Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3448/2020 27.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdehlər: Cavabdeh1, X4, Cavabdeh4 və X2 İddia tələbi: mənzildən çıxarılma Açar sözlər: əmlakın qanunsuz sahiblikdən tələb olunması, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yaşayış sahəsindən çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdeh1 və cavabdehlərin vəkili Vəkil2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-805/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfin dən birgə verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Sumqayıt şəhəri, 12-ci mkr, 8A saylı evin 12 nömrəli mənzili (Yeni qaydalarla: AZ 5011, Sumqayıt şəhəri, Çerkassi küçəsi, 563, M6, mənzil 2) (bundan sonra – mübahisəli mənzil) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı (bundan sonra – iddiaçı) məxsusdur. İddiaçı həmin mənzili xx.xx.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən almışdır və mənzil hazıda xx xxxxxx 2018-ci il tarixli, 06ik/18SU saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi “Unibank” Kommersiya Bankı X7rşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər Cavabdeh1, X4, Cavabdeh4, X2 və azyaşlılar X5, X6 və X1 rayonunda n məcburi köçkün kimi mübahisəli mənzildə məskunlaşmışlar. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərin və azyaşlı uşaqların mübahisəli mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Qubadlı rayonundan məcburi köçkündürlər və onun mülkiyyətində olan mənzildə məskunlaşmışlar. Mülkiyyətində olan mənzildən çıxmaları barədə cavabdehlərə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-7972/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddia təmin edilmiş dir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-805/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və A.Abbasov) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, cavabdehlərin apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrini, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2004-cü il tarixli sərəncamını, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanunun 5-ci maddəsini, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsini hazırkı mübahisəyə tətbiq edib, hesab etmişdir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan, qanunvericiliyə görə mülkiyyət hüququ istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilməli olduğundan, cavabdehlər qanuni əsas olmadan mübahisəli mənzildə yaşadıqlarından birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehlərin mənzildən çıxarılmaları nəticəsinə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdehlər (Vəkil2 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi, cavabdehlərin məcburi köçkün ailəsi kimi mübahisəli mənzildən istifadə hüquqlarının məhdudlaşdırılmasına yönələn hərəkətlərinə son qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, apelyasiya şikayətində göstərilən dəlillər araşdırılmamış, iş üzrə düzgün olmayan nəticəyə gəlinmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və cavabdehlərin vəkili Vəkil2 kassasiya şikayətinin əsaslı olduğunu bildirərək onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən id diaçının vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi m əsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüqu qi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdehlər olan kassatorlar apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdikləri üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübah isəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Nəzərə alınmalıdır ki, 1992-93-cü illərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdı. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir. Hal-hazırda həmi n hadisələrin üzərindən 25 müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya etmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış sahələri ilə təmin edilmişdir. Eyni zamanda əvvəllər zəbt olunmuş mənzillərdən məhkəmə qaydasında çıxarılan şəxslərin yaşayış sahəsi ilə təmin edilməsi prioritet vəzifə kimi qəbul edilmişdir. Mövcud vəziyyətdə mülkiyyətçilərin hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da, mülkiyyətçinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilər. Kassasiya şikayətinin dəlilləri iş materiallarına və maddi hüquq normalarına istin adla açıq-aşkar əsaslandırılmamışdır. Cavabdehlərin şikayətdə istinad etdiyi hallar iddiaçının Konstitusiya və qanunlarla qorunan mülkiyyət hüquqlarının qeyri-mütənasib və müddətsiz müddətə məhdudlaşdırılması üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1, X4, Cavabdeh4 və X2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-805/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3448/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3448/2020
27.07.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver