Məhkəmə qərarları › İş №2(102)-3447/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3447/2022

12.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3447/2022 12.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ərazinin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdeh qarşı ərazinin bərpa edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)397/2022 nömrəli, 23 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 12 sentyab r 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh Kaveroçkin küçəsi 27 ünvanında əvvəllər ayrı-ayrı vətəndaşlara məxsus olmuş, Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən texniki pasportları tərtib edilmiş fərdi qarajları və qeyri-yaşayış sahələrini alqı-satqı yolu ilə əldə etmiş və həmin tikililəri sökərək yerində 2004-cü ildə fərdi yaşayış evi tikmişdir.

2. Həmin tikili Nərimanov rayon İcra hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 395 №-li Sərəncamı ilə mövcud vəziyyətdə Cavabdeh adına sənədləşdirilmiş və fərdi yaşayış evinin istismarına icazə aktı tərtib edilmişdir.

3. Qeyd olunan fərdi yaşayış evinin yaxınlığında yerləşən 34 №-li tam orta məktəbin həyətyanı sa həsinin zəbt olunub-olunmaması məsələsi 2005-2020-ci illər ərzində ayrı-ayrı qurumların nümayəndələri, o cümlədən, Təhsil Nazirliyinin hüquq şöbəsinin göstərişinə əsasən həmin məktəbin rəhbərliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə Ərazi idarəsinin əməkdaşlarının, ərazi baxımından cavabdeh olan 1 saylı Abşeron Rayon Evlər idarəsi rəhbərliyinin, Polis Sahə müvəkkilinin və sair məsul şəxslərin iştirakı ilə yaradılmış komissiyalar tərəfindən dəfələrlə araşdırılmış, nəticə etibarilə məktəb ərazisinin zəbt və ora müdaxilə halları aşkar edilmədiyi, cavabdehə məxsus evlə məktəb ərazisini uzun müddət biri-birilərindən təcrid edən daş hasarın mövcud vəziyyətdə yerləşdiyi müəyyən edilmişdir. 4. 04.11.2008-ci il tarixli Texniki pasportda 34 № -li tam orta məktəbin yerləşdiyi torpağın ümumi sahəsi 12537,3 kv metr olması göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Təhsil Nazirliyi cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə məktəbin stadion tərəfində yerləşən hasarının sökülərək əvvəlki yerində bərpa edilməsi, məktəbin ərazisində inşa edilən tikilinin sökülməsi və həmin ərazinin məktəbin istifadəsinə qaytarılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 34 nömrəli tam orta məktəbin ərazisində kənar şəxs tərəfindən tikinti işləri aparılarkən məktəb direktoru nazirliyə müraciət etmiş, məktəbin ərazisində aparılan tikinti işləri ilə bağl ı nazirliyin əməkdaşları məktəbdə olmuş, ərazidə aparılan tikinti işləri dayandırılmış və həmin şəxs ərazidən çıxarılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, məktəbə məxsus torpaq sahəsinin bir hissəsinə müdaxilə edilmiş və məktəbin hasarının yeri dəyişdirilmiş və nəticədə 300 kv metr ərazi zəbt edilmişdir. Digər tərəfdən, məktəbə məxsus ərazinin 520 kv metr hissəsində yaşayış binasının inşası aparıldığı müşahidə edilmişdir. Tikinti aparılan torpaq sahəsinin məktəbə məxsus olmasını nəzərə alaraq tikinti işlərinin dayandırlması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə və Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Səlahiyyətli orqanlara müraciət edilməsinə baxmayaraq tikinti işləri dayandırılmamış və tikintiyə icazə verilməsi barədə Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.200 9-cu il tarixli, 384 saylı sərəncamı ləğv edilməmişdir. Məktəbin texniki pasportuna uyğun olaraq yerində baxış keçirilmiş və məlum olmuşdur ki, məktəbə məxsus torpaq sahəsinin təqribən 820,0 kvm hissəsi (hazırda tikinti aparılan 520 kv metr və məktəbin arxa tərəfindən hasarboyu 300 kv metr ərazi) kənar şəxs tərəfindən zəbt edilmişdir. Təhsil qanunvericiliyinə və məhkəmə təcrübəsinə əsaslanaraq, texniki pasporta uyğun olaraq məktəbə məxsus ərazinin mənkəmə qaydasında bərpa edilməsinə zərurət yaranmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2020-ci il tarixli, **********86 saylı məktubuna əsasən texniki pasportda qeyd olunan torpaq sahəsinin Kaveroçkin küçəsi tərəfindən 520 kv metr, məktəbin stadionu tərəf sərhəd boyu hissəsinin 300 kv metr ərazisi zəbt edimişdir. İlkin sənədl ərdən göründüyü kimi, Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı ilə fiziki şəxsin adına rəsmiləşdirilmiş sahə Təhsil Nazirliyinin balansında olmaqla məktəbin ərazisidir. Məktəb dövlət müəssisəsi, məktəbin yerləşdiyi torpaq isə dövlət mülkiyyətində olduğundan onun ərazisinin digər şəxslərin adına sənədləşdirilməsi qanunvericiliyin ciddi şəkildə pozulması kimi qiymətlədirilməlidir. Belə ki, qanunvericilik dövlət müəssisəsi olan təhsil müəssisəsinin özəlləşdirilməsini birmənalı olaraq qadağan edir. Qeyd olunanlara uyğun olaraq, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsi geri qaytarılmalı və məktəbin ərazisi tam bərpa olunmalıdır.

7. Abşeron rayon 1 saylı Evlər İdarəsinin Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı H.Abutalıbova ümvanlanmış xx.xx.2005-ci il tarixli 41 №-li m əktubunda qeyd edilmişdir ki, Nərimanov rayonu Kaveroçkin küçəsi 25 də, 760 saylı məhəllədə bir ticarət obyekti və arxa hissəsində sıra nömrəsi mühasibatlıqda qeydiyyatda olan, 26, 27, 28, 29, 29a, 30, 50, 48, 31, 31a nömrəli qarajlar ayrı- ayrı şəxslərə hüquqi sənədlərlə məxsus olmuşdur. Göstərilən ünvanda yerləşən ticarət obyekti və qarajlar ünvan 2ğında qeydiyyatdan keçmiş və Evlər İdarəsinin ərazisində olmuşdur. Məlumat üçün bildirilir ki, ticarət obyekti və qarajların yerləşdiyi ərazinin Nərimanov rayonu 34 saylı məktəbin ərazisinə heç bir aidiyyatı yoxdur. Yuxarıda göstərilən ünvanda mütəxəssislərin iştirakı ilə baxış keçirilmiş, ərazidə zəbt olunma halları olmamış və məktəb ərazisinə heç bir müdaxilənin olmaması müəyyən edilmişdir. Bununla belə ərazidə yaşayan sakinlərin sizə etdiy i 24.06.05 tarixli müraciətdə, yuxanda yazılanlar öz əksini tapmışdır. Müraciətin surəti məktuba əlavə olunur. Nəzərə çatdırılır ki, 1 saylı Evlər İdarəsi Nərimanov rayonu Kaveroçkin küçəsi bina 25-də yerləşir. 8. xx.xx.2020-ci il tarixli aktdan görünür ki, aktı imza edənlər-Məmmədov Q.A, Quliyev M.N, Mehdiyev F.Ə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Bakı şəhər ərazi idarəsinin baş məsləhətçisi Məmmədov Qafar, BŞTİ-nin məsləhətçisi Quliyev Məhəmmədəli, Nərimanov rayonu 34 nömrəli tam orta məktəbin direktoru vəzifələrini müvəqqəti icra edən Mehdiyev Fərman bu aktı tərtib edirik ondan ötəri ki, xx.xx.2020-ci il tarixdə adı çəkilən məktəbin ərazisi ölçülmüşdür, mövcud olan ərazi 1 hektar 9 sotdur və məktəb ərazisində zəbt olunma halları aşkarlanmamışdır. Aktın doğruluğu imzalarla təsdiq edirik. Akt üç nüxsədən ibarət tərtib olunmuşdur və hər üç nüsxə eyni hüquqi qüvvəyə malikdir.

9. Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının müavinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavininə ünvanlanmış xx.xx.2020-ci il tarixli 1/415 №-li məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müraciətinə əsasən Nərimanov Rayon İcra Hakimiyyətinə (NRİH) ünvanlamış "34 saylı tam orta məktəbin istifadəsində olan torpaq sahəsində”, Kaveroçkin küçəsi 27 ünvanında inşa edilmiş fərdi yaşayış evinin sökülməsi və bununla bağlı Nərimanov RİH başçısının xx.xx.2009-cu il tarixli, 384 №-li Sərəncamının ləğv edilməsi məsələsinə münasibət bildirilməsi barədə məktubunuza baxılmış, məsələ araşdırılmışdır. Məl umat üçün nəzərinizə çatdırırıq ki, məktubunuzda qeyd edilmiş Nərimanov RİH başçısının xx.xx.2009-cu tarixli, 384 №-li sərəncamı ilə vətəndaş X6, özünəməxsus çoxsaylı fərdi qarajların (notarial qaydada təsdiq edilmiş etibarnamələr və alqı-satqı müqavilələrinə əsasən əldə olunmuşdur.) sökülüb yerində, razılaşdırılmış layihəyə uyğun, fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Lakin bu ev məktubunuzda qeyd edilmiş ünvanda, yəni Kaveroçkin küçəsi 27-də deyil, qonşu ərazidəki Sarabski küçəsi 58 ünvanında yerləşir. Kaveroçkin küçəsi 27 ünvanında inşa edilmiş fərdi evə gəldikdə isə bildiririk ki, qeyd olunan ərazidə əvvəllər ayrı-ayrı vətəndaşlara məxsus olmuş, Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən texniki pasportları tərtib edilmiş fərdi qarajl arı və qeyri-yaşayış sahələrini alqı-satqı yolu ilə əldə etmiş vətəndaş Cavabdeh tərəfindən həmin tikililər sökümüş və yerində 2004-cü ildə fərdi yaşayış evi tikilmişdir. Mövcud tikili 2014-cü ildə qüvvəyə minmiş Şəhərsalma və Tikinti Məcəlləsindən öncə inşa edildiyindən Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli, 395 №-li Sərəncamı ilə mövcud vəziyyətdə vətəndaş Cavabdeh adına sənədləşdirilmiş və fərdi yaşayış evinin istismarına icazə aktı tərtib edilmişdir. Qeyd etmək istəyirik ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Dövlət Xidməti) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********24 №-li sorğu müraciətinə əsasən Nərimanov RİH-in xx.xx.2020-ci il tarixli, 1/203 №-li məktubu ilə məlumat verilmiş, həmçinin həmin fərdi yaşayış evinə dair hüquqların dövlət qeydiyyatına alınmasının müsbət həllinə köməklik göstərilməsi xahiş edilmişdir. Bununla yanaşı Sizə bildiririk ki, yuxarıda qeyd olunan fərdi evlərin yaxınlığında yerləşən 34 №-li tam orta məktəbin həyətyanı sahəsinin zəbt olunub-olunmaması məsələsi 2005-2020-ci illər ərzində ayrı-ayrı qurumların nümayəndələri, o cümlədən, Təhsil Nazirliyinin hüquq şöbəsinin göstərişinə əsasən həmin məktəbin rəhbərliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə Ərazi idarəsinin əməkdaşlarının, ərazi baxımından cavabdeh olan 1 saylı Abşeron Rayon Evlər idarəsi rəhbərliyinin, Polis Sahə müvəkkilinin və sair məsul şəxslərin iştirakı ilə yaradılmış komissiyalar tərəfindən dəfələrlə araşdırılmış, nətic ə etibarilə məktəb ərazisində zəbt və müdaxilə olunma halları aşkar edilməmişdir. Yuxarıda göstərilənləri diqqətinizə çatdırır və bu evlərlə məktəb ərazisi arasında uzun müddətdir biri-birilərindən təcrid edən daş hasarın mövcud vəziyyətdə yerləşdiyini nəzərə alaraq, Nərimanov RİH-in müvafiq sərəncamlarının qanunvericiliyin tələblərinə uyğun olduğunu hesab edirik.

10. Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinin müdiri Ruslan Əliyevə ünvanlanmış xidməti məlumatda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında X2 təşkili üzrə Dövlət Agentliyindən Bakı Ərazi şöbəsinə daxil olmuş 34 nömrəli məktəbin ərazisinin zəbt olunması barədə xx.xx.2020-ci il tarixli, ********** saylı məktubun icrası ilə əlaqədar yerində araşdırma aparılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 6 ünvanında yerləşən 34 nömrəli tam orta məktəbin ərazisini qonşu ərazilərlə, o cümlədən Nərimanov rayonu, Kaveroçkin küçəsi, 27 ünvanında inşa olunmuş fərdi yaşayış evi ilə təcrid edən daş hasar mövcuddur. Kaveroçkin küçəsi, 27 ünvanında inşa edilmiş fərdi yaşayış evinin ərazisində əvvəllər ayrı-ayrı vətəndaşlara məxsus olmuş, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən texniki pasportları tərtib edilmiş fərdi qarajlar və qeyri-yaşayış sahələrini alqısatqı yolu ilə əldə etmiş fiziki şəxs tərəfindən həmin tikililər sökülərək yerində 2004-cü ildə fərdi yaşayış evi tikilmişdir. Araşdırma zamanı faktiki vəziyyətdə 34 nömrəli tam orta məktəbin ərazisinin zəbt olunması aşkar olunmamışdır. Bununla yanaşı bildiririk ki, yuxanda qeyd olunan fərdi yaş ayış evlərinin yaxınlığında yerləşən 34 nömrəli tam orta məktəbin ərazisinin zəbt olunub-olunmaması məsələsi müxtəlif vaxtlarda aidiyyatı qurumlar tərəfindən araşdırılmışdır. 34 nömrəli tam orta məktəbin Texniki pasportu olmadığından Kaveroçkin küçəsi, 27 ünvanında inşa olunmuş fərdi yaşayış evinin yerləşdiyi mövcud daş haşarla təcrid olunmuş ərazinin məktəbə aid olmasını təsdiq edən heç bir sənəd yoxdur.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubovun Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan qeyd edilmişdir ki, ünvan 7 ünvanında inşa edilmiş fərdi yaşayış evinin sökülərək 34 saylı tam orta məktəbin istifadəsində olan torpaq sahəsinin kənar müdaxilədən azad ol unmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş xx.xx.2020-ci il tarixli xx-xx-1231/16 nömrəli müraciətinizə X2 Təşkili üzrə Dövlət Agentliyində baxılmışdır. Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı Bakı Ərazi şöbəsinin işçiləri tərəfindən araşdırma aparan zaman ünvan 8 ünvanında yerləşən Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəbin ərazisinə baxış keçirilmiş və məktəbin faktiki vəziyyətdə mövcud daş hasarının daxilindəki torpaq sahəsinin zəbt edilməsi faktı aşkar edilməmiş, məktəbin hasarından kənarda aparılan qazıntı işləri xəbərdarlıq edilərək saxlanılmışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, müraciətinizdə qeyd edilən fərdi yaşayış evi Nərimanov rayonu 34 saylı tam orta məktəbin m övcud daş hasarından kənarda yerləşir və Nərimanov Rayon icra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 384 nömrəli sərəncamı əsasında alqı-satqı yolu ilə vətəndaşlardan əldə edilərək sökülən fərdi qarajlarının yerində inşa edilmişdir. Göstərilənləri nəzərə alaraq, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 384 nömrəli sərəncamının qanunvericiliyin tələblərinə uyğunluğu, eləcə də məktəbin ərazisinin kənar müdaxilədən azad olunması məsələlərinə baxılması və nəticəsi barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinə və Nərimanov Rayon İcra Hakimiyyətinə 04 iyun 2020-ci il tarixli **********14 nömrəli məktub göndərilmişdir. Nəzərinizə çatdırırıq ki, “Dövlət əmlakının qorunub saxlanılma sı və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanının 7.1 və 7.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət müəssisə və təşkilatlarının rəhbərlərinə sərəncamlarında olan dövlət əmlakının və onun yerləşdiyi torpaq sahələrinin qorunub saxlanması, eyni zamanda Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin razılığı olmadan dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti, yenidənqurma və digər quraşdırma işlərinin aparılmasına yol verilməməsi və bu sahədə mövcud pozuntuların aradan qaldırılması üçün qanunvericiliyə uyğun zəruri tədbirlərin görül məsi tapşırılmışdır.

12. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Tədris idarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********86 saylı məktubunda qeyd edilmişdir ki, 34 saylı məktəbin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin müəyyən edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli müraciətinizə tərəfimindən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, texniki pasportda qeyd olunan torpaq sahəsinin təqribən 820 kv metr hissəsi (Kaveroçkin küçəsi tərəfindən 520 kv metr, məktəbin stadionu tərəf sərhəd boyu hissəsinin 300 kv metri) digər şəxslər tərəfindən hasara alınaraq qazıntı və tikinti işləri aparılır və həmin hissədə çöl-ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəbdən dəqiq döngə nöqtələrinin müəyyən edilməsi müm kün olmamışdır.

13. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı Ərazi Şöbəsinin xx.xx.2021-ci il tarixli aktından görünür ki, aktı imza edənlər-X9, X7 və X1 Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinin məsləhətçiləri X9, X7, X4 bu akt ondan ötəri tərtib olunur ki, vətəndaş, Nəsimi rayonu Kaveroçkin küçəsi 21, mənzil 215-də qeydiyyatda olan Cavabdeh, özünə məxsus fərdi yaşayış evinin Kaveroçkin küçəsi 27 ünvanda olduğunu və fərdi yaşayış evi ünvan 10 iki tərəfi ayıran daş hasar olduğunu bildirməklə, özünə məxsus fərdi yaşayış evinin həm indi, həm də əvvəllər məktəb ərazisinə aidiyyəti olub-olmaması barədə araşdırılma aparılmasını və akt tərtib olunmasını xahiş etmişdir. xx.xx.2020-ci il ərizəyə cavab olaraq bildirilir ki, məktəb ərazisi d örd tərəfdən daş hasarla əhatə olunmuş, araşdırılma aparılmış, hər dörd tərəf istiqamətində daş hasar toxunmaz olaraq mövcuddur, toxunulmaz olaraq qalır, məktəb ərazisi əvvəllər tərtib olunmuş aktlarda olduğu kimi 1 hektar 9 sot olaraq dəyişilməmişdir. Göstərilən fərdi yaşayış evinin məktəb ərazisinə müdaxilə və zəbt olunması halları aşkar edilməmişdir. Kaveroçkin 27 ünvanda yerləşən istismara qəbul edilmiş Cavabdeh məxsus fərdi yaşayış evinin məktəb ərazisinə aid olmaması bir daha təsdiqlənmişdir. Bununla da bildirmək istəyirik ki, 34 saylı tam orta məktəbin ərazisində dəfələrlə əvvəllər yoxlanılma aparılmış, birmənalı olaraq bütün hüquqi sənədlərdə məktəb ərazisinə müdaxilə, zəbt olunma halları aşkar olmamışdır. 2004-2020-ci illər müddətində ayrı-ayrı dövlət qurumlarından və Əmlak Məsələ ləri Üzrə Dövlət Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən Dövlət Xidmətinin Torpaqlarının İdarə olunması Agentliyi tərəfindən dəfələrlə yoxlama aparılmış, tərtib olmuş akt və məktublarda Cavabdeh tərəfindən məktəb ərazisinə müdaxilə, zəbt olunma halları aşkar edilməməklə, məlum olmuşdur ki, vətəndaş vaxtilə Dövlət Reyestri Xidməti tərəfindən ayrı-ayrı vətəndaşlara verilmiş qaraj və qeyri-yaşayış sahələrini notarial qaydada almaqla verilən torpaq sahəsini əldə etmişdir.

14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1106/2021 nömrəli iş üzrə 8 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.A.Əsədova) iddia tələbi rədd edilmişdir.

15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən tikilinin inşa edilməsinin qanuni olub-ol mamasına qiymət verməzdən əvvəl, göstərilən tikinti sahəsinin iddiaçının istifadəsində olan torpaq sahəsində aparılması və inşa edilməsi ilə bağlı iddiaçının hüquqlarının hansı şəkildə pozub-pozulmadığı müəyyən edilməlidir.

16. Məhkəmə qeyd etmişdir ki, məhkəmə baxışı zamanı aparılan araşdırmalardan mübahisəli tikilinin inşa edildiyi ərazinin məhz iddiaçının istifadəsində olmasını təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. İddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 34 nömrəli tam orta məktəbin ərazi hüdudlarını müəyyən edən sənəd mövcud deyil, bu barədə müvafiq orqanlara edilən müraciətlər nəticəsiz qalmışdır. Yəni, mübahisəli tikilinin məhz 34 nömrəli tam orta məktəbin istifadəsində olan torpaq sahəsi daxilində inşa ed ilməsi hər hansı sübutla təsdiq olunmur. Belə olduğu halda sözügedən tikilinin inşa edilməsi ilə 34 nömrəli tam orta məktəbin istifadəsində olan torpaq sahəsinə müdaxilədən, göstərilən məktəbin hüquqlarının hər hansı şəkildə pozulmasından söhbət gedə bilməz. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında 34 nömrəli tam orta məktəbin istifadəsində olan torpaq sahəsinə dair sənədlərin arxivdə mövcud olmadığını bildirərək məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edən hər hansı sənəd təqdim edə bilmədi.

17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən Kaveroçkin küçəsi 27 ünvanında inşa edilən fərdi yaşayış evinin tikilməsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icazə alınmış, onun müraciəti əsasında Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 395 nömrəli sərəncamı verilmiş və fərdi yaşayış evinin istismarına icazə aktı tərtib edilmişdir. Yəni, cavabdeh göstərilən fərdi yaşayış evini hər hansı torpaq sahəsini qanunsuz zəbt etməklə inşa etməmişdir.

18. Həmçinin müəyyən edilmişdir ki, mübahisəli tikilinin inşa edilməsi ilə məktəb ərazisində olan hər hansı sahənin zəbt edilməsi faktı aşkar olunmamışdır. Belə ki, mülki işin materiallarından göründüyü kimi, Cavabdeh mübahisəli tikilini vaxtilə Dövlət Reyestri Xidməti tərəfindən ayrı-ayrı vətəndaşlara verilmiş qaraj və qeyri-yaşayış sahələrini notarial qaydada almaqla verilən torpaq sahəsini əldə etmiş və qeyd edilən əmlakların sökülərək yerində fərdi yaşayış evini inşa etmişdir. Müvafiq dövlət orqanları tərəfindən aparılan araşdırma zamanı da sözüg edən tikilinin inşa edilməsi ilə məktəb ərazisində zəbt və müdaxilə halları müəyyən edilməmişdir.

19. Məhkəmə iş üzrə toplanmış sübutları araşdıraraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən inşa edilən fərdi yaşayış evi 34 nömrəli tam orta məktəbin mövcud daş hasarından kənarda yerləşir. Mülki işin materiallarından da göründüyü kimi, müxtəlif inzibati orqanlar tərəfindən aparılan araşdırma zamanı da 34 nömrəli tam orta məktəbin həyətyanı sahəsinin zəbt və müdaxilə olunması halları aşkar edilməmişdir.

20. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə bir nəticəyə gəlmişdir ki, cavabdeh tərəfindən inşa edilən fərdi yaşayış evinin 34 nömrəli tam orta məktəbin istifadəsində olan torpaq sahəsinə müdaxilə və zəbt olunması halları müəyyən olunmur, buna görə də iddia tələbləri əsassız olduğundan rədd olunmalıdır.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125.7ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1 və 170.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişdir.

23. Məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayəti MPM-nin 88, 217, 218-ci maddələrinin tələblərinin pozulması, sübutlara düzgün, obyektiv qiymət verilməməsi, qətnamənin işin həqiqi hallarına uyğun olmaması ilə əsaslandırılmışdır.

24. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmiş və əlavə olaraq göstərmişdir ki, 34 saylı məktəbin ərazisinə dair torpaq ayırma sənədlərini (ayrıc aktı və s.) hazırda təqdim etmək imkanına malik deyillər. Belə ki, dəfələrlə arxivə sorğu verilsə də, həmin sənədləri əldə etmək mümkün olmamışdır.

25. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 yanvar 2022-ci il tarixli rəyində şərh olunan nəticələrə əsasən ünvan 1 ünvanında yerləşən 34 nömrəli tam orta məktəbin ərazisinin sərhədləri il bağlı mülki iş materialında (torpaq ayırma ayrıc aktı və s.) sənədlər olmadığından torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Lakin baxış keçirilən za man tədqiq olunan mübahisəli tikili 34 nömrəli məktəbin sərhəd hasarından kənar inşa olunduğu müəyyən olunmuşdur. Qeyd edilən ünvanda yerləşən 34 nömrəli tam orta məktəbə aid torpaq sahəsinin ayrılmasına dair mülki iş materialında (torpaq ayırma ayrıc aktı və s.) sənədlər olmadığından torpaq sahəsinin təqribən 820,0 kv metr hissəsi (hazırda tikinti aparılan 520,0 kv metr və məktəbin arxa tərəfindən hasarboyu 300 kv metr ərazi) cavabdeh tərəfindən zəbt olunmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən aparılan tikinti işlərinin Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli, 384 №-li və xx.xx.2017-ci il tarixli, 395 №-li sərəncamlarına əsasən aparıldığı və həmin tikililərin əvvəllər yerləşən qaraj və qeyri-yaşayış sahəsinin yerində inşa olunduğu müəyyən e dilmişdir.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-397/2022 nömrəli iş üzrə 23 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Məhkəmə kollegiyası qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Belə ki, iddia ərizəsi ilə eynil ik təşkil edən apellyasiya şikayətində göstərilən hallar barədə apellyasiya baxışı zamanı heç bir mötəbər sübut təqdim edilməmişdir.

28. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 170.1 və 170.2, Torpaq Məcəlləsinin 4.1, MPM-in 14.2, 77.1, 78.1, 81, 88, 372.1, 372.6 və 372.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 yanvar 2022-ci il tarixli rəyi ilə verilmiş suallara konkret cavab verilmədiyi halda həmin rəyin məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edildiyi göstərilmişdir. 31. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

34. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

35. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əla və, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

36. Maddə 4.1. Torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Mülki Prosessual Məcəllə

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

40. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bü tün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçü n o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqe ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativhüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiy yətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən su byektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mü bahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.

52. Bunda n başqa Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 yanvar 2022-ci il tarixli rəyinin əsassız olması ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. 53. “X5rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy əd alətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

54. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərzai idarəsinin Bakı şəhəri Təhsil idarəsinə 05 oktyabr 2020-ci il tarixli məktubunda məktəbin texniki pasportunda göstərilən ərazisinin təqribən 820 kv metr hissəsinin digər şəxslər tərəfindən hasara alınmasının göstərilməsi, həmin məktubun sübut kimi qiymətləndirilməməsi barədə kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məktəbin Texniki pasportunun özündə faktiki ərazinin 12537,3 kv metr olması qeyd edilmiş, lakin həmin torpaq sahəsinin hansı hüquqmüəyyənedici sənəd əsasında məktəbə aid edilməsi göstərilməmişdir. Məktubun özündə də məktəbin ərazisinin dəqiq döngə nöqtələrinin müəyyən etməyin mümkün olmadığı qeyd edil mişdir.

55. Texniki pasportun mövcud vəziyyəti əks etdirən sənəd olması və 04 noyabr 2008-ci il tarixdə tərtib edilməsi, cavabdehin isə yaşayış evinin inşasına 2004-cü ildə başlaması nəzərə alındıqda da cavabdehin evinin məktəbin ərazini əhatə etməsi istisna edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət vermişdir.

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)397/2022 nömrəli iş üzrə 23 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar