Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3445/2020 28.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Məmmədzadə Əkbər Yusif oğlu və cavabdehin vəkili Məmmədəliyeva Sevinc Etibar qızının iştirakları ilə, Naxçıvan MR Ali Məhkəməsi MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən G.Səfərəliyeva)xx xxxxxxx 2 019-cu il tarixli, 2(078)-916/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların iki azyaşlı övladları X2 və X1 Naxçıvan şəhəri, xxx yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması qət edilmişdir. Naxçıvan MR Ali Məhkəməsi MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ə.Xıdırov (sədrlik edən, məruzəçi), S.Qarayev və F.Abbasov, 2(108)-35/2020 saylı mülki iş) hazırkı iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(078)-916/2019 nömrəli qətnaməsi Cavabdeh2 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən məcburi qaydada çıxarılma tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh1 ilə C avabdeh2 birlikdə onun mülkiyyətində olan Naxçıvan şəhəri, Qaraçuq kəndi, 6-cı küçə, ev 38A-da yerləşən mənzilindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Kasatorun dəlili ondan ibarətdir ki, əslində sözügedən fərdi yaşayış evi Cavabdeh1 məxsus ev olmuşdur. Belə ki, İddiaçı Atabəylər məhəlləsində yerləşən 5 otaqlı mənzilini satdıqdan sonra özünə bir otaqlı ev almış, həmçinin evin satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 da Naxçıvan şəhəri, Qaraçuq kəndində torpaq sahəsi alınmışdır. Cavabdeh2 ilə Cavabdeh1 nikahda olduğu dövrdə alınan bu torpaq sahəsində elə adl arı çəkilən şəxslərin özləri tərəfindən ev tikilmişdir. Hətta həmin evin tikilməsi üçün xərclənən vəsaitin bir hissəsini (4000 manat) Cavabdeh2 valideynləri vermiş, bir hissəsini isə (2800 manat) Cavabdeh2 öz qızıl əşyalarını sataraq əldə etmişdir. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi bu halı nəzərə almamış və birinci instansiya məhkəməsinin qətnaməsini olduğu kimi qüvvədə saxlamışdır. Prosessual məsələlər və tərəflərin izahatları: Cavabdehin vəkili Məmmədəliyeva Sevinc Etibar qızı kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili Məmmədzadə Əkbər Yusif oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxma yaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellya siya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Əvvəla qeyd edilir ki, Naxçıvan MR Ali Məhkəməsi MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh2 kassasiya şikayəti əsasında və ona aid hissədə yoxlanılır. Kassator iddiaçının oğlunun arvadıdır. Cavabdehlərin məcburi qaydada çıxarılması tələb olunan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestri xidmətində xx xxxxxx 2019-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı mülkiyyət hüququ əsasında ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqları var. Cavabdehin mənzildən çıxarılması qənaəti ilə razılaşan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh iddiaçının evinə istifadə hüququ əldə etmədiyi üçün tələb əsaslıdır. Apellyasiya instansiyası Məhkəməsi ona görə mülkiyyətin müdafiəsinə dair maddi hüquq normalarını (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.5-ci maddələrini) mənzilə istifadə hüququnun yaranmasını və xitamını tənzimləyən Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə istinad etmişdir. Eyni zamanda Apellyasiya instansiyası Məhkəməsi cavabdehin ailə üzvü olması və buna gö rə mənzilə hüququ yaranması ilə bağlı etirazlarını da yoxlamış və həmin münasibətləri nizama salan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin məzmunu baxımından da haqlı olaraq etirazı əsaslı hesab etməmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının hərtərəfli araşdırılmaması ilə bağlı şikayətin dəlilləri (mübahisəli evin eyni zamanda onun valideynlərinin maliyyə dəstəyi ilə inşa edilməsi, faktiki olaraq evin onun ərinə məxsus olması) hazırkı icraatda yoxlanılımır. Beləki, kassasiya şikayəti MPM-in 407-ci maddəsində göstərilən tələblərə cavab verməli, o cümlədən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməlidir. Kassasiya şikayət ində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya icraatında şikayətçi işin məhkəmə tərəfindən artıq müəyyən olunmuş hallarından çıxış edərək, öz mövqeyini yalnız maddi və prosessual hüquq normaları baxımından əsaslandırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi MK-nın hazırkı iş üzrə 14 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3445/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3445/2020
28.07.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver