Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3442/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhər 2 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, X3 və X8) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: etibarnamənin etibarsız hesab edilərək ləğv edilməsi, mənzildən çıxarılma və xüsusi qərardad çıxarılması; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhər 2 saylı Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, X3 və X8) qarşı “etibarnamənin etibarsız hesab edilərək ləğv edilməsi, mənzildən çıxarılma və xüsusi qərardad çıxarılması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1017/2024 nömrəli 5 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 21 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş in halları
1. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(044)1539/2021 nömrəli qətnaməsi ilə Cavabdeh2 və İddiaçı arasında xx.xx.2008-ci il tarixdə bağlanmış nikah pozulmuşdur.
2. X3 xx.xx.2008-ci il tarixdə ona məxsus olan ümumi sahəsi 450 kv/m olan torpaq sahəsinin yarısını Cavabdeh2 satmışdır.
3. X1 şəhəri, Quşçuluq Fabriki ərazisində yerləşən ümumi sahəsi 225 kv.m olan torpaq sahəsinə və həmin torpaq sahəsində inşa ediləcək evə dair Cavabdeh2 Gəncə şəhəri 2 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2008-ci il tarixli, 7E-05-1495 reyestr nömrəli etibarnamə vermişdir.
4. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-34/2021 nömrəli qətnaməsi ilə Cavabdeh2 ümumilikdə 9.179 manat dəyərində cehiz əşyaları naturada, onları naturada vermək mümkü n olmadıqda 9.179 manat pulun, birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 26.760 manat pulun 1/2 hissəsi olan 13.380 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-3083/2021 nömrəli qətnaməsinə əsasən Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-34/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh2 Gəncə şəhəri, Quşçuluq Fabriki ərazisində yerləşən ümumi sahəsi 225 kv/m olan torpaq sahəsinə və həmin torpaq sahəsində inşa ediləcək evə dair Cavabdeh3 Gəncə şəhəri 2 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 7E-828 reyestr nömrəli etibarnamə vermişdir. 6. xx.xx.2021-ci il tarixli akta əsasən Cavabdeh2 Gəncə şəhəri, C avadxan qəsəbəsində (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində) yerləşən 225 kv.m torpaq sahəsini və tikiləcək evi 22.000 manat məbləğinə Cavabdeh3 satmışdır.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3- 21-3-33/2-3175/2023 nömrəli məktubda qeyd edilmişdir ki, Cavabdeh2 və İddiaçı adlarına 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron ba za məlumatlarına əsasən qeydiyyata alınmış torpaq sahəsi və fərdi yaşayış evi aşkar edilməmişdir
8. Dövlət qeydiyyat haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********79 reyestr nömrəli çıxarışa əsasən, (Yeni qaydalarla) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0212 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X6 məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhər 2 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 tərəfindən Cavabdeh3 Gəncə şəhəri, Cavadxan qəsəbəsində (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində) yerləşən 225 kv.m torpaq sahəsinə və orada tikilən evə dair verilmiş xx.xx.2021-ci il tarixli, 7E-8 28 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilməsi və Cavabdeh3 ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində), 225 kv.m torpaq sahəsində yerləşən evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə 2005-ci ildə faktiki olaraq nikaha daxil olaraq, nikahını 2008-ci il tarixdə qeydə aldırmışdır. Onlar birgə yaşadıqları dövrdə, təxminən 2007-2008-ci illər ərzində birgə vəsaitləri hesabına ev tikmək məqsədilə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən ümumi sahəsi 225 kv.m olan torpaq sahəsi almış və həmin torpaq sahəsində ev inşa etmişlər. Həmin evdə o, əri ilə təxminən 2022-ci ilin ortalarına qədər 14 il müddətində birlikdə yaşayıb, birgə təsərrüfat aparmışdır. Hətta o, əri birgə inşa etdiyi evin yerləşdiyi ərazi üzrə ev təsərüffatlarının uçotu kitabında qeydiyyata alınmışdır. Aralarında olan nikah xx.xx.2021-ci il tarixdə pozulmuş və 2022-ci ilin iyun ayında M.