Məhkəmə qərarları › İş №2(102)-3443/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3443/2019

24.05.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3443/2019 24.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh, onun vəkili Şükürov Tural İsfəndiyar oğlu, İddiaçı vəkili Hüseynov Şaiq Yusif oğlunun iştirakları ilə, Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2018- ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə; Cavabdeh İddiaçı qarşı mənzilə əmlak payının yaranmamış hesab olunması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Xətai rayon məhkəməsinə müraciət etmişdilər. Bakı şəhəri Xətai rayon məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən L.Talıbova, iş 2(011)-5895/2018) iddianın təmin olunması, Bakı şəhəri, ünvan 1 ünvanında mənzilinə İddiaçı 1/2 hissədə və Cavabdeh 1/2 hissədə paylarının müəyyən olunması, İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında 4 saylı mənzilinə köçürülməsi və Cavabdeh İddiaçı qarşı Bakı şəhəri, ünvan 1 ünv anında 4 saylı mənzilinə əmlak payının yaranmamış olunması barədə qarşılıqlı iddiasının təmin olunmaması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov və A.Hüseyn, iş № 2(103)-13335/2018) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2018-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili Şükürov Tural İsfəndiyar oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2018-cı il tarixli qətnaməsinin ləğv edilm əsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. İddiaçı vəkili Hüseynov Şaiq Yusif oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya ins tansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək la zımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında mübahisə Bakı şəhəri ünvan 1 ünvanında 4 saylı mənzili ilə bağlıdır. İddiaçı ilə cavabdeh 08.04.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan iki övladları doğulmuşdur. Nikah dövründə birgə təsərrüfat aparmış və Bakı şəhəri, ünvan 1 ünvanında 4 saylı mənzilini əldə etmişlər. Sözügedən əmlak Cavabdeh adına rəsmiləşdirilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərb aycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığ ı hər hansı sair əmlak ər- arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı paylan bərabər hesab edilir. Daha sonra apelyasiya in stansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh mənzili onların birgə vəsaiti hesabına deyil atasının öz mülkiyyətində olan mənzilin satılmasından əldə olunmuş vəsait hesabına alınmasını göstərsə də, bunun təsdiq edən hər hansı sübuta istinad edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi bu halda sübut etmə vəzifəsini tam olaraq cavabdehin üzərinə qoymaqla haqlı olmamışdır. Belə ki, mübahisəli evin birgə nikah dövründə alınmasını nəzərə alaraq tərəflər arasında ½ hissədə bölünməsini iddia edən ilkin İddiaçı olmuşdur. Mübahisəli mənzilin birgə nikah dövründə alınması işin mübahisəsiz ha lı olsa da, həmin mənzilin nikahda olan tərəflərin ümumi gəlirləri hesabına əldə edilməsini tərəflər mübahisələndirir. Belə olan halda İddiaçı mənzilin onunla cavabdehin birgə qazancı hesabına alınmasını sübut etmək vəzifəsi daşıyır. Buna baxmayaraq İddiaçı iddia tələbini əsaslandırmaq üçün heç bir sübut təqdim etməmiş, iddia tələbini sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Cavabdeh həmin xüsusatla bağlı bir neçə dəlil irəli sürsə də apelyasiya instansiyası məhkəməsi həmin dəlilləri qəbul etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil ilə bağlı Cavabdeh ilə alqısatqı müqaviləsi bağlanması və mənzilin mülkiyyət kimi onun adına qeydiyyata alınması, mənzil alınana qədər, yəni 08.04.2008-ci il tarixdən tərəflərin ər-arvad kimi cavabdehin atası X6 məxsus olan ünvan 1 ünva nında bir otaqlı mənzildə yaşamaları, yeni mənzil alınandan sonra Cavabdehin oğlu X3 ilə yeni mənzildə qeydiyyata alınmasına baxmayaraq, İddiaçı həmin məzildə qeydiyyata alınmaması, bundan başqa mənzilin cavabdehin atasının vəsaiti hesabına alınmasını təsdiq edən şahid ifadələrinin mövcudluğu əslində kifayət qədər əsaslı və məhkəmə tərəfindən dəyərləndirilməli olan hallardır. Lakin apelyasiya instansiyası məhkəməsi həmin sübutlara diqqət yetirməmiş, iddiaçını əsassız olaraq sübutetmə vəzifəsindən azad edərək, bu vəzifəni cavabdehin üzərinə qoymuş, onun irəli sürdüyü sübutları isə dəyərləndirməmişdir. Məhkəmə kollegiyası ilkin olaraq belə bir xüsusatı qeyd etməyi zəruri hesab edir ki, birinci instansiyası məhkəməsi qətnaməsində iddiaçının tələblərinin sübut etmə ilə bağlılığını qeyd etsə də (iş vərəqə 100) sonradan həmin tələbə riayət etməyərək qətnaməsindəki sübutlara hüquqi qiymət verməmiş, həmin sübutları nə üçün qəbul etmədiyini qətnaməsində göstərməmişdir. (şahid X2 ifadəsi, şahid X1 ifadəsi, şahid X4 ifadəsi). Apelyasiya instansiyası məhkəməsi də öz qətnaməsində həmin sübutlara istinad etsə də (iş vərəqə 144) onlara hüquqi qiymət verməmiş, onları nə üçün qəbul etmədiyini qətnaməsində göstərməmiş və beləliklə sübutların qiymətləndirilməsi ilə əlaqədar mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməm əli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məh kəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Qeyd olunduğu kimi apelyasiya instansiyası məhkəməsi sübutetmə vəzifəsini İddiaçı üzərinə düşməsini nəzərə almamış, bu vəzifəni Cavabdeh üzərinə qoymaqla prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında göstərmişdir ki, “Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiy yəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafıq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir”. İddiaçı iddia ərizəsində göstərir ki, “nikah dövründə, yəni 2010-cu il tarixdə özümə, valideynlərimin köməyi ilə Bakı şəhəri, ünvan 1 ünvanında 4 saylı, 3 otaqlı mənzilini aldım. Lakin həmin mənzil, ailəm olduğunu nəzərə alıb, arvadım – Cavabdeh adına rəsmiləşdirdim.” Tərəflər arasında nikah 08.04.2008-ci il tarixdə bağlanmışdır. Birgə nikahdan xx.xx.2010-cu il tarixdə X9 anadan olmuşdur. Lakin apelyasiya instansiyası məhkəməsi mübahisələnd irilən əmlakın tərəflərin ümumi gəlirləri hesabına alınmasını sübuta yetirmədən onu tərəflər arasında ½ hissədə bölmüşdür. Apelyasiya instansiyası məhkəməsi Cavabdeh dəlillərini rədd edərkən ona istinad etmişdir ki, cavabdeh tərəf həmin mənzilin digər bir otaqlı mənzilin satılması nəticəsində əldə olunmasını iddia etsə də, iş materiallarından müəyyən olunur ki, Bakı şəhəri ünvan 1 ünvanında 4 saylı 3 otaqlı mənzili 16.10.2010-cu il tarixdə alınmış, Bakı şəhəri ünvan 2 ünvanında evin 78 saylı 1 otaqlı mənzili 16.02.2013-cü il tarixdə satılmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyinin mübahisəli mənzilin alınması, bir otaqlı mənzilin satılmasının tarixləri baxımından əsaslı olmasını qəbul edir. Lakin bununla belə bir otaqlı mənzilin əvvəlcədən ər-arvada yaşamaq üçün verilməsi, mübahisəli mənzil alınandan 2 il 4 ay sonra satılması xüsusatı tərəflərin digər dəlilləri ilə birlikdə nəzərə alına bilər. Lakin apelyasiya instansiyası məhkəməsi bu xüsusatla da bağlı heç bir araşdırma aparmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, bu işin kontekstində azərbaycan xalqının milli xüsusiyyətlərini də nəzərə almaq vacibdir. Bir otaqlı mənzilin toydan sonra ər-arvada yaşamaq üçün verilməsi milli xüsusiyyətlər baxımından iki məsələyə diqqət yetirməyi tələb edə bilər. Birinci məsələ odur ki, ata bir otaqlı mənzilini qızına bağışlayır və qızı azyaşlı uşağı anadan olana kimi orada yaşayır. Uşaq anadan olandan sonra isə daha böyük mənzil alınır və bir otaqlı mənzilin dəyəri həmin məqsədə sərf olunur. Burada bir otaqlı mənzilin 2,4 ay sonra satılması faktı milli də yərlər baxımından həmin bir otaqlı mənzilin dəyərinin 3 otaqlı mənzilin pulunun ödənilməsinə sərf olunmasını istisna etmir və bunun bir çox variantları mövcud ola bilər, zəruri araşdırma tələb edir. İkinci amil ondan ibarətdir ki, bir qayda olaraq milli adətlərə söykənərək ailə quran oğlan maddi imkanlara malikdirsə mənzil ilə təmin olunma qayğısına qalır. Milli adətlərə uyğun olaraq məhz həmin dövrdə valideynlər də gənclərin mənzil probleminin həllinə kömək etməyə səy göstərirlər. Hazırki vəziyyətdə iddiaçı toya qədər mənzilə malik olmamış, nikaha daxil olandan sonra arvadının atasına məxsus bir otaqlı mənzildə yaşamışdır. Toya qədər mənzilə malik olmayan iddiaçının gənc ailəsi ilə 2 il 4 ay müddətində qayınatanın bir otaqlı evində yaşayıb, 2 il 4 ay sonra 3 otaqlı mənzil alması sübutlara əsaslanan araşdırma tələb edir. Mübahisəli mənzilin iddiaçının adına deyil, cavabdehin adına alınması, cavabdehin mənzilə qeydiyyata düşməsinə baxmayaraq iddiaçının mənzilə qeydiyyata alınmaması da sübutların dəyərləndirilməsi zamanı nəzərə alına bilər. Məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər məhkəmə tərəfindən araşdırılmalı və hüquqi cəhətdən dəyərləndirilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.2-ci maddəsinə əsasən,ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər b ölməyə bilər. Mülki işin materialları ilə müəyyən edilir ki, tərəflər arasında nikah pozulduqdan sonra azyaşlı X10 anasının, yəni Cavabdeh himayəsində saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi həmin xüsusatı da nəzərə almamış, əmlakın bölünməsi zamanı bu məsələyə hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Həmin pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar