiallarında iddiaçının təqdim etdiyi heç bir sübut yoxdur. Məhkəmə ehtimal və gumanlara əsasən qətnamə qəbul etmişdir.
43. İddiaçının iddia ərizəsində kommunal xidmətlərin onun həyat yoldaşının formal olaraq-digər Cavabdeh3 adına olmasını və ödənişlərin onlar tərəfindən həyata keçirildiyi qeyd etsə də hakim bu halı təsdiq edəcək sənədləri tələb edib işi araşdırmamışdır. Bundan əlavə iddiaçı ərizəsində kirayədə qaldığını q eyd etmişdir, lakin kirayədə qalmağını təsdiq edəcək hər hansısa bir sənəd işə əlavə etməmişdir bu hala da hakim tərəfindən düzgün qiymət verilməmişdir. Bu maddənin tələbi baxımından məhkəmə iddiaçının tələblərini əsaslandıran sübutları tələb etməli, mötəbər sübutlar təqdim edildiyi halda tələbi təmin etməli idi. Məhkəmənin iddiaçının həqiqəti əks etdirməyən sözlərinə əsaslanmaqla gümnala qərar qəbul etməsi yolverilməzdi.
44. Mübahisəli evdə iddiaçı və ailə üzvlərinin yaşamadığını təsdiq edən səs yazılarının olduğu 2 ədəd CD diskin tərəflərindən məhkəməyə təqdim edilməsinə baxmayaraq nə 1-ci instansiya məhkəməsi nə də apellyasiya məhkəməsi tərəfindən bu hala da düzgün qiymət verilməmişdir. Bu səs yazılarından da açıq aydın müəyyən etmək olur ki, iddiaçının həyat yoldaşı, formal olaraq digə r Cavabdeh3 özü həmin evdə heç bir haqlarının olmadığını etiraf edir.
45. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır.
46. Birinci instansiya məhkəməsində məhkəməyə şahid kimi dəvət edilmiş X5 bu məhkəmədən öncəki Abşeron rayon məhkəməsində (Abşeron Rayon Məhkəməsinin 2(012)-639/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsində) şahid kimi dindirildiyi və həmin zaman verdiyi ifadələrlə 2-ci dəfə Abşeron Rayon Məhkəməsində (2(012)-1518/2024 xx.xx.2024-cü il tarixli qətnaməsində) məhkəmədə verdiyi ifadələr arasında ziddiyət olduğunu apellyasiya şikayətində göstərmələrinə baxmayaraq bu hallar da apellyasiyada araşdırılmamışdır.
47. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 15, 29.1, 2 9.4-cü, Azərbaycan Respublikasının MPM-in 9.3, 14.2, 77.1, 95.1, 106.4, 217.1-ci maddələrinə də istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
49. Maddə
43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
50. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
51. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hü quq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
52. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
53. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir
54. Maddə 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yeri ni itirmir.
55. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
56. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
57. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
58. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ da mülki yyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
59. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
60. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyin atı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
61. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.
62. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda di gər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.
63. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə
64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qər əzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
67. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
68. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
69. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
70. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər ü zrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
71. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
72. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
73. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əs as ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
74. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
75. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
77. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habeləkassasiya şikayətində göstərilən hüquqi məsələlərə mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə ə saslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
78. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
80. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddə lərini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2024-cü il tarixli 2(105)-1474/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.