Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3441/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin cavabdeh Naiqin-K "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ziyan tələbi üzrə iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2024-cü il tarixli, 2(104)1158/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti üzrə mü lki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2017-ci il tarixli 2-2(102)291/2017 nömrəli icra sənədinə əsasən borclu "xxxx" İKB ASC-dən iddiaçı Naiqin-Ko "xxxx" MMC-nin xeyrinə işgüzar nüfuza vurulmuş zərərə görə 50000 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat pulun tutulması qət edilmişdir.
2. İcra sənədi icra olunması üçün Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə göndərilmiş, həmin icra şöbəsinin böyük icra məmuru Azər Heydərov tərəfindən 27 sentyabr 2017-ci il tarixli 279740 saylı qərar ilə icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası haqqında həmin tarixli bildiriş ilə borclu "xxxx" İKB ASC-yə icra sənədini könüllü i cra etmək üçün vaxt verilmişdir. 3. 11 oktyabr 2017-ci il tarixli, 2629 saylı ödəniş tapşırığı ilə "xxxx" İKB ASC tərəfindən Naiqin Ko "xxxx" MMC-nin hesabına 50020 manat pul köçürülmüşdür. 4. 20 oktyabr 2017-ci il tarixli, 71 saylı ödəniş tapşırığı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 avqust 2017-ci il tarixli, 2-2(102)-291/2017 saylı icra sənədi üzrə Bakı şəhəri Nəsimi rayon icra şöbəsi tərəfindən tələbkar Naiqin Ko "xxxx" MMC-nin hesabına 50020 manat pul köçürülmüşdür.
5. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin 18 oktyabr 2017-ci il tarixli qərarı ilə "xxxx" İKB ASC-dən 50020 manat məbləğində borcun 7 faizi, yəni 3501 manat pul vəsaitinin tutulması qərara alınmışdır. 6. "xxxx" İKB ASC Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə qarşı icra orqanının hərəkətlərinin qanunsuz hesab ed ilməsi barədə iddia qaldırmış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Nəsimi rayon icra və probasiya şöbəsinin hərəkətləri qanunsuz hesab edilməklə, tələbkarın hesabından tutulmuş 3500 manat məbləğində icra ödənişi və 50021 manat, cəmi 53521 manat pul vəsaitin tutularaq Nikoyl İKB-yə qaytarılması vəzifəsinin Nəsimi rayon icra və probasiya şöbəsinin üzərinə qoyulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsi cavabdeh Naiqin-K "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hesabına ödənilmiş 50020 manat məbləğində pul vəsaitinin qaytarılması barədə qətnamə çıxarı lmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" İKB 13 oktyabr 2017-ci il tarixdə iddiaçıya müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 avqust 2017-ci il tarixli icra vərəqəsinin tam şəkildə icra olunduğunu, tələbkarın qoşma olaraq ödəniş tapşırığına əsasən məhkəmə qərarında qeyd olunan pul vəsaitini "xxxx" İKB-yə yaxınlaşaraq götürə biləcəyini bildirmişdir. Lakin, tələbkarın nümayəndəsi şöbəyə müraciət edərək, qeyd olunan bank hesabında pul vəsaitinin olmadığını bildirmişdir. Bu səbəbdən borclu "xxxx" İKB-nin hüquq şöbəsi ilə əlaqə saxlanılmış və tələbkarın banka müraciət etdiyi, lakin pul vəsaitinin olmadığı üçün ala bilmədiyi, cavab olaraq həmin məhkəmə qərarı bank tərəfindən icra olunduğunu və pul vəsaitinin tələbkarın bank hesabında olduğu bildir ilmişdir. Bankın hüquqşünası tərəfindən deyilən məlumatlar tələbkara deyilsə də, tələbkar həmin vəsaiti əldə edə bilməmiş və şöbəyə ərizə ilə müraciət edərək məhkəmə qərarında qeyd olunan pul vəsaitini borcludan tutularaq ödənilməsini xahiş etmiş, eyni zamanda hesabından çıxarışı təqdim edərək pul vəsaitinin hesabına vurularaq eyni tarixdə silinməsini bildirmişdir. Qeyd olunanlar nəzərə alınaraq, 18 oktyabr 2017-ci il tarixdə borclunun bank hesabına inkasso sərəncamı qoyulmuş, 20 oktyabr 2017-ci il tarixdə bankdan məhkəmə qərarında qeyd olunan pul vəsaitini Nəsimi rayon icra şöbəsinin depozit hesabına köçürülməsi xahiş olunmuşdur. Məktuba cavab olaraq borclu "xxxx" İKB bildirmişdir ki, həmin pul vəsaitinin Nəsimi rayon icra şöbəsinin depozit hesabına köçürülməsi qeyri-mümkündür. Borclunu n bank hesabından tutulan pul vəsaiti tərəflərindən təqdim etdikləri bank hesabına köçürülmüşdür. Bu səbəbdən 27 oktyabr 2017-ci il tarixdə icra sənədi üzrə icraata xitam verilərək tərəflərə göndərilmiş və ondan şikayət verilməmişdir. Bundan sonra, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli qətnaməsi ilə "xxxx" İKB ASC-nin Bakı şəhəri Nəsimi icra və probasiya şöbəsinə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi və s. barədə iddia təmin edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. 03 mart 2020-ci il tarixdə icraata daxil olan Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2020-ci tarixli icra vərəqəsinə əsasən Nəsimi rayon İcra və Probasiya şöbəsinin hərəkətləri qanunsuz hesab edilməklə, tələbkarın hesabından tutulmuş 3500 manat məbləğində icra ödənişi və 50.021 manat, cəmi 53.521 manat pul vəsaitinin tutularaq Nikoyl İKB-yə qaytarılması vəzifəsi Nəsimi rayon İcra və Probasiya şöbəsinin üzərinə qoyulmuşdur. İcra sənədində icra ödənişi olan 3500 manat məbləğin Nəsimi rayon icra və probasiya şöbəsinin depozit hesabına köçürülməsi nəzərə alınmaqla onun geri qaytarılmasının aydın olduğu halda digər məbləğin tələbkar Naiqin-K "xxxx" MMC-dən tutulmasına dair icra vərəqəsində hər hansı qeyd göstərilməmişdir. Bu səbəbdən sözügedən icra vərəqəsinin icrasını təmin etmək mümkün olmamışdır. 50020 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 avqust 2017-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı tələbkar olan Naiqin-K "xxxx" MMC-nin hesabına ödənilmişdir.
9. Cavabdeh Naiqin-K "xxxx" MMC-nin nüm ayəndəsi ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, tələb üzrə iddia irəli sürülməsi üçün qanunla müəyyən edilmiş müddətin keçdiyi əsas gətirilərək, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Tovuz Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(062)-166/2024 nömrəli qətnaməsi ilə (hakim Q.Y.Baxşıyev) iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin tövsifi əsassız varlanma ilə əlaqədardır. Belə ki, cavabdeh tərəf hüquqi əsas olmadan başqasının hesabına əmlak əldə etmiş və o, əsassız varlanmış şəxs hesab olunur. Nəsimi İcra Şöbəsi həmin məbləği ödəməməsinə baxmayaraq, bu barədə qətnamənin çıxarılmasından xəbərdar olmuşdur. Hə tta müvafiq məhkəmə qərarından şikayət vermək hüququndan istifadə etməməklə, həmin qətnamə ilə razılaşdığını nümayiş etdirmişdir. Bu da onu deməyə əsas verir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana məhkəmə qərarı qüvvəyə mindiyi gündən məlum olmuşdur. Mülki Məcəllənin 1095-ci maddəsində öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il müddətində məhkəməyə müraciət etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi iddiaçı üç dəfədən artıq keçməsinə baxmayaraq həmin müddəti ötürmüşdür. Məhkəmədə iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi tələb üzrə iddia irəli sürülməsi üçün qanunla müəyyən edilmiş müddətin keçdiyini bildirərək, iddia müddətinin tətbiq edilməsini və ona qarşı irəli sürülən iddianın rədd edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. İddiaçı Bakı şəh əri Nəsimi rayon İcra Şöbəsi məhkəməyə 31 oktyabr 2023-cü il tarixdə, yəni aralarında olan sonuncu hüquq münasibətindən (2017-ci ildən) 6 il keçdikdən sonra müraciət etmişdir.
12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2, 1091.1, 1091.2 və 1095-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası 25 iyun 2024-cü il tarixli, 2(104)-1158/2024 nömrəli qətnaməsi ilə (hakim İ.T.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər L.S.Süleymano vdan və Ş.Q.Rzaquliyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 2(062)-166/2024 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməsi, cavabdeh Naiqin-K "xxxx" MMC-dən 50020 manat vəsaitin tutularaq iddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun əvəzi olan 240,06 manat pul vəsaitinin cavabdeh Naiqin-K "xxxx" MMCdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, icra sənədinə əsasən borclu “Nikoyl“ İKB ASC-dən tutular aq tələbkar Naiqin Ko "xxxx" MMC-nin hesabına ödənilməli vəsait 50020 manat yanlışlıqla iki dəfə sonuncunun hesabına köçürülmüşdür.
16. Apellyasiya kollegiyası qeyd etmişdir ki, icra qurumları xərclənməsi və üzərində sərəncam verilməsi konkret dövlət orqanları tərəfindən yalnız icra qurumlarının madditexniki təminatı və sosial müdafiəsinin gücləndirilməsi məqsədləri üçün sərf edilməli olan, dövlət büdcəsi və xüsusi fonda daxil olan vəsaitlər hesabına maliyyələşir. İcra qurumlarının özünə aid və öz sərəncamında olan maliyyə büdcəsi olmadığı halda qurumun öz hesabına başqa şəxsi əsassız varlandırmasından da söhbət gedə bilməz. Çünki Mülki Məcəllənin əsassız varlanmadan bəhs dən 1091.1-ci maddəsinin dispozisiyasında göstərilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əs as olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hazırkı işin faktiki halları Mülki Məcəllənin əsassız varlanmadan bəhs edən 1091.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olmadığı halda, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni yanlış olaraq əsassız varlanma kimi qiymətləndirmiş, habelə Mülki Məcəllənin 1095-ci maddəsində göstərilən iddia müddətinin ötdüyünü və cavabdehin iddia müddətinin tətbiqi barədə ərizə verməsini əsas gətirərək iddia tələbini təmin etməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş və faktiki hallarına istinadən qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2017-ci il tarixli icra sənədi icra olunması üçün Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinə göndərilmiş və icra o rqanı tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək borclu "xxxx" İKB ASC-yə tələbin könüllü icrası haqqında bildiriş göndərilməklə icra sənədinin 10 gün ərzində könüllü icrası təklif edilmişdir. Tələbin könüllü icrası haqqında bildiriş 11 oktyabr 2017-ci il tarixdə borclu banka daxil olmuş və o, 2629 saylı 11 oktyabr 2017-ci il tarixli ödəniş tapşırığına əsasən icra sənədi üzrə tələbkar “X1 Baltiya” MMC-yə ödənilməli olan 50020 manat vəsaiti sonuncunun hesabına köçürtmüşdür. Beləliklə, borclu "xxxx" İKB ASC icra sənədinin könüllü icrası üçün qanunla nəzərdə tutulmuş müddətdə icra sənədini tam həcmdə icra etmişdir. Lakin tələbkar “X1 Baltiya” MMC Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə müraciət edərək, yanlış məlumatlar verməklə icra sənədinin icra olunmadığını ə sas gətirərək onun icra sənədinin icrasının tələbi nəticəsində icra şöbəsinin 20 oktyabr 2017-ci il tarixli 71 saylı ödəniş tapşırığı əsasında icra sənədi üzrə tələbkar “X1 Baltiya” MMC-yə ödənilməli olan 50020 manat vəsait təkrarən borclu "xxxx" İKB ASC-dən tutularaq tələbkarın hesabına köçürülmüşdür.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2017-ci il tarixli icra sənədi üzrə tələbkar “X1 Baltiya” MMC-yə ödənilməli olan 50020 manat vəsait təkrarən borclu "xxxx" İKB ASC-dən tutulmuşdur ki, buna görə də sonuncu Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə qarşı icra orqanının hərəkətlərinin qanunsuz hesab edilməsi barədə məhkəmədə iddia qaldırmış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Nəsimi rayon icra və probasiya şö bəsinin hərəkətləri qanunsuz hesab edilməklə, tələbkarın hesabından tutulmuş 3500 manat məbləğində icra ödənişi və 50021 manat, cəmi 53521 manat pul vəsaitin tutularaq Nikoyl İKB-yə qaytarılması vəzifəsinin Nəsimi rayon icra və probasiya şöbəsinin üzərinə qoyulması qət edilmişdir.
19. Göründüyü kimi, icra sənədi üzrə tələbkar “X1 Baltiya” MMC-yə ödənilməli olan 50020 manat vəsait əsassız olaraq icra şöbəsinin 20 oktyabr 2017-ci il tarixli 71 saylı ödəniş tapşırığı əsasında tələbkarın hesabına təkrarən köçürülmüşdür. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2017-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" İKB ASC-dən ikinci dəfə əsassız olaraq tutulmuş 50020 manat vəsaitin Bakı şəhəri Nəsimi rayon icra şöbəsindən tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnamə si mövcuddur.
20. Apellyasiya kollegiyası hesab etmişdir ki, cavabdeh Naiqin-K "xxxx" MMC iddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə qarşı mülki hüquq pozuntusu törətməklə ona maddi ziyan vurmuşdur. Çünki işin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi, iş üzrə tələbkar tərəf Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 iyul 2017-ci il tarixli 2-2(102)-291/2017 saylı icra sənədinin icrası ilə bağlı hazırkı iş üzrə iddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə həqiqətə uyğun olmayan məlumat verməsi nəticəsində icra orqanı tərəfindən borclunun bank hesabına inkasso sərəncamı qoyulmuş və sözügedən icra sənədi üzrə Naiqin-K "xxxx" MMC-yə ödənilməli olan 50020 manat vəsait ikinci dəfə borcludan tutularaq tələbkarın hesabına köçürülmüşdür. Bundan sonra icra sənədi üzrə tələbkar Na iqin-K "xxxx" MMC hərəkətsizlik etməklə əsassız olaraq ikinci dəfə əldə etdiyi vəsaiti geri qaytarmamışdır. Beləliklə cavabdeh Naiqin-K "xxxx" MMC tərəfindən iddiaçı Bakı şəhəri Nəsimi rayon icra şöbəsinə maddi ziyan vurulmuşdur.
21. Məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsində icraat zamanı təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizəsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı və cavabdeh arasındakı münasibətlər zərər vurmadan (delikt) doğan öhdəlik münasibətləridir. Bu növ öhdəliklərdən irəli gələn tələblərə isə ümumi iddia müddəti şamil edilir və MM-in 373.1-ci maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Odur ki, hazırkı mübahisə üzrə iddia müddəti keçmədiyindən iş üzrə iddia müddətinin tətbiqi yolverilməzdir.
22. Apellyasiya i nstansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097.1-ci, “İcra məmurları haqqında” Qanunun 13-cü maddələrinə, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2020ci il tarixli, 246 nömrəli Fərmanının 2.1 və 2.3-cü bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 19 iyun tarixli, 105 nömrəli qərarı ilə təsdiq edilmiş “İcra xidməti icra məmurlarının xüsusi Fondu haqqında Əsasnamə”-nin İİİ və İV hissələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
23. Cavabdeh Naiqin-K "xxxx" MMC kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2024-cü il tarixli, 2(104)-1158/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 1091, 1095-ci, Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, mübahisə predmeti olan pul vəsaiti "xxxx" İKB ASC tərəfindən hazırkı iş üzrə cavabdeh müəssisənin hesabına səhvən iki dəfə köçürülmüşdür, birinci köçürmə məhkəmə qətnaməsi əsasında yaranmış öhdəliklə əlaqədar, ikinci köcürmə isə öhdəlikdən kənar köçürmə olmuşdur. Cavabdehin hesabına köçürülmüş məbləğ "xxxx" İKB ASC tərəfindən öhdəlikdən kənar ödənilmiş məbləğ olmuş, icra qurumu isə öz vəzifə səlahiyyətlərini lazımınca icra e tməyərək, Banka məxsus olan pul vəsaitini iki dəfə cavabdeh müəssisənin hesabına köçürmüşdür. Mahiyyətcə həmin vəsait öhdəlikdən kənar ödəmə olduğundan və icra qurumunun deyil, Banka məxsus vəsait olduğundan hazırkı münasibətlərə əsassız varlanma institutunu tətbiq etməməklə apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1091-ci maddəsini düzgün tətbiq və təfsir etməmişdir. Eyni zamanda Naiqin-K Tovuz Baltiya MMC-nin hesabına həmin vəsaitin köçürülməsi icra qurumuna hələ 2017-ci tarixində bəlli olmuşdur. Pul vəsaitinin əsassız tutulmasına dair "xxxx" Bank tərəfindən 2017-ci il tarixində icra şöbəsinə qarşı İnzibati Məhkəmədə iddia qaldırmış və həmin andan icra şöbəsi pul vəsaitinin əsassız köcürülməsinə dair məsələdən xəbərdar olmuş, lakin buna baxmayaraq 5 il 5 ay müddətində Naiqin K "xxxx" MMC-yə qarşı hər hansı tələb irəli sürməmiş, bununla da Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Lakin apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarına əsasən iddia müddətinin keçməsinə baxmayaraq, Mülki Məcəllənin 1095-ci maddəsini tətbiq etməməklə iş üzrə yanlış nəticəyə gəlmiş və qanunsuz qətnamə qəbul etmişdir. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozularaq iş üzrə qətnamə qəbul edərkən icra şöbəsi tərəfindən əsassız pul köçürülməsinə dair məsələnin hələ 2017-ci il tarixində onlara bəlli olmaları, həmin vəsaitin icra qurumunun deyil, banka məxsus olmasına dair sübutları yoxlayıb qiymətləndirilməli olduğu halda bunu etməmiş və əsassız olaraq iddia tələbini təmin etmişdir.
25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
26. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. B elə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
28. Hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqu qunu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şə xsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əs asən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcə llənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına və iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
33. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası izah edir ki, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zid d əməl arasında səbəbli əlaqənin mövcudluğu. ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı).
34. Hazırkı işdə, cavabdehin hərəkətlərində Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında müəyyən olunan əlamətlərin mövcudluğunu və bununla da cavabdehin iddiaçıya zərər vurmasını apellyasiya instansiyası məhkəməsi qətnaməsində əsaslandırmışdır. (bax hazırkı qərarın 19-21-ci bəndlərinə)
35. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq mübahisəyə zərərlə bağlı normaları tətbiq etmiş və bu tələb lər üzrə ümumi iddia müddətini tətbiq edilməli olmasını qeyd etməklə, iddianı təmin etmişdir.
36. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Naiqin-K "xxxx" MMC tərə findən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2024-cü il tarixli, 2(104)-1158/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.