Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3444/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-138/2024 nömrəli 13 fevral 2024-cü il tarixli qərardadından maraqlarına toxunulan şəxs Maraqlı şəxs2 tərəfindən verilmiş kassasiya ş ikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-835/2020 nömrəli, 11 mart 2020ci il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli) ərizəçi Maraqlı şəxs2 ərizəsi təmin edilərək, Fəttahov X1 ərizəçi Maraqlı şəxs2 ulu babası (babasının atası) olması, 1921-ci il tarixdə Gəncə şəhərində güllənənərək öldürülməsi, “X11”, “Məhəmməd Rza”, “Məmməd”, “X12” kimi qeyd edilmiş şəxslərin Fəttahov X4 olması faktının müəyyən edilməsi qət edilmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
2. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02 avqust 2003-cü il tarixli, 388/2003 nömrəli qətnaməsi ilə İddiaçı1 iddia tələbi təmin edilmiş, İddia çı1 atası Qafar Fəttahovun mülkünə dair iddia qaldırması üçün müddətin bərpa olunması, ünvan 1 ünvanında yerləşən 92,7 kv.m əsas yaşayış; 102,8 kv.m köməkçi sahədən ibarət olan tikintiyə mülkiyyət hüququnun X5 məxsus olması faktının təsdiq edilməsi, mülkə mülkiyyət hüququnun bütövlüklə qanun üzrə vərəsəlik qaydasında İddiaçı1 verilməsi, mülkün qeydə alınmasının Gəncə şəhər Dövlət Tİ və MHQİ-yə həvalə olunması, qətnamənin icrasının mübahisə olunan mülkdə yaşayanların mənzil məsələsi həll olunana kimi təxirə alınması qət edilmişdir.
3. Mülki iş müddət keçdiyi üçün məhv edilmişdir.
4. Maraqlı şəxs2 ərizəsi əsasında Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixdə özünün 02 avqust 2003-cü il tarixli, 388/2003 nömrəli qətnaməsini məlumat üçün Azərbaycan Respublikasının İqtisadiyyat N azirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə göndərmişdir.
5. Maraqlarına toxunulan şəxs kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti və itirilmiş məhkəmə icraatının bərpa edilməsi barədə ərizə vermişdir.
6. Gəncə Şəhər Məhkəməsinin 16 may 2023-cü il tarixli 399/2003 nömrəli qətnaməsi ilə (hakim: C.Tağıyev) İddiaçı1 adından X2 Gəncə İHB-yə qarşı mülkiyyət hüququ tələbinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatında olmuş və müddət keçdiyi üçün məhv edilmiş 399/2003 nömrəli mülki iş üzrə icraatın bərpa edilməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02 avqust 2003-cü il tarixli 399/2003 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və hazırkı qətnamənin əsaslandırıcı hissəsində göstərilmiş mətnin eyni olmasının müəyyən edilməsi qət edilmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə olan sübutlar əvvəlki məhv olunmuş materialda olan sübutlarla eynilik təşkil edir və işə baxılarkən həmin sübutlar əsasında qətnamə qəbul olunmuşdur.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası “İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi” barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 1 nömrəli Əlavənin 10-cu bəndinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dö vlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli daşınmaz əmlak mövcud deyil. Belə bir əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
11. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-138/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərardadı ilə (hakimlər: İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Afiq Hüseynzadə) Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02 avqust 2003-cü il tarixli 399/2003 nömrəli qətnaməsi ləğv edilərək, İddiaçı1 Gəncə İHB-yə q arşı əmlakın qaytarılması və həmin əmlaka mülkiyyət hüququnun verilməsinə dair tələbi üzrə mülki işin icraatına xitam verilmişdir.
12. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, ddiaçı İddiaçı1 2004-cü il tarixdə vəfat etmişdir.
13. İş üzrə icraat İddiaçı1 varisi müəyyən edilməsi üçün dayandırılmış və onun hüquq varisinin olub-olmaması barədə məlumat əldə etmək üçün müvafiq orqanlara sorğu verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin verdiyi 8 yanvar 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Dövlət notariat arxivində və “Elektron notariat” sistemində 23 iyun 2004-cü il tarixdə vəfat etmiş İddiaçı1 hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir.
14. Məhkəmə kollegiyası iddiaçının ölməsini və onun hüquqi varisinin müəyyən edil mədiyini nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, İddiaçı1 Gəncə İHB- yə qarşı əmlakın qaytarılması və həmin əmlaka mülkiyyət hüququnun verilməsinə dair tələbi üzrə mülki işin icraatına xitam verilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
15. Apellyasiya məhkəməsi qərardadını Azərbaycan Respublikası MPM-nin 261.0.7, 262.1 262.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İş üzrə maraqlarına toxunan şəxs kimi cəlb edilmiş Maraqlı şəxs2 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-138/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərardadının ləğv edilməsini, Gəncə şəhəri Kəpəz Ra yon Məhkəməsinin 02 avqust 2003-cü il tarixli, 388/2003 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhəri 1 saylı Notariat Ofisi tərəfindən № 687 saylı, 29 noyabr 2021-ci tarixli, xx.xx.2021-ci il tarixdə mirasın qəbuluna dair açılmış vərəsəlik işi olan V230 reyestrli ərizə əsasında 1873-cü ildə anadan olmuş və xx.xx.1942-ci ildə vəfat etmiş X3 yeganə vərəsəsi Maraqlı şəxs2 müəyyən olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 267.0.7. İş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti h üquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir.
20. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
21. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
22. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
23. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
24. Qanunun tələbinə gö rə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
28. Belə ki, iddiaçı 2004-cü il tarixdə vəfat etmiş, iş üzrə icraat iddiaçının varisi müəyyən edilməsi üçün dayandırılmış və onun hüquq varisinin olub-olmaması barədə məlumat əldə etmək üçün müvafiq orqanlara sorğu verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxiv inin verdiyi 8 yanvar 2024-cü il tarixli məktubunda da qeyd edilmişdir ki, Dövlət notariat arxivində və “Elektron notariat” sistemində 23 iyun 2004cü il tarixdə vəfat etmiş İddiaçı1 hər hansı miras əmlakına dair vərəsəlik işi aşkar edilməmişdir.
29. Kassator Maraqlı şəxs2 isə hazrki iş üzrə İddiaçı1 vərəsəsi olmadığına görə, onun prosseual hüquq varisi kimi işə qoşulmaq hüququ yoxdur.
30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2024-cü il tarixli 2(104)-138/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.