Məhkəmə qərarları › İş №2(102)-3447/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3447/2020

20.07.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3447/2020 20.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: X4 İddia tələbi: dəymiş zərərin əvəzinin ödənilməsi (Açar sözlər: sayğacdan kənar təbii qazdan istifadəyə görə zərər, aktın qəbuluna əsas olan halları sübut etmək vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-634/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə Ali Məh kəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları: İddiaçı (bundan sonra – iddiaçı və ya Birlik) ilə X4 (bundan sonra – cavabdeh) arasında xx.xx.2018-ci il tarixldə Abşeron rayonu, Hökməli qəsəbəsi, XXX küçəsi, 19 saylı fərdi yaşayış evinin (bundan sonra – fərdi yaşayış evi) təbii qazla təchiz edilməsinə dair qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Həmin ünvana Birliyin Bakı Regional qazın satışı departamenti tərəfindən **********02640 nömrəli abonent kodu verilmiş və qaz sayğacı quraşdırılmışdır. xx.xx.2018-xx.xx.2019-cu il tarixllərində ünvanda iddiaçının əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmiş, aktlarda cavabdehin yaşadığı evə baxış keçirilərkən qaz sayğacından kənar qey ri-qanuni təbii qazdan istifadə olunmasının aşkar olunduğu qeyd edilmiş, aktlar cavabdeh tərəfindən imzalanmamış, abonentin onları imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Cavabdehin abonent hesabına xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 675 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 151,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 207,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 136 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 226,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 460,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 57,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 57,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 64,80 manat, xx.xx.2019-c u il tarixli, ******* saylı akta əsasən 109,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 133,20 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akta asasən 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta asasən 32,40 manat olmaqla, cəmi 2676 manat təbii qazdan istifadəyə görə borc hesablanmışdır. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2676 manat məblə ğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə 2706 manat pulun məcburi qaydada iddiaçının xeyrinə tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qazın alqı-satqısı barədə müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçının işçiləri tərəfindən bu faktlar aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiq edən foto və video çəkilişlər aparılmışdır. Cavabdehə 2676 manat məbləğində dəymiş ziyanın könüllü ödənilməsi təklif edilmiş, lakin heç bir ödəniş həyata keçirilməmişdir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kolle gial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na əsasən müəyyən edilmişdir. Həmin qaydalara əsasən istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Cavabdeh tə rəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-4211/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia qismən təmin edilmiş, cavabdehdən təbii qazdan qeyri-qanuni istifadəyə görə xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 675 manat və 7,56 manat dövlət rüsumu olmaqla, cəmi 682,56 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehin sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etməsi ilə əlaqədar ilkin olaraq xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt tərtib olunması və həmin akta əsasən cavabdehə 675 manat cərimə hesablanmasını əsaslı saymış, sonrakı aktların isə cavabdehin təbii qazdan qeyri-qanuni istifadəsini təsdiq etmək üçün yetərli sübut sayılmamasını müəyyən edərək, iddianı qismən təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinn 21-ci maddələri, “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2009-cu il tarixli, 207 saylı Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müddəalarına istinadla əsaslandırmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-634/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və A.Abbasov) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianın təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla, qanuni və əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən cav abdehin sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etməsi ilə əlaqədar ilkin olaraq xx.xx.2018ci il tarixli, ******* nömrəli akt tərtib olunmuşdur. Digər aktlar isə mütəmadi olaraq sonrakı tarixlərdə tərtib edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Qazdan istifadə Qaydaların”ın tələbinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli və qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Hazirki iş üzrə isə i lk dəfə xx.xx.2018-ci il tarixdə tərtib edilmiş ******* nömrəli aktdan sonra qazpaylayıcı tərəfindən cavabdehin qazdan qeyri-qanuni istifadə etməsi ilə əlaqədar qanunsuz xəttin dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsinin dayandırılması və bundan sonra abonent tərəfindən yenidən qanunsuz qoşulma halı müəyyən edilməmişdir. Halbuki “Qazdan istifadə Qaydaları”nın tələbinə görə qazpaylayıcı hər bir akt üzrə tələb olunan qaydalara əməl etmək vəzifəsi daşıdığı halda, bunu etməmişdir. Ona görə də xx.xx.2018ci il tarixli, ******* nömrəli ilkin aktdan sonra sayğacdan kənar təbii qazdan istifadə olunması ilə bağlı tərtib olunmuş digər aktlar əsasında hesablanmış cərimələrin əsassız olmasına istinadən həmin hissələrdə iddianı təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Apelyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, cavabdehin təbii qazdan qeyri-qanunu istifadə etməsi ilə bağlı tərtib edilən birinci aktla (xx.xx.2018-ci il) sonuncu akt (xx.xx.2019-cu il) arasında 1 il 7 ay vaxt keçmişdir. Belə olan halda bu müddət ərzində cavabdehin təbii qazdan qanunsuz istifadə etməsi ağlabatan sayıla bilməz. Bu baxımdan xx.xx.2018-ci il tarixdə tərtib olunan ilk aktdan sonra tərtib edilən digər aktların cavabdehin təbii qazdan qanunsuz istifadə etməsinin sübutu kimi qəbul edilə bilməz. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan 4 ədəd fotoşəkil cavabdehin 2018-ci ilin fevralından başlayarq təbii qazdan qeyri-qanunu istifadə etməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin f otoşəkillərin nə vaxt, hansı ünvanda çəkilməsini, fotoşəkillərdə göstərilən qaz xəttinin məhz cavabdehə məxsus evə gedən qaz xətti olduğunu müəyyən etmək mümkün deyildir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: İddiaçı (vəkil X5) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrəəsassız nəticəyə gəlmişdir. Kassasiya şikyətinə görə iş materialların əlvə edilmiş fotoşəkillərdən aydın görünür ki, cavabdeh fərdi yaşayış ev ində təbii qazdan qanunsuz istifadə edir. Məhkəmə özü də qanunsuz istifadə faktını təsdiq etmişdir. Məhkəmə yalnız xx.xx.2018-ci il tarixli akt əsasında hesablanmış məbləği təmin etmişdir. Məhkəmə qətnaməsində qanunsuz xəttin iddiaçı tərəfindən ləğv edilməsi barədə məhkəməyə sübut təqdim etməməsini iddianın qalan hissədə rədd olunması üçün əsas hesab etmişdir. Dayandırma aktının iş materiallarında olmaması istehlakçının müxtəlif vaxtlarda təbii qazdan qanunsuz istifadə etmədiyini sübut edən hal kimi qəbul edilə bilməz. Məhkəmə işi hərtərəfli araşdırmamış, iddiaçı tərəfdən aktlar yazıldığı tarixlərdə təbii qazdan istifadəyə görə nə qədər pul ödənildiyini, ümumiyyətlə pul ödəyib-ödəmədiyini müəyyən etməmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X1 şikayətinin əsaslı olduğunu bildirdi və onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əh əmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı olan kassator özünün Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində yoxlanıldığından və kassasiya şikayəti iddiaçı tərəfindən tərəfindən verildiyindən apellyasiya instansiyası məhkəməs inin aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təc hiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edi lməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). MPM. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür (maddə 77.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual h üquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğunu ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə iddaçı təbii qaz satışı sahəsində təbii inhisarçı olan dövlət müəssisəsidir. Tələb iddiaçının tərtib etdiyi aktlar əsasında zərər qismində hesablanmış pulun tutulması ilə bağlıdır. MPMin 77.2-ci maddəsinə əsasən həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Məhkəmələr iddiaçının əməkdaşları tərəfindən birtərəfli qaydada abonentin iştirakı olmadan tərtib edilmiş və surəti iddiaçıya təqdim olunmamış həmin aktları mötəbər sübut hesab etməyərək belə qənaətə gəlmişlər ki, iddiaçı öz tələbini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-634/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar