Məhkəmə qərarları › İş №2(102)-3444/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3444/2022

16.08.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3444/2022 16.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdeh YYY və X27 Mərkəzi "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3444/22 Açar sözlər: hərracın baş tutmamasının əsaslarının dəyişdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan barət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdeh YYY və X27 Mərkəzi "xxxx" MMC-yə qarşı (müstəqil təlb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhər Xəzər rayon İcra Şöbəsi, X7 və X16 cəlb edilməklə) “hərracın baş tutmamasının əsaslarının dəyişdirilm əsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-992/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-456/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin iddiası qismən təmin edilərək cavabdeh X13 xx.xx.2013-cü il tarixli 83/13 saylı kredit müqaviləsinə əsasən 800000 manat əsas borc, 132134 manat məbləğində faiz borcu, 45000 manat cərimə olmaqla, ümumilikdə 977134 manat və 30 manat dövlət rüsumunun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş X4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvani küçəsi, 8A saylı binanın 47 saylı mənzilinə, X12 məxsus ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsinə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə və X1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinə, Bakı şəhəri, Nərimanov rayonu, X36 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 55000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 130000 manat, ünvan 1 ünvanda yerlə şən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 470000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X36 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 100000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 370000 manat, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvani küçəsi, 8A saylı binanın 47 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 170000 manat müəyyən edilməsi, əldə ediləcək vəsaitin cavabdeh X17 banka olan borcunun ödənilməsinə yönəldilməsi, qeyd edilən fərdi yaşayış evi və mənzillər satıldıqdan sonra Bakı şəhəri, Nərimanov rayonu, X36 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzildə qeydiyyatda olan X14 və X5 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evində qeydiyyatda olan X2 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)1108/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-456/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi dəbbə pulunun tutulması və tutma yönəldilmiş əmlakların ilkin satış qiymətlərinə aid hissədə dəyişdirilərək, cavabdeh X13 iddiaçının xeyrinə 25700 manat dəbbə pulunun tutulması, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 115700 manat, Bakı şəhəri, Sabunçu rayo nu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin açıq hərracda ilkin satış qiymətinin 405000 manat, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda ilkin satış qiymətinin 964500 manat, Bakı şəhəri, Nərimanov rayonu, X36 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 115000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiymətinin 900000 manat, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvani küçəsi, 8A saylı binanın 47 saylı mənzilin açıq hərracda ilkin satış qiymətinin 350000 manat müəyyən edilməsi qət edilmişdir.

3. Qətnamə icraya yönəldilmiş, icra məmuru tərfindən hərrac keçirilməsi YYY və X27 Mərkəzi "xxxx" MMC-yə sifariş verilmişdir. 4. "xxxx" MMC "xx xx" ASC-yə, X20, X4, X12, X6, X1, X8 və X9 ünvanlanmış xx.xx.2021-ci il tarixli № 01/1478 nömrəli bildirişdə, Xəzər rayon Məhkəməsinin 2(103)- 1108/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində yerləşən ev 110, mənzil 31, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 6A, mənzil 47, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində 4 saylı fərdi yaşayış evi, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evi, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində 63 ünvanında qeyri-yaşayış sahəsinin satılması üçün hərracın xx.xx.2019-cu ildə saat 11:00-17:00-dək keçiriləcəyi bildirmişdir. 5. xx.xx.2021-ci il tarixdə " xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabına X18 tərəfindən V.V.V fərdi yaşayış evinin hərracı üçün 45000 manat beh, X21 tərəfindən Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinin hərracı üçün 20250 manat beh, X10 tərəfindənLLL saylı mənzilin hərracı üçün 5750 manat beh, X25 tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin satışı üçün 5785 manat beh ödənilmiş və həmin şəxslərin hər biri xx.xx.2021-ci il tarixdə ərizə ilə "xxxx" MMC-nə müraciət edərək, qeyd olunun əmlakların alınması üçün hərracda iştirak etməyə icazə verilməsini xahiş etmişdir. 6. "xxxx" MMC "xxxx" ASC-yə, X20, X4, X12, X6, X1, X8 və X9 ünvanlanmış xx.xx.2021-ci il tarixli № 01/1810 məktubda bildirmişdir ki, === V.V.V fərdi yaşayış evinin, Sabunçu rayonu, Bilgəh qəsəbəsindəki 5 71 saylı bağ evinin,LLL saylı mənzilin, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinin satışı üçün 29.03.21-ci il tarixinə təyin edilmiş hərrac “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1-ci maddəsinə əsasən baş tutmamışdır. Qanunun 43.3-cü maddəsinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə manatla ala bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" ASC cavabdeh YYY və X27 Mərkəzi "xxxx" MMC-yə qarşı (müstəqil təlb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhər Xəzər rayon İcra Şöbəsi, X7 və X16 cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-1108/2019 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin sifarişi ilə YYY və X27 Mərkəzi "Külək” MMC-nin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə və Bakı şəhəri, Nərimanov rayonu, X36 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilinə dair xx.xx.2021-ci il tarixdə keçirdiyi hərracın "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsaslanaraq baş tutmamış elan edilməsi etibarsız hesab edilərək, hərracın "İpote ka haqqında” Qanunun 43.1.2-ci maddəsinə əsasən baş tutmaması, ödənilmiş 10,40 manat dövlət rüsumunun və bank xidməti haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə əmlakların satılması üçün YYY və X27 Mərkəzi "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə hərrac keçirilmiş, lakin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 571 saylı bağ evinə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsində yerləşən 4 saylı fərdi yaşayış evinə, Xəzər rayonu, Dübəndi bağ sahəsində yerləşən 227 saylı bağ evinə və Nərimanov rayonu, X36 prospektində yerləşən 110 saylı evin 31 saylı mənzilinə dair hərraca 2 nəfərdən az alıcı gəldiyindən hərrac “İpoteka haqqında" Qanunun 43.1.1-ci maddəsinə əsasən baş tutmamış elan edilmişdir. Digər əmlaklara aid hissədə isə hərrac “İpoteka haqqında" Qanunun 43.1.2-ci maddəsinə əsasən baş tutmamış elan edilmişdir. İxtisaslaşmış hərrac təşkilatı tərəfindən yuxarıda göstərilən əmlaklara dair xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracın “İpoteka haqqında" Qanunun 43.1.1-ci maddəsinə əsaslanaraq baş tutmamış elan edilməsi qanunsuz olduğundan etibarsız hesab edilərək, hərracın “İpoteka haqqında" Qanunun 43.1.2-ci maddəsinə əsasən baş tutmaması elan edilməlidir. Çünki hərrac təşkilatçısı hərracın keçirilməsinə dair bildirişdə behin ödənilməsi müddəti və qaydasını göstərməlidir. Lakin “Külək" MMC-nin xx.xx.2021-ci il tarixli 01 nömrəli hərracın keçirilməsinə dair bildirişində behin ödənilməsi müddəti göstərilməmiş, behin ödənilməsi qaydası isə qe yri-müəyyən şəkildə göstərilmişdir. Hərrac təşkilatından əldə edilən sənədlərdən müəyyən edilmişdir ki, hərracda iştirak etmək üçün behlər hərrac günü, yəni xx.xx.2021-ci il tarixdə ödənilmişdir.

9. İddia ərizəsində daha sonra qeyd olunmuşdur ki, ödəniş sənədlərindən behlərin ödənilməsi saatını müəyyən etmək olmur. Bu hal isə behlərin hərracın keçirilməsi vaxtı bitdikdən sonra ödənilməsi, həmçinin xx.xx.2021-ci il tarixdə keçirilən hərracın üç iştirakçısının məhz həmin gün ərizə ilə müraciət edərək, hərracın iştirakçısı kimi tanınması və elə həmin gündə behlərin ödənilməsi hərracın qanuni təşkil edilməməsi barədə əsaslı şübhələr doğurur. Hazırki halda isə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 01 nömrəli hərracın keçirilməsinə dair bildirişində hərracda iştirakın rəsmiləşdirilməsi qaydası “hərracda iştirak hüququnu əldə etmək üçün fiziki və hüquqi şəxslər elektron qaydada qeydiyyatdan keçməlidir” kimi göstərilsə də, ixtisaslaşmış hərracdan əldə edilən sənədlərdən görünür ki, xx.xx.2021-ci il tarixdə hərracda iştirak etmiş şəxslər X18, X21, X10 və X25 hərracda iştirak etməyə dair ərizələrini elə hərracın keçirildiyi gün kağız daşıyıcıda birbaşa hərrac təşkilatına təqdim etmişlər. Bununla da ixtisaslaşmış hərrac təşkilatının hərracda iştirakın rəsmiləşdirilməsi qaydasını pozmuşlar. Hərrac ixtisaslaşmış təşkilat tərəfindən pozulması ilə təşkil edilmişdir. Prezident Fərmanlarından və Respublika ərazisində dövlət qurumları tərəfindən keçirilən hərracların qaydalarından da aydın olur ki, hərrac təşkilatları mütləq olaraq, hərrac iştirakçısının rəsmiləşdirilməsi qaydasını, eyni z amanda behin ödənilməsi və rəsmiləşdirilmə müddətini göstərməlidir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4502/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim V.Quliyev) iddianın rədd edilməsi qət edilmişdir.

11. Məhkəmənin qənaətinə görə iddiaçı bankın iddia ərizəsində qeyd etdiyi kimi hərrac təşkilatçısının hərracın keçirilməsinə dair bildirişdə behin ödənilməsi müddəti və qaydasını göstərməməsi, behin ödənilməsi müddəti göstərməməsi, ödəniş sənədlərindən behlərin ödənilməsi saatını müəyyən etməyin mümkün olmaması, behin ödənilməsi qaydasının isə qeyri-müəyyən şəkildə göstərilməsi, behin hərrac günü, yəni xx.xx.2021-ci il tarixdə ödənilməsi, “hərracda iştirak hüququnun əldə etmək üçün fiziki və hüquqi şəxslər elektron qaydada qeydiyyatdan keçməsi” kimi tələ blərə istinad etməsi formal əsaslardır.

12. Məhkəmə hesab etmişdir ki, behlərin hərracın keçirilməsi vaxtı bitdikdən sonra ödənilməsi iş materialları ilə təsdiqini tapmır.

13. Məhkəmə qeyd etmişdir ki, hərracda iştirak edən şəxslərin hər biri ayrı-ayrı əmlakların açıq hərracda alınmasında iştiraka icazə verilməsini xahiş etmiş, həmçinin hərrac xx.xx.2021-ci il tarixdə saat 11:00-da başlandığı halda, hərracın keçirilməsindən əvvəl bank köçürülməsi yolu ilə beh də ödəmişlər. Yəni hər biri fərqli əmlaklara iddia etmişlər. Bununla da, ərizələrdə qeyd olunan hər bir əmlakın açıq hərracında cəmi bir nəfər şəxsin iştirak etməsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 və X11 nümayəndəsi və vəkili Vəkil1 təqdim etdiyi sənədlərlə sübut olunmuşdur. 14. "xxxx" MMC hərracda 2 nəfərdən az alıcı gəldiyindən hərrac “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən baş tutmamış elan edilməsində haqlı olmuşdur.

15. Həmçinin hərracın vaxtı və yeri barədə “X15” ASC-nin məlumatlı olmasına baxmayaraq açıq hərracda iştirak etməmişlər. Hərrac “İpoteka haqqında” qanunverilciyin tələblərinə uyğun, hər bir hərrac iştirakçısının və tərəflərin mənafeyi gözlənilməklə keçirilmişdir.

16. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 43.1, 43.7, 36.1, 42.1, 44, “İcra haqqında” Qanunun 53.1, 53.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 78.1, 80, 81, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkə məsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğuna görə ləğv olunmalıdır. Belə ki, hərracın bir sıra maddi hüquq normalarının pozulması ilə təşkil edildiyi və keçirildiyi göstərilsə də, birinci instansiya məhkəməsi iddianın predmetinə tamamilə aid olmayan məslələrə toxunaraq, yekunda səhv nəticəyə gəlmişdir. İddianın əsas sübutu kimi ixtisaslaşmış hərrac təşkilatı tərəfindən tələbkara və borclulara ünvanlanmış hərracın keçirilməsinə dair 01 nömrəli bildirişin qanun pozuntuları ilə tərtib edilməsi və bunun nəticəsi olaraq, hərracın da düzgün keçirilməməsi göstərilsə də, birinci instansiya məhkəməsi qeyd edilən sübuta ümumiyyətlə qiymət verməmişdir. Həmçinin iddiaçı olaraq, hərracın keçirilməsinə dair bildirişdə behinin məbləğinin, eyni zamanda hansı müddətdə və qaydada ödənilməli olmasının göstərilməməsi, o cümlədən bildirişdə hərracda iştirak hüququnu əldə etmək üçün fiziki və hüquqi şəxslər elektron qaydada qeydiyyatdan keçməli olduğu göstərildiyi halda, hazırda mübahisələndirilən hərracda iştirak edən şəxslərin hərracda iştirak etməyə dair ərizələrinin elə hərracın keçirildiyi gün kağız daşıyıcıda birbaşa hərrac təşkilatına təqdim etmələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun maddələrinə istinad edərək qanun pozuntusu kimi göstərilsə də, birinci instansiya məhkəməsi göstərilə n pozuntulara formal əsaslar kimi qiymət verməklə yanlışlığa yol vermişdir. Məhkəmə ödəniş tapşırıqlarına sübut kimi qiymət verərək, onalara əsaslansa da, nəzərə almamışdır ki, behlərin ödənilməsi saatı heç bir sənəddə göstərilməmişdir. Bu hal isə behlərin hərracın keçirilməsi vaxtı bitdikdən sonra ödənilməsi, həmçinin 29 mart 2021 -ci il tarixdə keçirilən hərracın üç iştirakçısının məhz həmin gün ərizə ilə müraciət edərək, hərracın işrirakçısı kimi tanınması və elə həmin gündə behlərin ödənilməsi hərracın qanuni təşkil edilməməsi barədə əsaslı şübhələr doğurur.

19. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-992/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi) A.İmanov, Q.Əsgərov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci i nstansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi hərrac keçirilməsi qaydalarının pozulmasının nəticələrini ehtiva edən Mülki Məcəllənin 416-cı maddəsinin dispozitiv şərti “keçirilən hərrac”dan bəhs edir. Lakin hazırki iş üzrə hərracın keçirilməsi baş tutmamış, iddiaçı isə subyektiv maraqlarına əsasən onun prosedur əsaslarının dəyişdirilməsi barədə mücərrəd tələb irəli sürmüş, məhz dəyişdirilməsinə əsas olan sübutlar təqdim etməmişdir.

21. Məhkəmə müəyyən etmişdir ki, mübahisə edilən hallar cavabdehin vəzifəli şəxsləri tərəfindən rəsmiləşdirilərək müvafiq qərarlar qəbul edilmişdir. İddiaçının maraqları əmlakların satışı üzrə kredit borclarının ödənilməsində olduğu halda hazırki durumda hərracın davam etməməsi onun s ubyektiv hüquqlarını şərtləndirən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə də özlüyündə hərrac prosedurunun (hərracın baş tutmamasının əsasların) dəyişmə səlahiyyətlərinə malik deyil.

22. Məhkəmə hesab etmişdir ki, qanunvericilikdə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac, onun bitməsindən sonra maraqlı şəxs tərəfindən mübahisələndirilə bilər. İstinad edilən maddi hüquq normaların tətbiqi, qanunvericiliyin dispozitiv uyğunsuzluğu baxımından, habelə dispozitiv imkandan və diskresion səlahiyyətlərdən sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir.

23. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 43.1, 43.7, 36.1, 42.1, 44, “İcra haqqında” Qanunun 53.1, 53.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-158, 269, 294, 415, 416, M ülki Prosessual Məcəlləsinin 77.1, 78.1, 80, 81, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 415.4, “İpoteka haqqında” Qanunun 42.1, Mülki Prosessual Məcəlləsinin 88-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, hərrac təşkilatçısının hərracın keçirilməsinə dair bildirişdə behin ödənilməsi müddəti göstərilməmiş, behin ödənilməsi qaydası isə qeyri-müəyyən şəkildə göstə rilmişdir. Hər iki instansiya məhkəməsi qeyd edilən pozuntuya qiymət verməmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən hərracın baş tutmamasının əsaslarının dəyişdirilməsinə əsas olan sübutlar təqdim edilməmişdir. Halbuki, iddiaçı ixtisaslaşmış hərrac təşkilatının bildirişində və keçirilən ilkin hərracda olan pozuntuları dəqiqliklə göstərmişdir. c)

26. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq. “İpoteka haqqında” Qanun

27. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

28. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçi rilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

29. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsin ə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda.

30. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

31. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası nın Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti t əmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunan hallarından göründüyü kimi hərrac təşkilatı xx.xx.2021-ci il tarixə təyin olunmuş hərracın baş tutmamasını elan etmiş və hərracın baş tutmamasının səbəbi kimi hərraca iki nəfərdən az alıcının gəldiyini bildirmişdir.

40. Hərracın baş tutmamış hesab olunması üçün bu cür əsas “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə t utulmuşdur. Lakin iddiaçı bununla razılaşmır və hərracın baş tutmamasının səbəbi kimi “hərraca iki nəfərdən az alıcının gəməsi” yox, “hərracın iştirakçısı olmaması”nı göstərməyi xahiş edir. Hərracın baş tutmamasının bu cür (hərracın iştirakçısının olmaması) əsası isə “İpoteka haqqında” qanunun 43.1.2-ci maddəsində müəyyən olunub. 41. “İpoteka haqqında” Qanunun 43-cü maddəsindən göründüyü kimi qanunverici hərracın baş tutmamasının “hərraca iki nəfərdən az alıcının gəməsi” və “hərracın iştirakçısının olmaması” kimi vəziyyətləri fərqləndirir. Çünki bu əsaslardan asılı olaraq, hərracın sonrakı gedişi üçün fərqli nəticələr və qaydalar müəyyən olunur.

42. İşin məhkəmələr tərəfindən müəyyən olunan hallarından göründüyü kimi, xx.xx.2021-ci il tarixə təyin olunmuş hərrac, hərraca iki nəfərdən az al ıcının gəlməsi səbəbindən baş tutmamışdır.

43. İddiaçının özünə də bu vəziyyət aydın olmasına baxmayaraq, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın iştirakçısı tərəfindən ödənilməli olan behin hərracdan sonra ödənildiyini iddia edir. Lakin bu hal heç bir mötəbər sübutla təsdiq olunmur. Əksinə, bank ödənişləri ilə qeyd olunan beh məbləğlərinin həmin gün ödənilməsi təsdiqini tapır. Hərrac təşkilatçısının bildirişində hərracda iştirak üçün behin ödənilməsi müddəti və qaydasının və digər qeydlərin göstərilməməsi, hərracın baş tutmamasının səbəblərinin dəyişdirilməsinə səbəb olan hal kimi qanunda nəzərdə tutulmamışdır.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, on lara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

45. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-992/2022 nömrəli, 31 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar