Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3449/2024 07.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Mənzilİstehlak Kooperativinə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsinə dair tələblər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(103)-3619/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı 5 mart 2022-ci il tarixdə, saat 6 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Bünyadzadə küçəsində tikinti üçün qazılmış xəndəyə düşmüşdür.
2. İddiaçı almış olduğu xəsarətlər – qapalı kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, sol ənsə payı nayihəsində həyat üçün təhlükəli olmayan lövhəvari subdural hematoma, burun sümüyünün yerdəyişmiş sınığı, sol qaşüstü nahiyədə əzilibcırılmış yara, sol gözün konyuktivasının və göz qapağının travmatik zədələnməsi, sol said sümüklərinin distal ucunun açıq yerdəyişən sınığı küt əşyanın təsirindən törənmişdir, yəni xx.xx.2022-ci il tarixdə xəndəyə yıxılması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağla mlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İddiaçı adına tərtib olunmuş tibbi sənədlərdə qeyd olunanlara və konsultant oftomoloqun müayinə rəyində onun hər iki gözündə görmə itiliyinin itirilməsinə səbəb onda olan şəkərli diabet xəstəliyi ilə əlaqədar olub, yəni xx.xx.2022- ci il tarixdə almış olduğu xəsarətlərlə əlaqədar deyildir.
3. İddiaçı insulindən asılı olmayan şəkərli diabet, gözlərin zədələnməsi ilə, şəkərli diabet tip İİ, insulin tələbli, ağır forma, gözlərin zədələnməsi ilə diaqnozu qoyulmaqla xx.xx.2022-ci il tarixdən iki il müddətinə 2-ci dərəcəli gözdən əlillik təyin edilmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli hökmünə əsasən, Cavabdeh2 Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinərək məh kum olunmuşdur.
5. Hökmdən məhkum olunmuş şəxs Cavabdeh2 müdafiəçisi tərəfindən müvafiq olaraq verilmiş apellyasiya və kassasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-376/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-1289/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir.
6. İddiaçı xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin 2 nömrəli H.Z.Tağıyev adına elektrik təchizatı sahəsində baş mühəndis vəzifəsində çalışmış, işlədiyi son iki il ərzində təxminən aylıq olaraq 946 manat əmək haqqı almışdır.
7. İddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” (tərə flərdən birinin təşəbbüsü) bəndinə əsasən, xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərə görə 58704 (əlli səkkiz min, yeddi yüz dörd), mənəvi zərərə görə isə 100000(yüz min) manatın cavabdehlərdən müştərək qaydada alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 vəzifəli şəxs qismində səhlənkarlıq edib işinə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək fiziki şəxsin (İddiaçı) hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Belə ki, o, kooperativin sədri işlədiyi dövrdə onun sifarişi ilə «Bakıdövlətlayihə» İns titutunun xx.xx.2006-cı il tarixli, 369229 inventar nömrəli layihə sənədinə əsasən layihələndirilmiş həmin binanın tikiləcəyi yerdə mövcud olan xəndəyin piyadaların gedişgəliş yoluna tərəf hissəsinin qoruyucu hasarla hasarlanmasını, hasarın üzərində xəbərdarlıq yazıları və nişanlarının quraşdırılmasını, gecə saatlarında siqnal işıqlarının qoyulmasını “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydalarının” 9.5-ci bəndinin tələblərinə əsasən təmin etməli olduğu halda, səhlənkarlıq edib işinə vicdansız və laqeyd münasibəti nəticəsində xidməti vəzifələrini yerinə yetirməyərək, əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyərək cinayət karcasına etinasızlıq göstərməklə bütün bunları etməmiş, nəticədə həmin ərazinin yaxınlığında yaşayan və xəndəyin ətrafındakı yoldan istifadə edərək İddiaçı xx.xx.2022-ci il tarixdə saat 06 radələrində həmin xəndəyin yaxınlığından keçərkən yıxılmış, təxminən 30 dəqiqə həmin xəndəkdə ağrılar içərisində qalmış, bundan sonra oğlu Ceyhun yaxınlaşaraq xəndəyə daxil olub onu yıxıldığı yerdən çıxararaq təcili yardım çağırmışdır. Cavabdeh2 səhlənkarlığı nəticəsində o, sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmuşdur.Bundan əlavə, bu travmalar nəticəsində onun şəkərli diabet xəstəliyi güclənmiş, nəticədə hər iki gözünün görmə itiliyi itmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsindən verilmiş xx.xx.2022- ci il tarixli, 14/347 nömrəli rəyində onun hər iki gözündə görmə itiliyinin itirilməsinə səbəb kimi onda olan şəkərli diabet xəstəliyi göstərilsə də, bu mövqe yanlışdır. Belə ki, şəxsin görmə itiliyinin itirilməsinin səbəbli əlaqəsi məhz xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə olmuşdur. İddiaçı xəndəkdə təxminən yarım saat qalması nəticəsində onun şəkərli diabeti güclənmiş, o, sarsıntı keçirmiş, məhz bunun məntiqi ardıcıllığı olaraq hər iki gözündə görmə itiliyinin itirilməsinə səbəb olmuşdur.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Kərim Xudayev) e-2(004)1040/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək Cavabdeh1ndən vurulmuş mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 06 radələrində yaşadığı binanın yanında olan tikinti üçün nəzərdə tutulmuş Cavabdeh1 mənzil–tikinti koopertivinin varisi olan Cavabdeh1 mənzil– istehlak koopertivinə məxsus binanın yaxınlığında olan xəndəyə yıxılmış və qapalı kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, sol ənsə payı nayihəsində həyat üçün təhlükəli olmayan lövhəvari subdural hematoma, burun sümüyünün yerdəyişmiş sınığı, sol qaşüstü nahiyədə əzilib-cırılmış yara, sol gözün konyuktivasının və göz qapağının travmatik zədələnməsi, sol said sümüklərinin distal ucunun açıq yerdəyişən sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasın a səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. Göstərilən hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda CM-nin 314.1-ci maddəsi ilə cinayət işi başlanmaqla istintaqı aparılmış və hazırki iş üzrə Cavabdeh1 qanuni təmsilçisi Cavabdeh2 CM-nin 314.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla məsuliyyətə cəlb edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(004)478/2022 №-li hökmü ilə ona 2(iki) il müddətinə islah işi cəzası verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-376/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarına əsasən məhkum olunmuş şəxs Cavabdeh2 AR CM-nin 314.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Habelə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-1289/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)- 376/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
12. Cavabdeh1 qanuni təmsilçisi Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində iddiaçının sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri aldığı qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə sübuta yetirilmiş, həmçi nin cavabdeh məhkəmə iclasında izahatında bu faktı inkar etməmişdir. Odur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 06 radələrində yaşadığı binanın yanında olan tikinti üçün nəzərdə tutulmuş Cavabdeh1 mənzil–tikinti koopertivinin varisi olan Cavabdeh1 mənzil–istehlak koopertivinə məxsus binanın yaxınlığında olan xəndəyə yıxılması nəticəsində İddiaçı sağlamlığına ziyan vurulması işin mübahisəsiz halıdır. Mübahisə isə həmin hadisə nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərlə əlaqədardır.
13. İş materiallarında olan tibbi sənədlərdən, digər iş materialları ilə də təsdiq olunur ki, iddiaçının xx.xx.2022-ci il tarixdə aldığı xəsarət nəticəsində ona qapalı kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, sol ənsə payı nayihəsində həyat üçün təhlükəli olmayan lövhəvari subdural hematoma, burun sümüyünün yerdəyişmiş sınığı, sol qaşüstü nahiyədə əzilib-cırılmış yara, sol gözün konyuktivasının və göz qapağının travmatik zədələnməsi, sol said sümüklərinin distal ucunun açıq yerdəyişən sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri dəymişdir. Lakin iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında aldığı bu xəsarətlər nəticəsində hər iki gözünün görmə itiliyinin azalmasını qeyd etmişdir. Yuxarıda qeyd edilən xəsarətlərin iddiaçının xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə nəticəsində aldığı iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2”nin 14/347 nömrəli ekspert rəyi ilə, məhkəmənin qanuni qüvvəyə minmiş hökm ü ilə öz təsdiqini tapsa da, iddiaçının hər iki gözündə görmə itiliyinin itməsinə xx.xx.2022-ci il tarixdə aldığı xəsarətlərin səbəb olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddiaçı qeyd edilən faktı təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2”nin 14/347 nömrəli ekspert rəyində birbaşa olaraq qeyd edilmişdir ki, vətəndaş İddiaçı adına tərtib olunmuş tibbi sənədlərdə qeyd olunanlara və konsultant oftomoloqun müayinə rəyinə əsaslanaraq demək olar ki, onun hər iki gözündə görmə itiliyinin itirilməsinə səbəb onda olan şəkərli diabet xəstəliyi ilə əlaqədardır, yəni qərarda qeyd olunan xx.xx.2022-ci il tarixdə almış olduğu xəsarətlərlə əlaqədar deyildir. İş materiallarında olan sənədlərlə də təsdiq olunur ki, İddiaçı E11.3 insulindən asılı olmayan şəkərli diabet, gözlərin zədələnməsi ilə, şəkərli diabet tip İİ, insulin tələbli, ağır forma, gözlərin zədələnməsi ilə VİS OD=0, Vis OS= 0.08 k/e diaqnozu qoyulmaqla xx.xx.2022-ci il tarixdən iki il müddətinə ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Buradan da görünür ki, ona təyin olunmuş əlilliyin səbəbi şəkərli diabet tip İİ xəstəliyinə bağlı olaraq gözlərin zədələnməsi olmuşdur.
14. Bununla yanaşı, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, "xxxx" QSC-də vəzifəli şəxs olmuşdur. Uzun illər orada çalışmışdır. İşdən çıxmasını isə xx.xx.2022-ci il tarixdə aldığı xəsarətlə əlaqələndirmişdir. Lakin burada məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Əmək müqaviləsinə xitam verilməsi barədə 258940 nömrəli Əmrdən "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin 2 nömrəli H.Z.Tağıyev elektrik təchizatı sahəsi bölməsində baş mühəndis vəzifəsi sahəsində çalışmış İddiaçı ilə bağlanılmış 222MXEB000200 nömrəli əmək müqaviləsinə ƏM-nin 68.2-ci maddəsinin “a” (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verildiyi müəyyən olunur. Belə ki, İddiaçı işdən çıxmasına səbəb özünün ərizəsi olmuşdur. Onun işdən çıxması ilə xx.xx.2022-ci il tarixdə aldığı xəsarətlər arasında səbəbli əlaqə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
15. Məhkəmə ilkin olaraq iddia tələbinin maddi zərərə görə 58704 manat məbləğində pulun tutulması hissəsinə münasibət bildirərək qeyd edib ki, iddiaçının xx.xx.2022-ci il tarixdə aldığı xəsar ət, eyni zamanda həmin xəsarət nəticəsində sağlamlığın uzun müddətə pozulması iş materiallarında olan sübutlarla öz təsdiqini tapsa da, iddiaçı ona tələbində qeyd etdiyi kimi 58704 manat məbləğində maddi zərər dəydiyini təsdiq edən heç bir sübutu, müalicə xərclərini özündə əks etdirən qəbzləri məhkəməyə təqdim edə bilməmişdir.
16. Bu baxımdan, iddia tələbi ona dəymiş 58704 manat maddi zərərin ödənilməsi hissəsində əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Belə ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir.
17. Məhkəmə iddia tələbinin mənəvi zərərə görə 100 000 manat pulun tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi bu hissədə qismən qanuni və əsaslı olduğundan qismən təmin e dilməlidir.
18. İş materiallarında olan tibbi sənədlərdən, iddiaçının məhkəmədə verdiyi izahatından da görünür ki, İddiaçı hər iki gözündə görmə itiliyinin pozulması ilə onun xx.xx.2022-ci il tarixdə aldığı xəsarətlər arasında səbəbli əlaqə olmasa da, İddiaçı xx.xx.2022-ci il tarixdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır. İddiaçının xx.xx.2022-ci il tarixdə aldığı xəsarət, eyni zamanda həmin xəsarətin sonrakı fəsadları iş materiallarında olan sübutlarla öz təsdiqini tapır. İddiaçı həmin xəsarətlə bağlı olaraq sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkmiş, uzunmüddətli olaraq əmək qabiliyyətindən, fəal ictimai həyat tərzindən məhrum olmuş, nəticədə ona mənəvi zərər dəymişdir.
19. Odur ki, iddiaçının iddia təl əbi 10000 manat mənəvi zərərin ödənilməsi hissəsində qanuni və əsaslı olduğundan, qismən təmin edilməlidir.
20. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə mənəvi ziyana dair iddia tələbində göstərilən məbləğin çox yüksək olmasını nəzərə alaraq hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 10000 (on min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər.
21. İddia tələbindən də göründüyü kimi iddiaçı tələbdə irəli sürdüyü məbləğin müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutulmasını tələb etsə də, vurulmuş mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pul yalnız Cavabdeh1ndən tutulmalıdır. Belə ki, müvafiq tikinti ərazisində təhlükəsizliyin təmin edilməsi üçün tədbirlərin görülməsini təmin etmək vəzifəsinin daşıyıcısı Cavabdeh 1 olmuşdur və buna görə də xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə ilə bağlı iddiaçıya dəymiş mənəvi ziyanın ödənilməsi də Cavabdeh1 üzərinə qoyulmalıdır.
22. Məhkəmə mövqeyini əsaslandırarkən hüquqi əsas kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyas ı məhkəməsində icraat
23. Qətnamədən İddiaçı və Cavabdeh1 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
24. İddiaçı apellyasiya şikayətində qətnamənin qismən ləğv edilərək iddianın maddi və mənəvi zərər hissəsində tam təmin edilməsini xahiş edib şikayətində göstərmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışda da İddiaçı gözdən əlilliyi müəyyən edilmişdir ki, bu da əmək qabiliyyətinin 70% itirilməsinə dəlalət edir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi barədə 258940 nömrəli əmrin surətindən görünür ki, "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Elektrik təchizatı xidmətinin 2 nömrəli H.Z.Tağıyev elektrik təchizatı sahəsi bölməsində baş mühəndis vəzifəsi sahəsində ç alışmış İddiaçı ilə bağlanılmış 222MXEB000200 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” (tərəflərdən birinin təşəbbüsü) bəndinə əsasən, xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Məhkəmə tərəfindən bu fakta istinad olunsa da, müqaviləyə xitam verilməsinin səbəbi olaraq iddiaçının təşəbbüsü faktiki olaraq rol oynamamış, bu təşəbbüsün əsası kimi isə İddiaçı xx.xx.2022-ci il tarixdə yaşadığı binanın yanında olan tikinti üçün nəzərdə tutulmuş Cavabdeh1 mənzil–tikinti koopertivinin varisi olan Cavabdeh1 mənzil–istehlak koopertivinə məxsus binanın yaxınlığında olan xəndəyə yıxılması və sağlamlığına müxtəlif formalı xəsarətlərin yetirilməsi səbəbi ilə əmək qabiliyyətini itirməsi çıxış etmişdir. Bu da onun yaşa görə əmək pensiyası almaq hüququna əsas verən yaş həddinə ç atana qədər əmək haqqından, yəni dolayısı ilə əldə edəcəyi gəlirdən məhrum olmasına (maddi ziyan) gətirib çıxarmışdır. Lakin məhkəmə bütün bunlara baxmayaraq, iddiaçının maddi ziyanın ödənilməsi tələbini əsassız olaraq rədd etmişdir.
25. Digər tərəfdən, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İş materiallarından da görünür ki, Cavabdeh2 Cavabdeh1 ümumi yığıncağının qərarına əsasən bu kooperativin sədri seçilməklə onun vəzifəli şəxsi statusuna malik olmuşdur. Belə olduğu halda, cavabdehin səhlənkarlığı (cinayətkarcasına etinasızlıq) nəticəsində vurulmuş zərər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınmalıdır. Lakin məhkəmə dəym iş zərərin ödənilməsi öhdəliyini yalnız müvafiq hüquqi şəxsin üzərinə qoymuşdur. Göründüyü kimi, məhkəmə öz qətnaməsində Mülki Məcəllənin qeyd edilən maddəsinə heç bir əsas olmadan istinad etməmişdir. Göstərilən mövqe Mülki Məcəllənin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 18 Aprel 2022-ci il tarixli Plenum Qərarı ilə də təsdiq olunur. Buna görə də iddia tələbi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı idi. Mülki Məcəllənin 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, d ava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Məhkəmə tədqiq edilən sübutlara əsaslanaraq Cavabdeh1ndən vurulmuş mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsini qət etmişdir. Lakin bu məbləğ iddiaçıya dəyən mənəvi zərərə, yəni keçirdiyi psixoloji iztirablar, zərərçəkənin hiss etdiyi fiziki və psixoloji ağrılara əhəmiyyətli dərəcədə ekvivalent deyil. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçı həmin günə, yəni xx.xx.2022-ci il tarixinə qədər səhhətində problem olsa da (şəkərli diabet), sağlam şəkildə işə gedib-gəlmiş, xəstəliyi ilə bağlı olaraq səhhətində heç bir digər pozuntu meydana gəlməmiş, yalnız həmin gündən sonra isə əmək fəaliyyəti dayandırılmışdır. Göründüyü kimi, iddiaçıda şəkər diabet xəstəliyinin daha öncədən mövcud olmasına baxmayaraq, onun bu xəstəliklə əlaqələndirilən gözdə görmə itiliyinin itirilməsi probleminin daha əvvəllər deyil, məhz hadisə baş verdikdən sonra yaranmasına diqqət yetirilməli və şəxsin əmək fəaliyyətinə xitam verilməsi ilə hadisənin baş verməsi tarixlərinə baxılmalı idi. Bunun nəticəsində isə iddiaçının gözündə görmə itiliyinin itirilməsi ilə onun müvafiq hadisə zamanı aldığı xəsarətlərin arasında səbəbli əlaqə aşkara çıxaracaq, buna görə də şəxsin şəkərli diabet xəstəliyi ilə əmək qabiliyyəyini itirməsi arasın da əlaqə olmadığı müəyyən olunacaqdır.
26. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmiş və şikayətində göstərmişdir ki, iddiaçının tələbində əvəllər görmə qabiliyyətində əmək qabiliyyətini icra edə bilməməsinə səbəb olacaq heç bir sıxıntı olmadığını göstərilən tarixdə yəni xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə nəticəsində onun keçirdiyi sarsıntılar onun hər iki gözündə görmə itiliyini itirilməsi arasında səbəbli əlaqə mövcud olduğunu və şəxsin sağlamlığına vurulan zərərlər arasında nəzərdən keçirilməsi göstərilmişdir. Göstərilən fikirlər tam yanlış, heç bir hüquqi və qanuni əsasları olmayan fərziyyələrdir. Belə ki, hələ istintaq zamanı həmin xüsusatlar araşdırlmışdır. Həmin vaxt təyin olunmuş məhkəmə tibbi ekspertizas ının 09 sentyabr 2022-ci il tarixli 14/347 №-li rəyi ilə də təsdiqini tapmışdır. Məhkəmə tibb ekspertinin xx.xx.2022-ci il tarixli 14/347 saylı rəyinə görə İddiaçı adına tərtib olunmuş tibbi sənədlərdə qeyd olunanlara və konsultant oftomoloqun müayinə rəyinə əsaslanaraq demək olar ki, onun hər iki gözündə görmə itiliyinin itirilməsinə səbəb onda olan şəkərli diabet xəstəliyidir, yəni xx.xx.2022-ci il tarixdə almış olduğu xəsarətlərlə əlaqədar deyildir. Həmin təxminən deməsinə görə 30 dəqiqə xəndəkdə qalmasını isə psixoloji sarsıntı keçirməsi və ona əhəmiyyətli dərəcədə mənəvi ziyan vurulması kimi qiymətləndirmişdir. Göstərilən hər iki tələb əsassız və qanuna ziddir. Belə ki, uzun illər həmin binada yaşamış U.Şəmsədov uzun müddət şəkərli diabet xəstəliyindən əzab çəkməsi və gündəlik olaraq həmin yolu qət etməsinə baxmayaraq həmin günü ondakı xəstəliyin şiddətlənməsi nəticəsində görmə qabiliyyətində olan çatışmazlıqla bağlı yolu səhv saldığına görə həmin xəndəyə yıxılmasını isə unutmuşdur. MTE rəyində tam, açıq və aydın olaraq onun hər iki gözündə görmə itiliyinin itirilməsinə səbəbin şəkərli diabet xəstəliyi ilə əlaqədar olmasının göstərilməsi danılmaz və təkzib olunmaz sübutdur. Digər tərəfdən İddiaçı əvəllər də şəkərli diabet xəstəliyindən əzab çəkərək müalicədə olması faktları da danılmazdır. Bununla və onun işdən çıxma səbəbləri ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-nə vəkil sorğuları göndərilmiş və hazıra qədər cavab alınmamışdır. Göstərilən xəsarətlə bağlı isə ona heç bir maddi ziyan dəyməmiş, onun bütün müalicə xərcləri dövlət sığorta fondu hesabına ödənilmişdir. Bel ə olduğu halda hansı maddi ziyandan bəhs edilməsi belə absurddur. İddiaçı mənəvi ziyana münasibətdə Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusuya Məhkəməsinin 31 may 2002-ci il tarixli, Ali Məhkəmənin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli qərarlarına istinad edərək zərərin məbləğinin ağlabatan və ədalətli olması meyarını göstərsə də bu ziyanın 100.000 manat kimi qiymətləndirilməsi də düzgün deyil. Daha sonra onun Azərbaycan Dəmir Yollar QSC tərəfindən verilmiş arayışa görə 946.84 əmək haqqı aldığını onun xx.xx.2027-ci il tarixdə pensiya hüququ yarandığına görə xx.xx.2022-ci il tarixdən həmin tarixə qədər olan müddət üçün maddi zərər (əldən çıxmış faydaya görə ) 58.707 manat pul tələbini irəli sürmüşdür. İddiaçı xəstə olmasına görə öz ərisəsi ilə işdən çıxmış və onda yaranmış xəstəliyinin Cavabdeh2 ona yetirilməsi ilə heç bir bağlılığı və əlaqəsi olmamışdır.
27. İddiaçının aldığı xəsarətlə onun əlilliyi arasında heç bir səbəbli əlaqə yoxdur, onun müalicəsi ilə çəkilmiş xərclər dövlət sığorta fondu tərəfindən ödənilmiş, maddi ziyanla bağlı heç bir sübut təqdim edə bilməmiş, ona görədə həmin hissədə iddia təmin olunmamışdır. Həmin faktla bağlı iddiaçıya heç bir mənəvi ziyan dəyməmişdir. Məhkəmədə iddiaçının göstərdiyi xüsusatları məhkəmə tibb ekspertizasının rəyi, həkim konsultant oftomoloqun müayinə rəyinə ciddi yanaşmayaraq düzgün olmayan qətnamə qəbul ertmişdir. Məhkəmə göstərdiyinə istinad edərək mənəvi zərərin əvəzi kimi hüquqi şəxsin vurduğu ziyan kimi qiymətləndirmişdir. Bu isə mülki qanunvericiliyin göstərilən maddəsinin tələbinə ziddir. Belə ki, mənəvi zərər şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. İş materialından da görünür ki, iddiaçı yıxılmışdır. Burada hüquqi şəxs hansı mənəvi zərər vura bilməsi məhkəmə tərəfindən göstərilməmiş və səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir.
28. Şəxsin hər iki gözündə görmə itiliyinin itirməsinin səbəbinin aldığı xəsarətlərlə heç bir əlaqəsinin olmaması ibtidai istintaq, məhkəmə istintaqı zamanı və məhkəmə tibb ekspertizasının rəyi ilə təsdiq olunmadığı halda həmin hadisə ilə bağlı məhkəmənin buna görə qəbul etdiyi qətnaməsi əsass ız və qanuna zidd olmaqla yanaşı məhkəmə buna düzgün hüquqi qiymət verməmişdir.
29. Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2(103)-3619/2024 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh1 apellyasiya şikayətinin isə qismən təmin edilməsi, mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1040/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qətnaməsi mənəvi zərərin əvəzinin məbləği hissəsində dəyişdirilməsi və mənəvi zərərin əvəzinin azaldılaraq 4.000 (dörd min) manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmasını qət etmişdir.
30. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, maddi zərərin ödənilməsi hissəsində iddanın faktiki əsası (faktiki hallar) tələbin qanun i əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, mənəvi zərərin ödənilməsi hissəsində isə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından ödənilməli mənəvi zərərin məbləği hissəsi istisna olmaqla birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
31. Məhkəmə tərkibi maddi ziyanın tələbi üzrə iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, bu hissədə birinci instansya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Çünki iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi onun öz təşəbbüsü ilə baş vermişdir. Başqa sözlə, onun işdən çıxması ilə xx.xx.2022-ci ildə baş vermiş hadisə arasında səbəbli əlaqə olmadığı mötə bər sübutlarla, o cümlədən məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiq olunmuşdur. Bundan əlavə, iddiaçının cavabdehin idarəçiliyində olan binanın yaxınlığında olan xəndəyə yıxılması və sağlamlığına müxtəlif formalı xəsarətlərin yetirilməsi əmək qabiliyyətinin müəyyən faizinin itirilməsinin səbəbi olmamışdır. Yəni, əmək qabiliyyətinin müəyyən faizinin itirilməsi əlilliyə səbəb olsa da bunun cavabdehin hərəkəti yaxud hərəkətsizliyi ilə heç bir bağlılığı təsdiq olunmur. Ona görə də iddiaçının yaşa görə əmək pensiyası almaq hüququna əsas verən yaş həddinə çatana qədər əmək haqqından, yəni dolayısı ilə əldə edəcəyi gəlirdən məhrum olmasına (maddi ziyana) yaxud digər əsaslara görə Mülki Məcəllənin 1118.1-ci maddələrinə əsasən cavabdehlər mülki hüquqi məsuliyyətə cəlb edilə bilməzdilər.
32. İd diaçı Mülki Məcəllənin 1108.1-ci maddəsinə istinad edərək zərərin cavabdehlərdən müştərək qaydada tutulmalı olduğunu düşünür. Ancaq Mülki Məcəllənin 1099.1 və 1114.1-ci maddəsinin tələblərinə əsasən tələb olunan və məhkəmə tərəfindən müəyyən edilən mənəvi zərərin yalnız Cavabdeh1ndən tutulması zərərin məbləği istisna olmaqla düzgün olmuşdur. Çünki qeyd olunan maddələrin tələbinə əsasən həmin cavabdeh öz işçisinin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşımalı və və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bununla yanaşı, Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən cavabdeh zərərin əvəzini ödədikdən sonra, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Ona görə də məhkəmənin Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən Cavabdeh2 da mənəvi zərərin əvəzinı tutmaması onun şikayətinin əsaslı olduğuna dəlalət etmir. Əksinə Mülki Məcəllənin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 18 Aprel 2022-ci il tarixli Plenum qərarındada bu cür mübahisələr üzrə vurulan zərərin əvəzinin Mülki Məcəllənin 1099-cu maddəsinin tələblərinə uyğun ödənilməli olduğu təsbit edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillər qismən əsaslı olduğundan mübahisələndirilən hissədə qətnamənin dəyişdirilməsi, yəni mənəvi zərərin əvəzinin miqdarı azaldılmalıdır. Belə ki, iddiaçı cavabdehlərdən vurulmuş mənəvi zərərə görə 100.000 (yüz min) manat tələb edib, məh kəmə isə 10000 (on min)manat həcmində təmin etmişdir. Əlbəttə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan qeyd olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan görünməyə bilər. Çünki maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə, keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin qeyri-mümkün olduğunu iddia ərizəsində özü də təsdiq edir.
34. Cavabdehin iddia tələbinə etirazı və apellyasiya şikayətinin dəlilləri isə anlaşılan ola bilər. Lakin bu da o anlama gəlməməlidir ki, iddiaçı mənəvi sarsıntı keçirməsini əsaslandıra bilməmişdir. Başqa sözlə cavabdeh tərəf iddiaçının aldığı az ağır bədən xəsarətlərinə görə mənəvi sarsıntı keçirməsinə inanmaya bilməz. Əlbəttə ki, mənəvi sarsıntının və iztirabın nə olduğunu yalnız o halı yaşayan fiziki şəxs anlaya bilər. Mülki məsuliyyətdən yayınmaq xatirinə şikayətlərdə uğursuz müqayisələrdən istifadə etmək isə yolverilməzdir. Çünki iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsinə onun az ağır xəsarət alması faktı birbaşa əsasdır və əlavə sübuta lüzum yoxdur.
35. Cavabdeh qətnaməni qanunsuz və əsassız hesab edərək mənəvi zərərin qismən təmin edilməsini uyğun hesab etməyib iddia tələbinə etirazının və şikayətində göstərdiklərinin əsası kim i istinad etdiyi halları sübut etməyə cəhd etsə də, bu dəlillər tam formada öz təsdiqini tapmamışdır. Belə ki, cavabdehin gətirdiyi bu dəlilləri sübut etmək yükü artıq onun üzərinə düşsə də, o, bu halları tam sübuta yetirə bilməmişdir. Əksinə, mənəvi zərərin məbləği ilə bağlı nə mövcud məhkəmə təcrübəsində, nə də ki Ali Məhkəmənin adıçəkilən qərarında konkret olaraq dəqiq məbləğ müəyyən edilməmiş və bunun müəyyən edilməsi də mümkün deyildir.
36. Bununla yanaşı, iddiaçının təzminat tələbi mütənasiblik və ədalətlilik meyarlarına uyğun olmalıdır. Çünki mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Bununla əlaqədar, Azərbaycan Respublikası Mülki Məcəlləsini n 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarında da hüquqi mövqe formalaşmışdır. Yəni, iddiaçının təzminat almaq hüququ inkar olunmur. Lakin bu təzminatın məbləğinin az olması qətiyyən o anlama gəlməməlidir ki, iddiaçı daha az mənəvi sarsıntı və iztirab keçirmişdir.
37. Göstərilənlərə baxmayaraq, iddiaçı iddiasının mənəvi zərərlə bağlı da qismən təmin edilməsini, cavabdeh isə təmin edilən həmin hissəni mübahisələndirir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, bu hissədə iddiaçının deyil, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli və mənəvi zərərin əvəzinin miqdarı azaldılaraq 4000(dörd min) manat müəyyən edilməlidir. Bu qənaətə gələrkən, yəni mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüqu qa zidd əməlin növü, təqsirin forması, zərərin aktiv hərəkətlərlə vurulmadığı, hadisənin davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınır.
38. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Mülki Məcəlləsinin 21.1, 1096.1, 1097.1, 1099.1,1099.2, 1108.1,1114.1-ci və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə d air Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarına və MPM-in 14.2, 77.1, 88, 217.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
39. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının2(103)-3619/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayətinin bir sıra dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.Əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəbləri orada aydın izah edilməlidir.Bundan əlavə, məhkəmə apelyasiya şikayətinin dəlilərini cavablandırmamaqla, iddiaçının əsaslandırılmış məhkəmə qərarı almaq, yəni ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur. Məhkəmə sübutları düzgün tədqiq etməmiş, işə bir tərəfli yanaşmış, hər tərəfli, qərəzsiz və obyektiv araşdırmamışdır.
41. Kassator öz mövqeyini “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarı istinadla əsaslandırmışdır. b ) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Cavabdeh2 (vəkili Vəkil2) kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi
43. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
44. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
45. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
46. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
47. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şə xsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
48. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
49. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli qərarı
50. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqların ın pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. M ənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarı
51. Bənd
1. Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.
52. Bənd
2. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hü quqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
53. Bənd 7(1-ci və 2-ci cümlələr). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir.
54. Bənd
10. Plenum izah edir ki, mənəvi zərəri n miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qər arı
55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və əd alətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarı
56. Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin t əqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə
88. Məhkəm ə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
61. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
63. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
64. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
67. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsinə aid hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq mün asibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən yoxlanılan hissə üzrə işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin yoxlanılan hiss ədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissə üzrə işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissdə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
42. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddi açı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 iyun 2024-cü il tarixli 2(103)3619/2024 nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.