Ə.Məmmədov onu döyərək birgə tikdikləri evdən qovmuşdur. Qeyd olunan evi M.Ə.Məmmədovun başqa şəxslərə satdığı ona daha sonra məlum olmuşdur. Bununla bağlı o, Göygöl Rayon Məhkəməsində iddia qaldırmış və Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ümumilikdə 9.179 manat dəyərində cehiz əşyaları naturada, onları naturada vermək mümkün olmadıqda 9.179 manat pulun, birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 26.760 manat pulun yarısı olan 13.380 manat pulun Cavabdeh2 alınaraq ona ödənilməsi qət edi lmişdir. Cavabdeh2 həmin qətnaməni hazırkı tarixə qədər icra etməmiş və icra etməkdən də boyun qaçırmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsini icra etmədiyinə görə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(043)-400/2022 nömrəli qərarına əsasən Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 8 gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bundan sonra o, Göygöl Rayon Məhkəməsinin qətnaməsinin icra olunmamasına, həmçinin 1-ci dərəcəli əlil olmasına və kirayə haqqına pul çatdıra bilməməsinə görə Gəncə Şəhər Məhkəməsində Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən evə köçürülməsinə dair iddia qaldırmış və iddi ası təmin olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3675/2023 nömrəli qətnaməsinə əsasən Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən evi o, cavabdehlə birgə inşa etmiş və gələcəkdə onun oradan gözlənilən mülkiyyət hüququ olduğundan, evə dair pulun yarısı ona ödənmədiyindən məcbur olub məhkəməyə yenidən müraciət etmişdir.
11. Bundan sonra, iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 2 saylı Notariat Ofisini cavabdeh qismində işə cəlb etməklə Cavabdeh2 tərəfindən Cavabdeh3 Gəncə şəhəri, Cavadxan qəsəbəsi (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində) yerləşən 225 kv.m torpaq sahəsinə və orada tikilən evə dair verilmiş xx.xx.2021-ci il tarixli, 7E-828 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilərək, ləğv ed ilməsi və xüsusi qərardad çıxarılması, Cavabdeh3 ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində), 225 kv.m torpaq sahəsində yerləşən evdən çıxarılmaları barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
12. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi (vəkili) X9 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixdə mübahisə predmeti olan evi 22.000 manat ödəniş etməklə Cavabdeh2 almış və bundan İddiaçı da məlumatı olmuşdur. Cavabdeh3 həmin evi aldıqdan sonra ailəsi ilə həmin evə köçərək təmir-tikinti işləri aparmış və tanışı Elgünün adına rəsmiləşdirmişdir. Cavabdeh3 2023-cü ilin dekabr ayında məlum olmuşdur ki, İddiaçı evə köçmək hüququ əldə etmiş və evin kilidini dəyişdirmişdir. Göyg öl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-34/2021 nömrəli qətnaməsi ilə evin qiyməti 26.760 manat məbləğində dəyərləndirilmiş və həmin məbləğin 1/2 hissəsinin İddiaçı verilməsi qət edilmişdir. İddiaçı Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-34/2021 nömrəli qətnaməsi icra oluna bilmədiyindən evə dair yenidən iddia qaldırdığını qeyd etsə də, bunun cavabdehlərə heç bir aidiyyəti yoxdur. Belə ki, bu birbaşa vicdanlı alıcı hesab edilən Cavabdeh3 maraqlarına toxunur. Əgər Cavabdeh2 Göygöl Rayon Məhkəməsinin qətnaməsini icra etməkdən boyun qaçırırsa, bunda digər cavabdeh sayılan Cavabdeh3 hər hansı bir təqsiri yoxdur. Cavabdeh2 barəsində müvafiq tədbirlər görmək lazımdır ki, məhkəmə qətnaməsi icra olunsun.
13. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2( 125)-802/2024 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) iddianın təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh2 və İddiaçı birgə nikahı dövründə Gəncə şəhəri, Cavadxan qəsəbəsi (keçmiş Quşçuluq fabriki, Avtozavod qəsəbə ərazisində) yerləşən 225 kv.m torpaq sahəsi xx.xx.2008-ci il tarixdə X2 alınmış, həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa olunmuşdur. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)- 1539/2021 nömrəli qətnaməsi ilə Cavabdeh2 və İddiaçı arasında olan nikah pozulmuşdur. Daha sonra, İddiaçı Cavabdeh2 qarşı ona məxsus cehiz əşyalarının və ya onların dəyəri olan 9.179 manat pulun alınıb ona verilməsi, həmçinin birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 30.000 manat məb ləğində pul vəsaitinin 2/3 hissəsinin, yəni 20.000 manat məbləğində pul vəsaitinin Cavabdeh2 alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(066)-34/2021 nömrəli qətnaməsi ilə Cavabdeh2 ümumilikdə 9.179 manat dəyərində cehiz əşyaları naturada, onları naturada vermək mümkün olmadıqda 9.179 manat pulun, birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 26.760 manat pulun ½ hissəsi olan 13.380 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(066)-34/2021 nömrəli qətnaməsi ilə Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xər clənmiş 26.760 manat pulun ½ hissəsi olan 13.380 manat pulun alınaraq, İddiaçı verilməsi qət edilmiş, bununla da İddiaçı hazırkı iddia tələbini təşkil edən əmlak üzərində subyektiv hüququ aradan qalxmışdır. Lakin İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki İddiaçı qeyd olunan əmlaka dair tələb hüququ aradan qalxsa da, həmin əmlakın ½ hissəsinin dəyəri qismində 13.380 manat məbləğində pul vəsaitinin Cavabdeh2 alınaraq, ona ödənilməsi qət edilmiş Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(066)-34/2021 nömrəli qətnaməsinin icrasını tələb hüququ vardır. Həmin qətnamənin icrası isə yalnız icra tədbirləri ilə təmin edilməli və onun icra edilməməsi əsası ilə digər şəxslərin mülkiyyət hüquqları pozulmamalıdır. Buna görə də məhkəmə mülki işin məhkəmə iclasında m üəyyən edilmiş və yuxarıda qeyd olunmuş hallarına əsasən İddiaçı iddia tələbi üzrə subyektiv hüququnun olmamasını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab etmişdir ki, iddia təmin edilməməlidir.
16. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 337.1, 337.4 və 362.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarı, “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mül ki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyul 2015-ci il tarixli qərarı və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququna gözlənti olsa belə, ona məxsus olan əmlak qeydiyyata alınmamış əmlak olmuşdur. Buna baxmayaraq, cavabdeh etibarnamə vermiş və həmin e tibarnamə əsasında da qanunsuz yollarla dövlət reyestrində qeydiyyata alınmışdır. Bütün bu göstərilənlər təsdiq edir ki, qeyd olunan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi onun istifadəsində, bir sözlə mülkiyyətində olmuşdur.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1017/2024 nömrəli 5 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Rəhman Muradov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşan məhkəmə kollegiyası mövqeyinə dair qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Ş əxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir, Nəzərə alınmalıdır ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Yalnız qanunvericilikdə nəzərdə tutulmuş hüquqi faktların baş verməsi mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Beləliklə, iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququ yoxdur.
21. Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Göygöl Ra yon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)-34/2021 nömrəli qətnaməsi ilə Cavabdeh2 birgə nikah dövründə əldə edilmiş torpaq və onun üzərində tikinti aparmaq üçün xərclənmiş 26.760 manat pulun ½ hissəsi olan 13.380 manat pulun alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Göründüyü kimi, İddiaçı mübahisəli mənzilə dair hər hansı hüququ yoxdur və buna görə də iddia tələbi təmin edilə bilməz.
22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.4, 152.5, 157.4, 337.1, 337.4, 362.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin də lilləri
23. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Cavabdeh3 kassasiya şikayətinə qarşı etiraz verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
26. Maddə 13, 1-ci hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
27. Maddə 29, 3-cü hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqal arı ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
29. Maddə 157.2. Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır.
30. Maddə 157.8 Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibars ızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
32. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
33. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 34. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq po zuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə ape llyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya ş ikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1017/2024 nömrəli mülki iş üzrə 5 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.