Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3441/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maneələrin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına və cavabdehin qərəzli hərəkətlərinə son qoyulması tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-366/2023 nömrəli mülki iş üzrə 04 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 22 sentyabr 1999-cu il tarixli 79 saylı qərarına əsasən, 0,17 ha həyətyanı sahəsi Zaqatala rayonu Suvagil kənd sakini İddiaçı, X12, X8, X9, X6 və X1 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi üzərində ümumi sahəsi 199 kv.m, yaşayış sahəsi 105 kv.m tikili inşa edilmişdir.
2. Zaqatala rayonu X21ində yerləşən 0,1695 ha həyətyanı torpaq sahəsi üzərində hüquqlarının rəsmiləşdirilməsi üçün İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin əməkdaşları torpaq sahəsinin yerləşdiyi əraziyə gəlmələrinə baxmayaraq, əmlak üzərində mübahisənin olması səbəbindən qeyd olunan əmlaklar üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun mülk iyyətində olan Zaqatala rayonu, X21ində yerləşən ümumi sahəsi 199,0 kv.m olan fərdi yaşayış evi və ümumi birgə mülkiyyət hüququ ilə mülkiyyətində olan 0,17 ha həyətyanı torpaq sahəsindən onun əmlaklara daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş, həmçinin həmin əmlaklar üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının mülkiyyətində olan Zaqatala rayonu, X21ində yerləşən ümumi sahəsi 199,0 m2 olan fərdi yaşayış evi və ümumi birgə mülkiyyət hüququ üzrə 0,17 ha həyətyanı torpaq sahəsindən istifadə və sahiblik etmək hüququnun həyata keçirilməsinə maneçilik törədir. İddiaçı mübahisəli torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə, iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, lakin, sonuncu çöl-ölçmə işlərinə iş üzrə cavabdeh - Cavabdeh tərəfindən maneçilik törədilməsi səbəbindən 24 iyun 2022-ci il tarixli, **********69 nömrəli məktubla hüquqların dövlət qeydiyyatından imtina etmişdir. İddiaçı Cavabdeh Zaqatala rayonu, X21ində yerləşən ümumi sahəsi 199,0 m2 olan fərdi yaşayış evi və ümumi birgə mülkiyyət hüququ ilə mülkiyyətində olan 0,17 ha həyətyanı torpaq sahəsindən istifadə və sahiblik etməsinə qarşı yaratdığı maneənin aradan qaldırılmasını və həmin əmlaklar üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması məqsədi ilə aparılması nəzərdə tutulmuş çölölçmə işlərinin aparılmasının qarşısının alınmasına yönəlmiş qərəzli hərəkətlərinə son qoymasını tələb etməsinə baxmayaraq sonuncu bundan qərəzli olaraq imtina etmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 157.8, Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə istinad edir.
5. Məhkəməyə təqdim edilmiş X21 İnzibati Ərazi Dairəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 329 nömrəli arayışa əsasən, X21 Ərazi Nümayəndəliyinin 02 saylı təsərrüfat başına kitabının 78-ci səhifəsində İddiaçı adına ümumi sahəsi 199 kv.m, yaşayış sahəsi 105 kv.m, 0,17 ha həyətyanı sahəsi olan yaşayış evi vardır.
6. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(033)-847/2022 nömrəli iş üzrə 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Həsənov) iddia təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmamaq, yaxud hüquqdan sui-istifadə olmamaq şərti ilə ümumi birgə mülkiyyətində olan torpaq sahəsinə qanunda müəyyənləşdirilmiş hədlərdə sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Cavabdeh tərəfindən 0,17 ha həyətyanı torpaq sahəsinin ümumi birgə mülkiyyətçisi olan-İddiaçı həmin torpaq sahəsinə və üzərində inşa edilmiş ümumi sahəsi 199 kv.m olan tikiliyə daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətləri qanunsuzdur və iddiaçının torpaq sahəsi və üzərində inşa edilmiş tikiliyə istifadə və sahibliyə yönəlmiş qərəzli hərəkətlərə son qoyulması tələbi qanunvericiliyin tələblərinə tam uyğundur.
8. Ona görə də, cavabdehin onunla birlikdə iddiaçıya da məxsus olan əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdeh tərəfindən yaradılan həmin maneələr aradan qaldırılmalıdır.
9. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, Cavabdeh tərəfindən İddiaçı müraciəti əsasında üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşları tərəfindən aparılan ölçü işlərinə qanunsuz olaraq maneələr yaradılmış, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşlarının torpaq sahəsinin yerləşdiyi əraziyə gəlmələrinə baxmayaraq əmlak üzərində mübahisə olması səbəbindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29 mad dəsinə, 125-ci maddəsinin Vİİ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.3, 152.4, 152.5, 153.4, 157.1,157.2, 158.4, 213.1, 222.1-ci, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 82-ci, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 2.1, 4.1, 14.2, 77.1, 88, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh şikayətini belə əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən ümumi birgə mülkiyyətçilər olan X3, X4, X2 və X5 iş üzrə prosessual üçüncü şəxs kimi cəlb etməmiş, beləliklə də kobud pozuntulara yol vermişdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ əsasında dövlət tərəfindən verilmiş həyətyanı torpaq sahəsidir. Həmçinin kənd icra nümayəndəliyində təsərrüfatbaşına uçot kitabının aparılmasında məqsəd yaşayış məntəqəsi sakinlərinin, onların əmlakının hesabatını aparmaqdan ibarətdir, eyni zamanda, kitabda ailə üzvlərindən birinin "Təsərrüfat başçısı" kimi qeyd olunması həmin şəxsə digər ailə üzvlərinə münasibətdə heç bir imtiyaz, üstünlük vermir və yalnız hesabat aparılmasının operativliyinin və dəqiqliyinin təmin olunmasına xidmət edir. Hesab edir ki, məhkəmə İddiaçı "Təsərrüfat başçısı" olmasına üstünlük verməklə, iddia ərizəsini təmin etməkdə qərəzli olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 57.1, 76,77, 88, 217-ci maddələrinin tələbləri pozmuşdur.
13. Məhkəmə icraatı gedişində X8, X9, X7 və X10 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişlər.
14. Məhkəmə tərəfindən mübahisəli evin hansı tarixdə inşa edilməsi ilə bağlı Zaqatala rayon X21 İcra Nümayəndəliyinə sorğu göndərilmiş, sorğuya cavab olaraq X21 İnzibati Ərazi Dairəsi tərəfindən 31 mart 2023-cü il və 03 aprel 2023-cü il tarixdə verilmiş məktublara əsasən, ümumi sahəsi 199 kv.m, yaşayış sahəsi 105 kv.m, 0,17 ha həyətyanı sahəsi olan fərdi yaşayış evinin 1985-ci il tarixdə inşa edilmişdir.
15. Şəki Apellyasiya Məhkəməsinin (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(107)-366/2023 nömrəli iş üzrə 04 aprel 2023-cü il tarixli qətnam əsi ilə (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və apellyatorun apellyasiya şikayətinin məhkəmənin qətnamə qəbul edərkən ümumi birgə mülkiyyətçilər olan X3, X4, X2 və X5 iş üzrə prosessual üçüncü şəxs kimi cəlb etməməsi, beləliklə də kobud pozuntulara yol verməsi, beləliklə də Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinin pozulmasına dair dəlili ilə bağlı qeyd etmişdir ki, apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 57.1-ci m addəsində üçüncü şəxsin cəlb edilməsi imperativ vəzifə olaraq məhkəmənin üzərinə qoyulmamış, qəbul ediləcək qətnamənin tərəflərin hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə onların prosesdə iştirak edə bilmə imkanları nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi X3, X4, X2 və X5 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb etməsə də onların əmlak və sair hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş hər hansı bir qərar qəbul etməmiş, əksinə onların da birgə mülkiyyətçiləri qismində çıxış etdikləri həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına maneçiliklərin aradan qaldırılmasını qət etmişdir.
17. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin məhkəmənin İddiaçı "Təsərrüfa t başçısı" olmasına üstünlük verməklə, iddia ərizəsini təmin etməkdə qərəzli olmasına dair dəlili ilə də razılaşmamış və qeyd etmişdir ki, apellyasiya şikayətinin bu dəlili də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.Belə ki, işdə olan X21 İnzibati Ərazi Dairəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 329 nömrəli arayışdan görünür ki, X21 Ərazi Nümayəndəliyinin 02 saylı təsərrüfat başına kitabının 78-ci səhifəsində İddiaçı adına ümumi sahəsi 199 kv.m, yaşayış sahəsi 105 kv.m, 0,17 ha həyətyanı sahəsi olan yaşayış evi vardır.
18. Məhkəmə kollegiyasının İddiaçı adına ümumi sahəsi 199 kv.m, yaşayış sahəsi 105 kv.m, 0,17 ha həyətyanı sahəsi olan X21 Ərazi Nümayəndəliyinin 02 saylı təsərrüfat başına kitabının 78-ci səhifəsində qeyd edilmiş yaşayış evi nin hansı tarixdə inşa edilməsinin dəqiqləşdirilməsi məqsədi ilə verdiyi sorğuya cavabla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının X21 İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən 31 mart 2023-cü il və 03 aprel 2023-cü il tarixdə verilmiş məktublardan ümumi sahəsi 199 kv.m, yaşayış sahəsi 105 kv.m, 0,17 ha həyətyanı sahəsi olan fərdi yaşayış evinin 1985-ci il tarixdə inşa edilməsi müəyyən edilmişdir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən X21 İnzibati Ərazi Dairəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 329 nömrəli arayışa istinad edilsə də iş materialından İddiaçı "Təsərrüfat başçısı" olmasına əlavə bir üstünlük verilməsi halı müəyyən edilməmiş, apellyator tərəfindən də bu üstünlü yün nədə ifadə edilməsi əsaslandırılmamışdır.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflərin və üçüncü şəxslərin birgə mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 199 kv.m olan tikilidən iddiaçının əmlaklara daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş Cavabdeh qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması, tərəflərin və üçüncü şəxslərin ümumi birgə mülkiyyətinə verilmiş 0,17 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 199 kv.m olan tikilinin dövlət qeydiyyatı məqsədi ilə iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılması nəzərdə tutulmuş çöl-ölçmə işlərinin həyata keçirilməsinin qarşısını almağa yönəlmiş qərəzli hərəkətlərə (maneələrə) son qoyulmasında 1985-ci ildə inşa edilməklə üzərində gözlənilən mülkiyyət hüququ olan təsərrüfat başına kitabdakı qeydiyyata istinad edilməsi iddiaçının "Təsərrüfat başçısı" olmasına üstünlük verilməsi kimi deyil, qanunvericilikdə təsərrüfatbaşına kitabla bağlı qoyulmuş tələblərə riayət edilməsi kimi qəbul edilməlidir.
21. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanının 2-ci bəndinə və həmin Fərmanla təsdiq edilmiş siyahının 2.3-cü bəndinə əsasdən kənd və qəsəbə yaşayış mə ntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
22. Məhkəmə kollegiy ası qeyd etmişdir ki, iddiaçının təsərrüfat başına kitaba istinadən ümumi sahəsi 199 kv.m olan tikiliyə gözlənilən mülkiyyət hüququnun olması müəyyən edilməsinə baxmayaraq müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlakın magistral boru kəmərinin, yüksək gərginlikli elektrik şəbəkəsinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonasında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməsi halı müəyyən edilməmişdir.
23. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin ayrı-ayrı maddələrinin tələblərinin pozulmasına dair dəlilləri ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normaları ilə yanaşı prosessual hüquq normalarının da tələblərinin pozulması hallarına yol verilmədiyindən apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh məhkəmə kollegiyasına apellyasiya şikayətinin dəlillərini sübut edəcək heç bir sənəd və s. təqdim edə bilməmişdir. Kassasiya şikayətinin dəlilləri və ona dair münasibətlər a)Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən ümumi birgə mülkiyyətç ilər olan X3, X4, X2 və X5 iş üzrə prosessual üçüncü şəxs kimi cəlb etməmiş, beləliklə də kobud pozuntulara yol vermişdir.
27. Kassator şikayətini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 153.4, Mülki Prosessual Məcəllənin 14.1, 57.1, 77, 80, 81, 88, 217-ci maddələrinə istinad etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı iddidaçı tərəfindən etiraz daxil olmuşdur. Etirazda iddiaçı kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanın an və qorunan hüququdur.
30. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
31. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.
32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etm ədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
34. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
35. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
36. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
37. Maddə
82. Başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanun:
38. Maddə 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tər əf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayəti n hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı tam mübahisələndirildiyindən, qətnamə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsini n mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırıl mışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
48. Apellyasiya instansiyası məhkəməsi tərəfindən X8, X9, X6 və X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və hüquq və vəzifələrinin pozulmasına dair məhkəməyə müraciət ünvanlamamışlar.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 aprel 2023-cü il tarixli 2(107)366/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.