Məhkəmə qərarları › İş №2(102)-3449/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3449/2020

15.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3449/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin Cavabdeh xxx qızına qarşı “xidməti mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: xidməti mənzildən çıxarılma, işə cəlb olunmamış şəxslərə qarşı iddia tələbinə baxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının vəkili xxxnın iştiraki ilə, Sumqayıt Apelyasiya Məhk əməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-604/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsi Cavabdeh xxx qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 nömrəli yataqxana, mənzil 6 ünvanından cavabdehin ailəsi ilə birlikdə köçürülməsi və yerləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(060)-8356/2019 nömrəli qətnaməsi ilə (hakim C.B.Məmmədov) iddia qismən təmin edilmiş, Cavabdeh xxx qızının ailəsi ilə birlikdə “ünvan 1 ünvanından çıxarılması, iddia nın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-604/2020 nömrəli qətnaməsi ilə (hakimlər F.Ə.Məmmədov - sədrlik edən və məruzəçi, T.O.Quliyev və M.Ə.Rzayev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(060)8356/2019 nömrəli qətnaməsi qismən – Cavabdeh xxx qızının ailə üzvlərinin “ünvan 1 ünvanından çıxarılmaları hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin Cavabdeh xxx qızının ailə üzvlərinin “ünvan 1 ünvanından çıxarılmaları hissəsində təmin edilməmiş, qətnamə Cavabdeh xxx qızının “ünvan 1 ünvanından çıxarılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Azərbayca n Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsi kasasiya şikayəti verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-604/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, araşdırmanın hərtərəfli aparılmaması, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmaması iddiaçının qanuni tələblərinin təmin edilməməsinə dair qətnamənin qəbulu ilə nəticələnmişdir. Cavabdehin ailə üzvləri ilə birlikdə zəbt etdikləri mənzildən çıxarılması zərurəti ilk növbədə cavabdehə və onun ailə üzvlərinə zərər vurulmasının qarşısının alınması üçün yaranmışdır. Apelyasiya instansiyası məhkəməsi cavabdeh və ailə üzvlərinin qəzalı binada olmasının onların həyat və sağlamlıqlarına təhlükə olmasını, iddiaçının balansında olan binaya cavabdehliyin daşımasını nəzərə almamış, cavabdehin ailə üzvlərinin dairəsinin müəyyən edilməsi üçün onların məhkəmə iclasında iştirakları üçün şərait yaratmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili xxx kasasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh xxx qızı və vəkili məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh xxx qızının “ünvan 1 ünvanından çıxarılması hissəsində dəyişdirilmədən saxlanılsa da, cavabdeh kasasiya şikayəti verməmiş, iddiaçı isə apelyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edilərək, rədd olunmuş hissəsində, yəni Cavabdeh xxx qızının ailə üzvlərinin yuxarıda qeyd olunan ünvandan çıxarılmalarının təmin olunmamış hissəsində mübahisələndirmişdir. Bu səbəbdən hazırki kasasiya baxışının hədlərini yalnız iddiaçının mübah isələndirildiyi həmin hissə üzrə apelyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin yoxlanılması təşkil edir. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, ünvan 1 Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin balansındadır. Həmin yataqxananın 6 saylı otağında cavabdehin heç bir qanuni əsas olmadan yaşaması işin mübahisələndirilməyən halıdır. Eyni zamanda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin rəyinə əsasən 145, 146, 213 və 214 nömrəli yataqxana binalarının texniki cəhətdən yolverilməz vəziyyət olmasını müəyyən edilmişdir. İddiaçı göstərilən halları nəzərə alaraq cavabdehin ailə üzvləri ilə birlikdə yataqxanadan köçürülməsi və yerləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və məhkəmələr tərəfindən mübahisə yuxarıda qeyd olunan şəki ldə həll olunmuşdur. İddianı cavabdehin ailə üzvlərinə münasibətdə rədd edən apelyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin ailə üzvlərinin adlarını, soyadlarını, ata adlarını və s. göstərmədən iddiaçı cavabdehlə birgə onların da mənzildən çıxarılmasını xahiş etmiş və bu hissədə iddia tələbi qeyri-müəyyən olduğundan təmin edilməməlidir. İş materiallarında olan arayışda da ünvan 1nın 6 saylı mənzilində yalnız Cavabdeh xxx qızının qeydiyyatsız yaşadığı göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən qeyd olunan hissədə prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü maddəsinə görə məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. MPM-in 50.3-cü maddəsinə görə, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 149.2.3-cü maddəsinin mənasına görə, iddia bir neçə cavabdehə verildikdə iddia ərizəsində cavabdehlərin hər birinə qarşı yönələn tələb göstərilməlidir. Qeyd edilən prosessual hüquq normalarının tətbiqi nəticəsində məhkəmə kollegiyası hesab edir ki, işə cavabdeh qismində cəlb olunmayan şəxslərə qarşı yönəlmiş tələb təmin edilə bilməz. Kasasiya şikayətinin digər dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kasasiya məhkəməsi apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kasasiya instansiya yeni sübut qəbul etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri işin halları ilə bağlı olduğundan məhkəmə kolle giyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hacı Zeynalabdin rayon Mənzil İstismar Hissəsi və vəkili xxx tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2( 105)-604/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar