Məhkəmə qərarları › İş №2(102)-3444/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3444/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3444/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Dövlət Pedaqoji Universiteti X6rşı “ödənilmiş təhsil xərclərinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi, ödənilmiş təhsil xərclərinin əvəzinin tələb olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkə məsinin Mülki kollegiyasının 15 iyul 2025-ci il tarixli, 2(103)3072/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Cavabdeh arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli 445 nömrəli Qərarı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilin maliyyələşdirilməsi qaydaları”nın 1.4-cü bəndinə u yğun olaraq bağlanmış 20 oktyabr 2020-ci il tarixli üçtərəfli müqavilə ilə proqram iştirakçısı Cavabdeh ABŞ-ın “X1”ində 2020-ci ilin oktyabr ayından 2022-ci ilin iyun ayına kimi doktorantura səviyyəsi üzrə 1 il 8 ay müddətinə təhsilinin maliyyələşədirilməsi və təhsilini başa vurduqdan sonra müvafiq əmək müqaviləsi ilə yerli ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə cəlb edilməsinə dair tərəflərin öhdəlikləri müəyyən edilmişdir. Müqavilənin 3.5.20-ci bəndinə əsasən proqram iştirakçısının tədris müddəti bitdikdən sonra ən geci 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq, qayıtdıqdan sonra 10 təqvim günü müddətində Nazirliyə və yerli ATM-ə məlumat vermək və bağlanmış əmək müqaviləsinə əsasən aldığı ixtisas üzrə yerli ATM-də 5 il fasiləsiz pedaqoji fəaliyyət göstərmək öhdəliyi vardır. M üqavilənin 6.2-ci bəndinə əsasən proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o, təhsilini başa vurduqdan sonra ən geci 2 (iki) ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 (iki) aydan gec olmayaraq qaytarılmalıdır.

2. Həmin müqavilə çərçivəsində Cavabdeh xaricdə doktorantura təhsili alması üçün yaşayış xərci 31.997 ABŞ dolları, təhsil xərci 31.976,46 ABŞ dolları, sığorta xərci 4.645 ABŞ dolları, beynəlxalq nəqliyyat xərcləri 1.219,80 manat ödənilmişdir. 3. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun Cavabdeh ünv anladığı 06 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, yaşayış xərci 31.997 ABŞ dolları, təhsil xərci 31.976,46 ABŞ dolları, sığorta xərci 4.645 ABŞ dolları, beynəlxalq nəqliyyat xərcləri 1.219,80 manat ödənilmiş və ödənilmiş 68.618,46 ABŞ dolları və 1.219,80 manat məbləğin qaytarılması tələb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 68.618,46 ABŞ dolları və 1.219,80 manat vəsaitin tutularaq iddiaçının müvafiq hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli, 711 nömrəli Sərəncamı il ə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsini tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli, 445 nömrəli Qərarı ilə təsdiq edilmiş “2019-2023-ci illər Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, xarici ali tə hsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsili maliyyələşdirən Azərbaycan Respublikası vətəndaşlarının seçimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçirilir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlilyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Qaydaların 1.3-cü bəndinə əsasən, Proqram iştirakçılarının x arici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), mülkiyyət formasından asılı olmayaraq, xarici və ya yerli hüquqi və fiziki şəxslərin vəsaitləri hesabına bu Qaydalarla müəyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə əsasən, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, proqram iştirakçısı və təhsili başa çatdıqdan sonra proqram iştirakçısı ilə əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi arasında bağlanılan müqavilə əsasında həyata keçirilir. Müqavilənin forması Nazirlik tərəfindən müəyyən edilir. Bu Qaydaların 1.5ci yarımbəndinə görə Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Nazirliyin nəzdində X2 Qrupu tərəfindən idarə olunur. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində doktoranturada təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı, təhsili başa çatdıqdan sonra vətəndaşla əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi Azərbaycan Dövlət Pedaqoji Universiteti, Elm və Təhsil Nazirliyi Cavabdeh arasında 20 oktyabr 2020-ci il tarixli, 44 saylı üçtərəfli müqavilə bağlanılmışdır. Elm və Təhsil Nazirinin 12 may 2020-ci il tarixl i, F-222 saylı əmri ilə onun adı Dövlət Proqramına daxil edilmişdir. Müqavilə şərtinə uyğun olaraq, cavabdeh 2020-ci ilin oktyabrından 2022-ci ilin iyun ayına qədər ABŞ-ın “X3”ində doktorantura səviyyəsi üzrə təhsil almalı və Nazirlik isə bu təhsili maliyyələşdirməli idi. Cavabdehin müqavilə şərtlərinə uyğun olaraq maliyyələşməsinə baxmayaraq, o, müqavilə öhdəliklərini pozmuş və Nazirliyin 02 dekabr 2023-cü il tarixli əmri ilə onun adı Proqram iştirakçılarının siyahısından çıxarılmışdır. Müqavilənin 3.2.2-ci yarımbəndində qeyd edilir ki, Proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını ondan tələb etmək nazirliyin hüququdur. Müqavilənin 6.2-ci yarımbən dində nəzərdə tutulmuşdur ki, proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o, təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır. Lakin, cavabdeh həmin vəsaitin geri qaytarılması ilə bağlı heç bir hərəkət etməmişdir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 2(007)261/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 68.618,46 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və 1.219,80 manat vəsaitin tutularaq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Cavabdeh arasında bağlanmış 20 oktyabr 2020-ci il tarixli üçtərəfli müqavilənin 3.5.20-ci bəndinə əsasən proqram iştirakçısının tədris müddəti bitdikdən sonra ən geci 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq, qayıtdıqdan sonra 10 təqvim günü müddətində Nazirliyə və yerli ATM-ə məlumat vermək və əmək müqaviləsini bağlamaqla, aldığı ixtisas üzrə yerli ATM-də 5 il fasiləsiz pedaqoji fəaliyyət göstərmək öhdəliyi vardır. Lakin cavabdeh xaricdə təhsilini başa vurduqdan sonra Azərbaycana qayıtmamışdır. O, ABŞ-da yaşayır, orada ailə qurmuş və bir övladı var. Göründüyü kimi cavabdeh tərəfindən müqavilə şərtləri pozulmuşdur. Azərbaycan Respublikası Təhsil Nazi rinin əmrinə əsasən Azərbaycan Dövlət Pedaqoji Universiteti və Cavabdeh arasında bağlanmış üçtərəfli müqavilələrə xitam verilməsi əmr edilmişdir.

8. Belə olan halda məhkəmə hesab etmişdir ki, nazirlik tərəfindən cavabdehə çəkilən xərclər geri qaytarılmalıdır.

9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2, 377.2, 385.1, 390.1 və 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı təhsilini başa vurduqdan sonra müqavilədə nəzərdə tutulmuş qay dada ölkəyə qayıda bilməməkdə səbəbi onun şəxsi həyatı ilə bağlı olmuşdur. Belə ki, təhsilini başa vurduqdan sonra cavabdeh Kanada Respublikasının vətəndaşı ilə ailə həyatı qurmuş, bir övladı doğulmuşdur. Bundan sonra, o, ailə, məişət problemləri ilə əlaqədar olaraq ölkəyə qayıda bilməmişdir. Cavabdeh bu müddət ərzində ölkəyə qayıdıb, işləyə bilməsə də, Vətən müharibəsindən sonra Azərbaycan Respublikası adından keçirilən bütün beynəlxalq konfranslarda ölkəni layiqincə təmsil etmiş, dövlət əhəmiyyətli tədbirlərdə iştirak etmiş, onlayn təhsilə qoşularaq ölkədə tədris proqramlarında iştirak etmişdir. Hətta bir müddət əvvəl təlim vermək üçün Bakıya gəlmiş və əlavə ödəniş olunmadan təlim keçmişdir. Bu xüsusatlar barədə cavabdeh dəfələrlə iddiaçıya məlumatlar vermiş və hətta onun niyyəti təhsili ni başa vurduqdan sonra ölkəyə qayıtmağın mümkün olmadığını, buna səbəb ailə məişət zəminində baş verən dəyişiklik olmasını bildirmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən ona qarşı bir növ qərəzli münasibət göstərilərək, ödənilmiş pul məbləği tələb edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xaricdə təhsil alan gənclər haqqında bildirdiyi dəyərli fikirləri təqdim etmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidenti çıxışında xüsusilə qeyd etmişdir ki, “Xaricdə qalan Azərbaycanlıların böyük əksəriyyəti Azərbaycana bağlı olur. Onların ürəkləri Azərbaycanla bir döyünür. Öz fəaliyyətləri ilə onlara yaşadıqları ölkələrdə xeyir gətirirlər. Xaricdə təhsil alan gənclərlə bağlı proqrama onlar 2007-ci ildə başlamışlar. 200 6-cı ildə qərar verildi, sərəncam imzalandı və o vaxt müxtəlif fikirlər var idi. Bəziləri deyirdilər, mütləq biz şərt qoymalıyıq ki, onlar qayıtsınlar və Vətənə xeyir versinlər. O, isə bununla razılaşmadı. Elm və Təhsil Nazirliyinin iddia etdiyi kimi, guya onun müqavilə şərtlərinə əməl etməməyi hesab edir ki, düzgün deyil. O, bu barədə məhkəmə gedişində məlumat versə də təəssüf ki, bu məhkəmə tərəfindən nəzərə alınmayıb. Belə ki, müqavilənin 3.5-ci bəndində proqram iştirakçısının öhdəlikləri qeyd olunur. Burada müqavilədə göstərilən 20 maddədən yalnız birinə - 3.5.20-ci bəndinə əməl edə bilməmiş, yəni təhsili başa vurduqdan sonra 2 ay müddətində Azərbaycan Respublikasına qayıtmalı idi, bu da onun şəxsi həyatı ilə bağlı olmuşdur. Belə ki, müqavilənin 3.5.22-ci bəndində göstərilir ki: bu müq avilə üzrə öhdəliklər yerinə yetirilməsini çətinləşdirən və ya mümkünsüz edən hallar haqqında Nazirliyə və yerli ATM-ə 10 gün ərzində məlumat verilməlidir. Müqavilə 3 tərəfli olduğu üçün bu haqda müqavilə iştirakçıları olan tərəflərə bu barədə əvvəlcədən məlumat vermişdir. Hətta, Azərbaycan Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov nümayəndə heyəti ilə ABŞ-da olarkən onlarla görüşüb məlumat vermişdir. Onlar da bunu qarşılıqlı anladıqlarını bildirdilər və razılaşdılar ki, 5 il müddətində o, onlayn formada Pedaqoji Universitetdə təhsil verməyə davam edəcək və ildə 1 dəfə Bakıya gələrək canlı dərs deyəcək və onlardan heç bir vəsait tələb etmədən, yəni təmənnasız edəcək. Bu bir il müddətində ADPU-nun təhsil üzrə prorektorları Könül xanım və Asəf müəllimlə danışaraq dəfələrlə təlim keçmi ş, keçən ilin oktyabr ayında da Bakıda olarkən 1 ay təmənnasız dərs keçmişdir. Yəni, ailə vəziyyəti nəzərə alan ADPU-nun rəhbərliyi ilə bu formada əməkdaşlığı razılaşdırsalar da, nədənsə Elm və Təhsil Nazirliyi nəyin bahasına olursa-olsun, hətta onların məhkəmədə nümayəndəsinin dediyi dillə: “Ailəndən boşanmaq varsa da, Azərbaycana gəlməlisən, ya da pulu qaytarmalısan”. Hesab edir ki, bu humanizm prinsipinə uyğun gəlməyən ifadədir. Təhsil aldığı müddətdə Azərbaycanın ABŞdakı səfirliyinin xahişi ilə dəfələrlə Azərbaycanın tanınması ilə bağlı konfranslar təşkil etmiş və özü əsas çıxışçı olmuş, Diaspora Komitəsinin xətti ilə Kanadada, İngiltərədə təşkil olunan konfranslarda iştirak etmiş, Qarabağ mövzusu ilə bağlı Amerika mətbuatında məqalə ilə çıxış etmiş, 44 günlük müharibədə Azərbaycanı də stəkləmək üçün Ağ evin qarşısındakı mitinqin təşkilatçısı və çıxış edən olmuşdur. Bütün bunları məhkəməyə təqdim etdiyi sənədləri və konfranslarda Prezidentin köməkçisi Hikmət Hacıyevlə və Diaspora komitəsinin sədri Fuad Muradovla çəkdirdiyi şəkillər və məhkəməyə təqdim etdiyi sənədlər sübut edir. Müqavilənin 6.3-cü bəndində göstərildiyi kimi ailə vəziyyətini nəzərə alaraq və yuxarıda göstərdiyi kimi 5 il müddətində onlayn formada tədris və təlim keçirməyini təmənnasız olaraq qəbul etdiyini də, cənab X5 dediyi kimi Azərbaycan diaspora və lobbiçilik fəaliyyəti üçün çalışacağını nəzərə alaraq, müqavilənin 6.3-cü maddəsinin ona tətbiq edilərək müqavilə üzrə çəkilmiş xərclərin ödənilməsindən azad edilməyi daha doğru olar. Əlavə olaraq müqavilənin 3.2.2-ci yarımbəndində göstərildiyi kimi Proqra m İştirakçısı bu müqavilənin şərtlərini pozduqda Azərbaycan Respublikası qüvvədə olan qanunvericiliyinə uyun olaraq çəkilmiş xərclərin məbləği geri qaytarılmasını ondan tələb etmək nazirliyin hüququdur. Yəni, yuxarıda qeyd edilən hallar nəzərə alınaraq, nazirlik bu xərcləri ondan tələb etməyə bilər.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2025-ci il tarixli, 2(103)-3072/2025 nömrəli qətnaməsi ilə (hakim C.Musayevanın məruzəsi və sədrliyi ilə, hakimlər F.Babayev və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 2(007)-261/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişd ir ki, tərəflər arasında bağlanılan müqaviləyə əsasən 2020-ci ilin oktyabr ayından 2022-ci ilin iyun ayına kimi doktorantura səviyyəsi üzrə dövlət büdcəsinin vəsaiti hesabına təhsili maliyyələşdirilmiş cavabdehin təhsilini başa vurduqdan sonra müvafiq əmək müqaviləsi ilə yerli ali təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərmək üzrə vəzifəsi yaranmışdır. Buna baxmayaraq, cavabdeh müqavilə şərtlərinə uyğun olaraq tədris müddəti bitdikdən sonra 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmamaqla, ixtisas üzrə yerli ATM-də 5 il fasiləsiz pedaqoji fəaliyyət göstərəcəyini şərtləndirən əmək müqaviləsini bağlamamaqla, yəni müqavilə üzrə öhdəliyini vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə icra etməməklə MM-in 425.1-ci maddəsinin tələblərini pozmuşdur. Belə olan hal da, iddiaçının MPM-in 4.1-ci maddəsinə əsasən, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alaraq işin faktiki hallarını ətraflı araşdırmış, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehin iddiaçı qarşısında 68.618,46 ABŞ dolları və 1.219,80 manat məbləğində (iş materialları ilə öz təsdiqini tapır) öhdəliyinin yarandığı barədə maddi hüquq normalarının tələblərinə uyğun olan nəticəyə gəlmişdir.

15. Belə ki, iddiaçı cavabdehin yol verdiyi pozuntu ilə müqavilə öhdəliklərini nə qədər ciddi şəkildə pozduğunu, mənafeyi üçün mənfi nəticələrinin nədən ibarət olduğunu, uğradığı zərərin əhəmiyyətli olduğunu və bunun nəticəsində müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğunu, pozuntunun müqaviləyə xitam verilməsini mümkün edən dərəcədə əhəmiyyətli olduğunu əsaslandırmışdır.

16. Apellyasiya şikayətinin dəlilləri üzrə məhkəmə göstərmişdir ki, cavabdeh təhsil aldığı ölkədə ailə həyatı qurduğuna istinadən müqavilə şərtlərini icra edə bilməməsini iradəsindən asılı olmayan, aradan qaldırıla bilməyən səbəblər ilə əlaqələndirmiş, müqavilənin şərtlərinə əsasən yaranmış öhdəliklərinin lazımi qaydada icra edilməməsi üçün məsuliyyət daşımadığını qeyd etmişdir.

17. Apellyasiya kollegiyası hesab etmişdir ki, cavabdehin istinad etdiyi bu hallar müqavilənin icrasından birtərəfli q aydada imtinası və ya təklif etdiyi qaydada müqavilə şərtlərinin dəyişdirilməsi üçün qanuni əsas hesab edilə bilməz.

18. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar onun üçün gözlənilməz olan və ya qabaqcadan görmək mümkün olmayan, mövcud olmuş şəraiti əhəmiyyətli dərəcədə dəyişən hal kimi qiymətləndirilə bilməz. Belə ki, bu hal şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi meyarlarına cavab vermir.

19. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21, 385.1, 386.1, 390.1, 421.1, 421.2, 425, 442, 443.1, 448.1, 448.2, 556.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

20. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2025-ci il tarixli, 2(103)-3072/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 385.1, 425, 426.1, 427, 448.1-ci, Mülki Prosessual Məcəllənin 9, 14.1, 77, 88, 387-ci maddələri pozulmuşdur.

22. Belə ki, cavabdeh heç vaxt öhdəliyin icrasından yayınmamış, Bakı şəhərinə gələrək iddiaçı və üçüncü şəxs ilə mütəmadi olaraq görüşlər keçirmiş, ölkə hüdudlarından kənarda olduğu zaman isə 1 il ödənişsiz dərslər keçmişdir. Apellyasiya məhkəməsində sədrlik edən hakim iddiaçıdan cavabdehin həmin pulları alması ilə bağlı sübutu məhkəməyə dəfələrlə tələb etsə də, məhz bununla bağlı məhkəmə prosesləri dəfələrlə təxirə salınsa da, iddia tərəfi bununla bağlı heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Sadəcə olaraq, birinci instansiya məhkəməsində elektron məhkəmə sisteminə yüklədiyi sənədləri təkrarən yükləməklə məhkəməni aldatmışdır. Bundan başqa, məhkəmə prosesində iddiaçının nümayəndəsi iddia sürdüyü məbləği həqiqətdə daha az olduğunu, yəni sığorta xərcinin 4645 ABŞ dolları civarında olduğunu etiraf etmişdir. Eyni zamanda məhkəmə iclas zalında yerləşdirilmiş video-görüntü kameralarında iddiaçının nümayəndəsinin cavabdehdən tutulacaq sığorta xərcinin iddia tələbində irəli sürdüyü məbləğdən az olduğunu etiraf etdiyi məqamlar əks olunmuşdur. Məhkəmə isə qeyd etdiyi hallara heç bir münasibət bildirməmişdir. Bundan başqa, məhkəmə üçüncü şəxs Azərbaycan Dövlət Pedaqoji Universitetin iştirakını təmin etm əmiş, beləliklə çəkişmə prinsipini pozmuşdur.

23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

24. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki ha lları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

26. Apellyasiya məhkəməsinin qətnaməsi kassator tərəfindən bütövlüklə mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razıl aşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzm ununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələbl ərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırm alı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin süb utlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkə məsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiya sı məhkəməsinin mövqeyi:

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və səlahiyyətləri çərçivəsində işdə olan sübutlara hüquqi qiymət verilməklə, tərəflərin imzaladıqları müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfində n icra edilmədiyi üçün müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən xərclənmiş vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməli olması nəticəsinə gəlinmişdir.

31. Hazırkı kassasiya şikayətinin dəlilləri açıq-aydın əsassızdır.

32. Belə ki, bu dəlillər iddiaçının tələb etdiyi vəsaitin sübut olunmamasına yönəldilmişdir. Halbuki, cavabdehin təhsilinə xərclənmiş vəsaitin məbləği nə birinci, nə də ki, apellyasiya instansiyası məhkəməsində mübahisə predmeti olmamışdır. Aşağı instansiya məhkəmələrində mübahisələndirilməyən işin faktiki hallarına kassasiya şikayətində istinad edilməsi Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə əsasən yolverilməzdir.

33. Üçüncü şəxsin məhkəmə iclasında iştirak etməməsinə dair kassasiya şikayətinin dəlili həmçinin apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin ləğvi üçün əsas ola bilməz. İlk olaraq bu səbəbdən ki, iş materiallarına görə üçüncü şəxs məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Digər tərəfdən, kassator üçüncü şəxsin apellyasiya instansiyası məhkəməsində iştirak edilməməsinin qanunsuz və əsassız qətnamənin qəbulu ilə nəticələnməsini əsaslandırmamışdır.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilməd ən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 iyul 2025-ci il tarixli, 2(103)3072/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar